Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-532/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş materiallarını nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2773,10 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2803,10 manat pulun məcburi qaydada tutularaq “İddiaçı” İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, m/h AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** saylı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-162/2021 saylı qərardadı ilə mülki işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Salyan Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-162/2021 saylı Qərardadı onunla əsaslandırılmışdır ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna və hazırki mübahisənin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, mübahisənin predmetinin fiziki şəxsin təbii qazdan istifadəsindən irəli gələn tələblə bağlı olduğundan, o cümlədən hazırki iş üzrə hüquq münasibətlərinin xarakteri işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. İş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(057)-162/2021 saylı Qərardadını xx.xx.1980-ci il tarixdə doğulmuş, qeydiyyat ünvanı Gəncə şəh., Kəpəz, Ş.İ.Xətai prospekti, ev. 115, m. 17 olan Cavabdeh (FİN 27K8DT7) və ya xx.xx.1968-ci il tarixdə doğulmuş, qeydiyyat ünvanı Cəlilabad rayonu, Hacıismayıllı kəndində qeydiyyatda olan Cavabdeh (FİN 4RGZD0V) münasibətdə qəbul etmişdir. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışla FİN nömrəsi 27K8DT7 olan Cavabdeh və FİN nömrəsi 4RGZD0V olan Cavabdeh vergi ödəyicisi olduğu müəyyən olunur. Lakin, iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, yəni xx.xx.2020-ci il tarixli 06/106 saylı müqavilədən, abonentin saldosundan, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan, dəymiş ziyanın bərpasına dair tələbnamələrdən və DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, həmin sənədlər xx.xx.1980-ci il tarixdə doğulmuş, FİN xxxxxxx, qeydiyyat ünvanı ünvan 3 Cavabdeh aid sənədlərdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, iddia ərizəsində və xx.xx.2020-ci il tarixli 06/106 saylı müqavilənin rekvizitlər hissəsində qeyd olunmuş “**********” saylı mobil telefon nömrəsi Salyan rayonu, Quyçi kəndində qeydiyyatda olan Cavabdeh (FİN xxxxxxx) aiddir. İş materiallarında olan poçt qəbzlərindən də görünür ki, xx.xx.2021-ci il tarixli, 2(057)- 162/2021 saylı mülki işi ilə əlaqədar məhkəmə sənədləri Salyan Rayon Məhkəməsi tərəfindən Salyan rayonu, Quyçi kəndində qeydiyyatda olan Cavabdeh göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı “İddiaçı” İB Salyan rayonu, Quyçi kəndində qeydiyyatda olan Cavabdeh (FİN xxxxxxx) təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2773,10 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2803,10 manat pulun tutularaq “İddiaçı” İB-nə ödənilməsini məhkəmədən xahiş edir. İş materiallarından da göründüyü kimi xx xxxx 2020-ci il tarixli, 06/106 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsi Salyan rayonu, Quyçi kəndində qeydiyyatda olan Cavabdeh (FİN xxxxxxx) ilə bağlanılmışdır. Belə ki, hazırki iş üzrə cavabdeh FİN nömrəsi 27K8DT7 olan Cavabdeh və FİN nömrəsi 4RGZD0V olan Cavabdeh deyil, FİN nömrəsi xxxxxxx olan Cavabdehdur. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.5-ci maddəsinə əsasən fərdi identifikasiya nömrəsi (FİN) — fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur. İş materiallarından olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmamışdır. Belə ki, subyektiv tərkib baxımından işin kommersiya mübahisəsi kimi baxılması mümkün deyildir. İddia ərizəsinə və iddia ərizəsinə əlavə edilən sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, hazırki iş üzrə mübahisə vergi ödəyicisi kimi dövlət qeydiyyata alınmamış Cavabdeh (FİN xxxxxxx) məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı barəsində tərtib olunmuş aktlarla əlaqədar yaranmışdır. Məhkəmə hesab edir ki, predmet baxımından da, hazırki mübahisə kommersiya mübahisəsi kimi qəbul edilə bilməz. Çünki, mübahisənin predmetini fiziki şəxsin təbii qazdan istifadəsindən irəli gələn tələb təşkil edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 24-cü bəndində qeyd olunmuşdur ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “İddiaçı” İB, “xxxx” ASC, “xxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə hesab edir ki, hüquq münasibətlərinin xarakteri baxımından da hazırki iş kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 10-cu bəndinə əsasən MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 11-ci bəndinə əsasən, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, hazırki mübahisə iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh (FİN xxxxxxx) qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2773,10 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2803,10 manat pulun məcburi qaydada tutularaq “İddiaçı” İB-nin bank hesabına ödənilməsi üzrə tələbdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh FİN nömrəsi xxxxxxx olan Cavabdehdur. Salyan Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(057162/2021 saylı Qərardadında Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslanaraq mübahisənin kommersiya mübahisəsi olması qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh (FİN nömrəsi xxxxxxx) sahibkarlıq fəaliyyətli ilə məşğul deyil və hazırki mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Belə ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisə deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 2-ci maddəsinə əsasən qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilmişdir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. İş materiallarından da görünür ki, hazırki iş üzrə sənədlər Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-162/2021 saylı qərardadı ilə daxil olmuşdur. Odur ki, məhkəmə, hazırki mübahisə üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2773,10 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2803,10 manat pulun məcburi qaydada tutularaq “İddiaçı” İB-nin bank hesabına ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-532/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-532/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver