Məhkəmə qərarları › İş №2-2(121)-2/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-2/2023 18.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı təmir və yenidənqurma işlərinə çəkilmiş xərcin tutulması tələbinə dair ilk iddia ərizəsinə və iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən “İnarə” (“İnci Palace”) şadlıq sarayının təmir və yenidənqurma işlərinə çəkilmiş 50.000 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Onun Şirvan şəhəri, S.Zeynalov küçəsində “İnarə” adlanan qeyri-yaşayış obyekti vardır. Həmin obyekt toy şənlik və ziyafətlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdeh uzun illərdir ki, həmin obyekti işlədə bilmirdi. Belə ki, 12 ilə yaxındır ki, obyekt istifadəsiz qalmışdı. 2018-ci ilin noyabr ayında o, onunla həmin obyekti icarəyə götürmək barədə razılığa gəlmişdir. Obyekt uzun illər təmir olunmadığına görə bərbad vəziyyətdə idi. 2018ci ilin sentyabr oktyabr aylarında cavabdehin özünün və həyat yoldaşı Heyran müəllimənin razılığı ilə obyektdə təmir işlərini başlatdırmış, cavabdeh hər gün gəlib təmir işləri ilə maraqlanmış və o da, obyektin təmirinə çəkdiyi xərclər barədə ona gündəlik məlumat vermişdir. Obyektdə təmir işləri qurtardıqdan sonra onlar Şirvan şəhəri, 1 saylı Notariat Kontoruna gedərək xx.xx.2018-ci il tarixdə obyektin ona icarəyə verilməsi barədə icarə müqaviləsi bağlayaraq təsdiq etdirmişlər. İcarə müddəti həmin müqavilə üzrə xx.xx.2023cü il tarixədək müəyyən edilmiş və o icarə haqqı olaraq hər ay icarəyə verənə 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, icarə müqaviləsi bağlandıqdan sonra obyektin adını da dəyişdirərək “İnci Palace” qoymuşdur. Belə ki, “İnarə” adı ilə obyekt özü özünü biyabır etmişdi. Obyektin adı dəyişdiriləndə də, cavabdehin və həyat yoldaşının razılığı alınmışdır. xx.xx.2018-ci il tarixdən obyektdə çətinliklə də olsa toy və digər mərasimlər keçirilməyə başlandı. Bundan 1 il keçəndən sonra cavabdeh heç bir tutarlı səbəb göstərmədən obyektin çöl qapısına qıfıl asaraq onu obyektə buraxmamış, onunla ciddi söhbət edərkən ona, ət doğranan kötüyü və tikiş maşınını götürüb oradan çıxmasını demişdir. O, bildirmişdir ki, obyektin təmirinə 50.000 manatdan yuxarı xərc çəkmişdir. Buradan çıxacaqsa, çəkdiyi xərci ona ödəsinlər. O, pulu ödəməkdən imtina edərək demişdir ki, onun əlində pulu yoxdur, başqa kiməsə obyekti icarəyə versə hər toy olandan olana ona 20-30 manat pul verə bilər. Sonradan ondan Şirvan şəhər Polis Şöbəsinə şikayət vermişdir. O, bununla kifayətlənməyərək onun üzərinə hücum çəkərək obyektin onda olan açarlarını zorla almaq istəmişdir. Onun bu hərəkətləri nəticəsində səhhətində həmin vaxt ciddi problem yarandığı üçün təcili tibbi yardım stansiyasına müraciət də etmişdir. Əlacsız qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdeh onun icarəyə götürdüyü obyektdə çəkdiyi xərclərin əvəzini ödəməkdən qəti imtina edərək, müqavilə üzrə icarə müddəti başa çatmadan onu zorla oradan uzaqlaşdırmaq istəyir. Onun bu qanunazidd əməlləri, ona etdiyi təzyiqlər, haqsızlıqlar nəticəsində o, şəkərli diabet xəsətəliyinə tutulmuşdur. Odur ki, Cavabdeh təmir və yenidənqurma işlərinə çəkilmiş 50.000 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 70.000 manat ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X1 tərəfindən qarşılıqlı iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdeh İddiaçı 70.000 manat ziyanın və 30 manat dövlət rüsumunun tutulması və tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi və onun dəyişdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan Şirvan şəhərində S.Zeynalov küçəsində yerləşən sahəsi 620,3 kv.m-dən ibarət “İnarə” adlı şadlıq sarayını icarəyə vermək istəmişdir. Bu barədə şifahi və yazılı elan vermişdir. 2018-ci ilin noyabr ayının əvvəllərində cavabdeh İddiaçı sarayı icarəyə götürmək istəməsi haqqında təklif gəlmişdir. Onlar görüşmüş, söhbət etmiş, şadlıq sarayı ilə tanış etmiş, bütün şəraitlə tanış olub sarayı bəyənmiş və icarəyə götürmək, müqavilə bağlamaq qərarına gəlmişdir. 16 noyabr 2018-ci ildə sarayın bütün avadanlıqlarını, qab-qacaq, 5 ədəd kondisioner, 10 tonluq kamera soyuducu, 2 motorlu 25 kv-lıq transformator qaz sayğacı işlək vəziyyətdə su sayğacı işlək vəziyyətdə və digər əşyaların sazlığını salamatlığını yoxlayaraq akt tərtib etmiş və ikisinin də imzası ilə təsdiq edərək sarayı bütün avadanlıqları ilə birlikdə ona təhvil vermişdir. 22 noyabr 2018-ci il tarixdə Şirvan şəhəri, 1 saylı Notariat konturunun xüsusi notarusu X4 təsdiqi ilə müqavilə imzalamışlar. İddiaçı sarayın daxili dizaynını öz zövqünə uyğun qurmaq istədiyi və sarayın “İnarə” adını dəyişib “İnci Palace” qoymaq istədiyi haqda ondan şifahi icazə istəmiş o da razılığını bildirmişdir. Lakin bu məsələ ilə bağlı heç bir pul ödənişi haqda nə şifahi, nə də yazılı razılaşma olmamışdır. Sarayı ona verən zaman daxili mərasim zalının, mətbəxin və digər yardımçı sahələrin foto şəklini çəkib götürmüşdür. İddiaçı iddia edir ki, guya saray uzun müddət işləməyib, uçub dağılıb, onun hər hansı sübutu varmı? Digər bütün avadanlıqları ona ikisinin imzaladığı aktla təhvil vermişdir. Bu yaxınlarda İddiaçı ona müraciət edərək bildirmiş ki, müqaviləni dayandırmaq, sarayı geri qaytarmaq istəyir. O, ona qaydaları izah etmiş və bildirmişdir ki, ona sarayı və avadanıqları necə saz və işlək vəziyyətdə yoxlayaraq təhvil vermişdirsə, o da son aya kimi müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməlidir. Ondan tələb etmiş ki, birlikdə gedib sarayın və avadanlıqların vəziyyətinə baxış keçirsinlər. O buna razı olmamışdır. O, Şirvan ŞPŞ-yə müraciət etmiş, polis mayoru Rəhim Məmmədovun iştirakı ilə sarayın qapısını açdırmış və görmüşdür ki, İddiaçı sarayı xaraba qoymuş, söküb dağıtmışdır. İddiaçı bildirmişdir ki, o necə ona avadanlıqları birlikdə aktla təhvil vermişsə, həmin qaydada geri qaytarılmalıdır. Dəyən ziyanın miqdarı və məbləği hesablanmalı, saray işlək avadanlıqları saz olmalı və ziyan ödənilməlidir. O isə, müqavilə öhdəliklərinə əməl etmək istəməmişdir. O sarayı icarəyə verən zaman toy zalının vəziyyətini və digər məqamların həm şəklini, həm də video görüntüsünü çəkib sübut kimi saxlamışdır. Dəqiq hesablama aparmasa da, ona 60- 70 min ziyan vurmuş, sarayı xaraba qoymuş, uçurub dağıtmışdır. İddiaçı iddia edir ki, guya onun qanuna zidd əməllərindən, təzyiqlərindən o, şəkərli diabet xəstəliyinə tutulmuşdur. X5 və onu müalicə aldığı tibbi obyektdən onun neçənci ildə xəstələndiyini və səbəbini öyrənmək olar. Əksinə bu müddət ərzində o üç dəfə beyin insultu keçirmiş, yaddaşını itirmişdir. Odur ki, İddiaçı vurduğu 70.000 manat ziyanın ona ödənilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-447/2020 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X8 qarşılıqlı iddia üzrə artıq heç bir tələbinin olmadığından qarşılıqlı iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.6-cı maddələrinə əsasən işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X3 izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki vəziyyətdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiadan imtina etməsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X3 qarşılıqlı iddia ərizəsindən imtina etməsi qanuna ziddi olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun iddia ərizəsi üzrə artıq heç bir tələbi olmadığından iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun qarşılıqlı iddia ərizəsi üzrə artıq heç bir tələbinin olmadığından qarşılıqlı iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd olunan Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(032)-442/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş, həmin qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunan ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə, hesab edir ki, iş üzrə icraata ilk iddia üzrə iddiaçının və qarşılqlı iddia üzrə iddiaçının iddialarından imtina etməsi səbəbindən xitam verildiyindən, 120 manat məbləğində ekspertiza xərcinin 60 manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 60 manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı təmir və yenidənqurma işlərinə çəkilmiş xərcin tutulması tələbinə dair ilk iddia ərizəsinə və iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin 60 (altmış) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 60 (altmış) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar