Məhkəmə qərarları › İş №2-2(119)-801/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-801/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-801/2021 13.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” MMC-yə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı əmlakın qaytarılması tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsində iş üzrə 25.05.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası tərəflərin nümayəndələrinin iştirakı olmadan keçirilmiş, həmin tarixli e-2-2(113)-2035/2021 saylı qərardadla iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsində işə baxılması 30.06.2021-ci il tarixə, saat 15:30-a təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehlərin nümayəndələri isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq məhkəmə iclasını 13.07.2021-ci il tarixə təxirə salmışdır. İddiaçının nümayəndəsi 13.07.2021-ci il tarixdə yenidən məhkəməyə ərizə ilə müraciət edərək məzuniyyətdə olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclaslarının təxirə salınmasına dair üzrlü səbəblərlə əlaqədar məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının nümayəndəsi, habelə cavabdehlərin nümayəndələri hazırkı iş üzrə məhkəmə baxış iclaslarında təkrarən (üç dəfə ardıcıl olaraq) iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki-Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar