Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-64/2020 18.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı x3 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 40.120 manat əsas borcun, 17.498 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyektlərinin saz vəziyyətdə geri alınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilərək, Cavabdeh 25.095 manat əsas borcun, 17.498 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun, cəmi 42.523 manatın tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. x4 Məhkəməsinin icraatında olan zaman, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərək, Cavabdeh 34.003 manat əsas borcun, 32.061,13 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 66.064,13 manatın tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı x2 məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı x3 ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da o, İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tütülmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, İddiaçı x3 ilə müqavilələr bağlamışdır. Lakin xəstə olduğu üçün borcunu ödəyə bilməmişdir. Texnikaların götürülməsi barədə İddiaçı ASC-yə ərizə yazmış, onlar isə, texnikanı götürməyə ixtiyarlarının olmadığını bildirmişlər. Əsas borcu qəbul edir, söz verir ki, texnikanın pulunu ödəyəcək. Lakin cərimə borcu çox hesablandığı üçün həmin borcu qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı x1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 29.08.2012-ci il tarixli, 1060-L/12 saylı, 28.03.2013-cü il tarixli, 204-L/13 saylı və 13.11.2013-cü il tarixli, 1344-L/13 saylı lizinq müqavilələrindən görünür ki, ümumi dəyəri 6.900 manat olan 1 ədəd TS-24 markalı taxılsəpənə (gübrəsəpən), qalıq dəyəri 51.500 manat olan 1 ədəd SK-5ME-1 markalı kombayna və dəyəri 22.200 manat olan 1 ədəd MTZ-89.2 markalı traktora və dəyəri 1.800 manat olan 1 ədəd KR-14 markalı kotana dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqavilələri bağlanmışdır. İş materiallarında olan 29.08.2012-ci il tarixli, 1457/ü saylı, 28.03.2013-cü il tarixli, 349/ü saylı və 13.11.2013-cü il tarixli, 1833/ü saylı əmrlərdən görünür ki, Cavabdeh ilə bağlanılmış 29.08.2012-ci il tarixli, 1060-L/12 saylı lizinq müqaviləsi üzrə 1 ədəd TS-24 markalı taxılsəpənin (gübrəsəpən), 28.03.2013-cü il tarixli, 204-L/13 saylı lizinq müqaviləsi üzrə 1 ədəd SK-5ME-1 markalı kombaynın və 13.11.2013-cü il tarixli, 1344-L/13 saylı lizinq müqaviləsi üzrə 1 ədəd MTZ-89.2 markalı traktorun və 1 ədəd KR-14 markalı kotanın Cavabdeh lizinqə verilməsi verilməsi qərara alınmışdır. 20.05.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, Cavabdeh ilə qeyd olunan müqavilələrdən sonra yeni güzəşt müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən cavabdehə kombayn, traktor və kotan olmaqla, cəmi 4 texnika lizinqə verilmiş və həmin müqavilələr üzrə cavabdehin əsas borcu 34.003 manat təşkil edir. İş materiallarında olan 1325-GL/15 saylı, 1992-GL/16 saylı və 1704-GL/17 saylı lizinq müqavilələrindən və onların spesifikasiyasından görünür ki, qalıq dəyəri 1.890 manat olan 1 ədəd TS-24 markalı taxılsəpən gübrəsəpənlə qoşulana, qalıq dəyəri 660 manat olan 1 ədəd KR-14 markalı 4 gövdəli asma kotana və qalıq dəyəri 18.990 manat olan 1 ədəd SK-5ME-1 markalı kombayn taxılyığan Niva Effekt dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan 24.10.2018-ci il tarixli, 5249/ü saylı, 5250/ü saylı və 5248/ü saylı əmrlərdən görünür ki, Cavabdeh ilə bağlanılmış 1325-GL/15 saylı lizinq müqaviləsi üzrə 1 ədəd taxılsəpən gübrəsəpənlə qoşulanın, 1992-GL/16 saylı lizinq müqaviləsi üzrə 1 ədəd KR-14 markalı 4 gövdəli asma kotanın və 1704-GL/17 saylı lizinq müqaviləsi üzrə 1 ədəd SK-5ME-1 markalı kombayn taxılyığan Niva Effekt Cavabdeh lizinqə verilməsi verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı x1 maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Cəfərli kənd sakini Cavabdeh İddiaçı x3 ilə bağlanmış 1344-L/13 saylı müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə üzrə məbləği 24.000 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 1.790 manat ödəniş olunmuş, güzəşt komissiyasının qərarı ilə ona güzəşt olunmamış, Cavabdeh gecikdirilmiş borcu 17.210 manat və hesablanmış cərimə 19.044,90 manat təşkil edir. İş materiallarında olan İddiaçı x1 maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Cəfərli kənd sakini Cavabdeh İddiaçı x3 ilə bağlanmış 1325-GL/15 saylı müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə üzrə məbləği 1.890 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına ödəniş etməmiş, güzəşt komissiyasının qərarı ilə ona 2.760 manat güzəşt olunmuş, Cavabdeh gecikdirilmiş borcu 1.890 manat və hesablanmış cərimə 3.322,62 manat təşkil edir. İş materiallarında olan İddiaçı x1 maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Cəfərli kənd sakini Cavabdeh İddiaçı x3 ilə bağlanmış 1992-GL/16 saylı saylı müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə üzrə məbləği 660 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına ödəniş etməmiş, güzəşt komissiyasının qərarı ilə ona 720 manat güzəşt olunmuş, Cavabdeh gecikdirilmiş borcu 660 manat və hesablanmış cərimə 863,28 manat təşkil edir. İş materiallarında olan İddiaçı x1 maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Cəfərli kənd sakini Cavabdeh İddiaçı x3 ilə bağlanmış 1704-GL/17 saylı müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə üzrə məbləği 18.990 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına ödəniş etməmiş, güzəşt komissiyasının qərarı ilə ona 20.600 manat güzəşt olunmuş, Cavabdeh gecikdirilmiş borcu 14.243 manat və hesablanmış cərimə 8.830,33 manat təşkil edir. İş materiallarında olan İddiaçı x1 Cavabdeh ünvanladığı 03.10.2016-cı il tarixli ASC/2-3609 nömrəli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı x3 ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 26.620 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı x2 ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, iddia ərizəsində İddiaçı x3 ilə Cavabdeh arasında bağlanılmış 29.08.2012-ci il tarixli, 1060-L/12 saylı, 28.03.2013-cü il tarixli, 204-L/13 saylı və 13.11.2013-cü il tarixli, 1344-L/13 saylı lizinq müqavilələri üzrə 40.120 manat əsas borcun və 17.498 manat cərimə borcunun ödənilməsi tələb edilmiş, sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, 25.095 manat əsas borcun və 17.498 manat cərimə borcunun ödənilməsi tələb edilmiş, daha sonra iddiaçı tərəfindən cavabdehlə 1325-GL/15 saylı, 1992-GL/16 saylı və 1704-GL/17 saylı lizinq müqaviləsi bağlandığı bildirilərək, iddianın həcmini artırmış və müqavilələrə əsasən, Cavabdeh 34.003 manat əsas borcun, 32.061,13 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Cavabdeh 1344-L/13 saylı, 1325-GL/15 saylı, 1992-GL/16 saylı və 1704-GL/17 saylı lizinq müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, ona müqavilə üzrə 34.003 manat əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 32.061,13 manat cərimə hesablanmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 34.003 manat əsas borcu qəbul etdiyini, lakin cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 34.003 manat hissəsində iddia təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, iddiaçı 32.061,13 manat cərimənin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, 15 manat dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı x3 ilə Cavabdeh arasında bağlanmış 1344-L/13 saylı, 1325-GL/15 saylı, 1992-GL/16 saylı və 1704-GL/17 saylı müqavilələr üzrə yaranmış 34.003 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 34.118 manat Cavabdeh tutularaq İddiaçı x2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 34.003 manat əsas borc, 100 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 34.118 (otuz dörd min yüz on səkkiz) manat tutularaq İddiaçı x2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-64/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-64/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver