Məhkəmə qərarları › İş №2-2(121)-204/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-204/2022

22.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-204/2022 22.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X23 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 MMC-yə qarşı “onunla "xxxx" MMC-nin MKT Neftçala filialı ilə bağlanılmış 03.12.2019- cu ildə 2020-ci il mövsümü üçün 5 ha pambıq əkini üçün ********** nömrəli müqavilənin 2.5 ha hissəsində müqaviləyə xitam verilməsi, həmin müqavilə üzrə 2.5 ha torpaq sahəsində çəkilmiş xərclər 1805,96 manatın "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi, gələcəkdə həmin 2.5 ha üzrə öhdəliyin tələb edilməməsi (1 hektara 25 sentner olmaqla) və 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlir subsidiya daxil olmaqla 4687,50 manat (1 hektara 25 sentner hesablamaqla) alınaraq ona ödənilməsi, onunla 22.04.2020-ci il tarixdə Cavabdeh2 SİB arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 SİB-nə ödənilmiş 90 manat pul ona geri qaytarılması, onunla 22.04.2020-ci il tarixdə Cavabdeh2 SİB arasında bağlanmış müqavilə etibarsız hesab edildikdən sonra pambıq çıxmayan 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlirin 6187,50 manatın Cavabdeh2 SİB-dən alınaraq ona ödənilməsi və dövlət rüsumu olaraq ödənilən 30 manat pul və dəymiş 10000 manat mənəvi ziyanın müştərək qaydada "xxxx" MMC-dən və Cavabdeh2 SİB-dən alınaraq ona ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 MMC-nin Neftçala filialı arasında bağlanılmış 03.12.2019-cu ildə 2020-ci il mövsümü üçün 5 ha pambıq əkini üçün ********** nömrəli müqavilənin 2.5 ha hissəsində müqaviləyə xitam verilməsi; həmin müqavilə üzrə 2.5 ha torpaq sahəsində çəkilmiş xərcləri təşkil edən 1.805,96 məbləğində pulun Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməsi, gələcəkdə həmin 2.5 ha üzrə öhdəliyin tələb edilməməsi ilə yanaşı (1 hektara 25 sentner olmaqla) və 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlirin - subsidiya daxil olmaqla 4687,50 (dörd min altı yüz səksən yeddi manat əlli qəpik) manatın (1 hektara 25 sentner hesablanmaqla) alınaraq ona ödənilməsi, onunla 22.04.2020-ci il tarixdə Cavabdeh2 arasında bağlınmış müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2nə ödənilmiş 90 manat məbləğində pulun ona geri qaytarılması, onunla 22.04.2020-ci il tarixdə Cavabdeh2 arasında bağlınmış müqavilə etibarsız hesab edildikdən sonra pambıq çıxmayan 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlir olan 6187,50 (altı min bir yüz səksən yeddi manat əlli qəpik) manat məbləğində pulun Cavabdeh2ndən alınaraq ona ödənilməsini, dövlət rüsümu olaraq ödənilən 30 (otuz) manat pulun və ona dəymiş 10000 (on min) manat məbləğində mənəvi ziyanın müştərək qaydada Cavabdeh1 MMC-dən və Cavabdeh2 SİB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(053)-281/2021 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyan və əldən çıxmış gəlir” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(106)-2652/2021 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(053)-281/2021 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC-nin “MKT Neftçala” Filialı arasında 2020-ci il mövsümü üçün 5 ha pambıq əkini üçün 03.12.2019-cu il tarixli ********** nömrəli müqavilə bağlanmışdır. İş üzrə digər cavabdeh olan Cavabdeh2 SİB ilə 22.04.2020-ci il tarixdə pambıq sahəsini becərmək üçün müqavilə bağlanmışdır. 19.08.2020-ci il tarixdə İddiaçı istifadəsində olan 5 ha torpaq sahəsində əkdiyi pambıq sahəsinə baxış keçirilmiş və suvarmada gecikmələr və fasilələr yaranması ilə əlaqədar ziyan dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq cavabdeh şəxslərə sorğular edilmiş və dəymiş maddi ziyan və əldən çıxmış gəlir tələb edilmiş və pretenziyalar verilmişdir. Həmin müqavilə üzrə 5 ha torpaq sahəsində Neftçala rayonu, İkinci Qaralı kənd sakini İddiaçı Cavabdeh2 SİB tərəfindən müqavilənin şərtlərinə riayət etməməsi nəticəsində nə qədər sahədə ziyanın dəyməsi və həmin ziyan dəymiş hissədə aqronom məsləhətinin verilib verilməməsi barədə məlumatın verilməsini "xxxx" MMC-nin “MKT Neftçala” Filialından xahiş etmişdir. Cavabdeh2 SİB tərəfindən 04 saylı 11.09.2020-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı dəymiş ziyanın günahı tamamilə MKT Neftçala filialının nümayəndəsi X14 üzərinə düşür. Buna əsasən də "xxxx" MMC-nin MKT Neftçala filialı ilə bağlanılmış 03.12.2019-cu il tarixdə 2020-ci il mövsümü üçün 5 ha pambıq əkini üçün ********** nömrəli müqavilənin 2.5 ha hissəsində müqaviləyə xitam verilməsini, həmin 2.5 ha torpaq sahəsində çəkilmiş xərclərin silinməsini, gələcəkdə həmin 2.5 ha üzrə öhdəliyin tələb edilməməsinə (1 hektara 25 sentner olmaqla) və İddiaçı 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlirin (1 hektara 25 sentner hesablamaqla) hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Cavab olaraq bildirilmişdir ki, ona bütün maddi texniki köməkliklər olunmuş, həmin 5 ha əkinin bir hissəsində çıxışın olmadığı müəyyən edilmiş, suvarılması tövsiyyə edilmiş və səbəb kimi fermerin vaxtında və ardıcıl suvara bilməməsi göstərilmiş və fermerin MKT Neftçala filialı ilə heç bir problemi və iddiası olmamış yalnız suvarma ilə əlaqədar Cavabdeh2 SİB ilə problemi olduğunu qeyd etmişlər. Ziyan dəyən 2.5 ha sahə hesablanarsa müqavilə öhdəliyi üzrə 6250 kq pambıq əldə edəcəyi barədə öhdəliyi olmuşdur. Subsidiya pulu ilə birlikdə hesablanarsa 1 kq pambığı 0.75 manatdan, hesablanarsa 4687,50 manat gəlir əldən çıxmışdır. Ona müqavilə üzrə 3611,93 manat borc hesablanmışdır ki, bu da 5 ha əkin üçün nəzərədə tutulmuşdur. Halbuki 2.5 ha torpaq sahəsində pambıq çıxmadığı cavabdeh "xxxx" MMC-yə məlum idi. Buna əsasən də həmin pulun yarısı ona hesablanmalı deyildir. Buna görə də 1805,96 manat da 2.5 ha torpaq sahəsinə görə qədər xərclər ondan tutulmuşdur ki, həmin pul ona ödənilməli olduğunu qeyd etmişdir. Bundan sonra, İddiaçı artıq 04.06.2020-ci il tarixdən rəsmi orqanlara müraciət etməyə başlamış və suyun olmadığını və kanalların qazılmadığını göstərmişdir. 17.07.2020-ci il tarixdə İddiaçı istifadəsində olan 5 ha torpaq sahəsində əkdiyi pambıq sahəsinə gedən 1550 metr kanalın qazıldığı aktla təsdiqlənmişdir. 19.08.2020-ci il tarixdə yenidən baxış keçirilmiş və suvarmada gecikmələr və fasilələr yaranması ilə əlaqədar ziyan dəydiyi müəyyən edilmişdir. Bununlada qeyd etmək lazımdır ki, müqavilənin bağlanılmasına imtina edilməli olduğu halda bilərəkdən müqavilə bağlanılmaqla fermer İddiaçı ziyana düşməsinə səbəb olunmuşdur. Amma göndərilmiş cavab məktubunda isə dəymiş ziyanın günahı tamamilə MKT Neftçala filialının nümayəndəsi X19 göstərməklə ziyanı ödəməkdən yayınmağa çalışdıqlarını bildirmişdir. 10.10.2020-ci il tarixli son pretenziyada 22.04.2020-ci il tarixdə Cavabdeh2 SİB-lə müqavilə üzrə aşağıdakı sualları cavablandırılmasını və dəymiş ziyanın ödənilməsini xahiş etmişdir: 1.Təsdiq edilərək tərəfinizdən göndərilmiş müqavilənin 1-ci bölməsinin 1.1 yarımbəndində qrafik göstərilsədə həmin qrafik nə üçün doldurulmamışdır. 2.Müqavilənin 1.2 bəndində mövsümün başlanılmasına 30 gün qalmış suvanna drenaj şəbəkəsinin hidrotexniki qurğularının vəziyyəti yoxlanılması və onların suyun qəbulu üçün yararlı olması müəyyən edilməsi, bu yoxlamanın SİB-nin və fermerin nümayəndələri tərəfindən akt ilə rəsmiləşdirilməsi olmuşdurmu? 3.Müqavilənin 1.4-cü bəndinin tələblərinə uyğun olaraq müqavilə bağlanılmalı idi mi? 4.Müqavilənin 1.5-ci bəndinə əsasən hansı xəbərdarlıqlar edilmişdir? 5.Müqavilənin 3.3-cü bəndində göstərilən iki nüsxədən ibarət müşahidə jurnalında qeyd olunmuşdurmu? Göründüyü kimi İddiaçı artıq 04.06.2020-ci il tarixdən rəsmi orqanlara müraciət etməyə başlamış və suyun olmadığını və kanalların qazılmadığını göstərmişdir. 17.07.2020-ci il tarixdə İddiaçı istifadəsində olan 5 ha torpaq sahəsində əkdiyi pambıq sahəsinə gedən 1550 metr kanalın qazıldığı aktla təsdiqlənmişdir. 19.08.2020-ci il tarixdə yenidən baxış keçirilmiş və suvarmada gecikmələr və fasilələr yaranması ilə əlaqədar ziyan dəydiyi müəyyən edilmişdir. Bununla da qeyd etmək lazımdır ki, müqavilənin bağlanılmasına imtina edilməli olduğu halda bilərəkdən müqavilə bağlanılmaqla fermer İddiaçı ziyana düşməsinə səbəb olunmuşdur. Amma ona göndərilmiş cavab məktubunda isə dəymiş ziyanın günahı tamamilə MKT Neftçala filialının nümayəndəsi X19 göstərməklə ziyanı ödəməkdən yayınmağa çalışılmışdır. Neftçala rayon İcra hakimiyyətinə yazılmış izahatdada göstərilmişdır ki, “qanunvericiliyin və məhkəmə qərarı əsasında İddiaçı ziyan vurduğum öz təsdiqini taparsa iddianı qəbul etməyə hazıram” olmuşdur. 22.04.2020-ci il tarixli müqaviləyə əsasən ona dəymiş ziyan Cavabdeh2 SİB-in müqavilənin bağlanılması və həmin müqavilədə göstərilən şərtlərinə riaət etməməsi nəticəsində baş vermişdir. Bununlada onun 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlirin (müqaviləyə müvafiq olaraq 1 hektara 25 sentner hesablamaqla), 2.5 ha torpaq sahəsində çəkilmiş xərclərin (Neftçala DAİM-in təqdim etdiyi ziyana uyğun olaraq 536,25 manat ona ödənilməsinə köməklik göstərilməsi Cavabdeh2 SİB-dən xahiş etmişdir. Cavabdeh2 SİB onun pretenziyasını qəbul etməmiş, müqavilənin 22.04.2020-ci ildə bağlandığını humanizm kimi göstərmiş, nədənsə müraciətin 4 ha olduğu əsaslandırılmamış, məsuliyyəti üzərindən atmış və məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Hazırda o məhsulu çıxan 2.5 ha hissədə yığmışdır və faktiki məhsuldarlığı 1 hektara 33 sentner təşkil edir. Onun əldən çıxmış gəliri də buna uyğun hesablanmalıdır. O Cavabdeh2 SİB-ə 40 manat, 35 manatvə 15 manat olmaqla cəmi 90 manat pul ödəmişdir. Ziyan dəyən 2.5 ha sahəni hesablanmaqla 8250 kq pambıq əldə edəcəyi təsdiq ediləcəkdir. Subsidiya pulu ilə birlikdə hesablanacağı halda 1 kq pambığı 0.75 manatdan hesablanarsa 6187, manat gəlir əldən çıxdığını bildirmişdir. Həmçinin 536 manat da o ziyan çəkdiyini bildirərək (çünki 2.5 ha torpaq sahəsinə çiyid əkilənə qədər xərclər ondan tutulmuşdur) məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə Cavabdeh1 MMC məhkəməyə elektron qaydada etirazla müraciət etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı dəymiş maddi və mənəvi ziyan və əldən çıxmış gəlir tələbinə dair iddia tələbini Cəmiyyətimizə aid olan hissədə əsassız hesab edirik. İddiaçı X15 iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edərək "xxxx" MMC-yə aid olan 5 ha torpaq sahəsində pambıq əkilməsi üçün bağlanmış müqavilənin 2,5 hektar hissəsində müqaviləyə xitam verilməsini və 2,5 hektar torpaq sahəsinə çəkilmiş ümumilikdə 1805,96 manat məbləğində xərclərin, həmin torpaq sahəsindən əldə edəcəyi gəlir və subsidiya daxil olmaqla 4687,50 manat məbləğin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi, Neftçala DAİM əməkdaşları tərəfindən 19.08.2020-ci il tarixdə tərtib edilmiş aktı əsas tutmuşdur. Belə ki, həmin aktda 5 ha torpaq sahəsindən 2.5 hektar hissəsi əkinə yararsız olduğu üçün, “MKT-Neftçala” filialı ilə cavabdeh arasında 2020-ci il pambıq mövsümü üzrə bağlanmış 03.12.2019- cu il tarixli, ********* nömrəli müqavilə üzrə 2.5 hektar hissədə müqaviləyə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçının yuxarıda qeyd olunan dəlilinə münasibətdə, bildiririk ki, “MKT-Neftçala” filialının baş aqronomu X40, ərazi aqronomu X33 06.11.2019- cu il tarixdə cavabdehin istifadəsində olan 4,335 hektar torpaq sahəsinə və 12.11.2019- cu il tarixdə digər ərazidə olan 0,741 hektar torpaq sahəsinə baxış keçirərək, ölçü işləri aparmışlar və hər iki torpaq sahəsinin pambıq əkini üçün yararlığını müəyyən edərək, həmin sahələrdə zəruri aqrotexniki işlərin qısa zamanda aparılmasını tövsiyə etmişdirlər. Bu barədə 12.11.2019cu il tarixli, 86001873 nömrəli ölçü aktı tərtib edilmişdir. Bundan başqa Neftçala rayon Aqrar İslahat komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə verilmiş JN- 0033, JN-0032 və JN-0031 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktlarında torpaq sahələrinin keyfiyyət qrupu 3-cü qrup göstərilmiş və əkinə yararlı olduğu qeyd edilmişdir. Belə olan halda, ortaya sual çıxır, dövlət aktında qeyd olunan torpaq sahəsinin əkinə yararlı olduğu göstərildiyi halda, necə olur ki, X43 İnkişaf Mərkəzinin 19.08.2020-ci il tarixli aktı ilə həmin torpaq sahəsi yararsız hesab edilmişdir? Beləliklə, Neftçala DAİM əməkdaşları tərəfindən 19.08.2020-ci il tarixdə tərtib edilmiş aktın doğruluğu şübhə yaradır. X35 Aqrar inkişaf Mərkəzinin 19.08.2020-ci il tarixli aktına imza edən şəxslərin arasında X1 sakini kimi qeyd edilmişdir. Halbuki, həmin şəxs “MKT Neftçala” filialında ərazi nümayəndəsi vəzifəsini icra edirdi. Eyni zamanda bildiririk ki, X24 əraziyə baxış keçirilərkən orada iştirak etməmiş və heç bir aktda imza atmamışdır. Həmçinin sahədə çiyid səpini aparıldıqdan sonra mütəxəssislərimiz tərəfindən həmin sahəyə baxış keçirilərkən, torpağın bir hissəsində müəyyən qədər çıxış seyrəkliyi müşahidə edilmiş, seyrəkliyin aradan qaldırılması üçün cavabdehə torpağın qısa müddət ərzində suvarılması tövsiyyə edilmişdir. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin suvarılması gecikdirildiyi üçün məhsul tam şəkildə əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Belə ki, iddiaçı X15 "xxxx" MMC-nin Neftçala filialına müqavilə bağlamaq təklifi göndərmiş və təklif qəbul edilərək 03.12.2019-cu il tarixli, 20 *** **** saylı 2020-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin predmeti xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin Alıcı ("xxxx" MMC) tərəfindən Satıcıya (X9) təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq bütövlüklə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin Satıcıya ödənilməsindən ibarət olmuşdur. Həmin müqavilənin 2.1.5-ci bəndində əsasən. Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür. Bundan başqa müqavilənin 6.5-ci bəndinə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyət Satıcının üzərində qalır. Beləliklə, müqavilə şərtlərinə əsasən, cavabdeh əkin sahəsinin su ilə təmin olunmasını öhdəsinə götürməmişdir. Yuxanda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddiaçı X6 iddiasını Cəmiyyətimizə aid olan hissədə əsassız hesab edirik və təmin olunmamasını məhkəmədən xahiş edirik. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X29 tərəflərindən məhkəməyə təqdim olunan etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində onun Cavabdeh1 MMC-də sahə rəisi işlədiyini, iddiaçını tanıdığını onunla heç bir ədavətinin, düşmənçiliyinin olmadığını qeyd edərək, fermerlərin pambıq əkilməsi üçün müqavilə bağlanmasından ötrü müraciət etdiklərini, müəssisənin bu sahədə bilikli əməkdaşları fermerlərin sahələrinə baxış keçirdiklərini, sahənin əkinə yararlı olduğu halda fermerlə müqavilə bağladıqlarını, iddiaçının yerinə baxış keçirdiklərini, onun yerində suvarma zəif olduğu üçün əkilmiş çiyidlərin çıxışı zəif olduğunu, iddiaçıya zəif çıxmış çiyidlərin bərpa edilərək, çiyidin normal çıxışının əldə edilməsindən ötrü yerinin suvarılmasının zəruri olduğunu bildirdiyini, iddiaçının sahəsində “Su qolu” problemi olduğundan, həmin məsələnin həlli yubandığı üçün çiyidin çıxışı zəif olduğunu, iddiaçının müəssisəyə 8 ton pambıq verdiyini bildirmişdir. O həmçinin ifadəsində iddiaçıya çiyidin çıxışının zəif olması barədə məsəhətlər verdiyini, onun sahəsinə gedib əkilmiş çiyidi bir neçəsi torpaqdan çıxararaq, çiyidlərin köklərini göstərərək, təcili sahənin suvarılmasının zəruri olduğunu bildirdiyini, xeyr iddiaçının pambıq əkdiyi 2.5 hektar torpaq sahəsinin əkinə yararsız olmadığını, belə ki, həmin torpaq sahəsinin dövlət tərəfindən ayrılmış 3-cü kateqoriyalı əkinə yararlı torpaq sahəsi olduğunu, 2.5 hektar torpaq sahəsinin əkinə yararsız olması barədə tərtib olunmuş aktda olan imzanın ona məxsus olmadığını, həmin aktın iştirakı zamanı onun iştirak etmədiyini, iddiaçının ilkin müraciəti əsasında torpağa baxmağa gedəndə torpaq sahəsinin əkinə yararlı olmasını təsdiq etdiklərini, əvvəllər həmin sahədə pambıq əkildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində bildirmişdir ki, onun Cavabdeh1 MMC-də pambığa istehsalda nəzarət şöbəsinin olduğunu, iddiaçını tanıdığını, onunla heç bir ədavətinin, düşmənçiliyinin olmadığını qeyd qeyd edərək, fermerlərin pambıq əkmək üçün müqavilə bağlanmasından ötrü müəssisələrinə müraciət etdiklərini, müəssisələrinin bu sahədə bilikli əməkdaşlarının fermerlərin sahələrinə baxış keçirdiklərini, sahə əkinə yararlı olduğu halda fermerlə müqavilə bağladıqlarını, müqavilə bağladıqdan sonra fermerlərə həm maddi, həmdə texniki dəstək göstərdiklərini, iddiaçıya yerin şumlanması, suvarılması üçün pul verdiklərini, həmçinin çiyid verdiklərini, iddiaçının çiyidi əkdikdən sonra müəssisələrinə müraciət edərək, yerin bir hissəsində çiyidin çıxmadığını bildirdiyini, müəssisənin əməkdaşları ilə iddiaçının torpaq sahəsinə baxış keçirdiklərini və çiyidin zəif çıxma halını müəyyən etdiklərini, bununla bağlı çiyidin təcili suvarılmasının zəruri olduğunu iddiaçıya bildirdiklərini, iddiaçının isə yerin suvarılmasını ləngitdiyini, bu səbəbdən çiyidlərin çıxışı zəif olduğunu, su probleminin həllinin onların müəssisələrindən asılı olmadığını, əkin yerinin suvarılması fermerin öhdəsində olduğunu bildirdi. O həmçinin ifadəsində iddiaçının əkdiyi sahənin 3-4 hektarlıq sahə olduğunu, həmin sahənin üzərindən arx çəkilərək, sahəni suvarmalı olduğunu, iddiaçının çiyidin çıxışının seyrək olduğu sahədən nə qədər məhsul götürdüyünü deyə bilmədiyini, belə ki, iddiaçının özünün məhsulu yığaraq müəssisələrinə təhvil verdiyini, müqavilə bağlayan zaman fermerin istifadəsində olan torpaq sahəsinə baxış keçirdiklərini, həmin sahədə torpaq sahəsinin suvarılması üçün su kanalı olmadığı təqdirdə müqavilə bağlamadıqlarını, iddiaçının istifadəsində olan torpaq sahəsinin yerləşdiyi əraziyə suyun baş su kanalından gəldiyini, ərazidə drenlərin olduğunu, 1 drendə 4-5 fermerin torpaq sahələri olduğunu, həmin fermerlərin su kanalından özləri arxlar çəkərək sahələrini suvardıqlarını, ərazidə baş su kanalının olduğunu, fermerlərin özlərinin həmin kanaldan balaca kanallar çəkərək sahələrinin suvarırdıqlarını, kanalda olan sudan həmin drendə olan fermerlər istifadə etdiyini, əgər kanalda su olmasa heç bir fermer məhsul əldə edə bilmədiyini, iddiaçının torpaq sahəsinin baş kanaldan təqribi 1500 metr məsafədə yerləşdiyini, onların iddiaçı ilə müqavilə bağlayan zaman sahədə heç bir su problemi olmadığını, sahədə su kanalları mövcud olduğunu, iddiaçı 5 hektardan 8 ton məhsul götürdüyünü, 1 hektardan nə qədər məhsulun götürülməsi fermerin məhsula etdiyi qulluqdan asılı olduğunu, bəzi hallarda fermerlər məhsula yaxşı qulluq etmədiklərinə görə məhsulun çıxışı zəif olduğunu qeyd etmişdir. İş üzrə digər Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 03.12.2019-cu il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh1 MMC, “MKT MMC-mnin Neftçala” filialı və İddiaçı arasında 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2020-ci il mövsümü üzrə xam-pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən İddiaçı əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir. 5 hektar sahədə pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən Azərbaycan X4 pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İş materiallarında olan X13 ilə su istifadəçiləri arasında suyun verilməsi üzrə” 22.04.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 SİB ilə İddiaçı arasında 2020-ci ildə 4 ha pambıq sahəsinin suvarılması ilə əlaqədar müqavilə imzalanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı 04.06.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, 5 ha sahədə pabıq əkdiyini və həmin pambıq sahısini suvarmaq üçün ərazidə yerləşən Assossasiya idarəsinin rəhbəri Hüseynov Rafailə müraciət etdiyini qeyd etmişdir. Lakin həmin şəxsin müraciətə laqeyd yanaşdığını bildirərək onun barəsində ölçü götürülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Neftçala rayonu İcra Hakimiyyətində verdiyi izahatından görünür ki, o, 5 ha pambıq sahəsinə arat və becərilmə suyunun verilməsi üçün pul məbləğini Cavabdeh2 SİB-ə müqavilə əsasında ona təqdim edimiş hesaba köçürmüşdür. Lakin şikayətin əsasının suvarmada olan çətinliklər ilə əlaqədar olaraq 5 hektar pambıq sahəsindən 3 hektarına zərər dəydiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 SİB-in sədri X16 Neftçala rayonu İcra Hakimiyyətində verdiyi izahatından görünür ki, 22.04.2020-ci il tarixlində Cavabdeh2 SİB ilə İddiaçı arasında 2020-ci ildə 4 ha pambıq sahəsinin suvarılması ilə əlaqədar müqavilə bağlamış, müqavilə əsasında pambığın arat suyunun tam, becərilmə suyu isə bir dəfə olaraq tam verilmiş, sözü gedən əkin sahəsində hər il su itkilərinin qarşısının alınması məqsədilə 2000 metr uzunluğunda təsərrüfatdaxili suvarma kanalı təmizlənmiş İddiaçı həmin kanaldan suyun verilməsi təmin edilmişdir. Pambıq sahəsində arat suyu ilə bağlı çıxışın az olmasına əsas verərək, dəymiş ziyanın ödənilməsini tələb edən İddiaçı iddasının əsassız olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilə uzrə SİB-in üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və İddiaçı onun haqqında fikirlərin əsassız olduğunu qeyd edərək, qanunvericiliyin və məhkləmə qərarın əsasında onun İddiaçı ziyan verdiyi öz təsdiqini tapdığı təqdirdə iddia ərizəsini qəbul etməyə hazır olduğunu bildirmişdir. İş materiallarında olan 17.07.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı istifadə etdiyi təsərrüfatdaxili suvarma kanalının lildən və kol-kosdan təmizlənməsi işləri, islahat gedəndən hal-hazıra kimi hər il su istifadəçilərinin və qismən ərazi su birliyini vəsaitləri hesabına aparılmış, sözü gedən, 1550 metr uzunluğunda olan su axını, hər il su itkilərinin qarşısının alınması məqsədilə kanal qazan vasitəsilə su istifadəçilərinin və Cavabdeh2 SİB-nin vasitəsilə lildən və başqa maneələrdən təmizlənməsi bildirilmişdir. İş materiallaırnda olan Neftçala rayon Cavabdeh2 SİB tərəfindən Neftçala Rayon Suvarma Sistemləri İdarəsinə ünvanlanmış məktubda qeyd olunur ki, İddiaçı 22 aprel 2020-ci il tarixdə pambıq əkiləcək sahənin arat və suvarma suyu ilə təmin olunması üçün müraciət edərək, müqavilə bağlamışdır. Sifarişinə əsasən növbəli qrafik əsasında aprel ayının sonuna kimi arat suyu ilə təmin edilmişdir. Sahə əkinə düzgün seçilmədiyindən, sahənin yararsız hissələrində çıxış olmadığından, yenidən çıxış suyu üçün sifariş vermiş və yenə növbəlilik qrafiki əsasnda suvarma suyu ilə təmin edilmişdir. Mütəxəssis rəyinə əsasən sahə əkinə düzgün seçilməmiş, sahədə heç bir aqrotexniki qaydalara riayət olunmamışdır və nəticədə 2.5 ha sahədə normal çıxış alınmamışdır. İş materiallarına əlavə edilmiş 19.08.2020-ci il tarixli aktın surətindən görünür ki İddiaçı ərizəsinə əsasən dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə onun istifadəsində olan 5 ha pambıq əkilmiş sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 5 ha pambıq əkilmiş sahənin 2.5 hektarı pambıq əkini üçün yararlı deyil, sahə düzgün seçilməyib. Mütəxəssislər tərəfindən sahənin aqrotexniki qaydada becərilməsi üçün düzgün məsləhət verilməyib. Suvarmada gecikmələr, fasilələr yaranması ilə əlaqədar olaraq sahədə kol sıxlığı çox zəifdir, normaya uyğun deyil. Ümumiyyətlə, 2.5 ha pambıq sahəsində aqrotexniki qulluq işləri görülməmişdir. İş materiallarında olan Cavabdeh2 SİB-in İdarə Heyətinin sədri R.Hüseynov tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 11.09.2020-ci il tarixli məktubda qeyd olunur ki, X6 müraciətindəki dəymiş ziyanın səbəbi suyun gecikməsi səbəbindən deyil, əsas səbəb onun pambıq bitkisinin əkin və becərilməsində olan təcrübəsizliyindən baş vermişdir. Birlik ilə bağlanılmış müqavilənin 2.3-cü maddəsində müqavilənin son bağlanma tarixi dəqiq göstərilmiş, vətəndaş isə pambığın optimal səpin və bəzi sahələrdə çıxış alındıqdan sonra müraciət etmiş, sahə əkinə vaxtında hazırlanmamışdır. Arat suyunun sahəyə vaxtında verilməməsi vətəndaşın öz günahı üzündən olmuşdur. Beləki, arat suyu sahələrə verilməsi mart ayının ortalarına kimi başa çatdırılır, sonra isə hazırlanmış sahələrdə səpsuvar aparılır. Çünki mart ayının ortarlarında torpaqda canlanma nəticəsində qrunt suları torpağın üst qatına qalxır. İddiaçı ilə müqavilədə göstərilən 22.04.2020-ci il tarixdə müraciət edib, müqavilə bağlanıb, sifarişi əsasında növbəlilik qrafiki əsasında su ilə təmin olunub. Suvarma suyu növbəlilik qrafiki əsasında verilir. C.İ Mirzəyevin sahəsi pambıq əkininə yararsız olduğundan normal çıxış almamış, yenidən suvarma üçün müraciət etmiş və növbə əsasında su ilə təmin olunmuşdur. İddiaçı dəymiş ziyan Birliyin günahı üzündən deyil, tərtib olunmuş mütəxəssis baxış aktındanda göründüyü kimi, sahə əkinə düzgün seçilməyib. Bunun günahı tamamiilə MKT - Neftçala flialının nümayəndəsi X14 üzərinə düşür. Çünki, o sahəni pambıq əkininə qəbul etməməli idi və nəticədə bu kimi hallar baş verməyəcəkdi. İ.M.Dadaşov hektar hesabına əmək haqqı aldığı üçün, rəhbərliyi tərəfindən tapşırıqlara baxmayaraq, yararsız torpaqları əkinə cəlb etmiş, nəticədə bu kimi hallara yol verilmişdir. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi X43 İnkişaf Mərkəzi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 25.09.2020-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı 19 avqust 2020-ci il tarixində Neftçala DAİM-in direktorunun adına müvafiq ərizə yazaraq müraciət etmişdir. Daxil olmuş ərizə əsasında vətəndaşa dəymiş ziyanın müəyyənləşdirilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Komissiya tərəfindən vətəndaş İddiaçı iştirakı ilə 5.0 hektar pambıq əkilmiş torpaq sahəsinə baxış keçirilmişdir və keçirilmiş baxışın nəticəsi olaraq, müvafiq AKT (əlavə olunur) tərtib edilərək İddiaçı təqdim edilmişdir. Belə ki, pambıq əkini üçün torpaq sahəsinin ümumiyyətlə düzgün seçilməməsindən və bu sahəsinin pambıq əkini üçün tamamilə yararsız olmasından, aqrotexniki tədbirlərin aparılmamasından, pambıq toxumunun arat olunmuş sahəyə əkilməsini nəzərə alaraq hansı səbəbdən kultivasiya və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmamasından, sözügedən torpaq sahəsində 2020-ci ilin aprel ayında əkin aparılmasına baxmayaraq Neftçala DAİM-in və müqavilə bağladığı şirkət mütəxəssislərinə müraciət etməməsindən, 19 avqust 2020-ci ildə, yəni 4 aydan sonra Neftçala DAİM-nə müraciət etməsindən və ən nəhayət pambıq sahəsinin konkret olaraq kimin və ya kimlərin təqsirli hərəkətlərindən və ya hərəkətsizliyindən hazırkı hala düşməyinin Neftçala DAİM-nə məlum olmadığından irəli gələn əsaslarla dəymiş ziyanın müəyyənləşdirilməsi mümkün olmadığı qərara alınmışdır. Lakin vəkil müraciəti olduğundan və Azərbaycan Respublikasının “Vəkillər və vəkillik haqqında” Qanununun 7ci maddəsinə əsasən (Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar) vəkillərə öz qanuni fəaliyyətində köməklik göstərilməsinin zəruri olduğundan Neftçala DAİM-in mütəxəssisləri İddiaçı dəymiş ziyanın yuvarlaq olaraq aşağıda göstərilən qaydada hesablamasını mümkün hesab etmiş və İddiaçı dəymiş ziyanın 536,25 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 SİB-in İdarə Heyətinin sədri R.Hüseynov tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 21.10.2020-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı dəymiş ziyanın “Bərəkət SİB tərəfindən olmamışdır, yeganə səhvlərinin onunla vaxtsız müqavilə bağlamaqları olmulşdur ki, bu da ziyana səbəb ola. İddiaçı hansı səbəbdən "xxxx" MMC-ilə 03 dekabr 2019-cu il tarixdə müqavilə bağladığı halda, SİB-ilə 22 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır? Müqavilənin 1.1ci bəndindəki qrafik su istifadəçisi tərəfdən təqdim olunmuş təqvim planı əsasında doldurulur. O isə vətəndaş tərəfindən onlara təqdim olunmamışdır və onlara təqdim olunan ərizə-sifarişdə nədənsə 03.12.2019-cu il tarixdə "xxxx" MMC ilə 5,0 hektar torpağa bağladığı müqavilə əsasında, onlara müraciəti 4,0 hektar torpağa olmuşdur. Müqavilənin 1.2 bəndinə gəldikdə, mövsümün başlanması 01 dekabr 2019-cu il tarixdə başa çatmışdır. 1.4 cü bəndin tələblərinə uyğun olaraq müqavilə bağlanmamalı idi, bu da humanizmdən gəlir və yuxarıda qeyd etdiyim kimi bu ziyana səbəb ola bilməz. 3.3 cü bəndində göstərilən müşahidə jurnalı suyun ölçülməsində istifadə olunan fırlanğıc (vertuşka) aparatı əsasında doldurulur, bu aparatla hələki, respublikada heç bir SİB təmin olunmamışdır. İş materiallarında olan “MKT-Neftçala” filialının direktoru tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 29.10.2020-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı “MKT-Neftçala” filialı ilə 5 ha sahədə müqavilə bağlanılmışdır. Müqaviləyə uyğun olaraq həmən fermerə lazım olan bütün maddi-texniki köməkliklər olunmuşdur. O cümlədən şum, mala,çiyid əkini, pul vəsaiti və sairə ilə təmin olunmuşdur. Bununla bərabər bizim həmən ərazidə aqronom və ərazi nümayəndələri tərəfindən tövsiyələr verilmişdir. Əkindən sonra həmən sahəyə baxış keçirilmiş, sahənin bir hissəsində çıxışın olmaması müşahidə olunmuşdur. Çıxmayan sahədə çiyidin tam sağlam olması müəyyən edilmiş, həmin hissənin suvarılması tövsiyyə olunmuşdur. Lakin sonradan fermerin dediyinə görə həmin sahədə suvarmanı vaxtında və ardıcıl apara bilməmiş və normal çıxış almamışdır. Hal-hazırda fermer məhsulun yığıb təhvil vermiş və zavodda olan borcunu da ödəmişdir. Bugünə kimi həmin fermerin “MKT-Neftçala” filialı ilə heç bir problemi və iddiası olmamış yalnız suvarma ilə əlaqədar Cavabdeh2 SİB ilə problemi olduğunu söyləyir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0033 saylı (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə Neftçala rayonu 2-ci Qaralı kənd sakinləri X25, X30 və X17 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.93 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0032 saylı (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə Neftçala rayonu 2-ci Qaralı kənd sakinləri X28, X26, X21 və X5 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.55 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0031 saylı (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə Neftçala rayonu 2-ci Qaralı kənd sakinləri İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.64 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 12 noyabr 2019-cu il tarixli, 86001873 saylı ölçü aktından görünür ki, "xxxx" MMC-nin “MKT-Neftçala” filialının mütəxəssislərinin iştirakı ilə 2020-ci ilin pambıq mövsümü üzrə “Xam pambığın alqı-satqısına dair müqavilə” bağlamaq üçün ********* nömrəli ərizə ilə müraciət etmiş, İddiaçı istifadəsində olan torpaq sahələrinə baxış keçirilmiş və pambıq əkilməsi məqsədi ilə ölçülmüş, sahələrin faktiki ölçüləri və pambıq əkini üçün yararlılığı müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 20 270 5090 nömrəli, 03.12.2019-cu il tarixli müqavilə, iddiaçının iş üzrə digər cavabdeh olan Cavabdeh2 SİB arasında “X13 ilə su istifadəçiləri arasında suyun verilməsi üzrə” 22.04.2020-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə tələbin Cavabdeh1 MMC-yə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən tələbinin əsaslı olmasına dair heç bir sübut məhkəməyə təqdim olunmamış, əksinə onun özünün məhkəmə iclasında verdiyi izahat, şahid ifadələri və yazılı sübutlarla qeyd olunan cavabdeh tərəfindən ona münasibətdə hər hansı qanun pozuntusuna və ya bağlanmış müqavilə ilə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin icrası üzrə hərəkətsizliyə yol verilməmişdir. Tələbin Cavabdeh2nə qarşı olan hissəsi ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı bu cavabdehlə bağlanmış müqavilənin etibarsız hesab olunmasını xahiş edir ki, etibarsızlığın səbəbləri barədə, yəni mülki qanunvericilikdə nəzərdə tutulmuş etibarsızlığa səbəb olan hallar barədə heç bir sübut təqdim etməmiş, tələbinin bu hissəsini əsaslandırmamışdır. Ümumiyyətlə iş materiallarında olan dövlət aktlarından da görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 3 hissədən ibarətdir. O tələbində sahəsinin 2.5 ha hissəsinin suvarılmadığını qeyd etsə də həmin sahənin harada yerləşməsini, ümumi sahənin hansı hissəsində olmasını ümumiyyətlə qeyd etməmiş, yanlız ümumi ifadələrlə ona məxsus olan torpaq sahəsinin yarısına ziyan dəydiyini qeyd etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan aktlarda da bir başa zərərin dəyməsi səbəbi qeyd olunmamış, əksinə düzgün aqrotexniki qulluğun həyata keçirilmədiyi yazılmışdır. İddiaçı iddia ərizəsində, həmçinin onun özü, eləcə də vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdikləri izahatlarında Cavabdeh1 MMC-nin “MKT-Neftçala” filialı arasında bağlanılmış 03.12.2019-cu ildə 2020-ci il mövsümü üçün 5 ha pambıq əkini üçün ********** nömrəli müqavilənin 2.5 ha hissəsində müqaviləyə xitam verilməsi; həmin müqavilə üzrə 2.5 ha torpaq sahəsində çəkilmiş xərcləri təşkil edən 1805,96 məbləğində pulun Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməsi, gələcəkdə həmin 2.5 ha üzrə öhdəliyin tələb edilməməsi ilə yanaşı (1 hektara 25 sentner olmaqla) və 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlirin - subsidiya daxil olmaqla 4687,50 manatın (1 hektara 25 sentner hesablanmaqla) alınaraq ona ödənilməsi, iddiaçı ilə 22.04.2020-ci il tarixdə Cavabdeh2 SİB arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2 SİB-nə ödənilmiş 90 manat məbləğində pulun iddiaçıya geri qaytarılması, iddiaçı ilə 22.04.2020-ci il tarixdə Cavabdeh2 SİB arasında bağlınmış müqavilə etibarsız hesab edildikdən sonra pambıq çıxmayan 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlir olan 61887, 50 manat məbləğində pulun Cavabdeh2 SİB-dən alınaraq ona ödənilməsi; habelə dövlət rüsümu olaraq ödənilən 30 manat pulun və ona dəymiş 10000 manat məbləğində mənəvi ziyanın müştərək qaydada Cavabdeh1 MMC-dən və Cavabdeh2 SİB-dən alınaraq iddiaçıya ödənilməsini tələb etsələr də, məhkəməyə iddiaçının hüquqlarının cavabdehlər tərəfindən pozulmasını, iddiaçıya qeyd olunan məbləğlərdə ziyanın məhz cavabdehlər tərəfindən vurulmasını və 6187,50 manat məbləğində gəlirin bilavasitə cavabdehlərin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən əldən çıxmasını, eyni zamanda iddiaçının hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını, mənəvi zərəri məhz nəyə görə 10000 manat məbləğində qiymətləndirilməsini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərəərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli 7 №- li Qərarında Plenum izah etmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının cavabdehlər tərəfindən pozulması, iddiaçıya dəymiş ziyanının cavabdehlər tərəfindən vurulması, tələb olunan 6187,50 manat məbləğində gəlirin bilavasitə cavabdehlərin təqsiri üzündən əldən çıxmasını, eyni zamanda iddiaçının hansı mənəvi sarsıntı və iztirablara məruz qalması, mənəvi zərərin nəyə görə 10000 manat məbləğində qiymətləndirilməsi sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 MMC-yə qarşı “onunla "xxxx" MMC-nin MKT Neftçala filialı ilə bağlanılmış 03.12.2019- cu ildə 2020-ci il mövsümü üçün 5 ha pambıq əkini üçün ********** nömrəli müqavilənin 2.5 ha hissəsində müqaviləyə xitam verilməsi, həmin müqavilə üzrə 2.5 ha torpaq sahəsində çəkilmiş xərclər 1805,96 manatın "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi, gələcəkdə həmin 2.5 ha üzrə öhdəliyin tələb edilməməsi (1 hektara 25 sentner olmaqla) və 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlir subsidiya daxil olmaqla 4687,50 manat (1 hektara 25 sentner hesablamaqla) alınaraq ona ödənilməsi, onunla 22.04.2020-ci il tarixdə Cavabdeh2 SİB arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 SİB-nə ödənilmiş 90 manat pul ona geri qaytarılması, onunla 22.04.2020-ci il tarixdə Cavabdeh2 SİB arasında bağlanmış müqavilə etibarsız hesab edildikdən sonra pambıq çıxmayan 2.5 ha torpaq sahəsindən əldə edəcəyi gəlirin 6187,50 manatın Cavabdeh2 SİB-dən alınaraq ona ödənilməsi və dövlət rüsumu olaraq ödənilən 30 manat pul və dəymiş 10000 manat mənəvi ziyanın müştərək qaydada "xxxx" MMC-dən və Cavabdeh2 SİB-dən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar