Məhkəmə qərarları › İş №2(3-9)-465/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-465/2026

27.04.2026 · Sair işlər - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-465/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin *4.*3.2*26-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh2 qarşı “xəbərdarlıq verilməsi, intizam tənbehi növündə töhmət verilməsi haqqında əmrlərin ləğvi, mənəvi zərərin və mediasiyaya ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin *3 sentyabr 2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı “töhmət” intizam tənbeh tədbirinin verilməsi haqqında *2 iyun 2*25-ci il tarixli, ** nömrəli əmr ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 Beyləqan Rayon Məhkəməsinin *3 sentyabr 2*25-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2*25-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti həm dövlət rüsumu ödənilmədiyinə, həm də hüquqi şəxs adından verilmədiyinə görə qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə geri qaytarılmışdır. Mülki iş məhkəməyə daxil olduqdan sonra cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Beyləqan Rayon Məhkəməsinin 1* dekabar 2*25-ci il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən özünə geri qaytarılmışdır. Daha sonra cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən cavabdeh 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş hüquqi şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilməsi məqsədilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin *6 yanvar 2*26-cı il tarixli qərardadı ilə həmin müddəti üzrlü hesab edərək bərpa edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *9 fevral 2*26-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti şikayət vermiş şəxsin etibarnaməsinin düzgün tərtib edilməməsinə görə qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilməsi məqsədilə buraxılmış prosessual müddət Beyləqan Rayon Məhkəməsinin *4 mart 2*26-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə üzrlü hesab edilərək bərpa edilmişdir. Iddiaçı Beyləqan Rayon Məhkəməsinin buraxılmış prosessual müddət məhkəmənin *4 mart 2*26-cı il tarixli qərardadından şikayət vermişdir. Beyləqan Rayon Məhkəməsinin *1.*4.2*26-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 1*- 1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 1*-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 1*-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 1*-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2*2*-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 13.6-ci bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*-1.2-ci, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 9-1.2-ci və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-1.2-ci maddələrində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Hazırda qərardadından şikayətin verildiyi Beyləqan Rayon Məhkəməsində də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Qeyd edilən normaların tələblərindən isə göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmiş, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd formasında deyil, «PDF» formatında verilmişdir. Iddiaçı tərəfindən şikayət elektron imza ilə imzalanmamış, halbuki elektron məhkəmə informasiya sistemində şikayətinin elektron sənəd forması mövcuddur, həmin qrafaları doldurmalıdır. Birinci instansiya məhkəməsi isə şikayətin həmin tələblərə uyğun olmadığına əhəmiyyət vermədən, onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 1*-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi şikayətin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan şikayəti əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, şikayət edən tərəfin prosessual müddətlərə riayət etməklə prosessual qanunveriliciyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermək hüququ vardır. Bundan əlavə məhkəmə kollegiyası iddiaçı tərəfdən daxil olmuş məhkəmə tərkibinə etirazla bağlı qeyd edir ki, hazırkı mərhələdə işə mahiyyəti üzrə baxılmadığından, həmin etiraza hüquqi qiymət verilməsi üçün prosessual zərurət mövcud deyildir. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Beyləqan Rayon Məhkəməsinin *4.*3.2*26-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar