Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-638/2021 03.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə iddia tələbinə dair üş üzrə ərazi aidiyyəti ilə bağlı məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, Səmədabad bələdiyyəsinin 10.03.2007-ci il tarixli 05 saylı qərarına əsasən Cavabdehlə bələdiyyə arasında 27 ha (əkin) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 12.03.2007-ci il tarixli 36 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində şərtin dəyişdirilərək mövcud bazar qiymətinə uyğun 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(022)-275/2021 saylı qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-2(121)-638/2021 saylı qərardadı ilə həmin iş üzrə fikir ayrılığının həll olunması məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-2(102)- 225/2021 saylı qərardadı ilə, həmin iş üzrə ərazi aidiyyəti məsələsinin MPM-in müvafiq normalarına uyğun olaraq Şirvan Kommersiya Məhkəməsi tərəfindən həll olunması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə iddia ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh Bakı şəhəri, Moskva prospekti, 73 A, 65 ünvanında yaşayış yeri üzrə rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Bakı şəhəri, Yasamal rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki iddianın aidiyyət qaydalarının pozulması aşkar edildiyindən, kommersiya mübahisəsi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2, 44-45, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi tələbinə dair kommersiya mübahisəsi ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-638/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-638/2021
03.06.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver