Məhkəmə qərarları › İş №2-2(119)-2/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-2/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-2/2021 23.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq ödənişləri üzrə cəmi 236508 (iki yüz otuz altı min beş yüz səkkiz) manat (o cümlədən, 146915 (yüz qırx altı min doqquz yüz on beş) manat əsas borc, 48075 (qırx səkkiz min yetmiş beş) manat faiz borcu və 41519 (qırx bir min beş yüz on doqquz) manat dəbbə pulu) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı ilə Cavabdeh (Cavabdeh) arasında 12 iyun 2013-cü il tarixli DLM042/01, “20 dekabr 2010-cu” il tarixli DLM062, “20 dekabr 2010-cu” il tarixli DLM063 və 19 noyabr 2014-cü il tarixli DLM303-01 saylı X2 Müqavilələri (Lizinq Müqavilələri) bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən 8 (səkkiz) ədəd özüboşaldan yük maşını (bundan sonra mətn üzrə-Lizinq predmeti) Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Bunun müqabilində, Cavabdeh Lizinq predmetindən istifadə etdiyinə görə lizinq müqavilələrinin ödəniş qrafikinə uyğun olaraq: 12 İyun 2013-cü il tarixli DLM042/01 üzrə - 98951,14 (doxsan səkkiz min doqquz yüz əlli bir manat 14 qəpik), o cümlədən 84000 (səksən dörd min) manat əsas məbləğ və 14951,14 (on dörd min doqquz yüz əlli bir manat 14 qəpik) manat faiz məbləğini 17 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 20% olmaqla; 20 dekabr 2010-cu il tarixli DLM062 üzrə - 39455,39 (otuz doqquz min dörd yüz əlli beş manat 39 qəpik) manat, o cümlədən 32000 (otuz iki min) manat əsas məbləğ və 7455,3 (yeddi min dörd yüz əlli beş manat 39 qəpik) manat faiz məbləğini 24 ay lizinq müddətinə, dərəcəsi 21% olmaqla; 20 dekabr 2010-cu il tarixli DLM063 üzrə - 78855,25 (yetmiş səkkiz min səkkiz yüz əlli beş manat 25 qəpik) manat, o cümlədən 64000 (altmış dörd min) manat əsas məbləğ və 14855,25 (on dörd min səkkiz yüz əlli beş manat 25 qəpik) manat faiz məbləğini 24 aylıq lizinq müddətinə, 1 illik faiz dərəcəsi 21% olmaqla; 19 noyabr 2014-cü il tarixli DLM303-01 üzrə - 31200 (otuz bir min iki yüz) manat, cümlədən 30000 (otuz min) manat əsas məbləğ və 1200 (min iki yüz) manat faiz məbləğini 24 ay lizinq müddətinə 1 illik faiz dərəcəsi 21% olmaqla - ümumilikdə 248461,78 (iki yüz qırx səkkiz min dörd yüz altmış bir manat 78 qəpik) manat, o cümlədən 210000 (iki yüz on min) manat əsas məbləğ və 38461,78 (otuz səkkiz min dörd yüz altmış bir manat 78 qəpik) manat faiz məbləğini İddiaçı MMC-nə ödəməyi öhdəliyinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, bu günə qədər Cavabdeh tərəfindən İddiaçı MMC-nə cəmi 130188 (yüz otuz min yüz səksən səkkiz) manat (o cümlədən, 63085 (altmış üç min səksən beş) manat əsas borc və 67103 (altmış yeddi min yüz üç) manat faiz borcu) lizinq ödənişi ödənilmişdir. Bunun nəticəsində cavabdehin İddiaçı MMC qarşısında maliyyə arayışına (Qoşma 3) əsasən aşağıdakı qaydada lizinq ödənişləri üzrə borcu qalmışdır: 146915 (yüz qırx altı min doqquz yüz on beş) manat əsas borc, 48075 (qırx səkkiz min yetmiş beş) manat faiz borcu, 92569 (doxsan iki min beş yüz altmış doqquz) manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 287558 (iki yüz səksən yeddi min beş yüz əlli səkkiz) manat. 19 yanvar 2017-ci il tarixində Cavabdeh tərəfindən aşağıdakı lizinq obyektləri geri qaytarılmış və “xxxx” MMC tərəfindən geri qaytarılmış həmin lizinq obyektlərinin qiymətləndirilməsi aparılmış və likvid dəyərləri təyin olunmuşdur (Qoşma 4). Texniki Dövlət qeydiyyat Likvid № Marka pasport nömrəsi Şassi Mühərrik dəyəri 1 HOWO AB LZZ5ELND9A ******** ZZ3257N38478 492592 **-JN-*** A532332 **07 10700.00 HOWO AB LZZ5ELND3A ******** 2 ZZ3257N38478 847829 **-JZ-*** A532312 **17 10350.00 HOWO AB LZZ5ELND8A ******** 3 ZZ3257N3847A 795713 **-JT-*** A515960 **77 9650.00 HOWO AB LZZ5ELNE1A ******** 4 ZZ3257N3847A 492587 **-JN-*** A520975 **47 10350.00 Dongfeng AB LGAX4DD3X 87661 5 DFL3258A3 842636 **-JV-*** C3806779 342 10500.00 CƏMİ 51550.00 Geri qaytarılan həmin lizinq obyektlərinin likvid dəyərləri nəzərə alınmaqla, Cavabdeh İddiaçınə 236008 (iki yüz otuz altı min səkkiz) manat (o cümlədən, 146915 (yüz qırx altı min doqquz yüz on beş) manat əsas borc, 48075 (qırx səkkiz min yelmiş beş) manat faiz borcu, 41019 (qırx bir min on doqquz) manat dəbbə pulu) məbləğində borcu qalmışdır (Qoşma 3). Qeyd edilən Lizinq Müqavilələrinin 5.4-cü bəndinə əsasən, "Lizinq alan hər ayın 30 tarixində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikinə (əlavə 2) müvafiq olaraq lizinq ödənişlərini həyata keçirir". Həmin Müqavilələrin 5.7-ci bəndinə əsasən, "Lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün Lizinq obyektinin cari dəyərinin 0,1% məbləğində dəbbə pulunun ödənilməsini tələb edir, Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür". 5.10-cu bəndinə əsasən isə “Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır". Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə İddiaçı MMC tərəfindən cavabdehə 20 aprel 2017-ci il tarixində pretenziya məktubu göndərilmiş, eyni zamanda şifahi xəbərdarlıq edilmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-ci, 442-ci, 445.2-ci və 445.1-ci maddələrinin məzmunu qeyd olunur). İddiaçı hesab edir ki, cavabdeh, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Odur ki, şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası qanunvericiliyinin yuxanda göstərilən tələblərinə istinadən, Cavabdeh Lizinq ödənişləri üzrə 236508.00 (iki yüz otuz altı min beş yüz səkkiz) manat (o cümlədən 146915.00 (bir yüz qırx altı min doqquz yüz on beş) manat əsas borc, 48075.00 (qırx səkkiz min yetmiş beş) manat faiz borcu, 41519.00 (qırx bir min beş yüz on doqquz) manat dəbbə pulu) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur” (iddiaçı tərəfindən tərtib edilmiş hazırkı iddia ərizəsində iddia tələbi və onun əsaslandırılması heç bir dəyişiklik olunmadan qətnamədə qeyd edilir. İddia ərizəsində 29 mart 2013-cü il tarixli DLM062 nömrəli və 29 mart 2013-cü il tarixli DLM063 nömrəli müqavilələrin tarixləri səhvən “20 dekabr 2010-cu il” kimi göstərilmişdir). Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, Cavabdeh 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303/01 nömrəli lizinq müqavilələri üzrə 146915 manat əsas borcun, 48075 manat faiz borcunun, 41519 manat dəbbə pulu borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə məhkəmə araşdırması zamanı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli lizinq müqavilələri bağlanmış və həmin 4 müqavilə üzrə sonuncuya cəmi 8 ədəd özüboşaldan yük maşını lizinqə verilmişdir. Həmin maşınlardan iddiaçıya qaytarılmış 3 maşınla əlaqədar cavabdehlə mübahisə yoxdur. Qalan 5 maşın isə Cavabdeh tərəfindən 19 yanvar 2017-ci il tarixində iddiaçıya qaytarılmış və bundan sonra aparılan hesabatla cavabdehin iddiaçıya yuxarıda qeyd olunan 4 müqavilə üzrə cəmi 146915 manat əsas borcu, 48075 manat faiz borcu və 92569 manat dəbbə pulu borcu olduğu müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə uyğun olaraq 19 yanvar 2017-ci il tarixində qaytarılmış həmin 5 maşının cəmi 51550 manat məbləğində olan likvid dəyərləri cavabdehin cərimə borcundan silinmişdir. Həmin maşınların likvid dəyərlərinin müəyyən edilməsi üçün “xxxx” MMC tərəfindən aparılan qiymətləndirilmədə cavabdeh iştirak etməmişdir. Cavabdeh tərəfindən qaytarılmış həmin maşınlar sonradan bazar qiymətinə uyğun olaraq hər biri 10000 manatdan olmaqla başqa şəxslərə lizinqə verilmişdir. Cavabdehin lizinqə aldığı maşınları təmir etdirməsini və cavabdehin maşına çəkdiyi xərcləri iddiaçı tərəf mübahisələndirmir. Çünki, Müqavilələrin 7.13-cü bəndində göstərilib ki, maşınları həm cari, həm də əsaslı təmir etdirmək lizinq alanın öhdəliyidir. İddiaçı tərəf qarşı tərəfə dəfələrlə təklif etmişdi ki, həmin maşınları satıb borcu ödəsin. Lakin, cavabdeh bunu etməmişdir. Hesablanmış 92569 manat məbləğində dəbbə pulundan qaytarılan maşınların likvid dəyəri olan 51550 manat çıxıldıqdan sonra qalan borcla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Müqavilənin 5.4-cü bəndinə əsasən ödənişlər əvvəlcə dəbbə puluna yönəldilir. Lizinq Müqavilələrinin 10.6-cı bəndində göstərilən şərt isə müqavilənin xitam olunması halına aiddir. Cavabdehin borcu 2 müqavilə üzrə həmin müqavilələrin bitmə tarixinə, 2 müqavilə üzrə isə maşınların təhvil verilmə vaxtına hesablanıb. Maşınlar qaytarıldıqdan sonra cavabdehə 20 aprel 2017-ci il tarixli pretenziya məktubu göndərilərək hesablanmış borc tələb edilmişdir. Lakin, ondan əvvəl maşınların qaytarılması və borcun ödənilməsi barədə cavabdehə rəsmi bildiriş göndərilməmişdir. Çünki, Lizinq verənlə lizinq alan arasında həmişə müəyyən danışıqlar gedir və güzəştlər edilir. İddiaçı tərəf iş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə razı deyildir. İş üzrə 19 oktyabr 2020-ci ildə və 26 oktyabr 2020-ci ildə keçirilən məhkəmə baxış iclaslarında iştirak etmiş İddiaçı MMC-nin digər nümayəndəsi X1 da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanları təsdiq etmiş və eyni zamanda, suallara cavab olaraq bildirmişdi ki, mübahisə predmeti olan lizinq müqavilələri əsasında lizinq predmeti olan avtomobillər lizinqə verilərkən ilkin ödəniş olmamışdır. Cavabdehlə 4 müqavilə bağlanıb. Onlardan ikisində Müqavilələrə 3 nömrəli Əlavə də var. Yəni, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli və 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli lizinq müqavilələrinin müddətlərinin uzadılması barədə 06 yanvar 2015-ci il tarixli 3 saylı Əlavələr bağlanmışdır. İddiaçı tərəfindən müddətləri bitməyən 29 mart 2013-cü il tarixli DLM063 nömrəli və 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli lizinq müqavilələri üzrə borc məbləği avtomobillərin təhvil verildiyi 19 yanvar 2017-ci il tarixinədək, müddətləri bitmiş 29 mart 2013-cü il tarixli DLM062 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli lizinq müqavilələri üzrə borc məbləği isə həmin Müqavilələrin sonuna kimi hesablanmışdır. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışlarından da görünür ki, müddəti uzadılmayan iki müqavilə üzrə borc həmin müqavilələrin müddətinin bitmə tarixinə hesablanıb. Ona görə də, müddəti uzadılmayan 29 mart 2013-cü il tarixli DLM062 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli daxili lizinq müqavilələri üzrə faizlərin 2017-ci ilə qədər hesablanmasını iddiaçı tələb etmir. İş üzrə 19 oktyabr 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün İddiaçı tərəfindən ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq müqavilələri bağlayaraq 8 ədəd özüboşaldan yük maşınını lizinqə götürsə də, həmin maşınlar tamamilə yararsız olduğu üçün ona təhvil verilməmişdir. Buna görə də, Lizinq şirkətindən ona maşınları təmir etdirdikdən 3-5 ay sonra ödəniş etməyini və heç bir faiz, dəbbə pulunun tutulmayacağını bildirmişlər. İlkin ödəniş də olmayıb. Maşınlar yararsız halda olsa belə, gəlir əldə etmək üçün o, maşınları qəbul edib, təmir etdirərək işlətmişdir. Lizinq şirkətindən və ya ona məxsus hansısa obyektdən maşın götürməmişdir. Çünki, maşınlar yararsız vəziyyətdə müxtəlif yerlərdə olmuşdur. Maşınlar ona veriləndə maşınların bəzi hissələri, məsələn, “motor”ları, təkərləri, akkumulyatorları, sürətlər qutusu ümumiyyətlə olmamışdır. O, bu hissələri öz hesabına təmir elətdirib, maşınları işlək vəziyyətə gətirmişdir. Maşınlar ona veriləndə tam yararsız vəziyyətdə olduğu üçün o, maşınları təmirə evakuatorun üzərində aparmışdır. O, hər maşının təmirinə təqribən 12000-13000 manat məbləğində pul xərcləmiş və maşınları öz hesabına 3-4 aya təmir etdirib, işlətməyə başlamışdır. O, maşınları işlətdiyi dövrdə lizinq ödənişlərini də etmiş və maşınların sığorta pulunu da ödəmişdir. Həmin Müqavilələrə görə o, ümumilikdə Lizinq şirkətinə təxminən 130000 manat pul ödəmişdir. O, 2016-cı ilin əvvəlindən maşınları qaytarmaq istədiyini bildirsə də, lizinq şirkəti İddiaçı MMC onları qəbul etməmişdir. Halhazırda həmin maşınların bir ədədinin qiyməti təxminən 50000-55000 manat dəyərindədir. Maşınları qaytardığına görə onun iddiaçıya heç bir borcu qalmamışdır və o, maşınlar geri qaytarıldığı üçün müqavilə şərtlərinə görə pul ödəməli deyildir. Lakin, Cavabdeh 23 aprel 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, həmin tarixə təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında yük avtomobillərinin lizinqə verilməsi ilə əlaqədar dörd müqavilə - 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli daxili maliyyə lizinq müqavilələri bağlanmış (müqavilələr “Lizinq verən” və “Lizinq alan” olmaqla, iki tərəf arasında bağlanmışdır və müqavilələr üzrə üçüncü tərəf yoxdur) və həmin müqavilələr əsasında ümumilikdə 8 (səkkiz) ədəd özüboşaldan yük avtomobilləri sonuncuya lizinqə verilmişdir: - 1). 29 mart 2013-cü il tarixli DLM062 nömrəli müqaviləyə əsasən 1 (bir) ədəd “Howo” markalı özüboşaldan yük avtomobili 24 ay müddətinə Cavabdeh lizinqə verilmiş və müqavilədə həmin avtomobilin qiyməti 32000 (otuz iki min) manat, lizinq mükafatının məbləği isə 7455,36 (yeddi min dörd yüz əlli beş manat 36 qəpik) manat miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 30 mart 2015-ci il tarixinədək 32000 manat əsas məbləğ və 7455,36 manat mükafat olmaqla, ümumilikdə cəmi 39455,36 manat məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur); 2). 29 mart 2013-cü il tarixli DLM063 nömrəli müqaviləyə əsasən 2 (iki) ədəd “Howo” markalı özüboşaldan yük avtomobili 24 ay müddətinə Cavabdeh lizinqə verilmiş və müqavilədə həmin avtomobillərin (iki avtomobilin) cəmi qiyməti 64000 (altmış dörd min) manat, lizinq mükafatının məbləği isə cəmi 14855,25 (on dörd min səkkiz yüz əlli beş manat 25 qəpik) manat miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 30 mart 2015-ci il tarixinədək 64000 manat əsas məbləğ və 14855,25 manat mükafat olmaqla, ümumilikdə cəmi 78855,25 manat məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Lakin, 06 yanvar 2015-ci il tarixli 03 saylı Əlavəyə əsasən 29 mart 2013-cü il tarixli DLM063 nömrəli müqaviləyə dəyişiklik edilmiş və həmin Əlavə ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh hər ay müvafiq məbləğlərdə ödənişlər etməklə, 30 dekabr 2017-ci il tarixinədək 62643 manat əsas məbləğ və 20034,16 manat mükafat olmaqla, ümumilikdə cəmi 82677,16 manat məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur); 3). 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli müqaviləyə əsasən 4 (dörd) ədəd “Howo” markalı özüboşaldan yük avtomobili 18 ay müddətinə Cavabdeh lizinqə verilmiş və müqavilədə həmin avtomobillərin (dörd avtomobilin) cəmi qiyməti 84000 (səksən dörd min) manat, lizinq mükafatının məbləği isə cəmi 14951,14 (on dörd min doqquz yüz əlli bir manat 14 qəpik) manat miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 15 dekabr 2014-cü il tarixinədək 84000 manat əsas məbləğ və 14951,14 manat mükafat olmaqla, ümumilikdə cəmi 98951,14 manat məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Lakin, 06 yanvar 2015-ci il tarixli 03 saylı Əlavəyə əsasən 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli müqaviləyə dəyişiklik edilmiş və həmin Əlavə ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 30 dekabr 2017-ci il tarixinədək 60151,12 manat əsas məbləğ və 19839,95 manat mükafat olmaqla, ümumilikdə cəmi 79991,14 manat məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur); 4). 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli müqaviləyə əsasən 1 (bir) ədəd “Dongfeng” markalı özüboşaldan yük avtomobili 24 ay müddətinə Cavabdeh lizinqə verilmiş və müqavilədə həmin avtomobilin qiyməti 30000 (otuz min) manat, lizinq mükafatının məbləği isə 1200 (min iki yüz) manat miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 30 noyabr 2016-cı il tarixinədək 30000 manat əsas məbləğ və 1200 manat mükafat olmaqla, ümumilikdə cəmi 31200 manat məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur) (iş vərəqi: 1-ci cild - 7-29; 2-ci cild – 85-88). İş materialları ilə müəyyən olunur ki, lizinq verən İddiaçı MMC tərəfindən lizinq alan Cavabdeh yalnız bir dəfə 20 aprel 2017-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, lizinq verən İddiaçı MMC-nin müraciəti əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinq alan Cavabdeh 19 yanvar 2017-ci ildə qaytarmış olduğu 5 (beş) ədəd avtomobilin (lizinq obyektlərinin) qiymətləndirilməsi aparılaraq (qiymətləndirilmə zamanı tərtib edilmiş sənədlər və avtomobillərin fotoşəkilləri iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuşdur), “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin likvid dəyəri 10700 manat məbləğində, “Howo” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin likvid dəyəri 10350 manat məbləğində, “Howo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin likvid dəyəri 9650 manat məbləğində, “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin likvid dəyəri 10350 manat məbləğində və “Dongfeng” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin likvid dəyəri isə 10500 manat məbləğində olmaqla, həmin beş ədəd qaytarılmış lizinq obyektinin likvid dəyəri ümumilikdə cəmi 51550 manat miqdarında müəyyən edilmişdir (avtomobillərin qiymətləndirilməsi 26 aprel 2017-ci il tarixində aparılmışdır və həmin qiymətləndirmədə lizinq alan Cavabdeh iştirak etməmişdir), (iş vərəqi: 1-ci cild - 31-115). Eyni zamanda, iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, lizinq verən İddiaçı MMC tərəfindən aparılmış maliyyə hesabatlarına görə 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli müqavilələr üzrə (4 müqavilə üzrə) lizinq alan Cavabdeh ümumilikdə 146915 manat əsas borc, 48075 manat faiz borcu və 92569 manat dəbbə pulu olmaqla, cəmi 287558 manat məbləğində qalıq borc hesablanmış və 92569 manat miqdarında ümumi dəbbə pulu məbləğindən yuxarıda qeyd olunan 5 ədəd yük avtomobilinin ümumi likvid dəyəri kimi hesablanan cəmi 51550 manat pul vəsaiti çıxıldıqdan sonra 146915 manat əsas borc, 48075 manat faiz borcu və 41019 manat dəbbə pulu olmaqla, cəmi 236008 manat məbləğində pul vəsaiti - yekun borc olaraq müəyyən edilmişdir. Hazırkı iddia tələbində isə 146915 manat əsas borc, 48075 manat faiz borcu və 41519 manat dəbbə pulu olmaqla, cəmi 236508 manat məbləğində pul vəsaiti tələb olunur (iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayıslarında yekun borc kimi 146915 manat əsas borc, 48075 manat faiz borcu və 41019 manat dəbbə pulu borcu olmaqla, cəmi 236008 manat məbləğində yekun borc olduğu göstərilsə də, iddia tələbində cavabdehdən ümumi borc kimi cəmi 236508 manat məbləğində pul vəsaiti tələb olunur. Halbuki, 146915 manat əsas borcun, 48075 manat faiz borcunun və 41019 manat dəbbə pulunun cəmi məbləği 236009 manat təşkil edir). Həmçinin, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 4 müqavilə üzrə lizinq alan Cavabdeh ümumilikdə 130188 manat ödəniş etmiş və həmin ödənişin 63085 manat hissəsi əsas borca, 67103 manat hissəsi isə faiz borcuna silinmişdir (iş vərəqi: 1-ci cild – 30; 206-238). Lakin, cavabdeh tərəf məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hesabladığı borc məbləği ilə və 5 ədəd özüboşaldan yük avtomobillərinin likvid dəyərlərinin cəmi 51550 manat miqdarında müəyyən edilməsi ilə razılaşmayaraq, ekspertiza keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət əsasında keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının 22 oktyabr 2018-ci il tarixli 27569/27768 №-li Ekspert Rəyi ilə lizinq alan Cavabdeh lizinq verən İddiaçı MMC-nə 20 dekabr 2013-cü il tarixli DLM062 və DLM063 saylı daxili lizinq müqavilələri üzrə cəmi 110060,64 manat məbləğində və 12 iyun 2013-cü il tarixli DLM042/1 saylı daxili lizinq müqaviləsi üzrə 24851,14 manat məbləğində borcunun olması, 19 noyabr 2014-cü il tarixli DLM303-01 saylı daxili lizinq müqaviləsi üzrə isə 16638 manat məbləğində artıq ödəniş etdiyi müəyyən edilmişdir. Eləcə də, həmin Ekspert Rəyi ilə “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 22000 manat, “Howo” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 22000 manat, “Howo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 22000 manat, “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 22000 manat və “Dongfeng” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə 27000 manat məbləğində müəyyən edilmişdir (iş vərəqi: 1-ci cild – 174-180). Həmin ekspertiza Rəyi ilə razılaşmayan iddiaçı tərəfin vəsatəti əsasında keçirilmiş əlavə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının 27 sentyabr 2019-cu il tarixli 34169 №-li Ekspert Rəyi ilə lizinq alan Cavabdeh lizinq verən İddiaçı MMC-nə 20 dekabr 2013-cü il tarixli DLM062 və DLM063 saylı daxili lizinq müqavilələri üzrə cəmi 110060,64 manat məbləğində və 12 iyun 2013-cü il tarixli DLM042/1 saylı daxili lizinq müqaviləsi üzrə 24851,14 manat məbləğində borcu, 19 noyabr 2014-cü il tarixli DLM303-01 saylı daxili lizinq müqaviləsi üzrə isə 16638 manat məbləğində artıq ödənişi müəyyən edilmişdir. Eləcə də, həmin Ekspert Rəyi ilə “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat və “Dongfeng” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə 34000 manat məbləğində müəyyən edilmişdir (iş vərəqi: 1-ci cild – 247-253). Həmin ekspertiza Rəyi ilə razılaşmayan iddiaçı tərəfin vəsatəti əsasında yenidən keçirilmiş əlavə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının 14 may 2020-ci il tarixli 30216 №-li Ekspert Rəyi ilə lizinq alan Cavabdeh lizinq verən İddiaçı MMC-nə 20 dekabr 2013-cü il tarixli DLM062 və DLM063 saylı daxili lizinq müqavilələri üzrə cəmi 110060,64 manat məbləğində və 12 iyun 2013-cü il tarixli DLM042/1 saylı daxili lizinq müqaviləsi üzrə 24851,14 manat məbləğində borcu, 19 noyabr 2014-cü il tarixli DLM303-01 saylı daxili lizinq müqaviləsi üzrə isə 16638 manat məbləğində artıq ödənişi müəyyən edilmişdir. Eləcə də, həmin Ekspert Rəyi ilə də “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat və “Dongfeng” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə 34000 manat məbləğində müəyyən edilmişdir (iş vərəqi: 2-ci cild – 26-36). Həmin ekspertiza Rəyi ilə də razılaşmayan iddiaçı tərəfin vəsatəti əsasında, əlavə materiallar təqdim olunmaqla, yenidən keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 01 aprel 2021-ci il tarixli 9/5269 №-li Ekspert Rəyindən görünür ki, 1) 29 mart 2013-cü il tarixli DLM063 nömrəli daxili lizinq müqaviləsinin, həmin müqaviləyə 29 mart 2013-cü il tarixli 02 saylı və 06 yanvar 2015-ci il tarixli 03 saylı Əlavələrin şərtləri nəzərə alınmaqla 19 yanvar 2017-ci il tarixinə lizinq alan Cavabdeh lizinq verən “xxxx” MMC-nə ödənilməli olan borcu cəmi 47500 manat məbləğində müəyyən edilir; 2) 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli daxili lizinq müqaviləsinin, həmin müqaviləyə 12 iyun 2013-cü il tarixli 02 saylı və 06 yanvar 2015-ci il tarixli 03 saylı Əlavələrin şərtləri nəzərə alınmaqla 19 yanvar 2017-ci il tarixinə lizinq alan Cavabdeh lizinq verən İddiaçı MMC-yə ödənilməli olan borcu cəmi 31130 manat məbləğində müəyyən edilir; 3) 29 mart 2013-cü il tarixli DLM062 saylı X2 müqaviləsi üzrə lizinq alan Cavabdeh 30 mart 2015-ci il tarixə lizinq verən İddiaçı MMC-nə ödənilməli olan borcu cəmi 15537,39 manat məbləğində müəyyən edilir; 4) 19 noyabr 2014-cu il tarixli DLM303-01 saylı X2 müqaviləsi üzrə lizinq alan Cavabdeh 30 noyabr 2016-cı il tarixə lizinq verən İddiaçı MMC-nə ödənilməli olan borcu cəmi 25800 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, 01 aprel 2021-ci il tarixli 9/5269 №-li Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli daxili maliyyə lizinq müqavilələri üzrə lizinq alan Cavabdeh lizinq verən “xxxx” MMC-nə qalıq borcu müvafiq olaraq 15537,39 manat, 47500 manat, 31130 manat və 25800 manat olmaqla, ümumilikdə 4 müqavilə üzrə cəmi 119967,39 (yüz on doqquz min doqquz yüz altmış yeddi manat 39 qəpik) manat miqdarındadır (15537,39 + 47500 + 31130 + 25800 = 119967,39 manat). İddiaçı tərəfin təqdim etmiş olduğu maliyyə arayışlarına görə isə məlum müqavilələr üzrə (4 müqavilə üzrə ümumi borc) 146915 manat əsas borc, 48075 manat faiz borcu və 92569 manat dəbbə pulu borcu olmaqla, cəmi 287558 manat məbləğində qalıq borc hesablanmışdır. Qeyd etmək lazımdır ki, 01 aprel 2021-ci il tarixli 9/5269 №-li Ekspert Rəyində ekspertiza tərəfindən tədqiqatın nəticəsi kimi müəyyən edilmiş xüsusatlar və hallar Rəyin təsviri hissəsində kifayət qədər ətraflı əsaslandırılmışdır (müqavilələr üzrə borcun hesablanma müddətlərində iddiaçı tərəfin mövqeyi nəzərə alınmış və iddiaçının təqdim etdiyi sənədlərə əsasən ekspertiza aparılmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.4-cü maddəsinə əsasən, lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli daxili maliyyə lizinq müqavilələri üzrə cavabdeh (lizinq alan) Cavabdeh iddiaçı (lizinq verən) “xxxx” MMC-nə mövcud qalıq borcun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasının 01 aprel 2021-ci il tarixli 9/5269 №-li Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehin məlum Müqavilələr üzrə lizinq ödənişlərinə görə qalıq borcu müvafiq olaraq 15537,39 manat, 47500 manat, 31130 manat və 25800 manat olmaqla, ümumilikdə 4 müqavilə üzrə cəmi 119967,39 (yüz on doqquz min doqquz yüz altmış yeddi manat 39 qəpik) manat miqdarında müəyyən edilməlidir. Lakin, məhkəmə hesab edir ki, ekspertiza tərəfindən ümumilikdə 4 müqavilə üzrə müəyyən olunmuş cəmi 119967,39 (yüz on doqquz min doqquz yüz altmış yeddi manat 39 qəpik) manat məbləğində borcun hazırkı iddia ərizəsi üzrə verilmiş iddia tələbi nəzərə alınmaqla Cavabdeh tutulub-tutulması məsələsinin həllində isə işin yuxarıda qeyd olunan halları və eyni zamanda, aşağıda təsvir edilən xüsusatlar nəzərə alınmaqla müvafiq nəticəyə gəlinməlidir. Belə ki, iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunu və maliyyə sənədləri ilə müəyyən olunur ki, lizinq alan Cavabdeh 19 yanvar 2017-ci ildə qaytarmış olduğu 5 (beş) ədəd yük avtomobillərinin (lizinq obyektlərinin) lizinq verən İddiaçı MMC-nin müraciəti əsasında “xxxx” MMC tərəfindən qiymətləndirilməsi aparılaraq, həmin beş ədəd qaytarılmış lizinq obyektinin likvid dəyəri (məlum Müqavilə şərtlərində Lizinq obyektlərinin (avtomobillərin) “cari dəyəri” ifadəsindən istifadə olunmuşdur) ümumilikdə cəmi 51550 manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli müqavilələr üzrə (4 müqavilə üzrə) lizinq alan Cavabdeh ümumilikdə 146915 manat əsas borc, 48075 manat faiz borcu və 92569 manat dəbbə pulu olmaqla, cəmi 287558 manat məbləğində qalıq borc hesablanmış və 92569 manat miqdarında ümumi dəbbə pulu məbləğindən 5 ədəd yük avtomobilinin ümumi likvid dəyəri kimi müəyyən edilmiş cəmi 51550 manat pul vəsaiti çıxıldıqdan (92569 - 51550 = 41019 manat) sonra 146915 manat əsas borc, 48075 manat faiz borcu və 41019 manat (iddia tələbində həmin dəbbə pulu məbləği “41519 manat” kimi göstərilmişdir) dəbbə pulu olmaqla, cəmi 236008 manat (halbuki, qeyd olunan pul məbləğlərinin cəmi 236009 manat edir) məbləğində pul vəsaiti yekun borc olaraq saxlanmışdır. Çünki, “lizinq verən” İddiaçı MMC ilə “lizinq alan” Cavabdeh arasında bağlanmış 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli və 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli Müqavilələrin 10.6-cı bəndinin və eləcə də, 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli Müqavilənin isə 9.6-cı bəndinin tələblərinə görə - “Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Həmin məbləğə lizinq obyektinin cari dəyəri, Lizinq ödənişləri qrafikinə əsəsən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri müqavilənin ləğv edilməsi gününə Lizinq alan tərəfindən ödənilməli olan cərimə və/və ya dəbbə pulu, Lizinq obyektinin geri alınması və satışı, müqavilənin icrası nəticəsində Lizinq verənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı lizinq verənin zərər itkilərinin ödənilməsi uçun lazım olan məbləğ daxildir. Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər”. Yəni, iddiaçı tərəf qeyd olunan Müqavilə şərtinə uyğun olaraq cavabdeh tərəfindən qaytarılmış lizinq obyektlərinin ümumi dəyərini cəmi 51550 manat miqdarında müəyyən edərək, həmin məbləği 4 müqavilə üzrə ümumilikdə hesablanmış cəmi 92569 manat miqdarında dəbbə pulu məbləğindən çıxmış və geridə qalan borc məbləğini yekun borc kimi hazırkı iddia ərizəsi ilə cavabdehdən tələb edir. Lakin, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, İddiaçı MMC-nin müraciəti əsasında “xxxx” MMC tərəfindən beş ədəd qaytarılmış lizinq obyektinin likvid dəyəri ümumilikdə cəmi 51550 manat miqdarında müəyyən edilmiş olsa da, məhkəmə araşdırması zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının 27 sentyabr 2019-cu il tarixli 34169 №-li və 14 may 2020-ci il tarixli 30216 №-li Ekspert Rəyləri ilə iddiaçıya qaytarılmış həmin “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat, “Howo” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 30000 manat və “Dongfeng” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə 34000 manat məbləğində olmaqla, həmin beş ədəd avtomobilin ümumi dəyəri cəmi 154000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, təsvir olunanlara və işin konkret hallarına əsasən məhkəmə hesab edir ki, 29 mart 2013-cü il tarixli DLM062 nömrəli, 29 mart 2013-cü il tarixli DLM063 nömrəli, 12 iyun 2013-cü il tarixli DLM042/1 nömrəli və 19 noyabr 2014-cü il tarixli DLM303-01 nömrəli daxili maliyyə lizinq müqavilələri üzrə cavabdeh (lizinq alan) Cavabdeh tərəfindən qaytarılmış lizinq obyektlərinin (5 ədəd yük avtomobilinin) dəyəri müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının 27 sentyabr 2019-cu il tarixli 34169 №-li və 14 may 2020-ci il tarixli 30216 №-li Ekspert Rəyləri mötəbər sübut olaraq nəzərə alınmalı və həmin avtomobillərin (lizinq obyektlərinin) ümumi dəyəri 154000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, qeyd etmək lazımdır ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, məlum müqavilələr üzrə 8 ədəd yük avtomobilləri “Lizinq alan”a ilkin ödənişsiz verilmiş və “Lizinq alan” tərəfindən həmin lizinq obyektlərinə görə ümumilikdə 130188 (yüz otuz min yüz səksən səkkiz) manat məbləğində lizinq ödənişləri edilmişdir. Eləcə də, Cavabdeh məhkəmə iclasında vermiş olduğu “lizinqə aldığı 8 ədəd özüboşaldan yük maşınlarının istifadə üçün yararsız olması, həmin maşınların “motor”ları, təkərləri, akkumlyatorları və sürətlər qutusunun olmaması, maşınları müxtəlif yerlərdən götürüb təmirə evakuatorun üzərində aparması, hər maşının təmirinə təqribən 12000-13000 manat məbləğində pul xərcləməsi, öz hesabına maşınları 3-4 aya təmir etdirib, işlətməyə başlaması və maşınları işlətdiyi dövrdə ödənişlər etməsi, 2016-cı ilin əvvəlindən maşınları qaytarmaq istəsə də, Lizinq şirkətinin onları qəbul etməməsi” barədə izahatı iddiaçı tərəfin nümayəndələri tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, iş materialları ilə lizinq obyektləri olan avtomobillər cavabdehdə (Lizinq alanda) olduğu dövrdə “lizinq ödənişlərinin ödənilməsi və ya borcun ödənməsi və yaxud, lizinq obyektlərinin qaytarılması barədə iddiaçı (Lizinq verən) tərəfin cavabdehə (Lizinq alana) hər hansı bir rəsmi müraciətinin olması müəyyən edilmir. Beləliklə də, yuxarıda təsvir olunanlara və mötəbər sübut olaraq qiymətləndirilən ekspert rəylərinə əsasən məlum Lizinq Müqavilələri üzrə müəyyən edilmiş cəmi 119967,39 (yüz on doqquz min doqquz yüz altmış yeddi manat 39 qəpik) manat miqdarında lizinq borcu qaytarılmış lizinq obyektlərinin dəyəri kimi ekspertiza rəylərinə əsasən müəyyən edilmiş cəmi 154000 (yüz əlli dörd min) manat məbləğində pul vəsaitindən çıxıldıqda, Lizinq alanın (cavabdehin) məlum Lizinq Müqavilələri üzrə ödənilməmiş borcu qalmır (154000 manat - 119967,39 manat = 34032,61 manat). Hətta, həmin məbləğlərin fərqi imkan verir ki, iddiaçı tərəfindən məlum borc məbləği ilə əlaqədar dəbbə pulu hesablandığı halda, həmin dəbbə pulu məbləği də maşınların dəyəri ilə əvəzləşdirilsin. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd etmək lazımdır ki, məlum Lizinq Müqavilələri üzrə yaranmış borcun qaytarılmış lizinq obyektlərinin dəyəri ilə əvəzləşdirilməsi - həmin Müqavilələrin müəyyən olunmuş şərtləri ilə yanaşı, iddia ərizəsində, iddia tələbi ilə əlaqədar tərtib edilmiş sənədlərdə və məhkəmə iclasında ifadə olunmuş iddiaçı tərəfin öz mövqeyi ilə də təsdiq olunur. Çünki, iddiaçının özü də qaytarılmış avtomobillərin qiymətini müəyyən edərək, cavabdehin (lizinq alanın) hesablanmış borcunu həmin həddə azaltmışdır (iddiaçı avtomobillərin dəyərini dəbbə pulu borcundan çıxmış və bundan sonra qalan borcun tutulması üçün məhkəməyə müraciət etmişdir). Deməli, bu halda iş üzrə mübahisəli vəziyyət yalnız qalıq borcun mövcud miqdarı və qaytarılmış avtomobillərin (lizinq obyektlərinin) mövcud dəyəri üzrə yaranır. Həmin mübahisəli vəziyyət isə iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə həll edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1) və bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “Cavabdeh lizinq ödənişləri üzrə cəmi 236508 (iki yüz otuz altı min beş yüz səkkiz) manat (o cümlədən, 146915 (yüz qırx altı min doqquz yüz on beş) manat əsas borc, 48075 (qırx səkkiz min yetmiş beş) manat faiz borcu və 41519 (qırx bir min beş yüz on doqquz) manat dəbbə pulu) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə verilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “Cavabdeh lizinq ödənişləri üzrə cəmi 236508 (iki yüz otuz altı min beş yüz səkkiz) manat (o cümlədən, 146915 (yüz qırx altı min doqquz yüz on beş) manat əsas borc, 48075 (qırx səkkiz min yetmiş beş) manat faiz borcu və 41519 (qırx bir min beş yüz on doqquz) manat dəbbə pulu) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 590 (beş yüz doxsan) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu - iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 590 (beş yüz doxsan) manat məbləğində pul vəsaiti İddiaçındən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar