Məhkəmə qərarları › İş №2-2(121)-1470/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1470/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-1470/2022 20.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pulun qaytarılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barəsində iddia ərizəsinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı cavabdehə qaimə-faktura ilə verdiyi “Orqanika” gübrəsinin dəyəri olan 5.400 manat pulun qaytarılması, cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 4.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1689/2021 saylı qətnaməsi ilə iddiaçı X1 iddia tələbi qismən təmin edilərək, X4 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 5.400 (beş min dörd yüz) manat əsas borcun, dəymiş maddi ziyanın əvəzi (faiz məbləği) 702 (yeddi yüz iki) manat, mənəvi zərərin əvəzi 300 (üç yüz) manat və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi (əvəzi), ümumilikdə isə 6422 (altı min dörd yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin Cavabdeh atulub (alınıb) X3 ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(106)-1032/2022 saylı qərardadına əsasən, cavabdeh X6 apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1689/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(106)-1032/2022 saylı məktubu ilə iddiaçı X2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 20 iyul 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı X5 məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini və iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdeh mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 Cavabdeh qarşı pulun qaytarılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar