Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-491/2020 04.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 18.210 avro məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti olmasına baxmayaraq, iddia ərizəsi elektron qaydada iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən deyil, X2 tərəfindən imzalanmışdır. Lakin onun iddia ərizəsini imzalamaq hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X1 iş yeri “xxxx” MMC-dir. Göründüyü kimi, iddia ərizəsini imzalayan şəxs İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi deyildir, onun iddiaçının vəkili olmasına və iddia ərizəsini imzalamaq üçün müvafiq səlahiyyətlərə malik olmasına (etibarnamə əsasında) dair iş materiallarında hər-hansı sənəd yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsini imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən,iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-cü, 264-cü, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-491/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-491/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver