Məhkəmə qərarları › İş №2-2(119)-4/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-4/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-4/2020 28.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun, cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X3 oğlunun, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rəhimov Rövşən Novruz oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” Məhdud MəsuliyyətliCəmiyyətinə qarşı (müstəqil tələb irəli sürən 3-cü şəxs "xxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti) “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxx 2018-ci ildə cavabdeh “xxxxxxxxxxxxx” Firmasına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” Firmasından 102559,63 (yüz iki min beş yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini azaltmış və həmin ərizədə cavabdeh “xxxxxxxxxxxxx” Firmasından təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat borcun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə prosesi zamanı iddia ərizəsi üzrə cavabdeh qismində göstərilmiş “xxxxxxxxxxxxx” Firması əsl cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmiş və eyni zamanda, "xxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuşdur. Bundan sonra İddiaçı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatı cavabdeh qismində cəlb edilmiş “xxxxxxxxxxxxx” MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş “xxxxxxxxxxxxxxx" ASC-nin iştirakı ilə davam etdirilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı“ İstehsalat Birliyi ilə bağlanmış xx xxxxxx 2012-cı il tarixli ***-**-** nömrəli Müqaviləyə əsasən Siyəzən rayonu ərazisində yerləşən "xxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti təbii qazla təmin olunur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin, istehlakçı müqavilə öhdəliklərinə əməl etməmiş və istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Bunun nəticəsində xx xxxx 2018-ci il tarixə Birliyə 102559,63 (yüz iki min beş yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilat tərəfindən borc tam olaraq ödənilməmişdir. Həmin məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün mənkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin borc məbləğinin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunduqdan sonra məhkəmə baxışı zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun tutulması xahiş olunmuş və həmin ərizə - istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcundan cavabdeh tərəfindən 106454,39 manat məbləğində ödəniş edildiyi üçün 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun qalması ilə əsaslandırılmışdır. Məhkəmə prosesi zamanı cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə qarşı yazılı Etiraz təqdim etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxx” ASC-nin ******* ədəd (99.8479%) səhminin mülkiyyətçisi olan “xxxxxxxxxxxxx” firmasının təsisçisinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən onun ayrılma yolu ilə yenidən təşkil olunması haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında “xxxxxxxxx” LTD firmasının hüquq və öhdəliklərinin hüquqi varisləri olan “xxxxxxxxxxx” MMC və “xxxxxxxxx” MMC təsis edilmiş və bölünmə balansı, təhvil aktı tərtib edilmişdir. Təsdiq edilmiş bölünmə və təhvil aktina əsasən “xxxxxxxxxxxxxxx” ASC-nin ******* ədəd (99,8479%) ədəd adi, sənədsiz, adlı səhmi “xxxxxxxxx” MMC-nin mülkiyyətinə keçmişdir. xx xxxxxxx 2017-ci ildə “xxxxxxxxx” MMCnin adını dəyişilərək «xxxxxxxxxxxxx” MMC olmuş və bu dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli ***-**-** nömrəli Müqavilənin şərtlərinə əsasən təchizatçı İddiaçı istehlakçı “xxxxxxxxxxxxxxx” ASC-ni təbii qazla təmin etməli, sonuncu isə istehlak etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab-fakturalar əsasında ödəməlidir. İstehlakçı istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və iddiaçıya heç bir borcu olmamışdır. Bununla belə, iddiaçı heç bir əsaslandırma aparmadan 1637 saylı hesab fakturaya əsasən “xxxxxxxxxxxxx” MMC-yə 102559,63 manat məbləğində borc hesablamış və daha sonra isə həmin borcun məbləğini 1404 saylı hesab fakturaya əsasən 42617,10 manat məbləğində müəyyən etmişdir. Lakin, cavabdeh “xxxxxxxxxxxxx” MMC həmin borcu da əsassız hesab edir və cavabdehin “xxxxxxxxxxxxxxx” ASC-nin təbii qazdan istifadəsinə görə İddiaçınə hər hansı bir məbləğdə borcu yoxdur (Etirazda İddiaçı X2 tərtib edilmiş hesab-fakturalar və digər maliyyə sənədləri təsvir edilir). Məhkəmə iclasında İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə olunan təbii qaza görə yaranmış 42615,88 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı Etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması və əsassız olduğu üçün İddiaçı X2 cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş 42615,88 manat məbləğində borcun tutulması barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rəhimov Rövşən Novruz oğlu iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinin təmin olunmaması və əsassız olduğu üçün İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli ***-**-** nömrəli Müqavilə üzrə təbii qaz istehlakçısı olan “xxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin istehlak etdiyi təbii qaza görə vaxtlıvaxtında ödənişlər aparıldığını və həmin qaz istifadəsinə görə 42615,88 manat məbləğində borcun olmaması ilə əsaslandırdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısına dair” bağlanmış xx xxxxxx 2012-cı il tarixli ***-**-** nömrəli Müqaviləyə əsasən “paylayıcı” İddiaçı X2 Siyəzən rayonu ərazisində yerləşən istehlakçı "xxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti (abonent kodu: **********00000) təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı ROK-407 tipli qaz sayğacı vasitəsi ilə aparılır. İri qaz istifadəçisi olan "xxxxxxxxxxxxxxx" ASC tərəfindən istehlak olunan təbii qaza görə tərtib edilmiş müvafiq maliyyə-hesabat sənədlərinə əsasən mütəmadi olaraq istehlak edilən qazın dəyəri ödənilmişdir. İddiaçı X2 məhkəməyə təqdim olunmuş xx xxxxxx 2018-ci il tarixli Arayışda göstərilir ki, Siyəzən rayonunda yerləşən "xxxxxxxxxxxxxxx" ASC-də (abonent kodu: **********00000) xx xxxxxxx 2018-ci il tarixinədək istifadə olunan təbii qaza görə 149070,27 (yüz qırx doqquz min yetmiş manat 27 qəpik) manat məbləğində qaz pulu borcu yaranmış olsa da, Abonent xx xxxxxxx 2018-ci il tarixində 106454,39 (yüz altı min dörd yüz əlli dörd manat 39 qəpik) manat məbləğində ödəniş etmiş və buna görə də, xx xxxxxx 2018-ci il tarixinə abonentin istehlak etdiyi təbii qaza görə 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcu qalmışdır. Lakin, cavabdeh tərəf həmin borc məbləğini mübahisələndirərək qəbul etməmiş və istehlak olunan təbii qaza görə aylar üzrə mütəmadi olaraq müvafiq məbləğlərdə ödənişlər etsə də, xx xxxxxx 2018-ci il tarixinə hesablanmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun ödənilməsindən imtina etmiş və bu mövqeyini həmin borcun əsassız olaraq hesablanması ilə əsaslandırılmışdır. Buna görə də, məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədilə iş üzrə müvafiq ekspertizalar keçirilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 26865 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxxxxx 2018-ci il tarixinə qədər ödənişlər çıxıldıqdan sonra abonent «xxxxxxxxxxxxx» Firmasına (“xxxxxxxxxxxxx” MMC-yə) istifadə olunmuş qazın sərfiyyatı ilə bağlı olmayan təxminən 42616 (qırx iki min altı yüz on altı) manat məbləğində artıq borc hesablanmışdır (Rəydə həmin Nəticə istehlak edilən təbii qazla əlaqədar tərtib edilmiş maliyyə-hesabat sənədlərdəki fərqlərlə əsaslandırılmışdır). İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 26874 nömrəli Ekspert Rəyində isə göstərilir ki, İddiaçı X2 məhkəməyə təqdim olunmuş Abonentin saldosu cədvəlində abonent “xxxxxxxxxxxxx” MMC-nin təbii qazdan istifadəyə görə 42615,88 manat məbləğində borc qalığının mövcud olduğu göstərilmişdir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. İddiaçı X2 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində və hesab fakturalarda abonent “xxxxxxxxxxxxx” MMC-yə təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Beləliklə də, təsvir edilənlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş maliyyə-hesabat sənədlərində olan fərqlərə görə məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza rəyləri ilə iddiaçı tərəfindən cavabdehdən tələb olunan 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borc öz təsdiqini tapmamışdır. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf həmin borcun tutulmalı olmasının əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini heç bir hissədə Mülki-Prosessual Qanunvrericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-cimaddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlari ddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbisübutedilməliidi. Lakin, “cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçındən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçındən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar