Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-866/2022 15.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 qarşı: -cavabdehlər Cavabdeh1, “xxxx" firmasından, Cavabdeh2 və Cavabdeh8ndan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə-15K000000022 saylı kredit razılaşması üzrə 68370.21 ABŞ Dolları kredit borcu, 39994.04 ABŞ dolları faiz borcu və 63478.03 ABŞ Dolları cərimə olmaqla, cəmi 171842.28 ABŞ dolları, - 015K**********87 saylı kredit razılaşması üzrə 79802.55 ABŞ Dolları kredit borcu, 44943.57 ABŞ dolları faiz borcu, 70979.01 ABŞ Dolları cərimə olmaqla, cəmi 195725.13 ABŞ dolları, - 015R********** saylı kredit razılaşması üzrə 36737.01 ABŞ dolları kredit borcu, 23177.30 ABŞ Dolları faiz borcu və 34523.36 ABŞ dolları cərimə olmaqla, cəmi 94437.67 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 462005 (dörd yüz altmış iki min beş) ABŞ dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması; - tələbin ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.8 kv/m, yaşayış sahəsi 59.4 kv/m, yardımçı sahəsi 40.4 kv/m, 3 otaqlı fərdi yaşayış evinə və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (YDM) yönəldilməsinə, ipoteka predmetlərinin açıq hərracdan satılması və 462005 (dörd yüz altmış iki min beş) ABŞ dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; - Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" firmasından (Cavabdeh7 MMC), Cavabdeh2 və Cavabdeh8ndan müştərək qaydada tutulması; - ünvan 2 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8nun, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ cavabdehlər Cavabdeh1, “xxxx" firmasından, Cavabdeh2 və Cavabdeh8ndan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370.21 ABŞ Dolları kredit borcu, 39994.04 ABŞ Dolları faiz borcu və 63478.03 ABŞ Dolları cərimə olmaqla, cəmi 171842.28 ABŞ dolları, 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802.55 ABŞ Dolları kredit borcu, 44943.57 ABŞ Dolları faiz borcu, 70979.01 ABŞ Dolları cərimə olmaqla, cəmi 195725.13 ABŞ dolları, 015R********** nömrəli kredit razılaşması üzrə 36737.01 ABŞ Dolları kredit borcu, 23177.30 ABŞ Dolları faiz borcu və 34523.36 ABŞ Dolları cərimə olmaqla, cəmi 94437.67 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 462005 (dörd yüz altmış iki min beş) ABŞ Dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.8 kv/m, yaşayış sahəsi 59.4 kv/m, yardımçı sahəsi 40.4 kv/m, 3 otaqlı fərdi yaşayış evinə və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (YDM) yönəldilməsinə, ipoteka predmetlərinin açıq hərracdan satılması və 462005 (dörd yüz altmış iki min beş) ABŞ Dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" firmasından, Cavabdeh2 və Cavabdeh8ndan müştərək qaydada tutulması, ünvan 2 ünvanında yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8nun, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. 19 may 2014-cü il tarixli 15K000000022 nömrəli kredit razılaşmasının 1-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100 000 (bir yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşmasının 1-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200 000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 oktyabr 2015-ci il tarixli 015K**********87S nömrəli saziş üzrə 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşmasına əsasən bank kredit xətti müqaviləsi üzrə kredit alana kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəssi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 %-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 15S000005233 nömrəli, xx.xx.2014-cü il tarixli 15S000005303 nömrəli və xx.xx.2015-ci il tarixli 015S**********02 nömrəli zaminlik müqavilələrindən görünür ki, cavabdehlər ‘xxxx" firması, Cavabdeh2 və Cavabdeh8 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 1 000 000 (bir milyon) ABŞ dolları dəyərində kredit öhdəliklərini, 120 ay müddətinə icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. xx.xx.2014-cü il tarixli 15M00000635 nömrəli ipoteka müqaviləsindən görünür ki, ‘‘xxxx” firmasına (Cavabdeh7 MMC) məxsus Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m - əsas, 46.24 kv/m köməkçi sahədən ibarət mərtəbəli qeyri yaşayış binası (YDM) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 156880 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2015-ci il tarixli 015M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 64000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 nömrəli fərdi yaşayış evi Cavabdeh8nun xüsusi mülkiyyətindədir. RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 3 nömrəli fərdi yaşayış evi Cavabdeh8 tərəfindən İddiaçı QSC-nə ipoteka ilə yüklü edilmişdir. MH ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, "xxxx" firmasının (Cavabdeh7 MMC) Şəki şəhəri, X2 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi, 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX ******* seriya nömrəli çıxarışdan görünür ki, "xxxx" firmasının mülkiyyətində olan Şəki şəhəri, X2 prospektində olan qeyri-yaşayış binası YDM 0.374 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC tərəfindən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qızı və Cavabdeh6 tərəfindən Şəki şəhər Notariat Kontorunda yazılmış ərizələrdən görünür ki, onlar Cavabdeh8na məxsus olan və ünvan 3 ünvanında yerləşən evin İddiaçı QSC-yə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 11 iyul 2016-cı il tarixli15K000000022S nömrəli saziş üzrə 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 dekabr 2016-cı il tarixli 15K000000022SA nömrəli 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 10 may 2017-ci il tarixli 15K000000022SB nömrəli saziş üzrə 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 09 yanvar 2018-ci il tarixli 15K000000022SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 04 may 2016-cı il tarixli 015K**********87S nömrəli saziş üzrə, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 dekabr 2016-cı il tarixli 015K**********87SA nömrəli saziş üzrə, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 15 may 2017-ci il tarixli 015K**********87SB nömrəli sazişdən görünür ki, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 09 yanvar 2018-ci il tarixli 015K**********87SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 11 iyul 2016-cı il tarixli 015R**********SA nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 14 dekabr 2016-cı il tarixli 015R**********SB nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 04 may 2017-ci il tarixli 015R**********SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 31 yanvar 2018-ci il tarixli 015R**********SE nömrəli sazişdən görünür ki, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 04 mart 2016-cı-ci il tarixli 015R**********S nömrəli sazişdən görünür ki, 19 may 2014- cü il tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. "xxxx" MMC tərəfindən 07 yanvar 2021-ci il tarixli, ƏEM/Y 10-010/21 nömrəli rəyindən görünür ki, Cavabdeh8nun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 07 yanvar 2021-ci il tarixə bazar dəyəri: 70000 manat, likvid dəyəri: 65000 manat təşkil edir. "xxxx" firmasının (Cavabdeh7 MMC) mülkiyyətində olan Şəki şəhəri, X2 prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 07 yanvar 2021-ci il tarixə bazar dəyəri: 264 000 manat, likvid dəyəri: 250 000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 400 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli, 9/1360 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki:
1. “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 15K000000022 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz olmaqla, cəmi borcu 84.210,08 ABŞ dolları məbləğində müəyyən olunur.
2. “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 79802,55 ABŞ dolları əsas, 18582,69 ABŞ dolları faiz olmaqla cəmi borcu 98.385,24 ABŞ dolları məbləğində müəyyən olunur.
3. “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dollar faiz olmaqla cəmi borcu 45.345,43 ABŞ dolları məbləğində müəyyən olunur. Kredit razılaşmaları üzrə cərimə məbləği hesablanmamışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında müqaviləni bağlayan Cavabdeh8 heç bir müqavilədə imzası olmadığını, sadəcə olaraq ödəniş tapşırıqlarının birində kiril əlifbası ilə yazılmış imzasının olduğunu, digər imzaların isə Cavabdeh8 aid olmadığını bildirmişdir. Kredit müqaviləsində cavabdehə 1 000 000 kredit verilə biləcəyi göstərilmiş, lakin ipoteka və zaminlik müqaviləsində kreditin valyutası, faizi öz əksini tapmamışdır. Odur ki, iddia tələbinin əsaslı olmadığını bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə-MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara 19 may 2014cü il tarixli uzunmüddətli kredit müqaviləsi və eyni tarixli kredit razılaşması, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri, xx.xx.2015-ci il tarixli və xx.xx.2014-cü il tarixli ipoteka müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırıcı hissə :
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında borc münasibətlərindən əmələ gələn mübahisə yaranmış, cavabdehlər tərəfindən öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Tərəflər arasında bağlanmış 19 may 2014-cü il tarixli 15L000002872 nömrəli kredit xətti müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmış, 19 may 2014-cü il tarixli 15K000000022 nömrəli kredit razılaşması ilə Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması ilə 12 ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşmasına əsasən bank kredit xətti müqaviləsi üzrə kredit alana kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit vermiş, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəssi olan 1 saylı Əlavələrdə göstərilmiş Ödəniş planlarına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğlərini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 15S000005233 nömrəli, xx.xx.2014-cü il tarixli 15S000005303 nömrəli və xx.xx.2015-ci il tarixli 015S**********02 nömrəli zaminlik müqavilələri ilə cavabdehlər ‘xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh2 və Cavabdeh8 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. xx.xx.2014-cü il tarixli 15M00000635 nömrəli ipoteka müqaviləsi ilə ‘‘xxxx” firmasına (Cavabdeh7 MMC) məxsus Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m - əsas, 46.24 kv/m köməkçi sahədən ibarət mərtəbəli qeyri yaşayış binası (YDM) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 156880 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda xx.xx.2015-ci il tarixli 015M**********01 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh8nun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 64000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflərin razılaşmaları əsasında tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə bağlanmış kredit sazişlərinə qeyd edildiyi kimi, kreditin müddətinin uzadılması, faizlərin azaldılması və digər yüngülləşdirici hallarla bağlı hər üç kredit sazişinə əlavə və dəyişikliklər edilmiş, buna baxmayaraq cavabdehlərin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" Firmasının adı dəyişdirilərək Cavabdeh7 Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış, lakin eyni VÖEN əsasında fəaliyyət göstərir (İş vərəqi səhifə 191-192). Məhkəmə əsas və faiz borcları üzrə aparılmış ekspert rəyinin nəticələrini istisna edə biləcək arqument və sübutlar məhkəməyə təqdim edilməyindən ekspert rəyini kredit sazişləri üzrə əsas və faiz borcuna münasibətdə mötəbər sübut olaraq qəbul edir.. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilsə də məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini "xxxx" MMC-yə həvalə etmiş və Cavabdeh8nun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlakın likvid dəyəri 65000 manat, "xxxx" firmasının mülkiyyətində olan Şəki şəhəri, X2 prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) evin ilkin qiyməti kimi müəyyən edilmiş likvid dəyəri 250 000 manat müəyyən edilmişdir. Bu halı tərəflər mübahisələndirməmişdir. Bundan əlavə Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Cavabdehlərin vəkil və nümayəndəsinin irəli sürdüyü yəni zamin və ipoteka qoyan şəxs olaraq bağlanmış kredit sazişlərindən məlumatlı olmaması ilə bağlı irəli sürülmüş arqumentə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə yaşayış evini ipoteka qoyan şəxs Cavabdeh8, həmçinin digər zaminlər Cavabdeh2 və "xxxx" Firması (qanuni təmsilçi Cavabdeh1 şəxsində) sonradan bağlanmış kredit sazişləri ilə bağlı ödəniş cədvəlləri ilə tanış olmaları, kreditin məbləği, müddəti və faiz dərəcəsi ilə tanış olmaları, öhdəlikdən məlumatları olmaları barədə imza və möhürlərlə təsdiq etmişlər.(İş vərəqi səhifə 151-165). Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh1 Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı ödənilməyən kredit borcunu bütövlükdə qaytarılmasını tələb edir və bu da müqavilə şətlərinin qüvvədə qalması üçün hər hansı bir əsas qoymur. Eyni zamanda, borclunun öhdəliklərini icra etməməkdə davam etməsi, kreditoru özündən asılı edir. Ona görə iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Cavabdeh8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Eyni zamanda, qeyd edilən şəxsin vərəsələri- arvadı Cavabdeh3, oğlu Cavabdeh4 Nəzir oğlu iş üzrə icraata cəlb edilmişdir. (iş səhifə 204). İddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" firmasından(Cavabdeh7 MMC),, Cavabdeh2 və Cavabdeh8ndan müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin məhkəmə tərəfindən təmin edilməsi qanunsuz və ədalətsiz olardı. Belə ki, ipoteka predmetinin satışından hərrac nəticəsində əldə olunacaq vəsaitin məbləği və həmin vəsait borcun tam ödənilməsinə kifayət edib –etməyəcəyi hazırkı vəziyyətdə məlum olmadığından gələcəkdə baş verə biləcək hallarla bağlı məhkəmə fərziyyələrə əsaslanan qərar qəbul edə bilməz. İddia tələbinin “ipoteka predmeti olan yaşayış və qeyri yaşayış sahələrinin 1 ay ərzində boşaldılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu halda məhkəmə qərarı tələb edilmir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, “xxxx" firmasından (Cavabdeh7 MMC) və Cavabdeh2 müştərək qaydada 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,69 ABŞ dolları faiz borcu olmaqla cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla cəmi 45345,43 ABŞ dolları borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Cavabdeh8na məxsus ünvan 3 nömrəli fərdi yaşayış evi likvidid dəyəri olan 65000 manata, "xxxx" firmasına (Cavabdeh7 MMC) məxsus Şəki şəhəri, X2 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) 250000 manata (likvidid dəyəri) açıq hərracda satılmalı və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “AccessBank" QSC-yə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticəvi hissə:
Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1, "xxxx" firmasından (Cavabdeh7 MMC) və Cavabdeh2 15K000000022 nömrəli kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,9 ABŞ dolları faiz borcu olmaqla, cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45345,43 ABŞ dolları borc, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh8na məxsus ünvan 3 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və "xxxx" firmasına (hazırki Cavabdeh7 MMC) məxsus olan Şəki şəhəri, X2 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışı üçün likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılsın. Satışdan əldə edilən pul vəsaitinin göstərilən tələblərin təmin edilməsi üçün İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat Cavabdeh1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA400600358 **********0, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0 000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilsin. 145 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov