Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-9/2022 22.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” İB-nə qarşı “**********00033 nömrəli hesaba işlənmiş 219102 3 m itirilmiş qazın və onun dəyəri olan 43819,80 manat borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “**********00033 nömrəli hesaba işlənmiş 219102 m3 itirilmiş qazın və onun dəyəri olan 43819,80 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirdi və iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iş materiallarını iddiaçı və cavabdehin müraciətləri ilə birgə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “xxxx” İB-nə qarşı “**********00033 nömrəli hesaba işlənmiş 219102 m3 itirilmiş qazın və onun dəyəri olan 43819,80 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-9/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-9/2022
22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver