Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-5/2022 02.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı Azərbaycan Avtomobil X3 “X1 Xidməti” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil X3 “X1 Xidməti” MMC-nin Cavabdeh qarşı giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və müvafiq icazə alınmadan giriş-çıxış yolunun yaradılmasının cavadehə qadağan edilməsi barədə iddiasına dair işə Şirvan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil X3 “X1 Xidməti” MMC Cavabdeh qarşı – M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində Cavabdeh məxsus tikilməkdə olan obyekt üçün qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və müvafiq icazə almadan giriş-çıxış (yol birləşməsi) yolunun yaradılmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində Cavabdeh məxsus tikilməkdə olan obyekt yerləşmişdir. Cavabdehə məxsus tikilməkdə olan obyektdən qeyri-qanuni olaraq uzunluğu 21 metr, eni 15 metr olan ümumilikdə 21 X 15 = 315 m2 ərazini zəbt edərək 2.05.02-85 nömrəli inşaat norma və qaydalarına uyğun olmayaraq giriş-çıxış yolu (yol birləşməsi) yaradılmışdır. Cavabdehə yaratdığı giriş-çıxış yolunun ləğv edilməsi barədə dəfələrlə xəbərdarlıq edibmişdir. Qanunsuz olaraq yaradılmış giriş-çıxış yolunun (yol birləşməsi) ləğv edilməsinə dair cavabdehə rəsmi qaydada 15.02.2018-ci il tarixli, 11/G nömrəli xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh bu günə qədər qeyri-qanuni yaradılmış giriş-çıxış yolunu (yol birləşməsini) ləğv etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Avtomobil X3 “X1 Xidməti” MMCnin əməkdaşları tərəfindən tərtib edilmiş 15.02.2018-ci il tarixli aktdan görünür ki, 15.02.2018-ci il tarixdə, M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhramtəpə- Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədinin avtomobil yolunda xidməti vəzifələrini yerinə yetirərkən həmin avtomobil yolunun 92 km-də yolun sol tərəfində yerləşən qeyri-yaşayış obyektinin sahibi Cavabdeh Azərbaycan Respublikasının X2 Qanunun 17-ci maddəsinin tələblərini pozaraq aşağıdakı işləri görmüşdür: 1. M-6 indeksli respublika əhəmiyyətli avtomobil yolunun 92 km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 30 metr məsafədə yerləşən (qeyri-yaşayış obyektində) təkər təmir sexi əsas yola qanunsuz giriş-çıxış yolu yaratmışdır. 2. Qanunsuz yaradılmış giriş-çıxış yolunun uzunluğu 21 metr, eni isı 15 metrdir. 3. Qanunsuz yaradılmış giriş-çıxış yolu avtomobil yollarının inşaat norma və qaydaları 2.05.02-85 normalarına riayət olunmadan çəkilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 11/G saylı, 15.02.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qanunsuz yaradılmış giriş-çıxış yolunun 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda qanunsuz yaradılmış giriş-çıxış yolunun ləğv edilməsi və yolun ilkin vəziyyətinə, bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə cavabdeh məlumatlandırılmışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 01.07.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindı qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. İşdə olan İmişli rayon İcra Hakimiyyət başçısının 94 nömrəli, 22.06.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, İmişli rayonunun Çahar kənd sakini Cavabdeh müraciəti nəzərə alınmaqla ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Çahar kəndi ərazisindən ayrılmış 140,0 kv.m torpaq sahəsində ticarət və xidmət obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, İmişli rayon Çahar Bələdiyyəsinin 01 saylı, 19.01.2007-ci il tarixli iclas protokolundan çıxarış ilə İmişli rayonunun Çahar kənd sakini Cavabdeh İmişli rayon Çahar Bələdiyyəsinin mülkiyyətinə məxsus ərazidən sahibkarlığın inkişafı üçün alqı-satqı qaydasında 140 kv.metr torpaq sahəsi “Torpaqların alqı-satqı qaydaları”na uyğun torpaq sahəsinin satılması qərara alınmışdır. 05.04.2007-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının 10/2508 saylı, 03.11.2021-ci il tarixli rəyi ilə qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərardadın bu sualı üzrə tədqiqat aparılmamış, qərardadın ikinci sualı üzrə: M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış obyekti 15.09.2017-ci il tarixdə tərtib edilmiş və İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəyə uyğun tikilmişdir. Tədqiq olunan tikili layihəyə uyğun olunduğu üçün, bu sualın ikinci hissəsi üzrə tədqiqat aparılmadı. Qərardadın, üçüncü sualı üzrə: M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun hərəkət hissəsinin mərkəzinin qorunma zolağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.10.2015-ci il tarixli, 298 saylı qərarına əsasən 30 metrdir. Qərardadın dördüncü sualı üzrə: M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində Cavabdeh tərəfindən inşa olunan qeyri-yaşayış obyektinin girişçıxış yolunun eni təqribən 15 m, uzunluğu 21 metrdir. Qərardadın beşinci sualı üzrə: M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində Cavabdeh tərəfindən inşa olunan qeyri-yaşayış obyektinin yaradılmış giriş-çıxış yoluna qədər məsafə təqribən 27,4 metrdir. Qərardadın altıncı sualı üzrə: M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində Cavabdeh məxsus olan qeyri-yaşayış obyekti avtomobil yollarının qorunma (mühafizə) zolağından düşmədiyini nəzərə alaraq, həmin tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.10.2015-ci il tarixli, 298 saylı Qərarına uyğundur. Lakin Cavabdeh məxsus olan qeyri-yaşayış obyektinin giriş-çıxış yolu müvafiq qurumlar ilə razılaşdırılmadığı üçün, həmin qiriş-çıxış yolu “X2” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə, inşaat norma və qaydalarının 2.05.02.-85 nömrəli tələblərinə) uyğun yaradılmamışdır. Həmin giriş-çıxış yolunun qarşısında quraşdırılmış bordür sökülmədən, hazırki vəziyyətdə, müvafiq norma və qaydalara uyğunlaşdırılması texniki cəhətdən mümkün deyildir. Qərardadın yeddinci sualı üzrə: Cavabdeh məxsus olduğu iddia olunan M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində tikilmiş obyektinin giriş-çıxış yolu digər obyektlərin qarşısında olan giriş-çıxış yolundan istifadə olunduğunu və bu da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.10.2015-ci il tarixli, 298 saylı qərarının, “X2” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə zidd olduğuna görə, həmin yolların hərəkətin təhlükəsizliyinə mane olduğu müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə: Cavabdeh məxsus olduğu iddia olunan M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92 km-də yolun sol tərəfində inşa olunmuş qeyri-yaşayış obyektini əsas yola birləşdirən yol birləşməsi (giriş-çıxış yolu) yolun mühafizə zolağına düşür və həmin hissənin ölçüləri 15x21 metrdir. Həmin rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92-ci km-də, yolun sol tərəfində inşa olunmuş qeyri-yaşayış obyektini əsas yola birləşdirən və yolun mühafizə zolağına düşən yol birləşməsi (giriş-çıxış yolu) yaratmışdır. Halbuki, “X2” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir. Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər. Müxtəlif mülkiyyətçilərində olan avtomobil yollarının kəsişmə və qovuşma yerlərində sərhədlər, həmin yolların təhkim zolaqları ilə birlikdə müəyyən edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli yol birləşməsi (giriş-çıxış yolu) yolun mühafizə zolağında yaradıldığından, iddiaçı “X2” Azərbaycan Respublikası Qanununun 13, 17, 26, 33-cü maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə və “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı, 11.09.2015-ci il tarixli Qərarına əsasən, mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 saylı, 11.09.2015-ci il tarixli Qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli yol birləşməsi (giriş-çıxış yolu) cavabdeh tərəfindən hər hansı qanuni əsas olmadan yaradıldığından, iddia tələbi qismən təmin edilməklə cavabdeh tərəfindən yaradılmış eni 15 metr, uzunluğu 21 metr olan yol birləşməsi (giriş-çıxış yolu) onun öz hesabına sökülməli, iddianın “müvafiq icazə almadan giriş-çıxış yolunun (yol birləşməsinin) yaradılmasının cavabdehə qadağan edilməsi” hissəsində iddia tələbi qeyri-müəyyən (“müvafiq icazə almadan” hissəsində) olduğundan, bu hissədə giriş-çıxış yolunun (yol birləşməsinin) yaradılması cavabdehə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatı iddiaçıdan, 75 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. M-6 indeksli respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 92-ci km-də, yolun sol tərəfində inşa olunmuş qeyri-yaşayış obyektini əsas yola birləşdirən eni 15 metr, uzunluğu 21 metr olan yol birləşməsi (giriş-çıxış yolu) Cavabdeh vəsaiti hesabına sökülsün və giriş-çıxış yolu (yol birləşməsi) yaradılması Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatı Azərbaycan Avtomobil X3 “X1 Xidməti” MMC-dən, 75 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-5/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-5/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver