Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-36/2021 28.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X19, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X50 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məlik oğluna və Cavabdeh3nə qarşı “qeyri-yaşayış binasının satılması barədə Cavabdeh3 Müvəkkilər yığıncağının xx.xx.2008-ci il tarixli qərarının, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məlik oğluna və Cavabdeh3nə qarşı məhkəmədə iddia qaldıraraq, Kürdəmir rayonu Mollakənd Bələdiyyəsi tərəfindən İddiaçı MMC-nin istifadəsinə verilmiş torpaq sahəsində yerləşən əvvəllər “Xatirə” yeməkxanası kimi istifadə olunmuş qeyri-yaşayış binasının satılması barədə Cavabdeh3 Müvəkkilər Yığıncağının xx.xx.2008-ci il tarixli qərarının, qeyd edilən qeyri-yaşayış binasının satılması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 müvəkkillər yığıncağının 2 saylı, xx.xx.2006-ci il tarixli qərarına əsasən Kürdəmir rayonu Mollakənd kəndi ərazisindəki 39 hektar torpaq sahəsi uzunmüddətli istifadə üçün (99 il müddətinə) İddiaçı MMC-yə istifadəyə verilmişdir. Həmin qərara uyğun olaraq Cavabdeh3 ilə İddiaçı MMC arasında xx.xx.2006-cı il tarixdə torpaq icarə müqaviləsi bağlanmış və qeyd edilən müqavilə ilə torpaq sahəsi 99 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Bundan sonra, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 188 saylı, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Kürdəmir rayon İstehsal-İstehlak Kooperativinin müvəkkillər yığıncağının xx.xx.2006-cı il tarixli, 2 saylı qərarı ilə İddiaçı MMC-yə uzunmüddətli istifadəyə (99 il müddətinə) 39 hektar torpaq sahəsi verilməsinə dair Kürdəmir rayon İstehsal-İstehlak Kooperativi də İddiaçı MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 1 nömrəli müqavilə qeydə alınmış və həmin torpaq sahəsindən İddiaçı MMC-nin uzunmüddətli istifadəsinə razılıq verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsindən verilmiş hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Kürdəmir rayonu Mollakənd kəndi ərazəsində 39 hektar torpaq sahəsi 99 il müddətinə İddiaçı MMC-nin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. Daha sonra, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 43 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı ilə İddiaçı MMC-yə verilmiş torpaq sahəsində balıq gölü yaratmasına və balıq yetişdirilməsinə, həmin yerdə müəssisənin inzibati binasının və digər yardımçı tikililərin tikilməsinə icazə verilmişdir. Bundan əlavə, Kürdəmir rayon Mollakənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı MMC-nin müraciətinə əsasən, 99 il müddətinə bələdiyyənin boş torpaq sahəsindən 30 hektar balıqçılığın inkişafı məqsədi üçün ayrılmışdır. Həmin qərara uyğun olaraq bələdiyyə ilə İddiaçı MMC arasında xx.xx.2007-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanmış və torpaq sahəsi 99 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Məhz həmin sənədləşmələrdən sonra külli miqdarda maddi vəsaitin xərclənməsi hesabına adı çəkilən torpaq sahəsində abadlıq işləri aparılmış, ərazi illərlə yığılıb qalmış alaq bitkilərinin qalıqlarından, çirkab sularından təmizlənmiş və həmin torpaq sahəsində təsərrüfat yaradılmışdır. Ərazidə dörd otaqlı inzibati bina, dörd seksiyadan ibarət olan anbar binası, işçilər üçün yeməkxana, beş seksiyadan ibarət satış üçün su hovuzları, işçilər üçün hamam və tualet otaqları, içməli su üçün hovuz, nasosxana, 200 baş xırda buynuzlu heyvan saxlanılması üçün nəzərdə tutulan ferma, növbədə qalan işçilər üçün üç yerdə yaşayış evləri, balıq göllərinə giriş-çıxış üçün şlyuzlar yaradılmışdır. Yuxarıda qeyd edilən torpaq sahələri İddiaçı MMC-yə verildikdən sonra, həmin torpaq sahəsində yerləşən “Xatirə” yeməkxanası Cavabdeh3 müvəkkillər yığıncağının xx.xx.2008-ci il tarixli qərarına əsasən, Cavabdeh2 satılmışdır. Daha sonra, Cavabdeh2 “Xatirə” yeməkxanası kimi istifadə olunmuş qeyri-yaşayış binasını Cavabdeh1 satmış, sonuncunun adma MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Adı çəkilən yeməkxana Mollakənd Bələdiyyəsi tərəfindən İddiaçı MMC-yə istifadəyə verilmiş torpaq sahəsində yerləşməsinə baxmayaraq, Cavabdeh3 ona aidiyyəti olmayan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə qərar qəbul etmişdir. Bununla da, faktiki olaraq Kooperativ səlahiyyətlərindən kənara çıxmışdır. Bundan başqa, yeməkxananın satılması barədə nə onlara, nə də ki, bələdiyyəyə heç bir təklif, məlumat verilməmiş və onların yeməkxananı almaqlarına razılıqları və etirazları araşdırılmadan digər bir şəxsə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 254-cü maddəsində göstərilmişdir ki, tikintiyə vərəsəlik hüququ olan şəxs torpaq sahəsini satın almaqda üstünlük hüququna malikdir. İddiaçı MMC-nin Mülki Məcəllənin 254-cü maddəsinin tələbinə əsasən satın almaqda üstünlük hüququnun olmasına baxmayaraq, onun məlumatı olmadan uzunmüddətli istifadəsində olan Kürdəmir rayonu Mollakənd kəndi ərazisindəki 30 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının satılması barədə qərar qəbul edildiyindən, ona aidiyyəti olmayan torpaq sahəsində yerləşdiyindən, həmin qərarı qəbul etməsinə səlahiyyəti olmadağından Cavabdeh3 Müvəkkillər Yığıncağının xx.xx.2008-ci il tarixli qərarı ləğv edilməlidir. Bundan əlavə, xüsusilə qeyd edilmələdir ki, adı çəkilən qeyri-yaşayış sahəsi Kür çayının qoruyucu bəndinin üzərində yerləşir və həmin bənd qoruyucu bənd olduğundan onun üzərində hər hansı bir tikilinin xüsusi mülkiyyətə verilməsi yolverilməzdir. Qeyd edilən qərarın qəbul edilməsində yuxarıda sadalanan qanun pozuntularına yol verildiyindən, həmin qərarın hüquqi davamı olaraq Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi və sonuncunun adına MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X31 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X50 nümayəndəsi X23 məhkəmədən qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kürdəmir rayonu, Mollakənd Bələdiyyəsinin və Kürdəmir Rayon Dövlət Notariat Kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin və onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon İstehsal-İstehlak Koperasiyası müvəkkilər yığıncağının xx.xx.2006-cı il tarixli, 2 saylı protokolunun surətindən görünür ki, İddiaçı MMC-nin məktubu nəzərə alınaraq, Mollakənd kəndi ərazisindəki 39 hektar torpaq sahəsinin uzunmüddətli istifadə üçün (99 il müddətinə) İddiaçı MMC-yə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2006-cı il tarixli, 1 saylı torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Kürdəmir Rayon İstehsal-İstehlak Koperasiyası müvəkkilər yığıncağının xx.xx.2006-cı il tarixli, 2 saylı protokoluna əsasən, Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindəki 39 hektar torpaq sahəsinin 99 il müddətinə İddiaçı MMC-nin icarəsinə verilməsi barədə Kürdəmir Rayon İstehsal-İstehlak Koperasiyası ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2006-cı il tarixli, 188 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncamla Kürdəmir Rayon İstehsal-İstehlak Kooperasiyasının xx xxxxxx 2006-cı il tarixli, 18 nömrəli məktubu nəzərə alınaraq, Kürdəmir Rayon İstehsal-İstehlak Koperasiyası müvəkkilər yığıncağının xx xxxxxx 2006-cı il tarixli, 2 saylı qərarı ilə İddiaçı MMC-yə uzunmüddətli istifadəyə (99 il müddətinə) 39 hektar torpaq sahəsi verilməsinə dair Kürdəmir Rayon İstehsal-İstehlak Koperasiyası İddiaçı MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 1 nömrəli müqaviləsinin qeydə alınması, həmin torpaq sahəsindən İddiaçı MMC-nin uzunmüddətli istifadəsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2006-cı il tarixli, 188 saylı sərəncamına əsasən, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 39 hektar torpaq sahəsinə İddiaçı MMC-nin icarə hüquqları 99 il müddətinə qeydə alınmışdır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyətinin xx xxxx 2010-cu il tarixli, 43 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncamla Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 188 saylı sərəncamı ilə verilmiş torpaq sahəsində İddiaçı MMC-yə balıq gölü yaratmasına və balıq yetişdirilməsinə, həmin yerdə müəssisənin inzibati binasının və digər yardımçı tikililərin tikilməsinə icazə verilməsi qərara alınmışdır. İş materillarında olan Kürdəmir Rayon Mollakənd Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 07 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin müraciətinə əsasən 99 il müddətinə bələdiyyənin boş torpaq sahəsindən 30 hektar balıqçılığın inkişafı məqsədi üçün torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2007-ci il tarixli, 08 saylı torpaq icarəsi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindəki 30 hektar torpaq sahəsinin balıqçılıq məqsədilə 99 il müddətinə İddiaçı MMC-nin icarəsinə verilməsi barədə Kürdəmir Rayon Mollakənd Bələdiyyəsi ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd olunur ki, ünvan 1 Kür çayının sağ sahilində yerləşən və əvvəllər “Xatirə” yeməkxanası kimi istifadə olunmuş qeyri-yaşayış binasını alqı-satqı yolu ilə almışdır. Bu səbəbdən də Cavabdeh1 MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətində olsa da, həm İddiaçı MMC-nin rəhbəri X38 tərəfindən, həm də Azərbaycan Respublikası Mollakənd Bələdiyyəsinin sədri Nofəl Qasımov tərəfindən süni maneələr yaradılaraq mülkiyyət hüququndan istifadə edilməsinə heç bir şərait yaradılmır. Belə ki, Kürdəmir rayonu, Mollakənd kəndi X8 planından çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mərkəzi nöqtəsinin kordinatları X- 251007 Y-4446019 kimi göstərilmişdir. Həmçinin qeyd edilən qeyri-yaşayış sahəsinin ətrafında ox ilə işarələnmiş torpaq sahələri isə bələdiyyə mülkiyyətindədir. Bundan başqa İddiaçı MMC-nin rəhbəri X38 illərlə tanışı Akif Çovdarovun imkanlarından istifadə edərək, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməyə imkan verməmişdir. Elə buna görə də Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 228.4, 320.1, 320.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İbtidai istintaqla müəyyən olunmuşdur ki, X32 mütəşəkkil dəstə tərkibində xx.xx.2006-cı ildən xidməti vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan sui-istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaqları uzunmüddətli qanunsuz icarəyə götürmək məqsədi ilə oğlu Ruslan Çovdarovun həmtəsisçiliyi ilə özəl sektorda fəaliyyət göstərməklə faktiki özünə məxsus olan İddiaçı MMC-ni təsis edib, Mollakənd kəndində 69 hektar torpaq sahəsini kənd təsərüffatı məhsullarının istehsalı məqəsədilə 99 il müddətinə guya icarəyə götürdükdən sonra Mollakənd kəndi ərazisində Kür çayının sağ sahilində yerləşən “Xatirə” yeməkxanası kimi istifadə olunmuş Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsini təzyiqlər göstərərək dəyərindən aşağı qiymətə satılmasını tələb etmiş, rədd cavabı aldıqdan sonra 2009-cu ilin yanvar ayından etibarən yeməkxanın hər iki tərəfdən olan yolunu məftil torla çəpərləyərək zəruri giriş yollarını bağlanmış və Cavabdeh1 mülkiyyətində olan “Xatirə” yeməkxanasına sərbəst gedib-gəlməsini, əmlakından istifadə etməsini qanunsuz məhdudlaşdırmış, qeyri-yaşayış sahəsindən istifadə hüququ verən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmiş və 44.000 manat məbləğində maddi ziyan vurmuşdur. Yuxarıda qeyd edilən hökmlə müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin təsisçilərindən biri məhkum edilmiş X34 Çovdarovdur. Onların qanunsuz hərəkətləri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də öz təsdiqini tapmışdır. Bundan başqa həmin hökmlə İddiaçı MMC-yə icarəyə verilmiş Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində yerləşən torpaq sahələri dövlət nəfinə müsadirə edilmişdir. Qeyd edilən hökm qanuni qüvvəyə minmiş və hökmün icra edilməsi Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçı “xxxx” MMC-nin icarə hüququ ilə sahiblik etdiyi torpaq sahəsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müsadirə edildiyindən onun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı “qərarın, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsinə etirazda qeyd olunur ki, iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Cavabdeh3 xx.xx.2008-ci il tarixli qərarı ilə Mollakənd kəndində Kür çayının sağ sahilində 1978-ci ildə inşa edilmiş “Xatirə” yeməkxanasının Cavabdeh2 satılması qərara alınmışdır. Cavabdeh2 həmin “Xatirə” yeməkxanası kimi istifadə olunan qeyri-yaşayış binasını alqı-satqı yolu ilə digər Cavabdeh1 satmışdır. Bu səbəbdən də Cavabdeh1 MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd edilən qeyriyaşayış sahəsi Cavabdeh1 mülkiyyətində olsa da, İddiaçı MMC tərəfindən onun mülkiyyət hüququna maneəçilik yaradılır. Bununla əlaqədar olaraq Cavabdeh1 iddiaçı olaraq, cavabdeh İddiaçı MMC-yə qarşı zəruri yolun açılması və maneələrin aradan tələbinə dair Kürdəmir Rayon Məhkəməsində iddia qaldırılmış, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 104/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun, Mollakənd kəndi ərazisində Kür çayının sağ sahilində yerləşən Xatirə yeməkxanası kimi istifadə edilmiş qeyri-yaşayış binasına gedib-gəlməsi üçün zəruri olan və Kürdəmir rayonunun Çərtəyəz kəndi istiqamətində olan yolun açılması, həmin qeyri-yaşayış binasına Cavabdeh1 gedibgəlməsi və oradan istifadə etməsinə cavabdeh İddiaçı MMC tərəfindən edilən maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, iddiaçının hazırki iddia ilə məhkəməyə qanunsuz və əsassız iddia ərizəsi ilə müraciət etdiyindən, həmin qətnamənin icrası dayandırılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-104/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsinin 4-cü vərəqinin 3-cü abzasında qeyd olunmuşdur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-359/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı MMC-nin cavabdehlər X49, X24, Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası DƏDRX-nin X47rşı Cavabdeh3 Kürdəmir rayonunun Mollakənd kəndində Kür çayının sağ sahilində olan “Xatirə” yeməkxanasının satılmasına dair xx.xx.2008-ci il tarixli qərarın qeyri-yaşayış sahəsinin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X55 tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2010-cu il tarixli, MA ******* nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, DƏDRX-nin X55 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2010-cu il tarixli, MA 010845 nömrəli çıxarışın etibarsız hesab edilməsi cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneənin aradan qaldırılması tələbinə dair iddiası, Cavabdeh2 və Cavabdeh1 “İddiaçı MMC-yə, Cavabdeh3nə və DƏDRX-nin X47rşı Cavabdeh3 ilə İddiaçı MMC arasında bağlanmış Kürdəmir rayonu Mollakənd kəndi ərazisində Kür çayının sağ sahilində olan 39 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin, DƏDRXnin X55 tərəfindən İddiaçı MMC”-yə verilmiş torpaq sahəsinin pasportunun ləğv edilməsi və vurulmuş ziyana görə 2.000 manat ziyanın İddiaçı MMC-dən tutularaq onlara verilməsi barədə qarşılıqlı iddiası üzrə mülki işə baxılaraq iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Hüseyn Hüseynovun “xxxx” MMC-nin icarəsində olan torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması və onlar tərəfindən iddiaçının torpaq sahəsindən istifadə etməsinə edilən maneənin aradan qaldırılması, qarşılıq iddianın isə təmin edilməməsi qət edilmişdir. Həmin mülki işə baxılarkən hazırda iddia predmeti olan, qərarın, alqı-satqı müqaviləsinin və çıxarışın qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilməsi və qanuni olduğu məhkəmə tərəfindən araşdırılmışdır. Hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamə əsasında araşdırılan hallar digər məhkəmə icraatı zamanı mübahisələndirilmir. Eyni zamanda hazırki iş üzrə İddiaçı MMC cavabdeh Kürdəmir Rayon İstehsal-İstehlak Kooperativinə qarşı “qərarın ləğv edilməsi, vurulmuş maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı ildə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olmuş Kürdəmir Rayonu Mollakənd kəndi ərazisində yerləşən 39 hektar torpaq sahəsinə çəkilmiş xərclər 1.500.000 manat pulun Cavabdeh3ndən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi və "Xatirə” yeməkxanasının satılması barədə Cavabdeh3n müvəkillər yığıncağının xx.xx.2008-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə 2-2(86)-729/2016 saylı qeydiyyat nömrəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim İxtiyar Abuşov) icraatında olmuş, məhkəmənin xx xxxxxx 2018-ci tarixli qərardadı ilə icraat dayandırılmışdır. Bununla da sübut olunur ki, hazırki iddia üzrə iddiaçı “ İddiaçı” MMC-nin iddiası üzrə iş məhkəmənin icraatında olmuş, qərarın ləğvi ilə bağlı mübahisəyə Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisə predmeti olan “Xatirə” yeməkxanası Mollakənd Bələdiyyəsi tərəfindən İddiaçı MMC-yə istifadəyə verilmiş torpaq sahəsində yerləşməsinə baxmayaraq, Cavabdeh3 ona aidiyyəti olmayan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə qərar qəbul etməklə səlahiyyətlərindən kənara çıxmışdır. İddiaçı qərarı mübahisələndirərkən, qərarın nədən ləğv edilməsini əsaslandıra bilməmişdir. Qərarın ləğvinə əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehlərə qarşı qaldırılmış hazırki iddia tələbi “yolun açılması və maneənin aradan qaldırılması” tələbinə dair qanuni qüvvəyə minmiş Kürdəmir Rayon Məhkəməsinin 2(041)-104/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsinin icrasının əsassız və qanunsuz olaraq icrasının ləngitməsindən ibarətdir. Belə ki hazırkı halda qanunsuz iddia qaldırmaqla Kürdəmir İcra və Probasiya şöbəsində icra işinin dayandırılmasına nail olmuşdur. Qanunvericiliyin tələbinə əsasən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası məcburidir və qanuni qüvvəsini almış məhkəmə aktı hökmən icra edilməldir. İddiaçı yuxarıda qeyd edilən dəlillərini bildirsə də qərarın, alqı-saqı müqaviləsinin və çıxarışın ləğvini tələb etsə də qərarın, alqı-saqı müqaviləsinin və çıxarışın ləğvini təsdiq edən sübutların məhkəmələrə təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-729/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadının surətindən görünür ki, İddiaçı MMC-nin cavabdeh Kürdəmir rayon İstehsal-İstehlak Kooperativinə qarşı “qərarın ləğv edilməsi, vurulmuş maddi zəririn ödənilməsi” tələbinə dair 2-2(86)-729/2016 saylı iş üzrə icraat hazırda Şirvan Apelyasiya Məhkəməsinin icraatında olan iddiaçı Kürdəmir rayon İstehsal-İstehlak Kooperativinin cavabdeh İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 1 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iqtisadi iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2-2(86)-651/2016 saylı qətnaməsindən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət üzrə 2-2(106)-75/2016 saylı işə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 2-2(106)-4/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2-2(86)-65/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin Qətnamədən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2-2(86)-65/2016 saylı qətnaməsi ilə Kürdəmir Rayon X27 ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2006-cı il tarixli, 1 saylı torpaq icarəsi müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-242/17 saylı, xx xxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı MMC-nin direktoru Fəttah Seyidov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-2(106)-4/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(086)-651/2016 saylı məktubunun surətində qeyd olunur ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(86)-651/2016 saylı qətnaməsi ilə Kürdəmir Rayon X27 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 1 nömrəli torpaq icarə müqaviləsi ləğv edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(106)-4/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(86)-651/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(102)-242/2017 saylı qərarı ilə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-2(106)-4/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-11/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı MMC-nin cavabdeh Kürdəmir rayon X13rşı qərarın ləğv edilməsi, vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraat təzələnmiş, daha sonra, 2-2(086)-11/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardada əsasən, həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-359/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, X24, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X47rşı daşınmaz əmlakın özəlləşdirilməsinin etibarsız hesab edilməsi və maneənin aradan qaldırılmasına dair ilkin iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, X14 İddiaçı MMC-nin istifadəsində 69 hektar torpaq sahəsinə qadağa qoyulmaqla, onlar tərəfindən iddiaçının torpaq sahəsinin istifadə edilməsinə edilən maneənin aradan qaldırılması qət edilmiş, iddia tələbəinin qalan hissədə (Cavabdeh3 Kürdəmir rayonu, Mollakənd kəndində Kür çayının sağ sahilində olan “Xatirə” yeməkxanasının satılmasına dair xx.xx.2008-ci il tarixli qərarının və qeyri-yaşayış sahəsinin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh2 adına verilmiş xx.xx.2010-cu il tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasına bağlanılmış alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına verilmiş xx.xx.2010-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi) təmin edilməmiş, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Cavabdeh1 cavabdehlər İddiaçı MMC-yə, Kürdəmir Rayon İstehsal-İstehlak Kooperativi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X47rşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-104/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X20 cavabdeh İddiaçı MMC-yə qarşı zəruri yolun açılması və maneələri aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan, Kürdəmir rayonunun Molla kənd kəndi ərazisində, Kür çayının sağ sahilində yerləşən Xatirə yeməkxanası kimi istifadə edilmiş qeyri-yaşayış binasına gedibgəlməsi üçün zəruri olan Kürdəmir rayonunun Çərtəyəz kəndi istiqamətində olan yolun açılması, həmin qeyri-yaşayış binasına iddiaçının gedib-gəlməsinə və oradan istifadə etməsinə cavabdeh İddiaçı MMC tərəfindən edilən maneənin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmünün təsdiq edilmiş surətindən görünür ki, həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh2 və Cavabdeh1 təqsirləndirilən şəxs X25 qarşı maddi ziyana görə 178.000 manat, mənəvi ziyana görə 100.000 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair mülki iddiası qismən təmin edilmiş, 44.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X17 tutularaq zərərçəkmiş şəxslər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi qərara alınmış, mənəvi ziyana görə 100.000 manat məbləğində pul tələbi hissəsində mülki iddia rədd edilmişdir. Həmin hökmlə həmçinin müəyyən edilmişdir ki, X1 ərazisində, Kür çayının sağ sahilində yerləşən və “Xatirə” yeməkxanası kimi istifadə olunmuş, faktiki Cavabdeh2 məxsus qeyri-yaşayış binasının İddiaçı MMC-nin həmin kənddə icarəyə götürdüyü 69 ha torpaq sahəsinin ərazisində yerləşməsindən istifadə edərək, həmin obyektin aşağı qiymətlərlə ona satılmasını dəfələrlə mülkiyyətçi Cavabdeh2 təklif etsə də, rədd cavabı aldıqdan sonra, 2009-cu ilin yanvar ayından etibarən 2015-ci ilin noyabr ayına kimi olan dövrdə yeməkxananın iki tərəfdən olan yolunu məftil torla çəpərləyərək, zəruri giriş yollarının bağlanılmasına dair İddiaçı MMC-nin direktoru X38 və digərlərinə verdiyi göstərişləri ilə Cavabdeh2 faktiki, Cavabdeh1 isə hüquqi mülkiyyətində olan qeyri-yaşayış binasına sərbəst gedib-gəlmələrinə, əmlakdan istifadə etmələrinə yolun açılması, maneənin aradan qaldırılması barədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına rəğmən imkan verməyərək, Cavabdeh2 və Cavabdeh1 44.000 manat məbləğində ziyan vurulmasına səbəb olan xidmət səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətləri ilə hakimiyyət həddini və qulluq səlahiyyətlərini müntəzəm surətdə, tamahkarlıq məqsədilə aşıb zərər çəkmişlərin hüquqlarına və mənafelərinə qəsdən ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 16 saylı X50 **********36 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd olunur ki, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən qeyri-yaşayış binası üzərində (torpaq sahəsi dövlət mülkiyyətində olmaqla) Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2010-cu il tarixli **********03- 06301 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X41 Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 2593 nömrəli alqı-satqı müqaviləsi əsasında Kürdımir rayonu, Mollakənd kəndində yerləşən qeyri-yaşayış binasının istifadəsində olan 0.0361 ha torpaq sahəsini Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Cavabdeh2 təkrar müraciəti əsasında Kürdəmir rayonu, Mollakənd kəndində 0.0361 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixli **********75-06301 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan İmanov X37 rayonu, Mollakənd kəndində 0.0361 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını Kürdəmir rayon Dövlət Notariat Kontorunun xx.xx.2010-u il tarixli, 4Ə/87 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Kürdəmir rayonu, Mollakənd kəndində 0.0361 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2010-cu tarixli **********75-06301 reyest nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Azərittifaqı”n idarə heyətinin 134 saylı, xx xxxxxxxx 2008-ci il tarixli “Kürdəmir rayon İstehsal-İstehlak Kooperativinə 2 obyektin satılmasına razılıq verilməsi haqqında” qərarının təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayon İstehsal-İstehlak Kooperativi müvəkkillər yığıncağının xx xxxx 2008-ci il tarixli (protokol №05) qərarı ilə razılaşılmş və Kürdəmir rayon X2 şəhəri S.Əlxalıyev küçəsində yerləşən ümumi sahəsi 112,8 kv. metr olan mağaza binasının payçı X33 1.000 manata, Mollakənd kəndində Kür çayının sağ sahilində yerləşən ümumi sahəsi 620 kv. metr o cümlədən tikinti altı sahəsi 300 kv. metr olan iki mərtəbəli “Xatirə” yeməkxanası binasının payçı Cavabdeh2 2.000 manata satılmasına razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh3 Müvəkkilər Yığıncağının xx xxxxxx 2008-ci il tarixli qərarının surətindən görünür ki, Kürdəmir RİİK İİMB-nin balansında olan rayonun Mollakənd kəndində Kür çayının sağ sahilində yerləşən 1978-ci ildə inşa edilmiş, uzunluğu 20 metr, eni 15 metr, balans dəyəri 59.800 manat, qalıq dəyəri 0 manat olan “Xatirə” yeməkxanasının Cavabdeh2 2.000 manata satılması qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2008-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 sədri F.Səlimov X15 İİMBnin balansında olan və Kürdəmir şəhəri Mollakənd kəndində yerləşən yeməkxana 1978-ci ildə tikimişdir, “Xatirə” yeməkxanasının eni 15 metr uzunluğu 20 metr olmaqla, X28 xx xxxxxxxx 2008-ci il 134 saylı Qərarına əsasən Cavabdeh2 satılmış, Cavabdeh2 yuxarıda göstərilən qeyri-yaşayış sahəsini təhvil almış, yeməkxana 2.000 manata qiymətləndirilmiş, həmin məbləğ Cavabdeh2 tərəfindən ödənilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayonu, Mollakənd kəndində 0.0361 hektar torpaq sahəsində yerləşən 628,7 m2 qeyri-yaşayış binasına dair Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 4Ə/87 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh2 DƏDRX-in X50 xx.xx.2010-cu il tarixdə verilmiş 27/842 nömrəli arayışına əsasən, mülkiyyətində olan 0,0361 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 628.7 kv.m, əsas sahəsi 200.4 kv.m, köməkçi sahəsi 428.3 kv.m olan, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən qeyri-yaşayış binasını alıcı Cavabdeh1 55.000 manata satmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayonu, Mollakənd kəndində 0,0361 hektar torpaq sahəsində yerləşən 628,7 m2 qeyri-yaşayış binasına (yeməkxana) Cavabdeh1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsi və vəkili X21 xx.xx.2020-ci il tarixli etirazlarında qeyd edilmişdir ki, Cavabdeh3 müvəkillər yığıncağının 2 saylı xx.xx.2006-cı il tarixli qərarına əsasən Kürdəmir rayon Mollakənd kəndi ərazisində 39 hektar torpaq sahəsi uzunmüddətli istifadəsinə verilmişdir. Həmin 2 saylı xx.xx.2006-cı il tarixli qərara uyğun olaraq, Cavabdeh3 ilə İddiaçı MMC arasında xx.xx.2006-cı il tarixdə torpaq icarə müqaviləsi bağlanmış və qeyd edilən müqavilə ilə torpaq sahəsi 99 il müddətinə İddiaçı MMC-nin ifadəsinə verilmişdir. Bundan sonra, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 188 saylı xx.xx.2006-cı il sərəncama əsasən Cavabdeh3 müvəkillər yığıncağının xx.xx.2006-ci il tarixli 2 saylı qərarı ilə İddiaçı MMC-yə uzunmüddətli istifadəyə 39 hektar torpaq sahəsi verilməsinə dair Kürdəmir rayon İstehsal operativi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2006-ci il tarixli 1 nömrəli müqavilə qeydə alınmış və həmin torpaq sahəsindən İddiaçı MMC-nin uzunmüddətli razılıq verilmişdir. Eyni zamanda, DƏDRX-in Ucar Rayon Ərazi İdarəsindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH№0002040 seriyalı, xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Kürdəmir rayonu Mollakənd kəndi ərazisindəki 39 hektar torpaq sahəsi uzunmüddətli istifadə üçün İddiaçı MMC-nin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. Daha sonra, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının 43 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı ilə İddiaçı MMC-yə verilmiş torpaq sahəsində balıq gölü yaradılmasına və balıq yetişdirilməsinə, həmin yerdə müəssisənin inzibati binasının və digər yardımçı tikililərin icazə verilmişdir. Bundan əlavə, Kürdəmir rayon Mollakənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı MMC-nin müraciətinə əsasən, 99 il müddətinə Bələdiyyənin boş torpaq sahəsindən 30 hektar balıqçılığın inkişafı məqsədi üçün ayrılmışdır. Həmin 07 sayalı xx.xx.2007-ci il tarixli qərara uyğun olaraq Bələdiyyə ilə İddiaçı MMC arasında xx.xx.2007-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanmış və torpaq sahəsi 99 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Məhz həmin sənədləşmələrdən sonra külli miqdarda maddi vəsaitin xərclənməsi hesabına aid çəkilən torpaq sahəsində abadlıq işləri aparılmış, ərazi illərlə yığılıb qalmış alaq bitkilərinin qalıqlarından, çirkab sularından təmizlənmiş və həmin torpaq sahəsində təsərrüfat yaradılmışdır. Həmin ərazidə 2 milyon manatlıq abadlıq işləri aparılmışdır. Yuxarıda qeyd edilən torpaq sahələri İddiaçı MMC-yə verildikdən sonra Mollakənd bələdiyyəsi tərəfindən İddiaçı MMC-yə verilmiş torpaq sahəsində yerləşən “Xatirə” yeməkxanası Cavabdeh3 müvəkkillər yığıncağının xx.xx.2008-ci il tarixli qərarına əsasən, Cavabdeh2 satılmışdır. Daha sonra, Cavabdeh2 “Xatirə” yeməkxanası kimi istifadə olunmuş qeyri yaşayış binasını Cavabdeh1 satmış, sonuncunun adına MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Adı çəkilən yeməkxana Mollakənd Bələdiyyəsi tərəfindən İddiaçı MMC-yə istifadəyə verilmiş torpaq sahəsində yerləşməsinə baxmayaraq, Cavabdeh3 ona aidiyyəti olmayan torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinin satılması barədə qərar qəbul etmişdir. Bununla da, faktiki olaraq Kooperativ səlahiyyətlərindən kənara çıxmışdır. Bundan başqa, yeməkxananın satılması barədə nə onlara, nə də ki, bələdiyyəyə heçbir təklif, məlumat verilməmiş və onların yeməkxananı almaqlarına razılıqları və etirazları araşdırılmadan digər bir şəxsə satılmışdır. İddiaçı MMC-nin məlumatı olmadan uzunmüddətli istifadəsində olan Kürdəmir rayonu Mollakənd kəndi ərazisindəki 30 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının satılması barədə qərar qəbul edildiyindən, ona aidiyyatı olmayan torpaq sahəsində yerləşdiyindən, həmin qərarı qəbul etməsinə səlahiyyəti olmadığından Cavabdeh3 Müvəkkillər Yığıncağının xx.xx.2008-ci il tarixli qərarı ləğv edilməlidir. Bundan əlavə, adı çəkilən qeyriyaşayış sahəsi Kür çayının qoruyucu bəndinin üzərində yerləşir və həmin bənd qoruyucu bənd olduğundan onun üzərində hər hansı bir tikilinin xüsusi mülkiyyətə verilməsi yolverilməzdir. Qeyd edilən qərarın qəbul edilməsində yuxarda sadalanan qanun pozuntularına yol verildiyindən, həmin qərarın hüquqi davamı olaraq Cavabdeh2 ilə X36 arasında bağlanmış alqı-satqı müqaviləsi və sonuncunun adına MA seriyalı ******* nömrəli çıxarış da, qanunsuz olduğundan ləğv edilməlidir. Həmin ərazidə cavabdehə məxsus "Xatirə” yeməkxanasının oturacağından başqa torpaq sahəsi verilməmişdir. “Xatirə” yeməxanasını Cavabdeh2 xx xxxxxx 2008-ci ildə almış və xx xxxxxxxx 2010-cu ildə qeydiyyatdan keçirərək X3. Belə olduğu halda cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizə əsassız və sübutsuz olduğundan rədd edilməlidir. İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi xx xxxxxx 2019-cu ildə verilmişdir. Belə olduğu halda iddiaçının məhkəməyə vermiş olduğu iddia ərizəsi 2021-ci ilin sonuna kimi qüvvədədir. “Xatirə” yeməkxanasının x xxxxxxxx 2010-cu ildə dövlət qeydiyyatına keçərək Cavabdeh2 və X5 ilə əlaqədar iddianın davam etmə müddəti 2021-ci ilin sonuna kimi etibarlıdır. İş materiallarında olan Kürdəmir Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciətində qeyd edilmişdir ki, İddiaçı MMC iddiası əsassızdır. Kürdəmir Rayon İstehsal-İstehlak Kooperativi kooperativ təşkilatı olaraq, qeyri-dövlət təşkilatıdır və onun obyektləri payçıların üzvlük haqları hesabına tikilmiş obyektlərdir. Obyektlərin satılması, sökülməsi və ya yenidən qurulması təşkilatın tabe olduğu “Azərittifaq”ın idarə heyətinin qərarına əsasən həyata keçirilir. Qeyd olunan obyektin Cavabdeh2 satılması ilə bağlı Kürdəmir Rayon İstehsal-İstehlak Kooperativinin idarə heyətinə 2008-ci ildə müraciət edilmiş, müvəkkillər yığıncağında bu müraciətə baxılmış və həmin obyektin satılması haqqında “Azərittifaq”ın idarə heyətinə müraciət ünvanlanmışdır. Müraciətə “Azərittifaq”ın idarə heyətində baxılaraq, obyektin Cavabdeh2 satılması haqqında qərar qəbul edilmişdir. Baş idarənin qərarına əsasən, obyektin satışı həyata keçirilmişdir. Təşkilatın öz obyektlərini istənilən vaxta alqı-satqısını həyata keçirmək hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Kürdəmir Rayon İstehsal-İstehlak Koperasiyası müvəkkilər yığıncağının xx.xx.2006-cı il tarixli iclas qərarına əsasən, Mollakənd kəndi ərazisindəki 39 hektar torpaq sahəsi 99 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmiş, tərəflər arasında xx xxxxxx 2006-cı il tarixli, 1 saylı torpaq icarəsi müqaviləsi bağlanılmışdır. Kürdəmir Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2006-cı il tarixli, 188 saylı sərəncamı ilə Kürdəmir Rayon İstehsal-İstehlak Koperasiyası ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 1 nömrəli müqavilə qeydə alınmış, həmin torpaq sahəsindən İddiaçı MMC-nin uzunmüddətli istifadəsinə razılıq verilmişdir. Həmin sərəncama əsasən, Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 39 hektar torpaq sahəsinə İddiaçı MMC-nin icarə hüquqları 99 il müddətinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin xx xxxx 2010-cu il tarixli, 43 saylı sərəncamı ilə, sözügedən torpaq sahəsində İddiaçı MMC-yə balıq gölünün yaradılmasına və balıq yetişdirilməsinə, həmin yerdə müəssisənin inzibati binasının və digər yardımçı tikililərin tikilməsinə icazə verilmişdir. Bundan başqa, Kürdəmir Rayon Mollakənd Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 07 saylı qərarı ilə İddiaçı MMCyə 99 il müddətinə bələdiyyənin boş torpaq sahəsindən 30 hektar balıqçılığın inkişafı məqsədi üçün torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmış, daha sonra Kürdəmir Rayon Mollakənd Bələdiyyəsi ilə İddiaçı MMC arasında Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindəki 30 hektar torpaq sahəsinin balıqçılıq məqsədilə 99 il müddətinə İddiaçı MMC-nin icarəsinə verilməsi barədə xx xxxx 2007-ci il tarixli, 08 saylı torpaq icarəsi müqaviləsi bağlanılmışdır. Həmçinin Cavabdeh3 Müvəkkilər Yığıncağının xx xxxxxx 2008-ci il tarixli qərarı ilə kooperativin balansında olan rayonun Mollakənd kəndində, Kür çayının sağ sahilində yerləşən 1978-ci ildə inşa edilmiş, uzunluğu 20 metr, eni 15 metr, balans dəyəri 59.800 manat, qalıq dəyəri 0 manat olan “Xatirə” yeməkxanasının Cavabdeh2 2.000 manata satılması qərara alınmış, xx xxxxxx 2008-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış və həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Daha sonra xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən 55.000 manata Cavabdeh1 satılmış, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Kürdəmir rayonu Mollakənd Bələdiyyəsi tərəfindən İddiaçı MMC-nin istifadəsinə verilmiş torpaq sahəsində yerləşən əvvəllər “Xatirə” yeməkxanası kimi istifadə olunmuş qeyri-yaşayış binasının satılması barədə Cavabdeh3 Müvəkkilər Yığıncağının xx.xx.2008-ci il tarixli qərarının, qeyd edilən qeyriyaşayış binasının satılması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Kostitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X35 Haqqında” Avropa Konvensiyası müddəalarının və X54 Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası “İnsan Hüquqlarının və X35 Haqqında” Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə X54 Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqlarının və X29 haqqında” Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. İnsan huquqlarının və əsas azadlıqlarının mudafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından göründüyü kimi, Cavabdeh3 öz mülkiyyətində (balansında) olan “Xatirə” yeməkxanasına dair qanunvericiliyin ona verdiyi hüquqlara əsasən qərar qəbul edərək və müvafiq müqavilə bağlayaraq, Cavabdeh2 satmış, o, isə sonradan həmin əmlakı Cavabdeh1 satmış və sonuncunun adına həmin daşınmaz əmlaka dair çıxarış verilmişdir. Qeyd olunan proseslər zamanı qanunverciliyin pozulması halları müəyyən edilməmişdir. İddiaçı da öz növbəsində Cavabdeh3 Müvəkkilər Yığıncağının xx.xx.2008-ci il tarixli qərarının, qeyd edilən qeyri-yaşayış binasının satılması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş xx.xx.2010-cu il tarixli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbini irəli sürərkən, iddianın əsaslılığına dair məhkəməyə hər-hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının yeganə dəlili ondan ibarətdir ki, “Xatirə” yeməkxanasının yerləşdiyi torpaq sahəsinin ətrafı İddiaçı MMC-nin icarəsindədir və həmin yeməkxana satılarkən ilk növbədə onlara təklif edilməli olduğu halda belə bir təklif edilməmişdir. Qeyd olunanların əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 254-cü maddəsinə istinad edilmişdir. Məhkəmə iddiaçının qeyd olunan dəlilini əsassız hesab edərək, qeyd etməyi zəruri hesab edir ki, qeyri-yaşayış sahəsinin satılmasına münasibətdə üstünlük hüququna dair normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsində öz əksini tapmışdır ki, bu normalar istənilən əmlaka dair deyil, ümumi paylı mülkiyyətdə olan əmlaklara aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Digər tərəfdən, qeyd olunan qeyri-yaşayış sahəsinin satılmasında İddiaçı MMC-nin üstünlük hüququnun mövcud olmasına dair iddiaçı tərəfindən hər-hansı sübut təqdim edilməmiş və qanunvercilikdə qeyd olunan hala dair norma müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 254-cü maddəsinin isə, hazırki işə heç bir aidiyyəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, müqavilənin ləğvi tələbini müqavilə tərəfi irəli sürə bilər ki, hazırki iş üzrə İddiaçı MMC müqavilə tərəfi olmadığından, onun göstərilən müqavilələrin ləğvini tələb etmək hüququ da yoxdur. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki mübahisələndirilən Cavabdeh3 Müvəkkilər Yığıncağının qərarı xx xxxxxx 2008-ci il tarixdə qəbul olunmuş, Cavabdeh2 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi isə xx.xx.2010-cu il tarixdə bağlanılmışdır. Həmçinin iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmünün təsdiq edilmiş surətindən görünür ki, “Xatirə” yeməkxanasının cavabdehlərə məxsus olması haqqında İddiaçı MMC-nin 2009-cu ilin yanvar ayından məlumatı olmuş və onlara həmin qeyri-yaşayış binasından istifadələrinə maneələr yaradılmışdır. İddia ərizəsi isə məhkəməyə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırki tələblər üzrə iddia müddəti də ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məlik oğluna və Cavabdeh3nə qarşı “qeyri-yaşayış binasının satılması barədə Cavabdeh3 Müvəkkilər yığıncağının xx.xx.2008-ci il tarixli qərarının, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-36/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-36/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver