Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-899/2026 17.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin *4.*3.2*26-cı il tarixli, 2(*2*)-1319/2*25 saylı qərardadından iddiaçı İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı İmanova Aynurə Rəftar qızı cavabdeh2 qarşı “xəbərdarlıq verilməsi, intizam tənbehi növündə töhmət verilməsi haqqında əmrlərin ləğvi, mənəvi zərərin və mediasiyaya ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin *3 sentyabr 2*25-ci il tarixli, 2(*2*)-1319/2*25 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İmanova Aynurə Rəftar qızına “töhmət” intizam tənbeh tədbirinin verilməsi haqqında *2 iyun 2*25-ci il tarixli, ** nömrəli əmr ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2*25-ci il tarixli, 2(1*6)-1742/2*25 saylı qərardadı ilə apellyasiya şikayəti həm dövlət rüsumu ödənilmədiyinə, həm də hüquqi şəxs adından verilmədiyinə görə qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə geri qaytarılmışdır. Mülki iş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Beyləqan Rayon Məhkəməsinin 1* dekabr 2*25-ci il tarixli, 2(*2*)-1319/2*25 saylı qərardadına əsasən özünə geri qaytarılmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə X2- Muğan Regional Təhsil İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi məqsədilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin *6 yanvar 2*26-cı il tarixli qərardadı ilə həmin müddəti üzrlü hesab edərək bərpa edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *9 fevral 2*26-cı il tarixli, 2(3-9)-195/2*26 saylı qərardadı ilə apellyasiya şikayəti şikayət vermiş şəxsin etibarnaməsinin düzgün tərtib edilməməsinə görə qeyrimümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə X2- Muğan Regional Təhsil İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi məqsədilə buraxılmış prosessual müddət Beyləqan Rayon Məhkəməsinin *4 mart 2*26-cı il tarixli 2(*2*)-1319/2*25 saylı qərardadı ilə üzrlü hesab edilərək bərpa edilmişdir. İddiaçı Beyləqan Rayon Məhkəməsinin buraxılmış prosessual müddət məhkəmənin *4 mart 2*26cı il tarixli qərardadından şikayət vermişdir. Beyləqan Rayon Məhkəməsinin *1.*4.2*26-cı il tarixli 2(*2*)-1319/2*25 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.. Şirvan Apellyasiya Məhkəməsinin 27.*4.2*26-cı il tarixli, 2(3-9)-465/2*26 saylı qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmiş, mülki işin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin 23.*6.2*26-cı il tarixli, 2(*2*)-1319/2*25 saylı qərardadı ilə iddiaçı İmanova Aynurə Rəfdar qızı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı Beyləqan Rayon Məhkəməsinin buraxılmış prosessual müddət məhkəmənin *4 mart 2*26cı il tarixli qərardadından yenidən şikayət vermişdir. Beyləqan Rayon Məhkəməsinin *1.*7.2*26-cı il tarixli, 2(*2*)-1319/2*25 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.. Məhkəmə tərkibi hesаb edir ki, iddiaçı İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində verilir 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 13*.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasınının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən müddətin bərpa edilməsi haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2**7-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin *4 mart 2*26-cı il tarixli qərardadından verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin 27 aprel 2*26-cı il tarixli, 2(3-9)-465/2*26 saylı qərardadı ilə qeyri-mümkün hesab edilərək, mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sonradan Beyləqan Rayon Məhkəməsinin 23 iyun 2*26-cı il tarixli qərardadı ilə həmin şikayət iddiaçıya geri qaytarılmışdır. Bundan sonra iddiaçı eyni qərardaddan yenidən şikayət vermişdir. Lakin həmin vaxt artıq Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmuş on günlük şikayətvermə müddəti başa çatmışdır. Buna baxmayaraq, iddiaçı həmin qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etməmiş, yalnız şikayətlə məhkəməyə müraciət etmişdir. Halbuki, prosessual müddət buraxıldıqda şikayət yalnız həmin müddətin üzrlü səbəbdən bərpası barədə ərizə ilə birlikdə verilə bilər. İddiaçı tərəfindən belə ərizə təqdim edilmədiyindən, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda, iddiaçıya izah edilir ki, o, prosessual müddətin buraxılmasının üzrlü səbəblərini göstərməklə müddətin bərpası barədə ərizə və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş şikayətlə birinci instansiya məhkəməsinə yenidən müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Beyləqan Rayon Məhkəməsinin *4.*3.2*26-cı il tarixli, 2(*2*)-1319/2*25 saylı qərardadından iddiaçı İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilməlidir. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 4**-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 4*2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 4*2.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 4*2.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 4*2.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 4*2.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 4*2.2.5. bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 4*2.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 4**, 4*3-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Beyləqan Rayon Məhkəməsinin *4.*3.2*26-cı il tarixli, 2(*2*)-1319/2*25 saylı qərardadından iddiaçı İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Beyləqan Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-899/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-899/2026
17.07.2026 · Sair işlər - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver