Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-1354/2023 31.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əlixanlı Elgün İsa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi" barədə iddia ərizəsinə və cavabdeh Kurban Alibekin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 15 mart 2023-cü ildə cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi” barədə iddia ərizəsi və 05 aprel 2023-cü ildə isə "iddia həcminin artırılması" barədə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Kurbanov Alibekdən onun verdiyi 1940 ədəd çolpanın, əgər çolpaların qaytarılması mümkün olmazsa, onların dəyəri olan 9700 manat məbləğində pulun, çolpaların daşınması üçün cavabdehin əvəzinə daşıma xərci olaraq ödədiyi 140 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat və 300 manat məbləğlərində xidmət haqqının alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı cavabdeh Kurban Alibek İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd edilməsi və İddiaçı ona vurduğu maddi ziyana görə 5200 manat və borclu olduğu 4300 manat olmaqla, cəmi 9500 manat məbləğində pulun alınıb Kurban Alibekə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(027)-935/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdeh X1 olan İddiaçı məxsus 1940 ədəd çolpanın sahibinə qaytarılması, çolpaların qaytarılması mümkün olmadıqda onların dəyəri (çolpanın biri 5 manatdan hesablanmaqla) 9700 manat məbləğində pulun cavabdeh X2 alınaraq İddiaçı verilməsi, çolpaların daşınması üçün İddiaçı tərəfindən ödənilmiş 140 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat və 300 manat məbləğində pulun cavabdeh X2 İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Kurbanov Alibek tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli 2(105)-1746/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(027)-935/2023 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi" barədə ilkin iddia ərizəsinə və cavabdeh Kurban Alibekin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və bundan sonra həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi" barədə iddia ərizəsinə və cavabdeh Kurban Alibekin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsində 31 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Kurban Alibek məhkəmə iclasına gəlməmişdir. Lakin, məhkəmə iclasına gəlmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Kurban Alibekin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsinin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi" barədə ilkin iddia ərizəsinə və cavabdeh Kurban Alibekin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Kurban Alibekin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi" barədə ilkin iddia ərizəsi və cavabdeh Kurban Alibekin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı “əmlak tələbi” barədə hazırkı iddia ərizəsi ilə cavabdeh Kurban Alibekə qarşı 15 mart 2023-cü ildə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Halbuki, 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi" barədə ilkin iddia ərizəsinə və cavabdeh Kurban Alibekin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Kurban Alibekə qarşı “əmlak tələbi" barədə ilkin iddia ərizəsinə və cavabdeh Kurban Alibekin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxslər ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-1354/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-1354/2023
31.10.2023 · Sair işlər - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver