Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-465/2020 06.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abdullayev Ramin Məhəmmədəli oğlunun iştirakı ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzinə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxx” X6 Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti adlanır) xx xxxx 2019-cu ildə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzinə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)- 10099/2015 saylı qətnaməsinin icrası əsasında Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair hərracın yekunları barədə xx xxxx 2016-cı il tarixdə tərtib olunmuş 33/03 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)-10099/2015 saylı qətnaməsinin icrası əsasında “xxxxxx” İKB ASC-nin mülkiyyətinə verilmiş Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair xx xxxxxx 2016-cı il tarixli RX № ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinin əvvəlki vəziyyətinə qaytarılmaqla “xxxxxx” İKB ASC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatının aparılması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)-10099/2015 saylı qətnaməsi ilə “xxxxxx” İKB ASC-nin cavabdeh X8 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Qeyd olunan qətnamə icra olunaraq Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evi “xxxxxx” İKB ASC-nin mülkiyyətinə keçmiş və xx xxxxxx 2016-cı il tarixli RX № ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X9 Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)- 10099/2015 saylı qətnaməsindən iş üzrə cavabdeh Ceyhun Yusifov tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(105)- 204/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, ... Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinin bazar dəyəri 133000 (bir yüz otuz üç min) manat müəyyən edilmişdir. İşə baxılan zaman birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin icra olunması, əmlakın qətnamənin icrası qaydasında “xxxxxx” İKB ASC-nin mülkiyyətinə verilməsi nəzərə alınmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(105)-204/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədi Sumqayıt şəhər İcra İdarəsinn icraatındadır və qətnamənin icrası ilə bağlı Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evi üzrə hərracın keçirilməsi sifariş olunmuşdur. Qeyd olunan əmlakın artıq Bankın mülkiyyətində olması səbəbindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(105)-204/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı hərraca çıxarılması və satılaraq X5 borcuna yönəldilməsi mümkünsüzdür. Belə olan halda iddiaçı hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)-10099/2015 saylı qətnaməsinin icrası əsasında Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair hərracın yekunları barədə xx xxxx 2016-cı il tarixdə tərtib olunmuş 33/03 nömrəli protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, “xxxxxx” İKB ASC-nin mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair xx xxxxxx 2016-cı il tarixli RX № ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməli, əmlak əvvəlki vəziyyətinə qaytarılmaqla “xxxxxx” İKB ASC-nin xeyrinə yüklüliiyün qeydiyyatının aparılması vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə edilməlidir. “xxxxxx” İKB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair xx xxxxxx 2016-cı il tarixli RX № ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 2 saylı Ərazi İdarəsinə xx xxxxxxx 2018-ci il tarixli məktubla müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar massivi B- 237 saylı bağ evinin üzərində “xxxxxx” İKB ASC-nin qeydiyyata alınmış hüquqlarının ləğv olunması barədə qanuni qüvvəsini almış müvafiq məhkəmə qərarı icra olunması üçün İdarəyə daxil olduqdan sonra bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-6726/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxx” X6 Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzinə qarşı verilmiş “hərracın yekunları barədə protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı “xxxxxx” X6 Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-6726/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(105)-1237/2020 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti pozulduğu üçün Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-6726/2019 nömrəli qətnaməsi ləğv edilmiş və həmin iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında əvvəlki adı “xxxxxx” X6 Açıq Səhmdar Cəmiyyəti olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)-10099/2015 saylı qətnaməsinin icrası əsasında Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair hərracın yekunları barədə xx xxxx 2016-cı il tarixdə tərtib olunmuş 33/03 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)- 10099/2015 saylı qətnaməsinin icrası əsasında “xxxxxx” İKB ASC-nin mülkiyyətinə verilmiş Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair xx xxxxxx 2016-cı il tarixli RX № ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və Sumqayıt şəhəri Sarı- Qaya Bağlar massivi B-237 saylı bağ evinin əvvəlki vəziyyətinə qaytarılmaqla “xxxxxx” İKB ASC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatının aparılması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onların nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “xxxxxx” X6 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və həmin dəyişiklik xx xxxxxx 2019-cu ildə müvafiq qaydada qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)-10099/2015 nömrəli qətnaməsi ilə cavabdeh X4 cəmi 56139 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla “xxxxxx” X2 xeyrinə tutulması, tutmanın X5 mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B- 237 ünvanında yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 102000 (yüz iki min) manat müəyyən edilməsi, bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56139 (əlli altı min yüz otuz doqquz) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla “xxxxxx” X2 xeyrinə ödənilməsi, qalan vəsaitin isə X8 qaytarılması və ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətinə evin boşaldılması və cavabdeh X5 həmin evdən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində pulun cavabdeh X4 “xxxxxx” X2 xeyrinə tutulması qət edilmişdir. Həmin Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. İcra zamanı keçirilmiş müvafiq icra tədbirləri ilə borclu X8 məxsus Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evi ilkin hərrac qiyməti 102000 manat müəyyən edilərək hərraca çıxarılmış (Hərracın Yekunları barədə xx xxxx 2016-cı il tarixli 33/03 saylı protokol) və hərrac nəticəsində borcun yönəldiyi həmin daşınmaz əmlak 65025 (altmış beş min iyirmi beş) manata “xxxxxx” X6 Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır (xx xxxx 2016-cı il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilə). Hərrac vasitəsi ilə alınmış Sumqayıt şəhəri Sarı-Qaya bağlar massivi, B-237 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında “xxxxxx” İKB ASCnin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 17 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində xx xxxxxx 2016-cı ildə qeydiyyata alınmışdır (RX seriyalı, N-0976830 saylı "Çıxarış”). Lakin, X3 xx xxxxx 2018-ci il tarixli2(105)-204/2018 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 20noyabr 2015-ci il tarixli 2(060)-10099/2015 nömrəli qətnaməsi “bağ evinin ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi, cavabdehdən faiz borcuna görə 7627 ABŞ dolları pulun tutulması hissəsində dəyişdirilərək, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin bazar dəyəri 133000 (yüz otuz üç min) manat müəyyən edilməsi, cavabdeh X4 cəmi 50002,47 ABŞ dolları məbləğində borc ödəniş günündə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq “xxxxxx” X2 xeyrinə ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 20noyabr 2015-ci il tarixli 2(060)-10099/2015 nömrəli qətnaməsi qüvvədə olduğu müddətdə həmin Qətnamə əsasında verilmiş İcra sənədinin icrası ilə əlaqədar 2016-cı ildə keçirilən icra tədbirləri əsasında ipoteka predmeti olan və qətnamə əsasında borcun yönəldiyi daşınmaz əmlak hərrac vasitəsi ilə özgəninkiləşdirilərək, iddiaçı “xxxxxx” X6 Açıq Səhmdar Cəmiyyətinin (hal-hazırda İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti) xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icraməmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracınkeçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1 1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mükiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1) və hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən edilir ki, müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərracın nəticələrinin maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilinməsinin mümkünlüyü Azərbaycan Respublikası Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Lakin, məhkəmə araşdırması zamanı hazırkı iddia tələbi üzrə məlum hərracın nəticələrinin, yəni hərracın nəticəsi ilə əlaqədar tərtib edilmiş protokolun və alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola biləcək hallar müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məlum hərrac həyata keçirilərkən, həmin hərracın keçirilməsinə əsas olan məhkəmə qətnaməsi qanuni qüvvəsində olmuş və həmin qətnamə yalnız hərracın nəticələri elan edildikdən və müvafiq qaydada qeydiyyata alındıqdan təxminən iki il sonra Apelyasiya instansiyası tərəfindən dəyişdirilmişdir. Yəni, iddia tələbində etibarsız hesab edilməsi xahiş olunan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(060)-10099/2015 saylı qətnaməsinin icrası üzrə Sumqayıt şəhəri Sarı-Qaya Bağlar massivi B-237 saylı bağ evinə dair hərracın yekunları barədə xx xxxx 2016-cı il tarixdə tərtib olunmuş 33/03 nömrəli protokolun və alqı-satqı müqaviləsinin həmin dövrdə etibarsız hesab edilməsi üçün hər hansı bir əsas olmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, məlum hərrac nəticəsində əmlakın mülkiyyətçisinə çevrilmiş hazırkı iş üzrə iddiaçı tərəfindən də iddia ərizəsində hərracın nəticələrinin etibarsız hesab edilməli olmasını təsdiq edən hər hansı bir dəlil və xüsusat göstərilmir və məlum iddia tələbi yalnız yeni icra vərəqəsinin olması ilə əsaslandırılır. Halbuki, yeni icra vərəqəsinin olması – keçirildiyi (baş tutduğu) vaxt tam qanuni və əsaslı olmuş hərracın (hərracın nəticəsi ilə əlaqədar tərtib edilmiş müvafiq sənədlərin) etibarsızlığı üçün əsas ola bilməz. Yeni icra vərəqəsinin icrası üzrə müvafiq hərəkətlər isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri üzrə aparıla bilər. Qeyd etmək lazımdır ki, hal-hazırda məlum daşınmaz əmlakın mülkiyyətçisi iddiaçının özüdür və iddiaçı həmin daşınmaz əmlakla bağlı olan hüquqları maneəsiz həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzinə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzinə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyinə görə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzinə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-465/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-465/2020
06.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver