Məhkəmə qərarları › İş №2-2(121)-1627/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-1627/2024

19.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-1627/2024 19.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı – aktının ləğv edilməsi və borcun silinməsi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – xx.xx.2023-cü il tarixli, 601913 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)-1016/2023 saylı qətnaməsi ilə iddia təmin edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktının ləğv edilməsi və həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borcun silinməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-274/2024 saylı qərardadına əsasən, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)- 1016/2023 saylı qətnaməsinin ləğv olunması və mülki işin məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı göstərilən qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərinin qarışıq tərkibinin xx.xx.2024-cü il tarixli, 2(102)-1222/2024 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-274/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-1627/2024 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan cavabdeh "xxxx" ASC onun hüquq varisi Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktının ləğv edilməsi və akta əsasən hesablanmış 2.052 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı – "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktının ləğv edilməsi və akta əsasən hesablanmış 2.052 manat borcun silinməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 42 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar