Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-55/2020 06.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi və lizinq obyekti olan 2 ədəd Niva SK-5ME-1 markalı kombaynların saz vəziyyətdə geri alınması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.571 manat əsas borc, 488 manat cərimənin və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3.089 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı güzəşt müqaviləsinin ləğv edilərək, lizinq obyekti olan 2 ədəd Niva SK-5ME-1 markalı kombaynların saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, 2.104 manat əsas borcun, 200 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 2.334 manat pulun Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi xahiş edilmişdir. İş üzrə Şirvan Kommersiya məhkəməsində xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, 4.208 manat əsas borcun, 1.172,53 manat cərimənin və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5.410,53 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı güzəşt müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 2 ədəd Niva SK- 5ME-1 markalı kombaynların saz vəziyyətdə geri alınmasını xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizələr onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı müqaviləsinə əsasən lizinqə götürülmüş, dəyəri 18.503 manat olan kənd təsərrüfatı texnikaları üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş xx.xx.2018-ci il tarixli, ASC/P-26 saylı pretenziya cavabsız qalmışdır. Müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) lizinq alandan (Cavabdeh) gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinə və iddianın dəyişdirilməsi barədə ərizələrə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylıİddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə lizinq müqaviləsinin və həmin müqaviləyə əlavə olunan sepsifikasiyanın təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış, ümumi dəyəri 18.503 manat olan 2 ədəd Niva SK-5ME-1 markalı kombayn liznqə vermişdir. İş materiallarında olan 10.04.207-ci il tarixli, 1511/ü saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı lizinq müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə qalıq məbləğ 18.503 manat olan 2 ədəd Niva SK-5ME-1 markalı kombaynın lizinqə verilməsi qərara alınmışdır. İşdə materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2018-ci il tarixli, ASC/P-26 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə xx.xx.2018-ci il tarixədək 2.571 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında qeyd edilmişdir ki, Cəlilabad rayon sakini Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı müqaviləyə əsasən lizinqə götürdüyü ümumi dəyəri 18.503 manat olan kənd təsərrüfatı texnikaları üçün bu məbləğdə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2018-ci il tarixədək 3.053 manat ödəməli olduğu halda, 482 manat ödəniş edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixə borcu 2.571 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 488 manat təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 2258 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2017-ci il tarixli, 624- GL/17 saylı müqavilə üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: qalıq borc 2.571 manat, cərimə borcu 488 manat, ümumi borc 3.059 manat. İş materiallarında olan və xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı müqaviləyə əsasən lizinqə götürdüyü ümumi dəyəri 18.503 manat olan kənd təsərrüfatı texnikaları üçün 5.053 manat İddiaçı ASC-yə ödəniş etmişdir. Cavabdeh İddiaçı ASC-yə 4.208 manat məbləğində gecikdirilmiş borcu, 1.172,53 manat cərimə borcu, ümumilikdə 5.380,53 manat borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 612 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı müqavilə bağlanmış, ilkin ödənişlərin ödənilməsi, ödənişlərin qalan hissəsinin müqavilənin tərkib hissəsi olan ödəniş qrafiklərinə müvafiq olaraq ödəmək şərti ilə iddiaçı lizinq obyektlərini cavabdehə lizinqə vermiş, lizinq obyekti olan 2 ədəd Niva SK-5ME-1 markalı kombayn iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmin müqavilələr üzrə tərəflər mülki hüquq və vəzifələr müəyyən etmişdirlər. O cümlədən, həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirmədiyi halda lizinq verənin lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cəriməni tələb etmək hüququ müəyyən edilmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmiş, belə ki, qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı lizinq müqaviləsindən irəli gəlir. Beləliklə, cavabdehin xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı lizinq müqaviləsindən əsasən, iddiaçıya 4.208 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddiaçı əsas borc məbləği ilə yanaşı həmin borca görə hesablanmış dəbbə pulunun tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İddiaçı 1.172,53 manat dəbbə pulunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 50 manat dəbbə pulu tutulmalıdır. Bundan başqa, iddiaçı xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı güzəşt müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 2 ədəd Niva SK-5ME-1 markalı kombaynların saz vəziyyətdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Qanunverciliyin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylı güzəşt müqaviləsi ləğv edilərək, lizinq obyekti olan 2 ədəd Niva SK-5ME-1 markalı kombaynların saz vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır. İş xx.xx.2018-ci il tarixli, 612 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı iddiaçıya, 25 manatı cavabdehə aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manat Cavabdehtutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 624-GL/17 saylılizinq müqaviləsi ləğv edilməli, müqavilə üzrə yaranmış 4.208 manat əsas borc, 50 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 25 manat, cəmi 4.283 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, lizinq obyekti olan 2 ədəd SK-5ME-1 markalı kombaynlar saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü, 238-ci, 244-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 4.208 manat əsas borc, 50 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumuna görə 25 manat olmaqla, cəmi 4.283 manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx xxxxx 2017-ci il tarixli, 624-GL/17 saylı güzəşt (lizinq) müqaviləsi ləğv edilsin və lizinq obyekti olan 2 ədəd SK-5ME-1 markalı kombaynlar saz vəziyyətdə Cavabdeh alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəapellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-55/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-55/2020
06.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver