Məhkəmə qərarları › İş №2-2(119)-455/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-455/2020

13.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-455/2020 13.07.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı verilmiş “pensiyadan tutulmuş pulun qaytarılması və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “pensiyadan tutulmuş pulun qaytarılması və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Cavabdeh tərəfindən 2020-ci ilin aprel, may və iyun aylarında pensiyasından tutulmuş 268 (iki yüz altmış səkkiz) manat məbləğində pulun Azərbaycan Respublikası Cavabdehndən alınaraq ona verilməsi və əməyə görə əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (həmin iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda verilmişdir). Lakin, həmin iddia ərizəsində qeyd olunan tələblə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinə deyil, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Ona görə də, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığı üçün yolverilməzliyə görə İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı verilmiş “pensiyadan tutulmuş pulun qaytarılması və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı verilmiş “pensiyadan tutulmuş pulun qaytarılması və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, “pensiyadan tutulmuş pulun qaytarılması və əmək pensiyasından pul tutulmasının cavabdehə qadağan edilməsi” barədə iddia tələbi ilə aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar