Məhkəmə qərarları › İş №2-2(119)-1199/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1199/2024

24.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1199/2024 24.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək təsis payının alqı-satqısı haqqında 17 iyun 2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və cərimələrin əvvəlki təsisçiyə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(012)-2394/2024 nömrəli qərardadı ilə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh2 iş üzrə cavabdeh olduğunu qeyd etdi və Cavabdeh1 MMC-nin cavabdeh kimi nəzərə alınmamasını xahiş etdi, o cümlədən işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh2 23 iyul 2024-cü il tarixində məhkəməyə teleqram göndərərək səhhətindəki problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, bununla əlaqədar iclasın başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, məhkəmə iclasında təqdim edilən ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə hesab edir ki, aşağıda göstərilənlərə əsasən 2-2(119)-1199/2024 nömrəli kommersiya işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının məhkəmə iclasında təqdim etdiyi ərizənin məzmunu və onun özünün izahatı ilə dəqiqləşir ki, hazırkı iş üzrə yeganə Cavabdeh2dur. “Elektron məhkəmə” İnformasiya sistemində olan məlumatlarla müəyyən edilir ki, Cavabdeh2 Bakı şəhərinin Binəqədi rayonunda yerləşən ünvan üzrə rəsmi qeydiyyata alınmışdır. Başqa sözlə, iş üzrə cavabdehin qeydə alındığı ünvan Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərindən hər hansısa birində yerləşmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarının 20.1-ci bəndinə əsasən Binəqədi rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid inzibati ərazi vahididir. Qeyd edilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı “təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Cavabdeh2 Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərindən birində deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərindən biri olan Binəqədi rayonunda yerləşən ünvan üzrə rəsmi qeydə alındığından kommersiya işi baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Cavabdeh2 qarşı “təsis payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-1199/2024 nömrəli kommersiya işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar