Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-104/2020 08.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 17.659 manat əsas borcun, 1.986,39 manat faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 31 manat notarius xərclərinin, ümumilikdə 19.706,39 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, Cavabdeh əsl cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh arasında qaiməfaktura və görülməmiş işlərin təhvil təslim aktları əsasında ehtiyyat hissələrinin satışı və servis işlərinin görülməsi heyata keçirilmiş və aşağıda qeyd olunan qaimə-fakturalar üzrə cavabdehə ehtiyyat hissələri verilmiş və cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir: xx.xx.2012-ci il tarixdə 443778 nömrəli qaimə-faktura üzrə 1.842,68 manat məbləğində ehtiyyat hissələri və xidmət, xx.xx.2014-cü il tarixdə 815078-815079 nömrəli qaimə-fakturalar üzrə 17.700 manat məbləğində ehtiyyat hissələri, xx.xx.2013-cü il tarixdə 700480 nömrəli qaimə-fakturalar üzrə 1.199,99 manat məbləğində ehtiyyat hissələri və xidmət, xx.xx.2015-ci il tarixdə 971314 nömrəli qaimə-faktura üzrə 116,71 manat məbləğində ehtiyyat hissələri və xidmət. Yuxarıda qeyd olunan qaimə-fakturalar üzrə “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən cavabdehə ümumilikdə 19.659,39 manat məbləğində ehtiyyat hissələri verilmiş, eyni zamanda texniki xidmət göstərilmişdir. Cavabdeh qeyd olunan məbləğdən cəmi 1.000 manat ödəniş etmiş, lakin qalıq məbləği təşkil edən 18.659 manat borcu bu günə kimi ödəməmişdir. Cavabdehlə dəfələrlə görüşlər keçirilmiş və telefon əlaqəsi saxlanılmışdır. Sonradan cavabdeh tərəfindən xx.xx.2017 tarixdə 1.000 manat da ödəniş edilmiş, lakin qalıq borc ödənilməmişdir.Tərəflərindən cavabdeh xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi xahiş edilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh bu dəfə də borcun ödənilməsi üçün heç bir addım atmamışdır. İşin halllarından göründüyü kimi cavabdeh iddiaçıdan qəbul etdiyi malların və göstərilmiş xidmətin dəyərini ödəməməklə üzərinə götürdüyü öhdəliyin tələblərini pozmaqla iddiaçıya ziyan vurmuşdur. Qeyd olunanlara əsasən hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iştirak edən iddiaçı “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialında olan servis formalarından (SNS 00288 saylı servis forması istisna olmaqla) görünür ki, Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən “Əfəndi” adlı şəxsə məxsus avtobillərə texniki xidmət göstərilmişdir. İş materiallarında olan SNS 00288 saylı servis formasında “xxxx” MMC üçün xx.xx.2013-cü il tarixdə müəyyən texniki xidmət işlərinin göstərilməsi qeyd olunmuş, lakin həmin servis formasında görülmüş işlərin dəyərinə dair hər-hansı məlumat qeyd olunmamış, servis formasında “xxxx” MMC-nin möhürü yoxdur. İş materiallarından olan 971314 saylı, xx.xx.2015-ci il tarixli (cəmi 116,71 manat), 815078 və 815079 saylı, xx.xx.2014-cü il tarixli (cəmi 17.700 manat) və 443778 saylı, xx.xx.2012-ci il tarixli (cımi 1.842,68 manat) qaimə faktulardan görünür ki, verilmiş ehtiyyat hissələrinin və göstərilmiş texniki xidmətin dəyəri olan cəmi 19,659,39 manat pula dair Əfəndi Əhmədov adlı şəxsə qaimə fakturalar tərtib edilmiş, həmin qaimə fakturalar imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, Əfəndi Əhmədovun qalıq borcundan iddiaçının hesabına 1.000 manat ödəniş edilmişdir. İş materiallarında olan “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubunun surətində qeyd olunur ki, xx.xx.2012-ci il tarixdə 443778 nömrəli qaimə-faktura üzrə 1.842,68 manat məbləğində ehtiyyat hissələri və xidmət, xx.xx.2014-cü il tarixdə 815078-815079 nömrəli qaimə-fakturalar üzrə 17.700 manat məbləğində ehtiyyat hissələri, xx.xx.2013-cü il tarixdə 700480 nömrəli qaiməfakturalar üzrə 1.199,99 manat məbləğində ehtiyyat hissələri və xidmət, xx.xx.2015-ci il tarixdə 971314 nömrəli qaimə-faktura üzrə 116,71 manat məbləğində ehtiyyat hissələri və xidmət. Yuxarıda qeyd olunan qaimə-fakturalar üzrə “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən cavabdehə ümumilikdə 19.659,39 manat məbləğində ehtiyyat hissələri verilmiş, eyni zamanda texniki xidmət göstərilmişdir. Tərəfinizdən qeyd olunan məbləğdən 2.000 manat ödəniş edilmiş, lakin qalıq məbləği təşkil edən 17.659 manat borc bu günə kimi ödənilməmişdir. Qeyd olunan borcun ödənilməsi üçün sizə dəfələrlə bildirilsə də lakin borcun ödənilməsi tərəfinizdən təmin olunmamışdır. Bu səbəbdən həmin ödənilməmiş məbləğin dərhal ödənilməsi Cavabdeh tələb olunmuş əks təqdirdə qanunvericilikdə nəzərdə tutulan hüquq müdafiə vasitələrindən istifadə olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 971314, 815078, 815079 və 443778 saylı qaimə faktulara əsasən, cavabdehə 19.659,39 manat məbləğində avtomobil ehtiyyat hissələri verdiyinə (iddia ərizəsində həmçinin xx.xx.2013-cü il tarixli qaimə-fakturaya istinad olunsa da, həmin qaimə faktura iddiaçının hesablanmasında nəzərə alınmamış və məhkəməyə təqdim edilməmişdir) və eyni zamanda texniki xidmət göstərdiyinə, cavabdeh tərəfindən iki dəfə 1.000 manat olmaqla, cəmi 2.000 manat ödəniş edildiyinə və qalıq 17.659 manat borcun ödənilmədiyinə istinad edərək, 17.659 manat borcun və ona hesablanmış 1.986,39 manatməbləğində dəbbə pulunun tutulmasını xahiş edir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir: Belə ki, iddiaçı tərəfindən iddianın əsası kimi istinad olunan 971314, 815078, 815079 və 443778 saylı qaimə faktulardan görünür ki, həmin qaimə fakturalar “xxxx” MMC-yə dair deyil, Əfəndi Əhmədov adlı şəxsə dair tərtib olunmuşdur. “Əfəndi Əhmədov” adlı şəxsin cavabdeh “xxxx” MMC ilə hər-hansı əlaqəsi iş materialları ilə müəyyən edilməmişdir. İş materillarında olan SNS 00288 saylı servis formasından cavabdeh “xxxx” MMC-yə məxsus avtomobilə texniki xidmət göstərildiyi qeyd olunsa da, həmin görülmüş texniki xidmətin dəyərinin nə qədər təşkil etməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Həmçinin SNS 00288 saylı servis forması “xxxx” MMC tərəfindən möhürlənməmişdir. Digər tərəfdən, qeyd olunan servis forumu xx.xx.2013-cü il tarixə aiddir. Lakin iddiaçının tələbinin əsası kimi qeyd etdiyi qaimə-fakturalar 2012, 2014 (iki ədəd) və 2015-ci illərə aiddir. Göründüyü kimi, iddiaçı tərəfindən məhz cavabdeh “xxxx” MMC-yə ümumi dəyəri 19.659,39 manat olan (sonradan cəmi 2.000 manat ödəniş edilməklə, borcun 17.659 manat qaldığı qeyd olunur) avtomobil ehtiyyat hissələri verdiyini və texniki xidmət göstərdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni iş materialları ilə iddiaçı tərəfindən “Əfəndi Əhmədov” adlı şəxsə deyil, məhz “xxxx” MMC-yə yuxarıda qeyd olunan dəyərdə avtomobil ehtiyyat hissələrinin verildiyi və texniki xidmət göstərilməsi müəyyən olunmur. Bunun əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, “xxxx” MMC-nin deyil, məhz Əfəndi Əhmədovun qalıq borcundan iddiaçının hesabına 1.000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarından “xxxx” MMC-nin İddiaçı “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qarşısında hər-hansı öhdəliyinin olması müyyən olunmadığından, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı “Borusan Makina ve X3 ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 17.659 manat əsas borcun, 1.986,39 manat faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 31 manat notarius xərclərinin, ümumilikdə 19.706,39 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-104/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-104/2020
08.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver