Məhkəmə qərarları › İş №2-2(121)-2847/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2847/2023

21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-2847/2023 21.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsini və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022- ci il tarixli 011214 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1i ünvanında yerləşən evində ailə üzvləri ilə birlikdə yaşayır. Elektrik sayğacı iddiaçının adına qeyd edilmişdir. "xxxx" ASC-nin əməkdaşları evə məxsus olan sayğaca baxış keçirərkən kənar xəttdən istifadə olunmasını əsas gətirərək bu barədə əsassız cərimə yazmışlar. Nə iddiaçı, nə də ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, onun barəsində əsassız olaraq artıq debitor borc hesablanmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1190\2023 nömrəli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (qərardad işlə birlikdə xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur). Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək mülki işi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş məhkəmə aidiyyəti pozulmaqla icraata götürülmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həqiqətən mülki işin baxılması Şirvan Kommersiya Məhkəməsinə aiddir. Məhkəmə işi iddiaçının yaşayış evinə aid olan qaz xətti ilə əlaqədar mübahisələndirmə aparması əsasına görə icraata qəbul etmiş, lakin məhkəmə araşdırması zamanı cavabdehin vəsatəti əsasında müəyyən edilmişdir ki, qaz xəttinə qanunsuz qoşulma ilə bağlı hal Ticarət Xidmət Sahəsi olan mağaza ilə olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işin hazırki vəziyyətdə ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi mümkün deyildir. Belə ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədi ilə ərizənin verildiyi məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmamış, zəruri sənədlər əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər, həmçinin işin məhkəmə aidiyyəti üzrə göndərildiyi vaxta kimi aparılmış araşdırma nəticəsində müəyyən edilən faktiki hallar işin məhkəmə aidiyyətini dəqiq müəyyənləşdirməyə kifayət etmir. Buna görə də, baxılan iş üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılığının həll edilməsi məqsədi ilə iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Sabirabad Rayon Məhkəməsi işin kommersiya xarakterdə olmasını cavabdehin nümayəndəsinin vəsatətinə əsasən müəyyən etmişdir. Lakin həmin vəsatətdə elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) pozulmasına dair aktdan və iddia ərizəsindən mübahisə predmetinə aid olan obyektin Ticarət Xidmət Sahəsi olduğu və mağaza kimi fəaliyyət göstərməsi qeyd olunsa da, işdə olan iddia ərizəsinin və aktın məzmunu ilə həmin hallar təkzib olunur. Belə ki, iddiaçı ərizəsində ünvan 1i ünvanında yerləşən və ailə üzvləri ilə birlikdə yaşadığı evə məxsus sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən kənar xəttdən istifadə olunması əsas gətirilərək bu barədə əsassız cərimə yazıldığını qeyd etmiş və istehlakçı kimi hüquqlarının pozulduğuna istinad etmişdir. Yenə iş materiallarından görünür ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddia verdiyinə istinad edərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən dövlət rüsumu ödəməmişdir, ərizəni qəbul edən məhkəmə isə iddia ərizəsinin icraatını mümkün hesab etmişdir. Bundan başqa məhkəmə müəyyən edir ki, cavabdehin nümayəndəsinin vəsatətində qeyd olunan elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) pozulmasına dair aktdan da mübahisəli sayğac quraşdırılmış obyektin yaşayış və ya qeyri-yaşayış sahəsi olması müəyyən edilmir və aktda bu barədə hər hansı bir qeyd yoxdur. Məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında bağlanmış elektrik enerjisinin alğı-satqısına dair müqavilənin əldə edilməsi, mağazanın və iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı evin eyni ünvanda olub-olmasının, həmin ünvanda hansı sayda və təyinatda sayğacın olmasının, tərtib olunmuş aktın hansı obyektdə (yaşayış və ya qeyri-yaşayış) quraşdırılmış sayğacla əlaqəli olmasının tərəflərin iştirakı ilə araşdırılaraq müəyyən edilməsi zəruridir. Məhkəmə, xüsusilə vurğulayır ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün müvafiq araşdırılmanın aparılması, bu məqsədlə zəruri prosessual hərəkətlərin edilməsi ilk növbədə ərizənin verildiyi məhkəmənin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 151.1-ci və 152.2-ci maddələrinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 403-1.9 və 403-1.9.2-ci maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən, məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər. Sadalanan prosessual hüquq normalarının tələblərinə əsasən belə fikir yürütmək olar ki, işin aidiyyətlə bağlı məsələlərinə qiymət verilməsinin ərizənin verildiyi məhkəmə tərəfindən həyata keçirilməsini qanunverici daha məqsədə uyğun hesab edir. Məhkəmə əlavə olaraq hesab edir ki, aidiyyətlə bağlı məsələlərin ərizənin verildiyi məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmaqla həll edilməsi həm də prosessual qənaət prinsipinin tələblərinə uyğundur. Beləliklə məhkəmə şərh olunanları yekunlaşdıraraq bu qənaətə gəlir ki, baxılan iş üzrə mövcud materiallara əsasən işin məhkəmə aidiyyətini dəqiq müəyyənləşdirmək mümkün olmadığına görə, baxılan iş üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılığının həll edilməsi məqsədi ilə iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi”nə dair iddia ərizəsi üzrə işin məhkəmə aidiyyətinə dair fikir ayrılığının həll edilməsi məqsədi ilə iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar