Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-297/2020 02.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh “X6 Kompleksi” MMC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, avans olaraq verilmiş 7.879 manatın, müqavilədənkənar xərclədiyi vəsaitdən yığılan məhsulun dəyəri çıxılmaqla qalan 1.250 manat ziyanın, 1.200 manat dəyərində yanacaq pulununvə 10 hektarərazidən yığılmalı olan pambıq məhsulunun dəyəri olan910 manatın, cəmi 11.239 manat pulun “xxxx MMC” X7 və Tədarük Məntəqəsindən alınaraq ona ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(086)- 418/2019 saylı qərardadı ilə, cavabdeh “xxxx” MMC əsl cavabdeh “X6 Kompleksi” MMC ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O xx.xx.2018-cil tarixdə ərizə ilə “xxxx” MMC X7 və Tədarük Məntəqəsinə müraciət etmişdir. Qeyd olunan torpaq sahəsinə xx.xx.2018-ci tarixdə MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və tərəflərindən təsdiq olunmuş aktaəsasən əkilən torpaq sahəsinin tam əkinə yararlı olduğu və qənaətbəxş su təminatının olduğu təsdiq edilmişdir. MMC-nin tam razılığı olduqdan sonra həmin sahədə tərəfindən pambıq əkini həyata keçirilmişdir. 50 hektar torpaq sahəsinə 2018-ci il pambıq məhsuluna dair olan xx.xx.2018-ci il tarixli 042 saylı birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilədən kənar 50 hektar torpaq sahəsində 2 dəfə şum xərci, 2 dəfə mala xərci, sahənin alaqdan təmizlənməsi xərci, sahənin suvarılması xərci, su motorlarının işlənməsinə sərf edilmiş elektrik enerjisinin xərci, pambıq sahələrinin suvarılması üçün işlədilən motorların alınması və təmiri xərci,cəmi 21.750 manat təşkil edir. Bu artıq olaraq müqavilədən kənar onun çəkdiyi xərcdir ki, həmin pambıq sahəsinin əkininə sərf edilmişdir. Avqust ayındaiki dəfə “xxxx” MMC X7 və Tədarük Məntəqəsi tərəfindən sovkaya qarşı insektisid preparatı çilənmiş və bunun heç bir təsiri olmadığından pambıq sovkası sahəyə xeyli ziyan vurmuşdur. Sovkaya qarşı preparat bir dəfə vurulmalı olduğu haldacavabdeh tərəfindən iki dəfə preparat vurulması onu deməyə əsas verir ki, pambıq sovkası artıq sahəni məhv etmişdir. Bunu bir daha xx.xx.2018-ci il tarixli Salyan Rayon Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən tərtib olunmuş və təsdiq edilmiş akta əsasən pambıq ziyanvericilərinə qarşı optimal müddətdə və mütamadi tədbir görülmədiyindən pambıq sovkası onunəkdiyi sahəyə xeyli ziyan vurduğu öz sübutunu tapmışdır. Buna görədə bağlanmış xx.xx.2018-ci il tarixli 042 saylı müqavilənin 2.7-ci bəndində nəzərdə tutulan öhdəliyin icrası mümkün olmamışdır. Buna əsasən, avans olaraq verilmiş 7.879,87 manat vəsaitin tərəfindən qaytarılmasının mümkün olmayacağı barədə xəbərdarlıq etmişdir. Ona görədə, cavabdeh tərəfindən həmin borc silinməlidir. xx.xx.2018-ci il tarixdə “xxxx” MMC X7 və Tədarük Məntəqəsi arasında olan ikitərəfli müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2018-ci il tarixli ərizəsinəəsasən bağlanmış xx.xx.2018-ci il tarixli, 042 saylı birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilədə mübahisə yarandığı üçün həmin müqavilənin 7.1-ci bəndinə müvafiq olaraq mübahisənin həlli barədə öztəkliflərini təqdim etmişdir. Amma bugünə qədər cavab verilməmişdir və təklifləri dəyərləndirilməmişdir. xx.xx.2018-ci il tarixli Salyan Rayon Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən tərtib olunmuş və təsdiq edilmiş akta əsasən qeyd olunmuşdur ki, həmin 50 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil olmayan, dağ ətəyi, qumsal-su saxlamayan, su mənbəyindən 8-10 km aralı örüş sahəsidir. xx.xx.2018-ci il tarixli baxış aktınaəsasən isə MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və tərəflərdən təsdiq olunmuş akta əsasən əkilən torpaq sahəsinin tam əkinə yararlı olduğu və qənaətbəxş su təminatının olduğu təsdiq edilmişdir. “xxxx” MMC X7 və Tədarük Məntəqəsi tərəfindən bilərəkdən səhvə yol verərək 3-12 sentner pambıq yetişdirilə biləcək sahədə 20 sentnerdən az olmayaraq pambıq məhsulunun yığılması öhdəliyi üzərinə qoyulmuşdur. Bununda nəticəsində avans olaraq verilmiş 7.879,87 manat vəsaitin qaytarılması tələb olunur. Həmin sahədə pambıq əkininin mümkün olmaığı ona izah edilməli olduğu halda bilərəkdən MMC tərəfindən müqavilənin şərtlərinə uyğun olmayan halda 50 hektar torpaq sahəsində pambıq yetişdirməyi üzərinə öhdəlik kimi qoyulmuşdur. Əlavə olaraq ayrılmış avansdan başqa 21.750 manat xərcləyərək xeyli miqdarda ziyana düşmüşdür. Vaxtında qeyd olunan 50 hektar torpaq sahəsində pambıq əkininə razılıq verilməsəydi bu qədər ziyana düşməzdi. Ziyana düşməyinin səbəkarı cavabdeh “xxxx” MMC X7 və Tədarük Məntəqəsidir. Yenidən xx.xx.2018-ci il tarixdə yeni təkliflərlə cavabdehə müraciət etmişdir. Təklifində nəzərdə tutulan avans borcu yığaraq təhvil verdiyi pambığın pulundan tutulmuşdur və ona heç bir güzəşt edilməmişdir. Bağlanmış müqavilədən kənar xərclədiyi – 2 dəfə şum xərci , 2 dəfə mala xərci, sahənin alaqdan təmizlənməsi xərci, sahənin suvarılması xərci, su matorlarının işlənməsinə sərf edilmiş elektrik enerjisinin xərci, pambıq sahələrinin suvarılması üçün işlədilən matorların alınması və təmiri xərci, cəmi 21.750manat vəsait onlardan tələb edilməyəcək kimi göstərdiyi təklifə əsasən, təhvil verdiyi pambığın pulu 20.500 manat təşkil edir ki, budaçəkdiyi xərci ödəmir. 1.250 manat ziyan çəkmişdir ki, bu xərc ona ödənilməlidir. Pambıq yığımı zamanı tərəfindən pambıqyığan maşınlara dizel yanacağına ümumilikdə 1.200 manat dəyərində yanacaq vermişdir. 50 hektar ərazidən 40 hektar ərazi yığılmış qalan ərazidən pambıq tamamilə yığılmamışdır. 10 hektar ərazidən 910 manat dəyərində məhsul yığılmalı idiki, bunundaziyan olaraq hesablanaraq ona ödənilməsi təmin edilməlidir.Hesab edir ki, 50 hektar torpaq sahəsi ilə bağlı bağlanmış xx.xx.2018-ci il tarixli, 042 saylı müqavilənin əsasında avans olaraq verilmiş 7.879 manat vəsait,müqavilədən kənar xərclədiyi vəsaitdən yığılan məhsulun dəyəri çıxılmaqla qalan 1.250 manat ziyan, 1.200 manat dəyərində yanacaq pulu və 10 hektarərazidən yığılmalı olan pambıq məhsulunun 910 manat dəyəri dəymiş ziyan kimi qiymətləndirilməklə ona ödənilməlidir. Qeyd olunanlara əsasən hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh “X6 Kompleksi” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçını və onun nümayəndəsi və vəkilini dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-1183 saylı (KOD 80902005) saylı şəhadətnamədən təsdiq edilmiş surətindən görünür ki, Salyan Rayon Qaraçala Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə “Kamil” X3 25 il müddətinə 150,5 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” MMC-nin X7 və Tədarükü məntəqəsinə ünvanlanmış xx xxxxx 2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən “xxxx” MMC-nin X7 və Tədarükü məntəqəsinə ərizə ilə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” xx xxxxx 2013-cü il tarixli, JN-957 seriyalı, A 410573 saylı dövlət aktına əsasən mülkiyyətinə verilmiş 10 hektar torpaq sahəsində pambıq əkib və hər hektara görə 20 sentnerdən az olmamaq şərti ilə pambıq məhsulunu yetişmiş, təmiz, qurudulmuş, içərisində başqa zibillər olmadan standarta uyğun şəkildə təhvil verməyi öhdəsinə götürməklə, bunun müqabilində ona toxumluq çiyid, dizel yanacağı, azot gübrəsi, zəhərli kimyəvi preparatlar və becərmə işlərini aparmaq üçün tələb olunan digər kredit vəsaitlərinin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli baxış aktından görünür ki, Salyan rayonu, Qaraçala qəsəbə sakini İddiaçı müraciətinə əsasən, onun 10 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı İddiaçı istiifadəsində olan həmin 10 hektar torpaq sahəsinin pambıq əkininə yararlı olması və su təminatının qənaətbəxş olması müəyyən edilmişdir. Akt onu tərtib edən şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında xx xxxxx 2018-ci il tarixli, 042 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə “xxxx” MMC-nin X7 və Tədarükü Məntəqəsi arasında birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında xx xxxxx 2018-ci il tarixli, 042 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetini bu müqavilənin şərtləri daxilində fermer özünə məxsus olan və ya icarəyə götürdüyü Salyan rayonu, Qaraçala qəsəbəsində cəmi 50 hektar (bu hissədə müqaviləyə əlyazma ilə düzəliş edilmişdir, cavabdeh tərəfindən təqdim olunmmuş həmin müqavilənin əslində torpaq sahəsinin həcmi 10 hektar qeyd olunmuş, iddiaçı tərəfindən müqavilənin onun özündə olan nüsxəsinin əsli məhkəməyə təqdim edilməmişdir) torpaq sahəsində öz işçi qüvvəsi ilə məntəqəyə məxsus texnika ilə, kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib becərmək və əldə edilmiş xam-pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə məntəqəyə satmağı, məntəqə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öhdəsinə götürməsi təşkil etmişdir. Fermerə təminatların verilməsi, işin icrasına nəzarət və xam-pambığın qəbulu məntəqə tərəfindən həyata keçirilir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktından görünür ki, Pambıq İstehsalı və Tədarükü Məntəqəsi ilə fermer İddiaçı arasında 2018-ci ilin məhsuluna bağlanmış iki tərəfli müqavilə əsasında 50 hektar pambıq əkin sahəsinə verilmiş avans borcunun miqdarı xx.xx.2018-ci il tarixə 7.879,87 manat təşkil etmişdir. Üzləşmə aktı onu tərtib edən şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli aktdan görünür ki, vəkil X2 xx.xx.2018-ci il tarixli Salyan RAEİM-ə göndərdiyi sorğusuna əsasən, Salyan rayonu, Qaraçala qəsəbə sakini İddiaçı məxsus pambıq sahəsində olduq. 50 hektar pambıq əkilmiş sahə əkin dövriyyəsinə daxil olmayan, dağ ətəyi, qaumsal-su saxlamayan, su mənbəyindən 8-10 km aralı Qaraçala bələdiyyəsinin örüş sahəsində sahibkar İddiaçı qoyun yatağının yanında yerləşir. Sahədə olan zaman ərazidə normal əkin keçirildiyini və qənaətbəxş olmasa da, müəyyən becərmə işlərinin aparılmasının şahidi olmuşdurlar. Sahibkarın dediyinə görə pambıq sovkasına qarşı bir ay əvvəl “xxxx” MMC X7 və Tədarükü Məntəqəsi tərəfindən insektisid preparatı çiləndikdən sonra pambıq kolları soluxmuş və üstündəki bar orqanları tökmüşdür. Sahəyə baxış keçirilərkən çilənmiş insektisidin boş qabaları müşahidə etmişdirlər. Bu VİADUCT (5% Emamectin benzoate) adlı preparatdır. İstehsalçı şirkətin həmin preparatın istifadə qaydalarına əsasən preparat optimal müddətdə istifadə edilməzsə onun təsir mexanizmi gözlənilən səviyyədə olmur. Uzunmüddətli təcrübələri və preparatın istifadə qaydaları haqqında olan təlimat onu deməyə əsas verir ki, preparatın dozasının artıq olması pambıq bitkisinin koluna və məhsuldarlığına heç bir mənfi təsiri ola bilməz. Sahədə olan zaman müşahidə etmişdirlər ki, sahənin su sızdırma qabiliyyəti həddindən artıq güclü olduğundan həmin torpaqlarda suvarma suyu 20-25 gündən bir deyil 12-15 gündən bir suvarılmalıdır. Sahibkarın dediyinə görə sahədə suvarma suyu avqustun 20-də kəsilmiş, sahə arata düşdükdən sonra heç bir aqrotexniki tədbir aparılmadığından sahədə dərin çatlar əmələ gəlmişdir ki, bunun nəticəsində torpaqda olan nəmlik tamamilə buxarlanaraq itmişdir. Həmin dərin çatların nəticəsində pambıq kollarının yan əmici telləri tamamilə qırılmış, bitki bütövlükdə zəifləmiş və bu hesabdan üstündəki bar orqanlarını tökmüşdür, pambığın üstündə olan yarpaqlar tamam soluxmuşdur. Sahədə olduqları zaman qoyun yatağının yanındakı 25 hektar sahədə hazırda 3-5 sentner, yataqdan kənar 25 hektarlıq sahədə isə 10-12 sentner məhsul olduğunu müşahidə etmişdirlər. Pambıq ziyanvericilərinə qarşı optimal müddətdə və mütəmadi tədbir görülməsiyindən pambıq sovkası sahəyə xeyli ziyan vurmuşdur. Daha artıq ziyana düşməməsi üçün həmin sahədə olan pambıqların təcili yığdırılması sahibkara məsləhət görülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” MMC X7 və Tədarükü Məntəqəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli təklifdə qeyd olunur ki, İddiaçı xx xxxxx 2018-ci il tarixli ərizəsinə əsasən bağlanmış xx xxxxx 2018-ci il tarixli, 042 saylı birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilədə mübahisə yarandığı üçün həmin müqavilənin 7.1-ci bəndinə müvafiq olaraq mübahisənin həlli barədə öz təkliflərini təqdim etmişdir. Təqdim olunmuş təkliflər aşağıdakılarından ibarətdir: -Avans olaraq verilmiş 7.879 manat vəsaitin qaytarılması mümkün olmadığına görə silinməsi; - Müqavilədənkənar xərclədiyi 21.750 manat pulun tələb edilməyəcəyi; - Sahədə qalan məhsulun yığılaraq götürülməsi “xxxx” MMC-nin öhdəliyinə buraxılır və yığılmış məhsul ona məxsus olan Qaraçala qəsəbəsində yerləşən fermanın ərazisində olan talvara yığılsın və mübahisə öz həllini tapana qədər orada saxlanılsın; Mübahisə öz həllini tapdıqdan sonra yığılmış məhsul məntəqəyə təhvil veriləcəkdir. - Razılaşma əldə edildikdən sonra müqavilədə nəzərdə tutulan öhdəlik, məsuliyyət - və cavabdehlikdən hər iki tərəf azad olunsun. Həmçinin təklifdə qeyd olunan torpaq sahəsinə xx xxxxx 2018-ci il tarixdə “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və təsdiq olunmuş akta əsasən əkilən torpaq sahəsinin tam əkinə yararlı olduğu və qənaətbəxş su təminatının olduğu təsdiq edilmişdir. Bundan sonra həmin sahədə pambıq əkini həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq 50 hektar torpaq sahəsinə dair bağlanmış 2018-ci il pambıq məhsuluna dair “xxxx” MMC X7 və Tədarük Məntəqəsi arasında olan ikitərəfli müqavilənin qarşılıqlı razılıq əsasında həlli üçün cavab verilməsi xahiş edilmişdir. İş materiallarında olan “xxxx” MMC X7 və Tədarükü Məntəqəsi tərəfindən iddiaçının vəkili X4 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 100 saylı məktubda qeyd olunur ki, fermer İddiaçı ilə 2018-ci il məhsulu üçün bağlanmış 50 hektar pambıq əkinini müqaviləyə əsasən yığımından sonra X7 və Tədarükü Məntəqəsinə qalıq borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət X9 tərəfindən iddiaçının vəkili X4 ünvanlanmış xx.xx.2019-ci il tarixli, 270 saylı məktubda qeyd olunur ki, X1 Salyan Dövlət X8 təqdim etdiyi sənədlərə görə Qaraçala qəsəbə sakini fermer İddiaçıı qızı 2018-ci ildə “xxxx” MMC-nin (“xxxx MMC”) X7 və Tədarük Məntəqəsinə 31.048 kiloqram pambıq təhvil verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” MMC X7 və Tədarükü Məntəqəsinə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubda (pretenziya) qeyd olunur ki, təhvil verdiyi pambığın pulu 20.500 manat təşkil edir ki, bu da çəkdiyi xərci ödəmir. 1.250 manat ziyan çəkmişdir ki, bu xərc ona ödənilməlidir. Pambıq yığımı zamanı tərəfindən pambıqyığan maşınlara dizel yanacağına ümumilikdə 1.200 manat dəyərində yanacaq vermişdir. 50 hektar ərazidən 40 hektar ərazi yığılmış qalan ərazidən pambıq tamamilə yığılmamışdır. 10 hektar ərazidən 910 manat dəyərində məhsul yığılmalı idi ki, bununda ziyan olaraq hesablanaraq ona ödənilməsi təmin edilməlidir. Son pretenziya qaydasında müraciəti nəzərə alınmasa iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxx 2018-ci il tarixli ərizə ilə “xxxx” MMC-nin X7 və Tədarükü məntəqəsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” xx xxxxx 2013-cü il tarixli, JN-957 seriyalı, A 410573 saylı dövlət aktına əsasən mülkiyyətinə verilmiş 10 hektar torpaq sahəsində pambıq əkib və hər hektara görə 20 sentnerdən az olmamaq şərti ilə pambıq məhsulunu yetişmiş, təmiz, qurudulmuş, içərisində başqa zibillər olmadan standarta uyğun şəkildə təhvil verməyi öhdəsinə götürməklə, bunun müqabilində ona toxumluq çiyid, dizel yanacağı, azot gübrəsi, zəhərli kimyəvi preparatlar və becərmə işlərini aparmaq üçün tələb olunan digər kredit vəsaitlərinin verilməsini xahiş etmişdir. Salyan rayonu, Qaraçala qəsəbə sakini İddiaçı müraciətinə əsasən, onun 10 hektar torpaq sahəsinə xx xxxxx 2018-ci il tarixdə baxış keçirilmiş, İddiaçı istiifadəsində olan həmin 10 hektar torpaq sahəsinin pambıq əkininə yararlı olması və su təminatının qənaətbəxş olması müəyyən edilmişdir. İddiaçı ilə “xxxx” MMC-nin X7 və Tədarükü Məntəqəsi arasında birgə fəaliyyət və məhsulun alqısatqısı haqqında xx xxxxx 2018-ci il tarixli, 042 saylı müqavilə bağlanmışdır. Üzləşmə aktına əsasən, Pambıq İstehsalı və Tədarükü Məntəqəsi ilə fermer İddiaçı arasında 2018ci ilin məhsuluna bağlanmış iki tərəfli müqavilə əsasında 50 hektar pambıq əkin sahəsinə verilmiş avans borcunun miqdarı xx.xx.2018-ci il tarixə 7.879,87 manat təşkil etmişdir. İddiaçı xx xxxx 2019-cu il tarixli məktubla cavabdeh “xxxx” MMC X7 və Tədarükü Məntəqəsinə müraciət edərək, 1.250 manat ziyanın, pambıq yığımı zamanı tərəfindən pambıqyığan maşınlara dizel yanacağına ümumilikdə 1.200 manat dəyərində verilmiş yanacağın dəyərinin,10 hektar ərazidən 910 manat dəyərində məhsul yığılmalı olan pambığın dəyərinin hesablanaraq ona ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının tələbləri yerinə yetirilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. İdda ərizəsindən görünür ki, iddiaçının tələbləri 4 hissədən ibarətdir: 1. Avans olaraq verilmiş 7.879 manatın ödənilməsi; 2. Müqavilədənkənar xərclədiyi vəsaitdən yığılan məhsulun dəyəri çıxılmaqla qalan 1.250 manat ziyanın ödənilməsi; 3. 1.200 manat dəyərində yanacaq pulunun ödənilməsi; 4. 10 hektar ərazidən yığılmalı olan pambıq məhsulunun 910 manat dəyəri dəymiş ziyan kimi qiymətləndirilməklə ödənilməsi. Məhkəmə hər bir iddia tələbinə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. İddia tələbinin avans olaraq verilmiş 7.879 manatın ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından və işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı ilə “xxxx” MMC-nin X7 və Tədarükü Məntəqəsi arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli, 042 saylı müqavilə üzrə “xxxx” MMC-nin X7 və Tədarükü Məntəqəsi tərəfindən 7.879,87 manat məbləğində avans vəsait ayrılmışdır (xidmətlər göstərilmiş, dizel yanacağı, ammonium nitrat, preparat və çiyid verilmişdir). Ayrılmış avans vəsait müqabilində İddiaçı tərəfindən “xxxx” MMC-nin (“xxxx MMC”) X7 və Tədarük Məntəqəsinə 31.048 kiloqram pambıq təhvil verilmişdir və müqaviləyə əsasən yığımından sonra X7 və Tədarükü Məntəqəsinə qalıq borcu yoxdur. Göründüyü kimi, iddiaçı üçün ayrılmış 7.879,87 manat məbləğində avans vəsait cavabdehə 31.048 kiloqram pambıq təhvil verilməklə əvəzləşdirilmişdir. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Belə olan halda isə iddiaçının ona ayrılmış və onun tərəfindən ödənilmiş (pambıqla əvəzləşdirilmiş) 7.879,87 manat məbləğində avans vəsaitin yenidən onun tərəfindən tələb edilməsi üçün hər hansı hüquqi əsas (öhdəlik, zərər vurulma, əsassız varlanma və digər əsaslar) yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin müqavilədənkənar xərclədiyi vəsaitdən yığılan məhsulun dəyəri çıxılmaqla qalan 1.250 manat ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddiaçı, cavabdeh tərəfindən ona 1.250 manat ziyanın vurulmasını sübut edə bilməmiş, ümumiyyətlə ona ziyan dəydiyinə, və bu ziyan məbləğinin 1.250 manat təşkil etməsinə dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. İddia tələbinin 1.200 manat dəyərində yanacaq pulunun ödənilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, “xxxx” MMC-yə məxsus pambıqyığan maşınlara və pambıq aparmaq üçün lapetli traktorlara 2 gün ardıcıl olaraq 1.200 manat dəyərində dizel yanacağı verilmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “xxxx” MMC-nin qanuni təmsilçisi İddiaçıdır. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli, 042 saylı müqavilədə “xxxx” MMC-nin (hazırda X6 Kompleksi” MMC) İddiaçı yanacaq vermək kimi bir öhdəliyinin olması müəyyən edilməmişdir. Belə olan halda isə istifadə edilmiş 1.200 manatlıq yanacaq cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi nəticəsində iddiaçıya vurulmuş ziyan kimi qəbul edilə bilməz. Digər tərəfdən, qanuni təmsilçisi hazırki iş üzrə İddiaçı olan “xxxx” MMC tərəfindən fiziki şəxs kimi öz rəhbərinə sözügedən arayışın verildiyini nəzərə alaraq, məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etmir. Son olaraq, iddia tələbinin 10 hektar ərazidən yığılmalı olan pambıq məhsulunun 910 manat dəyəri dəymiş ziyan kimi qiymətləndirilməklə ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən “xxxx” MMC-nin X7 və Tədarükü məntəqəsinə ünvanlanmış xx xxxxx 2018-ci il tarixli ərizədə “Torpağa mülkiyyət hüququna dair” xx xxxxx 2013-cü il tarixli, JN-957 seriyalı, A 410573 saylı dövlət aktına əsasən mülkiyyətinə verilmiş 10 hektar torpaq sahəsində pambıq əkib və hər hektara görə 20 sentnerdən az olmamaq şərti ilə pambıq məhsulunu yetişmiş, təmiz, qurudulmuş, içərisində başqa zibillər olmadan standarta uyğun şəkildə təhvil verməyi öhdəsinə götürməklə, bunun müqabilində ona toxumluq çiyid, dizel yanacağı, azot gübrəsi, zəhərli kimyəvi preparatlar və becərmə işlərini aparmaq üçün tələb olunan digər kredit vəsaitlərinin verilməsini xahiş etmişdir. Daha sonra xx xxxxx 2018-ci il tarixdə onun 10 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı İddiaçı istiifadəsində olan həmin 10 hektar torpaq sahəsinin pambıq əkininə yararlı olması və su təminatının qənaətbəxş olması müəyyən edilmişdir. Bundan sonra tərəflər arasında xx xxxxx 2018-ci il tarixli, 042 saylı müqavilə bağlanılmışdır ki, cavabdeh trəfindən təqdim edilmiş müqavilənin əslində torpaq sahəsinin həcmi 10 hektar qeyd olunmuş, lakin iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin surətində əlyazma ilə düzəliş edilmiş, üzərində işlər görüləcək torpaq sahəsinin həcmi 50 hektar qeyd edilmiş, lakin müqavilənin iddiaçıda olan nüsxəsinin əsli məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə, məhkəmə iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən təqdim olunmuş müqaviləni (üzərində işlər görüləcək torpaq sahəsinə münasibətdə - 10 hektar) mötəbər sübut kimi qəbul edir. Torpaq sahəsinin mövcudluğunu təsdiq edən sənəd kimi isə, iddiaçı tərəfindən hazırki işlə əlaqəsi müəyyən edilmədiyi JN-1183 saylı (KOD 80902005) saylı şəhadətnamənin təsdiq edilmiş surətini təqdim etmişdir. Həmin şəhadətnamədə Salyan Rayon Qaraçala Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə “Kamil” X3 25 il müddətinə 150,5 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi torpaq sahəsi, İddiaçı məxsus deyildir və məhz İddiaçı məxsus torpaq sahəsində (istər 10 ha, istərsə də 50 ha) hər-hansı işlərin görüldüyü iş materialları ilə ümumiyyətlə müəyyən edilmir. Bundan başqa, iddiaçının tələbində qeyd olunan 10 hektar ərazidən yığılmalı olan pambıq məhsulunun dəyərinin 910 manat məbləğində müəyyən olunmasına dair iş materiallarında hər-hansı sənəd və sübut yoxdur. Yəni, məhkəməyə nə iddiaçıya 10 ha torpaq sahəsinin məxsus olmasına, nə də ki, onun üzərində dəyəri 910 manat olan pambığın mövcudluğuna dair sənəd təqdim edilməmişdir. Belə olan halda isə, məhkəmə bu hissədə də iddia tələbinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh “X6 Kompleksi” MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-297/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-297/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver