Məhkəmə qərarları › İş №2-2(119)-773/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-773/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-773/2020 24.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçınınnümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Əsədov Rafı̇ k Ramı̇ z oğluna qarşı pultələbinə dair iddiası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı pultələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2711,04 (iki min yeddi yüz on bir manat dörd qəpik) manat məbləğində pul vəsaitinin, habelə 30 (otuz) manat ödənilmiş dövlət cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh ödəmə tapşırıqlarını məhkəməyə təqdim edərək qeyd edilən borc məbləğini ödədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixdə elektron kabineti vasitəsi ilə ərizə təqdim edərək cavabdeh tərəfindən borcun tam ödənildiyini bildidrərək iddiadan imtina edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizədə iddiadan imtinanın hüquqi nəticələrinin iddiaçıya məlum olması da qeyd edilmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi ərizəni müdafiə edərək cavabdehin onlara olan borcunu tam ödədiyini nəzərə alaraq iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizəqanuna zidd olmadığından və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən təmin edilməli, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261- 262, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı “İddiaçı cavabdeh Əsədov Rafı̇ k Ramı̇ z oğluna qarşı pultələbinə dair iddiası ilə bağlı iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar