Məhkəmə qərarları › İş №2-2(117)-70/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-70/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-70/2025 09.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 0.11.2021-ci il tarixli 18/21-060 saylı alğı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Balçılı kəndi ərazisində 10,0 hektar sahədə pambıq əkməyivə yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan17635,30 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 232,00 manat məbləğindəçöp doğrama, 570,00 manat məbləğində şum, 510,00 manat məbləğində mala çəkmə, 280,00 manat məbləğində kanal çəkmə, 110,00 manat məbləğində kanal doldurma, 210,00 manat məbləğində çiyid səpini, 896,00 manat məbləğində kultivasiya, 261,00 manat məbləğində rotasion kultivasiya, 224,0 manar məbləğində boroza, 1014,00 manat məbləğində kultivasiya gübrə, 1950,00 manat məbləğində pambığın kombaynla yığımı,3350,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2384,00 manat məbləğində gübrə və dərman, 1792,00 manat məbləğində çiyid, 3852,30 manat məbləğində ötən ildən ödənilməmiş qalıq borc nəzərə alınmaqla, ümumilikdə, 17635,30 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 10321,34 manat məbləğində, 13138,58 kq xam-pambıq təhvil vermiş, 1000,00 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrəkimi 6313,97 manat məbləğində borcu qalmışdır. Cavabdeh İddiaçı MMC-nərizə ilə müraciət edərək "xxxx" MMC-nin Yevlax filialı ilə müqavilənin həyatyoldaşı X2 arasında bağlansa da, bütün işlərin onun tərəfindən görüldüyünü və bununla bağlı öhdəliyi öz üzərinə götürməklə, 6313,97 manat məbləğində borc məbləğini hissə-hissə ödəyəcəyinə söz vermişdir.Cavabdeh öhdəliyi öz üzərinə götürsə də, ötən müddət ərzində borcu üzürlü səbəblər olmadan ödəməmişdir. Cavabdehin borclu qalması işvəxidmətlərin görülməsi barədə akt, qaiməvə ödəmətapşırıqları, üzləşmə aktı və digər sənədlərlətəsdiq edilir.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

V. Məhkəmənin mövqeyi:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə fərdi sahibkar X3 arasında xx.xx.2021-ci il tarixində “Xam pambığın alqı-satqısına dair” 18/21-060 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” X2, “alıcı” İddiaçınə məxsus Yevlax rayonu Balçılı kəndində yerləşən 10 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini , mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Müqavilə tərəflər arasında bağlanmış və onların imza möhürləri ilə təsdiqlənmişdir.

7. Bundan sonra hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh ərizə ilə İddiaçı MMC-yə müraciət edərək Yevlax rayonu, Balçılı kəndində yaşayan X1 həyat yoldaşı olduğunu, onun adından işləri özünün gördüyünü və mövcud olan borcu da ödəməyi öz üzərinə götürdüyünü bildirmişdir.

8. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə münasibəti və öhdəliyin əmələ gəlməsi üçün əsas mövcud deyildir.

9. İş materiallarında olan sənədlər- müqavilə, aktlar, təhvil-təslim aktları, qəbzlər borclu X3 və kreditor İddiaçı MMC tərəfindən imzalanmışdır. Həmçinin ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən avans məbləğləri müxtəlif vaxtlarda X1 hesabına köçürülmüşdür.

10. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

11. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

12. Hazırki iş üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

13. Bundan başqa məhkəmə Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilən ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizə İddiaçı MMC ilə Cavabdeh arasında öhdəliyin yaranmasına dəlalət etmir. Cavabdeh tərəfindən verilmiş ərizə onun üçün hər hansı öhdəlik və vəzifə yaratmır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin ərizənin heç bir hüquqi əsası yoxdur.

14. Məhkəmə işin fakitiki hallarını araşdırıb göstərilən qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia əsassızdır və İddiaçı “Cavabdeh 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

15. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş 83,14 manat dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

16. Beləliklə, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

17. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı “Cavabdeh 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş 83,14 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar