Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-59/2025 21.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh xx.xx.2015-ci il tarixli 1952-L/15 nömrəli müqavilə üzrə hesablanmış 954 manat gecikdirilmiş borcun və hesablanmış 72,74 manat cərimə borcunun, xx.xx.2018- ci il tarixli 1222-L/18 nömrəli müqavilə üzrə hesablanmış 1708 manat gecikdirilmiş borcun və hesablanmış 2222,55 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi 5457,29 Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2662 manat əsas borc və 130 manat cərimə borcu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 47,95 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsinin mümkün hesab etmişdir. İşə aid olan materiallar: Hüquqi yardım göstərilməsi haqqında 2368 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən vəkil Nümayəndə hüquqi yardıma görə 500 manat məbləğində pul ödənilməsi barədə razılıq imzalanmışdır. Məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsi təşkili barədə xx.xx.2024-cü il tarixli saziş üzrə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 5 saylı Vəkil Bürosuna 500 manat pul ödənilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, iddiada tələb olunduğu kimi 500 manat deyil, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti olaraq 250 manat pul qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh hüquqi yardımla bağlı ödənilmiş 250 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №2-2(117)-59/2025
Şəki Kommersiya Məhkəməsi Əlavə qətnamə — İş №2-2(117)-59/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver