Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-3/2020 07.05.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ İş № 2-2(119)-3/2020 ARAYİŞ xx xxx 2020-ci il Sumqayıt şəhəri Sumqayıt Apelyasiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və xx xxx 2020-ci ildə icraatıma daxil olmuş İddiaçı1 cavabdeh “xxxx” Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)-3/2020 nömrəli mülki işin materiallarından görünür ki, həmin mülki iş 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsininicraatında olmuş və iş üzrə xx xxx 2019-cu ildə qətnamə qəbul edilərək, həmin tarixdə işin birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılması yekunlaşdırılmışdır (hakim Vəfa Əzizova). Həmin mülki iş üzrə cavabdeh “xxxx” Şirkəti tərəfindən xx xxx 2019-cu il tarixli 2-2(085)-28/2019 saylı qətnamədən verilmiş apelyasiya şikayəti isə Sumqayıt Apelyasiya Məhkəməsinin19dekabr 2019-cu il tarixli 2-2(105)- 155/2019 saylı qətnaməsi ilətəmin edilməmişdir. Lakin, 2019-cu ildə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsində mahiyyəti üzrə baxılaraq, məhkəmə qətnaməsi çıxarılmaqla baxışı yekunlaşdırılmış həmin mülki iş 2019-cu ilin sonunda yekun məhkəmə aktı qəbul edilməmiş mülki iş kimi 2020-ci ildə 2-2(119)-3/2020 nömrə ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyata alınmışıdr. Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqov Azərbaycan Respublikası adından Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi İddiaçı1 “xxxx” şirkətinə qarşı iddiası üzrə QƏTNAMƏ İş № 2-2(85)-28/2019 GİRİŞ HİSSƏ xx xxx 2019-cu il Sumqayıt şəhəri Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Bayraməli qızının katibliyi, İddiaçının nümayəndəsi Zamanova Könül Dağlar qızının iştirakı ilə, İddiaçı1 cavabdeh “xxxx” şirkətinə qarşı 251.760,86 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı1 cavabdeh “xxxx” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 251.760,86 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Zamanova Könül Dağlar qızı iddianı müdafiə edərək izah etdi ki, İddiaçı1 (satıcı) ilə “xxxx” şirkəti (alıcı) arasında xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə dair müvafiq Əlavə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində satıcı tərəfindən alıcıya müxtəlif növ elektrik mallarının satılması həyata keçirilmiş, lakin alıcı tərəfindən satıcıya həmin malların dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin 251.760,86 manat borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçı və cavabdeh arasında imzalanmış xx xxxxxxx 2017-ci il tarixli razılaşma protkoluna əsasən cavabdeh tərəfindən borcun ödənilməsinin xx xxx 2018-ci il tarixinədək həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Lakin sözügedən tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödəniməsi bu günədək təmin edilməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təminedilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarında olan xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən qiyməti, sayı, çeşidi və.s müqavilənin ayrılmaz tərkib hissəsi olan təhviltəslim aktında qeyd olunan malların müqavilə müddətində alıcıya satılması, alıcı tərəfindən həmin malların qəbul edilərək dəyərinin müqavilədə nəzərdə tutulmuş qaydada satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2-ci bəndinə görə satıcı tərəfindən alıcıya satılan ümumi dəyəri ƏDVsiz 251760,86 manat olan malların dəyəri, mallar təhvil təslim aktına əsasən verildikdən sonra razılaşma müddətində alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 251760,86 manat olan elektrik malları satıcı İddiaçı1 tərəfindən alıcı “xxxx” şirkətinə təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli razılaşma protokulundan görünür ki, xx.xx.2015-ci il tarixli 30 nömrəli müqavilə və xx.xx.2015-ci il tarixli təhvil təslim aktı üzrə “xxxx” şirkətinin İddiaçı1 qarşısında olan borcun məbləği 251760,86 manat təşkil edir, “xxxx” şirkəti ƏDV-siz 251760,86 manat məbləğində borcun xx xxx 2018-ci il tarixinədək ödənilməsini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin müddəalarına görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (448.2). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildi. Bununla bağlı iddia tələbi təmin edilərək cavabdeh «xxxx» şirkətindən İddiaçı1 xeyrinə 251.760,86 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddianıntəmin olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsininə əsasən hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edisin. Cavabdeh «xxxx» şirkətindən İddiaçı1 xeyrinə 251.760,86 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-2(119)-3/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-3/2020
07.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver