Məhkəmə qərarları › İş №2(3-9)-1219/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1219/2026

15.09.2026 · Sair işlər - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1219/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 18 avqust 2*26-cı il tarixli 2(*2*)-1319/2*25 saylı qərardadından İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İmanova Aynurə Rəfdar qızı məhkəmədə cavabdeh2 qarşı xəbərdarlıq verilməsi, intizam tənbehi növündə töhmət verilməsi haqqında əmrlərin ləğvi, mənəvi zərərin və mediasiyaya ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin 3 sentyabr 2*25-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İmanova Aynurə Rəfdar qızına “töhmət” intizam tənbeh tədbirinin verilməsi haqqında 2 iyun 2*25-ci il tarixli ** nömrəli əmr ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2*25-ci il tarixli 2(1*6)-1742/2*25 saylı qərardadı ilə apellyasiya şikayəti həm dövlət rüsumu ödənilmədiyinə, həm də hüquqi şəxs adından verilmədiyinə görə qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin MPM-in 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə geri qaytarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 1* dekabr 2*25-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə X2-Muğan Regional Təhsil idarəsi apellyasiya şikayəti verilməsi məqsədilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 6 yanvar 2*26-cı il tarixli qərardadı ilə həmin müddəti üzrlü hesab edərək bərpa edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 9 fevral 2*26-cı il tarixli 2(3-9)-195/2*26 saylı qərardadı ilə apellyasiya şikayəti şikayət vermiş şəxsin etibarnaməsinin düzgün tərtib edilməməsinə görə qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 4 mart 2*26-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə X2- Muğan Regional Təhsil idarəsi tərəfindən apellyasiya şikayəti verilməsi məqsədilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İmanova Aynurə Rəftar qızı qərardaddan şikayət vermiş, məhkəmənin 1 iyul 2*26cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 17 iyul 2*26-cı il tarixli 2(3-9)-899/2*26 saylı qərardadı ilə şikayət iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmədiyinə görə qeyri-mümkün hesab edilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsindən ötrü Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 18 avqust 2*26-cı il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İmanova Aynurə Rəftar qızı qərardaddan şikayət verərək onun ləğv edilməsini, 4 mart 2*26-cı il tarixli qərardaddan verdiyi şikayətin prosessual müddət daxilində təqdim edilməsinin və ya müddətin ötürülməsinin onun iradəsindən asılı olmayan elektron və prosessual səbəblərdən baş verdiyinin nəzərə alınmasını, elektron məhkəmə sistemində onun şikayətini təqdim etdiyi tarixlər və həmin müraciətlərin geri qaytarılma səbəblərinin araşdırılmasını, Şirvan Apellyasiya Məhkəməsi ilə Beyləqan Rayon Məhkəməsi arasında iş materiallarının göndərilməsi və qəbul edilməsi tarixlərinin müəyyən edilməsi və həmin müddətin prosessual müddəti ötürməsi kimi qiymətləndirilməməsini, 4 mart 2*26-cı il tarixli qərardaddan verdiyi şikayətə mahiyyəti üzrə baxılması üçün prosessual imkanın təmin edilməsini və iş materiallarının Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 1 sentyabr 2*26-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi qərardaddan verilmiş şikayətə münasibətdə qeyd edir ki, həmin şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Bundan başqa, apellyasiya şikayətinin forma və məzmununa dair tələblər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Əlavənin 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin, 7-ci bəndində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin, 8-ci bəndində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərin, 9-cu bəndində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərin, 1*-cu bəndində birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin, 11-ci bəndində isə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutların və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərin göstərilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı şikayətin məzmunundan görünür ki, həmin məcburi rekvizitlər üzrə hər hansı konkret dəlil və əsaslandırma ümumiyyətlə göstərilməmiş, şikayət forma və məzmun baxımından qanunun tələblərinə cavab vermir. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən İmanova Aynurə Rəftar qızının şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq geri qaytarılmalı olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 4** və 4*2-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Beyləqan Rayon Məhkəməsinin 18 avqust 2*26-cı il tarixli 2(*2*)-1319/2*25 saylı qətnaməsindən İmanova Aynur Rəftar qızı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. İmanova Aynur Rəftar qız tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar