Məhkəmə qərarları › İş №2-2(119)-31/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-31/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-31/2021 04.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı ”İddiaçı1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bağırov Sadiq Tofiq oğlunun, Cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı1 30 oktyabr 2017-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ödəniş günündə Azərbaycan manatının məzənnəsi ilə cəmi 928372 ABŞ dolları məbləğində borcun və məhkəmədə işə baxılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqi: 11-13). Həmin iddia ərizəsinə dair iş üzrə məhkəmə prosesi zamanı İddiaçı1 28 fevral 2020ci ildə Abşeron Rayon Məhkəməsinə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, “1. Cavabdeh2 ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/438 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/438-1 saylı zaminlik müqaviləsinin ləğv olunması və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74905 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72122 ABŞ dolları olmaqla, cəmi 179887 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 2. Cavabdeh1 ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/439 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/439-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74908 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72126 ABŞ dolları olmaqla, cəmi 179894 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 3. Cavabdeh2 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/480 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/480-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 94839 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 34110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210383 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 4. Cavabdeh1 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/481 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/481-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 93622 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 35862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210917 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (“İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin “Qeyd” hissəsində göstərilmişdir ki, bütün maraq faizi və dəbbə pulları lizinq predmeti olan nəqliyyat vasitələrinin “lizinq verən”ə qaytarılması barədə razılıq əldə edilən günədək, yəni 06 sentyabr 2016-cı ilədək yaranmış borcdur. Razılaşmadan iki gün sonra, yəni 08 sentyabr 2016-cı ildə həmin texnikalar “lizinq verən”ə qaytarılmışdır) (i/v: 127- 128). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli 2(102)-4673/20 nömrəli qərarına əsasən İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (i/v: 208-209). İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbləri onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Cavabdeh1 və Cavabdeh2 rəhbəri Ağakərim Əkbərov İddiaçı1nə müraciət edərək, özüboşaldan yük maşınları alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirmişlər. İddiaçı1 MMC tərəfindən həmin şəxslərin istədikləri yük maşınları alınmış və onlarla aşağıdakı lizinq və zaminlik müqavilələri bağlanaraq, maşınlar onlara təhvil verilmişdi: 1). Cavabdeh1 ilə 02 iyul 2012ci ildə bağlanmış 12/439 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/439-1 saylı zaminlik müqaviləsi əsasında LZZ5EXSD3CN674926 və LZZ5EXSD7CN675058 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın; 2). Cavabdeh1 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/481 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/482-1 saylı zaminlik müqaviləsi əsasında LZZ5EXSD6CN677819 və LZZ5EXSD9CN677779 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın; 3). Cavabdeh2 MMC ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/480 saylı lizinq müqaviləsi ilə həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/480-1 saylı zaminlik müqaviləsi əsasında LZZ5EXSD4CN677818 və LXZ5KXSD7CN677814 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın; 4). Cavabdeh2 MMC ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/438 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/438-1 saylı zaminlik müqaviləsi əsasında ZZ5EXSD0CN674947 və LZZ5EXSD4CN674949 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın. Həmin Müqavilələrin 2 saylı Əlavələrinə əsasən kreditin ödənişi üçün qrafik tərtib edilmişdir. Həmin qrafiklər və edilmiş ödənişlər nəzərə alınmaqla, cavabdehlərin lizinq predmeti olan nəqliyyat vasitələrinin “Lizinq verən”ə qaytarılması barədə razılıq əldə edilən günədək, yəni 06 sentyabr 2016-cı ilədək İddiaçı1nə 12/438 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 74905 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72122 ABŞ dolları olmaqla, cəmi 179887 ABŞ dolları məbləğində, 12/439 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 74908 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72126 ABŞ dolları olmaqla, cəmi 179894 ABŞ dolları məbləğində, 12/480 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 94839 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 34110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210383 ABŞ dolları məbləğində və 12/481 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 93622 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 35862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210917 ABŞ dolları məbləğində borcları yaranmışdır. Lakin, cavabdehlər iddiaçının müqaviləni ləğv etmək və borcu ödəməklə bağlı tələblərinə məhəl qoymamışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə 20 noyabr 2020-ci il tarixli “iddia ərizəsinə qarşı yazılı Etiraz” və “iddia müddətinin tətbiq edilməsi” barədə 28 fevral 2020-ci il və 11 noyabr 2020-ci il tarixli ərizələr təqdim edilərək, İddiaçı1 MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı verilmiş iddia tələbinə iddia müddətini tətbiq edərək, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və cavabdehlər tərəfindən həmin “Etiraz” və “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələr onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia tələbində qeyd olunan borc məbləğinin hansı qaydada hesablanması məlum deyildir və buna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən də hansı əsaslarla hesablandığı məlum olmayan iddia tələbində göstərilən məbləğ ilə cavabdehlər razı deyildir və cavabdehlər hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Həmçinin, cavabdehlər hesab edir ki, iddiaçı məhkəməyə məqsədyönlü şəkildə gec müraciət etmiş, eyni zamanda lizinq obyektlərini gec təhvil almış və bununla da borcların məbləğini süni surətdə şişirtmişdir. Belə ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş müddətin sonunda hüquqi tədbirlər görməyə başlaması, cavabdehlərə ziyan vurmaq niyyəti ilə əsas borc və cərimənin süni surətdə artırılmasına yönəlmiş addım olub, iddiaçının müqavilə və Mülki Məcəllə ilə verilmiş hüquqlardan sui-istifadə etməsini (Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququ yaranır) göstərən amildir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən isə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə vol verilmir. Bu səbəbdən, cavabdehlər hesab edir ki, hüquqlarından sui-istifadə edərək iddiaçı tərəfindən cavabdehlərdən şişirdilmiş məbləğdə pul vəsaitinin tələb edilməsi ədalət prinsipinə ziddir. Tərəflər arasında imzalanmış Lizinq müqavilələrinin 18.3.3-cü bəndində qeyd edilir ki, lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı bir ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi, müqaviləyə xitam verilməsinə əsasdır. Lakin, iddiaçı tərəfindən həmin hüquqdan da istifadə edilməmiş, məqsədyönlü şəkildə müqavilə müddətinin bitməyi gözlənilmişdir ki, bu hal da cavabdehlər tərəfindən iddiaçının öz hüquqlarından sui-istifadə etməsi halı kimi qiymətləndirilir. Bununla yanaşı, aşağıda qeyd olunan səbəblərə görə cavabdehlər hesab edir ki, lizinq müqavilələri üzrə borcun tələb edilməsi üçün iddia müddəti ötürülmüşdür. Belə ki, 12/438 və 12/439 saylı lizinq müqavilələrinin qüvvədə olma müddəti 02 iyul 2016-cı il tarixində, 12/480 və 12/481 saylı lizinq müqavilələrinin qüvvədə olma müddəti isə 26 sentyabr 2016-cı il tarixində bitmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə 30 oktyabr 2017-ci il tarixində müraciət edilmişdir. Lakin, daha sonra iddiaçının məhkəmə iclasında iştirak etməməsi səbəbindən Abşeron rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)- 615/2018 saylı Qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia mövcud olmayıb. Bu, aşağıda qeyd olunanlarla təsdiq olunur: İlk növbədə, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: məsələn, iddiaçının məhkəmə iclasına gəlməməsinə görə və s. Cavabdehlər hesab edir ki, yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə etibarlı sayılmır. Xüsusi ilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia təqdim edən şəxsin sonrakı davranışı şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyibistəmədiyini təyin edir. İkincisi, Mülki Məcəllənin 381.1-ci və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2-ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. Əgər, 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəydi, qanunverici bunu da xüsusi qeyd edərdi. Lakin, qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Qeyd olunanları nəzərə alaraq cavabdehlər hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş üç illik müddəti ötürdüyündən, iddiaçının iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh2 ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/438 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış zaminlik müqaviləsinin ləğv olunması və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74905 ABŞ dolları, lizinq mükafatı kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72122 ABŞ dolları olmaqla, cəmi 179887 ABŞ dolları məbləğində pulun, Cavabdeh1 ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/439 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74908 ABŞ dolları, lizinq mükafatı kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72126 ABŞ dolları olmaqla, cəmi 179894 ABŞ dolları məbləğində pulun, Cavabdeh2 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/480 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 94839 ABŞ dolları, lizinq mükafatı kimi 34110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210383 ABŞ dolları məbləğində pulun və Cavabdeh1 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/481 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 93622 ABŞ dolları, lizinq mükafatı kimi 35862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210917 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da və “iddia müddətinin tətbiq edilməsi”xxxxİddiaçı1 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı verilmiş iddia tələbinə iddia müddətini tətbiq edərək, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. 11 noyabr 2020-ci ildə və 20 noyabr 2020-ci ildə keçirilən məhkəmə baxış iclaslarında iştirak etmiş Cavabdeh2 qanuni təmsilçisi Qanuni nümayəndə Vladamirovna da iddia tələbini qəbul etmədiyini bildirərək, iddiaçı ”İddiaçı1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı verilmiş iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdi. Lakin, Cavabdeh2 18 may 2021-ci il tarixinə və 04 iyun 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) həmin tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan iş üzrə məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, cavabdehlər tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı1 ilə “Lizinq alan” Cavabdeh2 (VÖEN: **********) arasında yük avtomobillərinin lizinqə verilməsi ilə əlaqədar iki müqavilə - 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələri bağlanmış (müqavilələr “Lizinq verən” və “Lizinq alan” olmaqla, iki tərəf arasında bağlanmışdır) və həmin Müqavilələr əsasında ümumilikdə 4 (dörd) ədəd özüboşaldan yük avtomobilləri sonuncuya lizinqə verilmişdir: - 1). 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 128310 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh2nə lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 128310 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 68915 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh2 MMC-nin hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 02 iyul 2016-cı il tarixinədək 128310 ABŞ dolları əsas məbləğ və 68915 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 197225 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 02 iyul 2012-ci il tarixli Təhvil-Təslim Protokolundan görünür ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı1 MMC tərəfindən 02 iyul 2012-ci ildə “Lizinq alan” Cavabdeh2 MMC-nə təhvil verilmişdir); 2). 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 127340 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh2nə lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 127340 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 70720 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh2 MMC-nin hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 26 sentyabr 2016-cı il tarixinədək 127340 ABŞ dolları əsas məbləğ və 70720 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 198059 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 26 sentyabr 2012-ci il tarixli Təhvil-Təslim Protokolundan görünür ki, 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı1 MMC tərəfindən 26 sentyabr 2012-ci ildə “Lizinq alan” Cavabdeh2 MMC-nə təhvil verilmişdir. Buna görə də, müqavilə şərtlərinə əsasən həmin Müqavilənin son icra müddəti 26 sentyabr 2016-cı il tarixi müəyyən edilmişdir). İş materiallarında olan 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələrinin 4.6-cı bəndlərinə əsasən, “Lizinq alan” Ödəniş Cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla), “Lizinq alan” hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən Lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə əlavə ödəniş ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, 02 iyul 2012-ci il tarixli 12/438-1 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480-1 nömrəli Zaminlik müqavilələri ilə zamin Cavabdeh1 “Lizinq alan” Cavabdeh2 MMC-nin 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələrinə əsasən “Lizinq verən” İddiaçı1 MMC-dən yük avtomobillərini lizinqə götürməsinə müvafiq qaydada zamin olmuşdur. Eləcə də, iş materialları ilə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı1 ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh1 (VÖEN **********) arasında yük avtomobillərinin lizinqə verilməsi ilə əlaqədar iki müqavilə - 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri bağlanmış (müqavilələr “Lizinq verən” və “Lizinq alan” olmaqla, iki tərəf arasında bağlanmışdır) və həmin Müqavilələr əsasında ümumilikdə 4 (dörd) ədəd özüboşaldan yük avtomobilləri sonuncuya lizinqə verilmişdir: - 1). 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 128310 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh1 lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 128310 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 68915 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh1 hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 02 iyul 2016-cı il tarixinədək 128310 ABŞ dolları əsas məbləğ və 68915 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 197225 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 02 iyul 2012-ci il tarixli Təhvil-Təslim Protokolundan görünür ki, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı1 MMC tərəfindən 02 iyul 2012-ci ildə “Lizinq alan” Cavabdeh1 təhvil verilmişdir); 2). 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 127340 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh1 lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 127340 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 70720 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh1 hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 26 sentyabr 2016-cı il tarixinədək 127340 ABŞ dolları əsas məbləğ və 70720 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 198059 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 26 sentyabr 2012-ci il tarixli Təhvil-Təslim Protokolundan görünür ki, 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı1 MMC tərəfindən 26 sentyabr 2012-ci ildə “Lizinq alan” Cavabdeh1 təhvil verilmişdir. Buna görə də, müqavilə şərtlərinə əsasən həmin Müqavilənin son icra müddəti 26 sentyabr 2016-cı il tarixi müəyyən edilmişdir). İş materiallarında olan 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinin 4.6-cı bəndlərinə əsasən, “Lizinq alan” Ödəniş Cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla), “Lizinq alan” hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən Lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə əlavə ödəniş ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, 02 iyul 2012-ci il tarixli 12/439-1 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/482-1 nömrəli Zaminlik müqavilələri ilə zamin Cavabdeh2 MMC “Lizinq alan” Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinə əsasən “Lizinq verən” İddiaçı1 MMC-dən yük avtomobillərini lizinqə götürməsinə müvafiq qaydada zamin olmuşdur. İş materiallarından görünür ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli, 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri (lizinq obyektləri) 07 sentyabr 2016-cı il tarixli Aktla “Lizinq alan”lar Cavabdeh2 və Cavabdeh1 tərəfindən “Lizinq verən” İddiaçı1nə təhvil verilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hesabladığı borc məbləğləri ilə razılaşmayaraq, ekspertiza keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət əsasında məlum müqavilələr üzrə “lizinq obyektlərinin qaytarıldığı tarix və iddia tələbində borcun hesablanma tarixi nəzərə alınmaqla 06 sentyabr 2016-cı il tarixinə yaranmış borcun hesablanması” üçün qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 aprel 2021-ci il tarixli 9/5620 №-li Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2xxxx"İddiaçı1" MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107765,18 (yüz yeddi min yeddi yüz altmış beş dollar 18 sent) ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2xxxx"İddiaçı1" MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128949,05 (yüz iyirmi səkkiz min doqquz yüz qırx doqquz dollar 05 sent) ABŞ dolları məbləğində; 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən "İddiaçı1" MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107767,73 (yüz yeddi min yeddi yüz altmış yeddi dollar 73 sent) ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən "İddiaçı1" MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128648,66 (yüz iyirmi səkkiz min altı yüz qırx səkkiz dollar 66 sent) ABŞ dolları məbləğində - qalıq borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələri üzrə müvafiq qaydada ödənişlər aparılmadığına görə lizinq alan Cavabdeh2 MMC-nin və eləcə də, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə müvafiq qaydada ödənişlər aparılmadığına görə lizinq alan Cavabdeh1 əsas borc və lizinq mükafatı üzrə lizinq verən "İddiaçı1" MMC-yə borcları yaranmış və buna görə də, yaranmış lizinq borclarının və məlum Müqavilələrin şərtlərinə əsasən həmin borclara ayrı-ayrılıqda hesablanmış dəbbə pullarının ödənilməsi üçün iddiaçı "İddiaçı1" MMC tərəfindən cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh1 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli, 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə yaranmış borcun ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum lizinq müqavilələri üzrə cavabdehlər (lizinq alanlar) lizinq ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiklərindən, həmin müqavilələr üzrə yaranmış borclarını ödəməlidirlər. Lakin, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələri üzrə Cavabdeh2 MMC-dən və eləcə də, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə Cavabdeh1 tutulmalı olan əsas borc və lizinq mükafatlarının məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 aprel 2021-ci il tarixli 9/5620 №-li Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Rəyə və iddiaçı tərəfindən verilmiş iddia tələblərinə uyğün olaraq müəyyən edilməlidir. Yəni, 08 aprel 2021-ci il tarixli 9/5620 №-li ekspertiza Rəyində Cavabdeh2 ilə bağlanmış 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə əsas borc və lizinq mükafatının ümumi məbləği 107765,18 (yüz yeddi min yeddi yüz altmış beş dollar 18 sent) ABŞ dolları və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə əsas borc və lizinq mükafatının ümumi məbləği 128949,05 (yüz iyirmi səkkiz min doqquz yüz qırx doqquz dollar 05 sent) ABŞ dolları miqdarında müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdeh2 MMC-dən 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli müqavilə üzrə “74905 ABŞ dolları məbləğində əsas borc və 32860 ABŞ dolları məbləğində lizinq mükafatı“ olmaqla, ümumilikdə cəmi 107765 (yüz yeddi min yeddi yüz altmış beş) ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli müqavilə üzrə “94839 ABŞ dolları məbləğində əsas borc və 34110 ABŞ dolları məbləğində lizinq mükafatı“ olmaqla, ümumilikdə cəmi 128949 (yüz iyirmi səkkiz min doqquz yüz qırx doqquz) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatının tutulması, yəni daha az miqdarda əsas borc və lizinq mükafatının tutulması tələb olunur. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən hər bir müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə əsas borc və lizinq mükafatı borcu tutulmalıdır. Eləcə də, iddia tələbində Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə “74908 ABŞ dolları məbləğində əsas borc və 32860 ABŞ dolları məbləğində lizinq mükafatı“ olmaqla, ümumilikdə cəmi 107768 (yüz yeddi min yeddi yüz altmış səkkiz) ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə “93622 ABŞ dolları məbləğində əsas borc və 35862 ABŞ dolları məbləğində lizinq mükafatı“ olmaqla, ümumilikdə cəmi 129484 (yüz iyirmi doqquz min dörd yüz səksən dörd) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatının tutulması tələb edilsə də, 08 aprel 2021-ci il tarixli 9/5620 №-li Ekspertiza Rəyində 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə hesablanmış əsas borc və lizinq mükafatlarının ümumi məbləği hər bir müqavilə üzrə müvafiq olaraq “107767,73 (yüz yeddi min yeddi yüz altmış yeddi dollar 73 sent) ABŞ dolları” və “128648,66 (yüz iyirmi səkkiz min altı yüz qırx səkkiz dollar 66 sent) ABŞ dolları” miqdarında müəyyən edilmişdir. Bu halda isə iddia tələbində tələb edilən əsas borc və lizinq mükafatı məbləğləri Ekspertiza Rəyi ilə təsdiq olunmur və ona görə də həmin müqavilələr üzrə əsas borc və lizinq mükafatının tutulması hissəsində Ekspertiza Rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə Ekspertiza Rəyində müəyyən edilmiş miqdarda əsas borc və lizinq mükafatı borcu tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış məlum lizinq Müqavilələrinin şərtlərinə uyğun olaraq lizinq ödənişlərinin yubadılmasına görə iddiaçı "İddiaçı1" MMC Cavabdeh2 MMC-dən 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə 72122 ABŞ dolları və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə 81433 ABŞ dolları məbləğində dəbbə pulları tələb etsə də, işin halları nəzərə alınmaqla həmin dəbbə pulu məbləğləri azaldılaraq, Cavabdeh2 MMC-dən 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli müqavilə üzrə 5000 (beş min) ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli müqavilə üzrə 6000 (altı min) ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. Eləcə də, iddiaçı "İddiaçı1" MMC Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə 72126 ABŞ dolları və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə 81433 ABŞ dolları məbləğində dəbbə pulları tələb etsə də, işin halları nəzərə alınmaqla həmin dəbbə pulu məbləğləri azaldılaraq, Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli müqavilə üzrə 5000 (beş min) ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli müqavilə üzrə 6000 (altı min) ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə işin halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldıla bilər. Həmçinin, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, hazırkı iddia tələbi “02 iyul 2012-ci il tarixli 12/438 nömrəli, 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinin və həmin Müqavilələrlə əlaqədar bağlanmış Zaminlik müqavilələrinin ləğv edilməsi” hissəsində isə əsassız olduğuna görə təmin edilməməlidir. Çünki, həmin Müqavilələrin müddətləri müvafiq olaraq 02 iyul 2016-cı ildə və 26 sentyabr 2016-cı ildə bitdikdən sonra iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə 30 oktyabr 2017-ci ildə məhkəməyə müraciət olunmuşdur. Yəni, müqavilənin ləğvi və yaxud dəyişdirilməsi qaydaları qüvvədə olan müqavilələrə şamil edildiyindən və eləcə də, müqavilənin ləğvi və ya dəyişdirilməsi qüvvədə olan müqavilələr üzrə əhəmiyyət kəsb etdiyindən - müddətləri bitmiş müqavilələrin ləğv edilməsinin tələb olunması əsaslı iddia kimi qəbul edilə bilməz. Eyni zamanda, hazırkı iddia tələbinin – “02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələri üzrə zamin olaraq Cavabdeh1” və “02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə isə zamin olaraq Cavabdeh2nə qarşı” yönəlmiş hissələri ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, 02 iyul 2012-ci il tarixli 12/438-1 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480-1 nömrəli Zaminlik müqavilələri ilə zamin Cavabdeh1 “lizinq alan” Cavabdeh2 MMC-nin 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələrinə əsasən “lizinq verən” İddiaçı1 MMC-dən yük avtomobillərini lizinqə götürməsinə 48 ay müddətinə (müvafiq olaraq 02 iyul 2016-cı il tarixinədək və 26 sentyabr 2016-cı il tarixinədək) və həmçinin, 02 iyul 2012-ci il tarixli 12/439-1 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/482- 1 nömrəli Zaminlik müqavilələri ilə zamin Cavabdeh2 MMC “lizinq alan” Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinə əsasən “lizinq verən” İddiaçı1 MMC-dən yük avtomobillərini lizinqə götürməsinə 48 ay müddətinə (müvafiq olaraq 02 iyul 2016-cı il tarixinədək və 26 sentyabr 2016-cı il tarixinədək) zamin durmuşlar. Lakin, iş materiallarından görünür ki, zamin Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi əsasında bağlanmış 02 iyul 2012-ci il tarixli Zaminlik müqaviləsi və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi əsasında bağlanmış 21 sentyabr 2012-ci il tarixli Zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş olsa da, “lizinq verən” İddiaçı1 MMC (iddiaçı) zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 02 iyul 2016-cı il və 26 sentyabr 2016-cı il tarixdən 1 (bir) il ərzində həmin zaminə qarşı iddia irəli sürməmişdir. Belə ki, İddiaçı1 MMC həmin müqavilələr üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 30 oktyabr 2017-ci ildə məhkəməyə təqdim etmişdir. Eləcə də, zamin Cavabdeh2 MMC 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi əsasında bağlanmış 02 iyul 2012-ci il tarixli Zaminlik müqaviləsi və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi əsasında bağlanmış 21 sentyabr 2012-ci il tarixli Zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş olsa da, “lizinq verən” İddiaçı1 MMC (iddiaçı) zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 02 iyul 2016-cı il və 26 sentyabr 2016-cı il tarixdən 1 (bir) il ərzində həmin zaminə qarşı iddia irəli sürməmişdir. Belə ki, İddiaçı1 MMC həmin müqavilələr üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 30 oktyabr 2017-ci ildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda - zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni məlum daxili lizinq müqavilələri üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi üzrə müvafiq müqavilələr üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh1 və zamin qismində Cavabdeh2 MMC-yə qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi müddətin keçməsi ilə əlaqədar təmin edilməməlidir. Eləcə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə prosesi zamanı “iddia müddətinin tətbiq edilməsi”xxxxİddiaçı1 MMC-nin onlara qarşı verilmiş iddia tələbləri üzrə iddia müddətlərinin keçdiyini nəzərə alaraq, iddia müddətləri keçdiyi üçün iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin ərizələrin məzmunu ilə müəyyən olunur ki, cavabdeh tərəf “iddia müddətlərinin ötürülmüş olması” barədə mövqeyini “iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadına görə iddia müddətinin axımının davam etməsi və bununla da, iddia müddətinin ötürülmüş olması” ilə əsaslandırılmışdır (cavabdehlərin həmin ərizələrinin məzmunu yuxarıda göstərilmişdir). Lakin, məhkəmə hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən cavabdehlərin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh1 ilə 48 ay müddətinə bağlanmış 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinin, eləcə də Cavabdeh2 MMC ilə 48 ay müddətinə bağlanmış 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələrinin müddətləri müvafiq olaraq 02 iyul 2016-cı ildə və 21 sentyabr 2016-cı ildə bitmişdir. İddiaçı1 MMC-nin həmin Müqavilələr üzrə yaranmış mübahisə ilə əlaqədar cavabdehlərə qarşı yönəlmiş hazırkı iddia ərizəsi isə 30 oktyabr 2017-ci ildə Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin tarixdən etibarən iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra təyin edilmiş məhkəmə iclaslarına tərəflər gəlmədiklərinə görə Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hazırkı iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı1 MMC-nin nümayəndəsi 16 dekabr 2019-cu il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı verilmiş iddia ərizəsi üzrə qəbul edilmiş qərardadın iddiaçıya təqdim olunmasını xahiş etmişdir. Bundan sonra İddiaçı1 MMC Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadından şikayət verərək, iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadının ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmiş və həmin şikayət – “ iddiaçı tərəfin iş üzrə təyin olunan məhkəmə iclasından məlumatsız olduqları üçün iclasda iştirak edə bilməmələri və məhkəmənin məlum qərardadını yalnız 19 dekabr 2019-cu ildə əldə etmələri” ilə əsaslandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(012)- 615/2018 nömrəli qərardadı ilə İddiaçı1 şikayəti əsaslı hesab edilərək təmin edilmiş və iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, cavabdehlərlə bağlanmış 02 iyul 2012-ci il tarixli və 21 sentyabr 2012-ci il tarixli daxili lizinq müqavilələrinin icra müddətləri müvafiq olaraq 02 iyul 2016-cı il və 26 sentyabr 2016-ci il tarixlərində bitdiyindən, həmin müqavilələr üzrə iddia müddətlərinin axımı müvafiq olaraq 02 iyul 2016-cı il və 26 sentyabr 2016-ci il tarixlərindən başlanmışdır. Lakin, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi 30 oktyabr 2017-ci ildə məhkəməyə təqdim edilmiş olduğundan, həmin tarixdən, yəni 30 oktyabr 2017-ci il tarixindən məlum müqavilələr üzrə 02 iyul 2016-cı il və 26 sentyabr 2016-ci il tarixlərindən başlanmış iddia müddətlərinin axımı kəsilmişdir. Həmin iddia ərizəsi üzrə 30 oktyabr 2017ci ildən məhkəmə icraatı başlanmış olsa da, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə İddiaçı1 MMC-nin şikayəti əsaslı hesab edilərək təmin edilmiş və iddia ərizəsinin baxılmamış saxlanmasına dair Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı məhkəmənin özü tərəfindən ləğv edilmişdir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.2-ci maddəsinin tələblərinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir). Yəni, iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş 12 fevral 2018-ci il tarixli qərardad şikayət əsasında məhkəmənin özü tərəfindən ləğv edilməklə, həmin qərardadın qanunsuzluğu təsdiq edilmiş və bundan sonra iş üzrə mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə məlum şikayət üzrə qəbul etdiyi qərardadında “şikayətin təmin edilməsi və Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadın ləğv edilməsi” barədə qərar qəbul edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinin tələblərinə istinad etməmiş və öz qərardadını həmin maddənin tələbləri ilə əsaslandırmamışdır. Həmin qərardad “xxxxİddiaçı1 MMC-nin şikayət təqdim edərək, qərardadın ləğv edilməsinin və işin yenidən baxışa təyin edilməsinin xahiş edilməsi” ilə əsaslandırılmışdır. Bu qeyd olunan hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardad iddiaçının şikayəti əsasında məhkəmənin özü tərəfindən ləğv edilmiş olduğundan, həmin qərardadla yaranmış hüquqi nəticələrin elə qərardadın qəbul edildiyi andan mövcud olmaması (ləğv edilmiş olması) ilə nəticələnmişdir. Bu halda isə, Mülki Məcəllənin 381.1-ci maddəsi ilə təsbit olunmuş “əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir” hüquqi nəticəsinin mövcudluğu da istisna olunur. Yəni, iddianın baxılmamış saxlanması barədə qərardad tərəfin şikayəti əsasında ləğv edilərək, məhkəmə baxışı davam etdirildiyindən, həmin qərardad iddia müddətinin “ümumi qaydada davam etməsinə” səbəb olmamış və məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə nəzərdə tutulan üç illik iddia müddətinin axımının kəsilməsi halı fasiləsiz olaraq hal-hazıradək davam etmişdir. Beləliklə də, işin halları və təsvir olunanlara əsasən müəyyən olunur ki, icra müddətləri müvafiq olaraq 02 iyul 2016-cı il və 26 sentyabr 2016-ci il tarixlərində bitmiş olan 02 iyul 2012-ci il tarixli və 21 sentyabr 2012-ci il tarixli daxili lizinq müqavilələri üzrə icra edilməyən öhdəliklər əsasında yaranmış mübahisə ilə əlaqədar müvafiq iddia ərizəsi ilə 30 oktyabr 2017-ci il tarixində məhkəməyə müraciət olunarkən - iddia müddətləri ötürülməmiş olmuş və eləcə də, həmin iddia ərizəsinin icraata götürülərək məhkəmə prosesinin başlanması ilə məlum Müqavilələr üzrə yaranmış mübahisə ilə əlaqədar iddia müddətlərinin axımı kəsilmişdir. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlansa da, iddiaçının şikayəti əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə məlum qərardadın ləğv olunması ilə həmin qərardad əsasında yaranmış bütün hüquqi nəticələr, o cümlədən də “iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir” halı da mövcud olmamışdır. Çünki, “baxılmamış saxlama” qanunsuz hesab edilərək ləğv edildiyindən, bununla bağlı iddia müddəti ilə əlaqədar hər hansı bir hüquqi nəticə də yarana bilməzdi (yaranmış hüquqi nəticələr də ləğv olunmuş hesab edilməlidir). Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsində verilmiş iddia tələbləri üzrə iddia müddəti ötürülməmişdir və buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri təmin edilməməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 (VÖEN **********) 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107767,73 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı və 5000 ABŞ dolları məbləğində dəbbə pulu, 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128648,66 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı və 6000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247416,39 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı1 MMC-nin xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh2 MMC-dən 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107765 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı və 5000 ABŞ dolları məbləğində dəbbə pulu, 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128949 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı və 6000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247714 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı1 MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Eləcə də, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı Cavabdeh1 və 15 manatı Cavabdeh2xxxxİddiaçı1 MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaitinin 25 manatı Cavabdeh1 və 25 manatı Cavabdeh2 MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu - iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 (VÖEN **********) 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107767,73 (yüz yeddi min yeddi yüz altmış yeddi dollar 73 sent) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 5000 (beş min) ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128648,66 (yüz iyirmi səkkiz min altı yüz qırx səkkiz dollar 66 sent) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 6000 (altı min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247416,39 (iki yüz qırx yeddi min dörd yüz on altı dollar 39 sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə İddiaçı1 xeyrinə tutulsun. Cavabdeh2ndən 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107765 (yüz yeddi min yeddi yüz altmış beş) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 5000 (beş min) ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128949 (yüz iyirmi səkkiz min doqquz yüz qırx doqquz) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 6000 (altı min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247714 (iki yüz qırx yeddi min yeddi yüz on dörd) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə İddiaçı1 xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Cavabdeh1 və 25 (iyirmi beş) manatı Cavabdeh2ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 və 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq, İddiaçı1nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar