Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-9/2023 22.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi X13, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin nümayəndəsi-vəkili X7, həmçinin nümayəndəsi X15, Cavabdeh1 MMC-nin nümayəndəsi X12 iştirakları ilə İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) qarşı müəssisənin fəaliyyəti ilə əlaqədar tərtib edilmiş zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı3 və İddiaçı2 dividendin ödənilməsi, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" ASC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi və s. tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş pulun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) qarşı – cavabdehin son 10 il yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Ümumi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı tam və hərtəfəli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla, səhmdar İddiaçı1 illik ödənilmiş 6.000 manat, 3 il ərzində 18.000 manat çıxılmaqla, illik ödənilməmiş 81.186 manat olmaqla, son 3 il ərzində ödənilməmiş 243.583 manat, digər iddiaçıların hər birinə isə hər il ödənilməmiş 3.296 manat olmaqla üç il ərzində ödənilməmiş 9.888 manat dividentin cavabdeh tərəfindən iddiaçılara ödənilməsi barədə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nın (VÖEN **********) iddiaçılar da daxil olmaqla bir neçə səhmdar tərəfindən təsis edilib. Adıçəkilən cəmiyyətin səhmlərinin 13,1213 %-i İddiaçılardan fiziki şəxs İddiaçı1 qızma, 0.4986 %-i fiziki şəxs İddiaçı2 və 0,4986%-i fiziki şəxs İddiaçı3 məxsusdur. Cəmiyyətin səhmlərinin digər 85,8815 %-i isə yalnız bir səhmdara- fiziki şəxs X3 məxsusdur. Cavabdehin əsas məqsədi mənfəət əldə etməkdən ibarətdir. Cəmiyyətin əsas fəaliyyət növü Salyan şəhər daxili, Salyan şəhərindən Salyan rayonun kəndlərinə, respublikanın digər rayon və şəhərlərə sərnişin daşıma xidmətlərini həyata keçirmək olsa da, cavabdeh qanunvericiliklə qadağan edilməyən digər kommersiya xarakterli çoxsaylı fəaliyyət ( əsasən xidmət) növləri ilə məşğul olur. İddiaçılar cəmiyyətin səhmlərinin birlikdə 14.1185 %-nə malik olsalar da, cəmiyyətin idarəetməsindən tamamilə kənarlaşdırılmaqla yanaşı, səhmdar cəmiyyətinin həyata keçirdiyi layihələr, maliyyə sənədləri barədə Cəmiyyətin idarəetmə strukturlarından məlumat ala bilmirlər. Bununla bağlı səhmdarların bilavasitə və yaxud nümayəndələri v asitəsilə Cəmiyyətin İdarə Heyətinə və digər vəzifəli şəxslərinə dəfələrlə etdikləri şifahi və yazılı müraciətlərə də ya mahiyyəti üzrə cavab verilmir, ya da ümumiyyətlə cavab verilmir. Səhmdarlardan yalnız İddiaçı1 aylıq 500 ( beş yüz ) manat olmaqla illik 6000 ( altı min ) manat dividenti cavabdehdən almışdır. Digər iki səhmdar isə ASC-nin fəaliyyət göstərdiyi müddətdə indiyədək heç bir divident almamışdır. İddiaçıların müşahidəsi və sorğusu əsasında müəyyən edilmişdir ki, cavabdehlə bağlanmış icarə və s. müqavilələr əsasında Avtovağzal ərazisində və onun ətrafında ərzaq və qeyri- ərzaq, pal-paltar, məişət və s. məhsulların satışım həyata keçirən iri, orta və xırda həcmli 50 mağaza və dükanlar, kənd təsərrüfatı məhsullarını və sənaye mallarının satışı ilə məşğül olan 73 ədad səyyari satış məntəqələri və 8 ədəd ticarət köşkləri də fəaliyyət göstərir ki, qeyd edilən mağaza və dükanlar, satış məntəqələri və köşklərlə bağlanmış müqavilələr və həmin qurumlardan əldə edilmiş icarə haqqları, onlarla bağlı tərtib edilmiş maliyyə-uçot və vergi sənədləri, nəhayət həmin obyektlərdən əldə edilən gəlirlər barədə heç bir informasiya əldə etmək mümkün deyildir. Bu da ona dəlalət edir ki, həmin obyektlərdən əldə edilən gəlirlər iddiaçılardan gizlədilir. Buna baxmayaraq səhmdarların müşahidləri və ASC-ti ilə müqavilə bağlamış icarədarlarla ( sahibkarlarla) danışıqları əsasında müəyyən edilib ki, müxtəlif çeşidli məhsulların satışı ilə məşğul olan 50 ədəd mağaza və dükanların sahibkarları ilə müqavilələr bazar qiymətlərindən çox aşağı məbləğdə bağlanılsa da, icarədarlardan müqavilədən kənar haqq alınması barədə əsaslı məlumatlar mövcuddur. ASC Salyan şəhərinin mərkəzi hissəsində yerləşdiyidən orada icarə müqavilələrinin orta bazar qiymətinin aylıq 300 ( üç yüz ) manatdan aşağı olmadığını nəzərə alsaq, ümumilikdə 50 ( dükan və ya mağazadan ) sahibkardan yığılan ( və yaxud yığılmalı olan ) icarə haqqlarının aylıq məbləği 50X300=15000 ( on beş min ) manat, illik isə 180000 ( yüz səksən min) manat qədərdir. olmasını düşünmək mümkündür. Cavabdehin mağaza və dükanların icarədarları ilə müqaviləni kiçik məbləğdə rəsmiləşdirilməsi, iddiaçılara ödənilməli olan dividentin məbləğinə təsir etməklə yanaşı, vergi məsuliyyətindən yayınma kimi də qiymətləndirilməlidir. Bundan əlavə, "xxxx" ASC ərazisində 78 kiçik satış məntəqələri - “Bazar” adıyla fəaliyyət göstərir ki, cavabdeh hər satış məntəqəsini işlədən şəxsdən gün ərzində 3-5 manat vəsait toplayır ki, bu da gün ərzində ən azı 234 (iki yüz otuz dörd ) manat, ay ərzində 6720 ( altı min yeddi yüz iyirmi ), il ərzində 80440 ( səksən min dörd yüz qırx ) manat gəlir deməkdir. Cavabdeh həmin gəlirdən iddiaçılara heç bir divident ödəmir, eyni zamanda əldə edilən gəlirlər rəsmiləşdirilmədiyinə görə vergidən və məcburi sosial sığorta ödənişindən də yaymır. Eyni zamanda 9 povilyon tipli ictimai-iaşə satış yerlərininin hər birindən aylıq 150 ( yüz əlli) manata yaxın olmaqla aylıq icarə haqları almır ki, bu da 9 sahibkardan alman icarə haqqlarının məbləğinin ümumilikdə 150X9X12=16200 ( on altı min iki yüz ) manat olduğunu göstərir. Cavabdeh eyni zamanda sərnişindaşıma xidmətini də qanunvericiliyə uyğun həyata keçirmir. Salyan şəhər daxili və şəhərlərarası fəaliyyət göstərən nəqliyyat vasitəsi sahiblərindən alman gündəlik haqqlar leqallaşdırılmır. Belə ki, sərnişinlərə bilet satişları həyata keçirmir, bəzi nəqliyyat vasitələri qeydə alınmır. Cavabdeh şəhərdaxili 8 marşurut üzrə gündə 40 reys, Salyan şəhərindən Salyan rayonun kəndlərinə 15 marşurut üzrə sərnişin daşıma xidməti həyata keçirir. Şəhərdaxili hər marşurutdan gündə ən azı 12 manat haqq almır ki, bu da 8X12=96 ( doxsan altı) manat edir. Həmin marşurutlardan cavabdehin aylıq əldə etdiyi gəlir 96X30=2880 (iki min səkkiz yüz səksən ) manat, illik qazanc isə 34560 ( otuz dörd min beş yüz altmış ) manat təşkil edir. Salyan şəhərindən kəndlərə hərəkət edən 15 marşurutun hər birindən 10 manat olmaqla, gündə 150 ( yüz əlli). ayda 4500 ( dörd min beş yüz ). illik isə 54000 ( əlli dörd min ) manat qazan əldə edilir. Bundan başqa cavabdeh digər rayon və şəhərlərə sərnişin daşıyan nəqliyyat vasitələri sahiblərindən, o cümlədən: Salyan -Neftçala 10 nəqliyyat vasitəsinin hər birindən gündə 10 manat olmaqla-cəmi 100 ( yüz ) manat, aylıq-3000 ( üç min ), illik isə 36000 ( otuz altı min); Salyan -Şirvan marşurutu üzrə 10 nəqliyyat vasitəsi sərnişandaşıma xidməti həyata keçirir ki, həmin nəqliyyat vasitələrinin hər birindən cavabdeh gündə 10 manat olmaqla, 10 nəqliyyat vasitəsindən gündəlik 100 ( yüz ), aylıq 3000 ( üç min ), illik isə 36000 ( otuz altı min ) haqq alır. Həmçinin, Salyan-Şorsulu, Lənkəran (2 reys),Biləsuvar 2 reys, Ələt, Gəncə, Şirvan 2-ci yol,Bakı 10-15 reys olmaqla ayda 10-12 min, illik cəmi- 120000-136000 manat arası qeyri-qanuni qazanc əldə edir ki, həmin qazancdan da iddiaçılarda gizlədilir və onlara heç bir divident verilmir, eyni zamanda məcburi dövlət ödənişləri həyata keçirilmir. Eyni zamanda Salyan şəhərindən Şirvan, Bakı şəhərləri istiqamətində taksi kimi fəaliyyət göstərən çoxsaylı nəqliyyat vasitələrindən də yığılan rüsumlar da rəsmiləşdirilmir, mənimsənilir. Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi ərazidə "xxxx" və BakcelF’ MMC-nın müvafiq qurğuları cavabdehlə müqavilə əsasında quruşdurulmuşdur ki, həmin qurumlarla bağlanılmış icarə müqavilələrindən illik 2400 ( iki min dörd yüz ) manat icarə haqqı cavabdeh tərəfindən alınır. Bundan əlavə, Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi ərazidə "Avtovağzal" adlanan Şadlıq sarayı mövcuddur ki, həmin şadlıq sarayının sahibindən cavabdeh ildə 1500-2000 manat haqq alır. Göründüyü kimi, cavabdehin aylıq gəliri ən azı-50000-55000 (əlli-əlli beş min ) manat, illik gəliri isə 550000-600000 ( beş yüz əlli-altı yüz min ) təşkil edir. Cavabdehin illik xərclərinin 30-35 min manat olmasını ehtimal etsək, onun illik xalis mənfəətinin ən azı 520-560 min olduğunu görərik. Əldə etdiyi həmin 520-560 min illik mənfəətdən yalnız İddiaçı1 qızma ayda 500 manat olmaqla, illik 6000 ( altı min ) manat divident ödəyir. Digər iki iddiaçıya isə heç bir divident ödənilməyib. Halbuki, iddiaçısəhmdar İddiaçı1 ASC-nın səhmlərinin 13,1213 %-inə malik olduğunu nəzərə alsaq onun mənfəətdən aylıq dividenti 7265 ( yeddi min iki yüz altmış beş) manat, illik dividenti isə 87186 ( səksən yeddi min yüz səksən altı ) manat, digər iddiaçıların hər birinini 0.4986 %-i payına rəğmən aylıq dividenti 274, 23 ( iki yüz yetmiş dörd manat, iyirmi üç qəpik), illik dividenti isə 3296 ( üç min iki yüz doxsan altı) manat olmalı idi. göründüyü İddiaçı1 qızma illik 87186 ( səksən yeddi min yüz səksən altı ) manat, İddiaçı3 və İddiaçı2 hər biri illik 3296 ( üç min iki yüz doxsan altı ) manat divident verilməli olduğu halda, cavabdeh əldə etdiyi mənfəətdən yalnız səhmdar İddiaçı1 illik 6000 ( altı min ) manat divident ödənilmiş, digər iddiaçılara-səhmdarlara isə heç bir divident ödəməmişdir. Cavabdeh eyni zamanda fəaliyyət göstərdiyi sahələrdə gəlirlərini gizlətmiş, Cəmiyyətin maliyyə-mühasibat sənədləri ilə iddiaçıların tanış olmasına şəraut yaratmamış, həmçinin gəlirlərini gizlətməklə, məcburi dövlət sığorta ödənişindən və vergilərdən də yayınmışdır. Buna görə də cavabdeh, İddiaçı1 illik ödədiyi 6000 manat. 3 il ərzində 18000 ( on səkkiz min ) manatı çıxmaqla, illik ödənilməmiş 81186 ( səksən bir min yüz səksən altı ) manat olmaqla 3 illik cəmi 2018- 2019-cu illər ərzində ödənilməmiş 243583 ( iki yüz qırx üç min. beş yüz səksən üç ) manat, digər iddiaçıların hər birinə isə hər il ödənilməmiş 3296 ( üç min iki yüz doxsan altı ) manat olmaqla 2018-2020-ci illər ərzində ödənilməmiş 9888 ( doqquz min səkkiz yüz səksən səkkiz ) manat divident ödəməlidir. Həmçinin, "xxxx" ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş 42.500 manatın alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi əsassızdır və tələb etdiyi pul ona ASC tərəfindən verilən dividentdən artıqdır. Tələb edilən hallar heç bir əsasla sübuta etmir və birbaşa olaraq şər və böhtan xarakterlidir. Maraqlı şəxs kimi 5 saylı Ərazi Vergilər İdarəsinin göstərilməsi işə qərəzli yanaşıldığını göstərir. İddiaçılar tərəfindən mütəmadi olaraq ASC sədri və işçilərinə şantaj və böhtan xarekterli təzyiqlər olur. İndi isə bunu davam etdirirlər. İddiaçılar öz tələblərini əsaslandırmalı və sübut etməli olduğu halda birbaşa ASC-yə aidiyyatı olmayan halları göstərməklə şifahi formada fikirlərə əsaslanan iddialar irəli sürülmüşdür. İlk olaraq 2020-ci ilin fevral ayında da belə xarakterli iddia ilə əlaqdar bildirirəm ki, onlar tərəfindən qaldırılmış eyni tələb Salyan rayon Məhkəməsinin icraatında olmuş və qarşılıqlı iddia ilə birlikdə müvafiq sənədlər Salyan rayon Məhkəməsinə təqdim edilmişdir. İlkin iddia şər böhtan xarakterli, olduğu üçün əsassızdır. İlkin iddiada göstərilən Salyan şəhər daxili, Salyan şəhərindən Salyan rayonunun kəndlərinə, respublikanın digər rayon və şəhərlərinə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən deyil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir ki, iddia tələbi bu hissədə tamamilə əsassızıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yalnız biletlə sərnişinlərin təmin edilməsi istiqamətində xidmət göstərir. Salyan şəhərdaxili 8 marşurut, Salyan rayonunun kəndlərinə 15 marşurut üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xidmət həyata keçirilir. Müşahidə və sorğular əsasında müəyyən edilən hallara dair heç bir sübut təqdim edilməmiş və qeyd olunan 50 mağaza və 73 ədəd səyyari satış məntəqələri və 8 ədəd ticarət köşklərinin "xxxx" Açıq Səhmdar Cəmiyyətin balansında olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu hissədədə iddia tələbi tamamilə əsassızdır. Bundan əlavə cavabdehlər keçirilən bütün iclaslara rəsmi poçt xəbərnaməli bildirişlərlə göndərilmişdir. Amma heç biri bilərəkdən iclaslarda iştirak etməmişdir. Onlara könüllü razılaşma əsasında divident verilməsi qərarına gəlinsədə indi tamah ucbatından azlığından şikayətlənirlər. Onlara verilən bu pul ASC-nin gəlirlərinə uyğun deyilə dəfələrlə artıqdır. Onların ASC-yə olan şər və böhtan xarakterli müraciətlərinin qarşısının alınması üçün həmin dividentin ödənilməsinə razılıq verilmişdir ki, ASC sərbəst fəaliyyət göstərə bilsin. Onlara verilən divident digər səhmdarın şəxsi təşəbbüsü hesabına ASC-nin hesabına köçürülməklə verilir. Faktiki iddia ərizəsi şər və böhtan dolu ərizədir. Onlara verilən divident ailə vəziyyətlərini nəzərə alınmasını xahiş etdikləri üçün verilmişdir. Onlara ödənilən məbləğ hətta ASC-nin illik gəlirindən də çoxdur. Həmin ödənişlər ASC-nin onlara məxsus səhmlərin faizinə görə ödənilən məbləğdən əlavə olaraq ödənilən məbləğdir. Razılaşmış danışıqlara əsasən gələcəkdə bu məbləğ artıq olarsa indeksasiya olunacaqdır. Faktiki vəziyyətdə isə ASC ödənilən artıq məbləğin geri qaytarılması üçün tutarlı əsaslar mövcuddur. Buna əsasən də ilkin iddiaçılar onlara verilən ödənişi daim imzalamaqla hər ay almışlar. Onların səhmlərinə uyğun düşən gəlir faktiki olaraq 4436 (dörd min dörd yüz otuz altı) manat təşkil edir. Amma onlara ödənilən məbləğ 46936 (qırx min doqquz yüz otuz altı) manat ödənilmişdir. 4436 manat divident veriləcəyini nəzərə alsaq 42500 (qırx iki min beş üz) manat əlavə ödəlilən məbləğ ASC-yə geri qaytarılmalıdır. Salyan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(057)-111/2021 saylı qərardadı ilə İddiaçı2, İddiaçı3 və İddiaçı1 ilkin iddia ərizəsi və "xxxx" ASC-nin qarşılıqlı iddia ərizəsi əsasında qeydə alınmış mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-2(121)-2094/2021 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, dividendin ödənilməsinə dair ilkin, "xxxx" ASC-nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş pulun tutulması barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına “ilk iddia üzrə dividentin İddiaçı2 və İddiaçı3 ödənilməsi tələbinə dair” hissəsində iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə xitam verilmiş, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 dividendin alınması ilə bağlı "xxxx" ASC-yə müraciət etmək hüquqları izah edilmişdir. Sonradan ilk iddia üzrə İddiaçı1 nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh "xxxx" ASC-nin qarşı – cavabdehin son 10 il yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Umimi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, İddiaçı1 nümayəndəsinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçının müəyyən etdiyi auditorun iştirakı ilə tam və hərtəfəli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla, səhmdar İddiaçı1 3 il ərzində ödənilmiş 14.000 manatı çıxılmaqla, ilkin ödənilməmiş 81.186 manat olmaqla, son 3 il ərzində ödənilməmiş 243.583 manat dividentin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli 01 saylı icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin Cavabdeh1 MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 22 avqust 2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabatlarının təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı2 və İddiaçı3 hər birinə illik 6000 manat olmaqla, 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırki dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırki dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, e-2-2(121)- 2019/2022 saylı qərardadı ilə (hakim İ.Cabbarov) iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabat sənədlərinin təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh"xxxx" ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi tələbinə dair e-2-2(121)-2019/2022 saylı iş, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 dividendin ödənilməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" ASC-nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş pulun tutulması tələbinə dair e-2-2(121)-107/2022 saylı işin baxılmaq üçün bir icraatda birləşdirilməsi və işə baxılmasının e-2-2(121)-107/2022 nömrə ilə davam etdirilməsi qərara alınmışdır. Daha sonra ilk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili “iddia tələbinin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı – cavabdehin son 10 il yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Ümumi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin Vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı tam və hərtəfəli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69,350 (altmış doqquz min, üç yüz əlli) manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155,606 manat, ümumilikdə 294,306 manat məbləğində dividentin iddiaçılara ödənilməsi, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli 01 saylı icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin Cavabdeh1 MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması, "xxxx" ASC -nin səhmdarlarının xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının "xxxx" ASC -nin ləğv edilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsi: Ləğv prosesində olan “Salyan-Avtovağzal" ASC -nin xx.xx.2022-ci il tarixli X2 qərarlarının ləğv edilməsi; Ləğv prosesində olan “Salyan-Avtovağzal" ASC-nin Salyan-Avtovağzal” ASC-nin xx.xx.2022-ci il tarixli X2 qərarı ilə Cəmiyyətin qalıq əmlakının səhmdarlar və digər şəxslər arasında bölünməsinin qanunsuz hesab edilərək ləğv edilməsi; Ləğv prosesində olan “Salyan-Avtovağzal" ASC-nin əmlakın səhmdar X4 "xxxx" dair ASC-in xx.xx.2022-ci il tarixli X2 qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli “Təhvil Akt”ında göstərilənlərin: a) "xxxx" ASC-nin bütün mübahisəli balansında olan əmlak, əsas vəsaitlər, az qiymətli əmlakı onun varisi X4 təhvil verilməsi; b) "xxxx" ASC-yə məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları varisi X1; e) "xxxx" ASC-nin ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığı gündən X8 "xxxx" ASC-nin hüquq və vəzifələri üzrə hüquqi varisinin hesab edilməsi; d) "xxxx" ASC-nin ləğv edilməsi barədə məlumatın mətbuatda dərc edilməsi və kreditorların nəzərinə çatdırılması barədə bildirişin etibarsız hesab edilməsi; Salyan rayonu, ünvan 1 ünvanında olan qeyri-yaşayış sahəsinin X19 ogluııa təhvil verilməsinə dair Ləğv prosesində olan "xxxx" ASC-nin təvsiyyəçisinin xx.xx.2022-ci il tarixli “Təhvil-Təslim Akt”ının ləğv edilməsi, xx.xx.2022-ci il tarixli X5 qərarına və həmin tarixli “Təhvil-Təslim Akt”ına əsasən Ləğv prosesində olan "xxxx" ASC-nin X4 verilmiş əmlakının ( o cümlədən ünvan 2 ünvanında olan qeyri-yaşayış sahəsinin ASC-nə qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçıların nümayəndəsi X21, ilk iddia ərizəsinin və iddia tələbinin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi-vəkili X14, həmçinin nümayəndəsi X22 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilk iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X16 izahat verərək "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********). İş materiallarında olan "xxxx" ASC-nin Nizamnaməsinin 5.1-ci bəndinə əsasən səhmdarlar cəmiyyətin illik mənfəətinin məbləğindən malik olduğu səhmin və ya müvəqqəti səhm şəhadətnaməsinin dəyərinə uyğun olaraq dividend alırlar. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların ümumi yığıncağında müəyyən edilir. Səhmdarların ümumi yığıncağının qərarı ilə səhmlər üzrə divindedlər rüblər üzrə və ya ildə bir dəfə ödənilə bilər, 5.5-ci bəndinə əsasən hər bir səhmdarın ümumi yığıncağda iştirak etmək və “Səhmdar Cəmiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun məlumatlar almaq hüququ vardır, 6.1-ci bəndinə əsasən cəmiyyətin ali idarətetmə orqanı səhmdarların ümumi yığıncağıdır, 6.2-ci bəndində səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətləri müəyyən olunmuşdur, 6.4-cü bəndinə əsasən bütün yığıncaqların keçirilməsi üçün oluna yetərsay cəmiyyətin səhmdarlarının və ya onların səlahiyyətli nümayəndələrinin ən azı 60 (altmış) faizinin iştirakı ilə təmin edilir. Bu şərtlə ki, onlar cəmiyyətin adi səhmlərinin ən azı 51 (əlli bir) faizinin sahibi olsunlar. Yetərsay olmadıqda yeni yığıncağın vaxtı təyin edilir (i/v: İİİ cild, səhifə 253). İşdən görünür ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə "xxxx" ASCyə müraciət edərək müəssisənin maliyyə sənədlərinin onlara təqdim edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən görünür ki, İddiaçı1 nominal dəyəri 2 manat olan 4158 ədəd adi adlı səhmin mülkiyyətçisidir. Faiz nisbəti 13.1213 təşkil edir. İddiaçı3 nominal dəyəri 2 manat olan 158 ədəd adi adlı səhmin mülkiyyətçisidir. Faiz nisbəti 0.4986 təşkil edir. İddiaçı2 nominal dəyəri 2 manat olan 158 ədəd adi adlı səhmin mülkiyyətçisidir. Faiz nisbəti 0.4986 təşkil edir ((i/v: Vİİİ cild, səhifə 61). İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 2011-2021-ci illər ərzində "xxxx" ASC tərəfindən İddiaçı1 27.753,67 manat, İddiaçı3 1.218,62 manat və İddiaçı2 1.036 manat məbləğində dividend ödənilmişdir (i/v: İİ cild, 7-39-cu səhifələr). İş materiallarında olan "xxxx" ASC-nin 2011-2021-ci illər ərzində keçirilmiş səhmdarların ümumi yığıncağının gündəlikdə duran məsələlərə baxılması haqqında protokollardan görünür ki, sərbəst mənfəətin səhmdarlar arasında divident olaraq bölüşdürülməsi təklif edilmiş, təklif səsə qoyularaq qəbul edilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC hal-hazırda ləğv prosesindədir. İşdən görünür ki, "xxxx" ASC (“icarəyə verən”) ilə Cavabdeh1 MMC (“icarədar”) arasında 25 yanvar 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Azərbaycan Respublikası, Salyan şəhəri, Y.Qasımov-1 ünvanında yerləşən, "xxxx" ASC-yə məxsus bütün fəaliyyət növləri və 1173,3 kv.m (**********-70002 kodları) əmlakı ilə birlikdə icarədarın istifadəsinə verir. Həmin icarə müqaviləsinə edilmiş protokoldan görünür ki, icarə obyektinin aylıq icarə haqqı 1.800 manat təyin edilmişdir (i/v: İİİ cild, səhifə 129). İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş **********239400 saylı tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********162919 saylı qərar əsasında "xxxx" ASC-yə maliyyə sanksiyası tətbiq edilmiş və büdcəyə ödənilməli olan 71.679,77 manat vəsaitin 5 gün müddətində yerli xəzinə orqanlarının hesabına ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 9/4898 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan "xxxx" ASC-nin Maliyyə-Təftiş komissiyasının hesabat aktı və Müstəqil auditor rəyləri məlumatlarına, səyyar vergi yoxlaması aktları məlumatlarına əsasn, Cəmiyyətin 2011-ci ildən 2021-ci il də daxil olmaqla fəaliyyət göstərdiyi müddətdə hər ilə dair xalis mənfəəti 2011-ci il üzrə 3956,29 manat, 2012-ci il üzrə 4135,74 manat, 2013-cü il üzrə 5043,87 manat, 2014-cü il üzrə 4672,19 manat, 2015-ci il üzrə 7664,20 manat, 2016-cı il üzrə 4195 manat, 2017-ci il üzrə 4392,65 manat, 2018-ci il üzrə 4802,51 manat, 2019-cu il üzrə 6222,19 manat, 2020-ci il üzrə 1954,78 manat və 2021-ci il üzrə 2144,40 manat müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 150 manat təşkil etmişdir (i/v: İİİ cild, səhifə 278). İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh "xxxx" ASC-yə məxsus Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 5 ünvanında yerləşən 568,5 kv.m və 804,8 kv.m ümumi sahədən ibarət və təqdim olunmuş sənədlərə əsasən Cavabdeh1 MMC-yə icarəyə verilmiş ticarət obyektlərinin icarə bazar dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə işi aparılaraq "xxxx" ASC-yə məxsus və Cavabdeh1 MMC-yə icarəyə verilmiş Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 5 ünvanında yerləşən 568,5 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixli hesablamalara əsasən icarə bazar dəyəri 1.345 manat, "xxxx" ASC-yə məxsus və Cavabdeh1 MMC-yə icarəyə verilmiş Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 5 ünvanında yerləşən 804,8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixli hesablamalara əsasən icarə bazar dəyəri 963 manat müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərcləri X21 tərəfindən ödənilmişdir (i/v: V cild, səhifə 155). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkətinin rəyindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində icarəyə verilmiş obyektlərin ümumi aylıq icarə dəyəri 13.075,68 təşkil edir (i/v: V cild, səhifə 196). İş materialları ilə müəyyən olunur ki, ilk iddia üzrə İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə1 komission məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə vəsatəti təmin edilərək məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə komission məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli, 9/89 saylı məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 24 dekabr 2019-cu il tarixli Protokolundan görünür ki, 24 dekabr 2019-cu il tarixdə Salyan şəhərində 26267 ədəd səhmə malik olan 2 səhmdarın iştirakı ilə (82.89%) "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda ASC-nin bütün əmlakı ilə birlikdə icarəyə verilməsi zərurətinin yarandığı, belə olan halda ASC-də mühasib və sədr vəzifəsinin saxlanılması, ASC-nin digər işçilərinin isə icarəyə götürən qurumun tərkibinə keçməsi şərtilə icarə olaraq idarəetməyə verilməsi məqsədə uyğun hesab edilmişdir. Eyni zamanda, mətbuatda ASC-nin icarəyə verilməsi ilə bağlı elan verilməsinin vacibliyi bildirilmiş, ASC-nin icarəyə verilməsi ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyətlərinə aid edilməsi məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir (i/v: İİ cild, səhifə 105). İşdə olan “Vergilər” qəzetinə aid vərəqin kserosurətindən görünür ki, İdarə Heyəti tərəfindən "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 2022-ci il iyul ayının 17-də saat 11:00-da ünvan 6 ünvanında keçirilməsi barədə elan dərc olunmuş və həmin elanda yığıncağın gündəliyində 1. Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı. 2. Cəmiyyətin ləğv olunması. 3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi. 4. Digər məsələlər - olduğu qeyd edilmişdir (i/v: Vİİİ cild, səhifə 114). İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 17 iyun 2022-ci il tarixli Protokolundan görünür ki, 17 iyun 2022-ci il tarixdə Salyan şəhərində "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda gündəlikdə duran məsələlər - 1). Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və əleyhinə 4158 s/s (13.12 %) olmaqla cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı qənaətbəxş hesab edilməsi və cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına görə əldə olunmuş 2144 manat xalis mənfəətin səhmdarlar arasında onların malik olduqları səhmlərin sayına mütənasib olaraq divindend şəklində bölüşdürülməsi qərara alınmışdır. 2). Cəmiyyətin ləğv olunması məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "xxxx" ASC-nin ləğv edilməsi qərara alınmışdır. 3). Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "xxxx" ASC-nin ləğv edilməsi ilə əlaqədar X22 təsviyəçi təyin edilərək ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, təsviyəçi "xxxx" ASC-nin AZ********** qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 manat olan 31689 ədəd sənədsiz, adi, adlı səhmi geri alınaraq dövriyyədən çıxarılması qərara alınmışdır (i/v: V cild, səhifə 105). İşdə olan "xxxx" ASC-nin 17 iyun 2022-ci il tarixli səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısından görünür ki, yığıncaqda 4158 ədəd səhmə malik olan İddiaçı1 adından etibarnamə əsasında “V.Əliyev” adlı şəxs, 25909 ədəd səhmə malik olan X9, 100 ədəd səhmə malik olan X10 və 100 ədəd səhmə malik olan X11 adından etibarnamə əsasında “X.Məmmədov” adlı şəxs iştirak etmiş və siyahını imzalamışdırlar (i/v: Vİİİ cild, səhifə 113). İş materiallarında olan “Vergilər” qəzetinə aid vərəqin kserosurətindən görünür ki, "xxxx" ASC-nin səhmdarlarının X2 2022-ci il noyabr ayının 29-da saat 15:00-da ünvan 6 ünvanında keçirilməsi barədə elan dərc olunmuş və həmin elanda yığıncağın gündəliyində
1. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi. 2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması. 3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi. 4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi. 5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi. 6. Digər məsələlər - olduğu qeyd edilmişdir (i/v: Vİİİ cild, səhifə 123). İşdə olan "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 29 noyabr 2022-ci il tarixli Protokolundan görünür ki, 29 iyun 2022-ci il tarixdə Salyan şəhərində "xxxx" ASCnin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda 30267 ədəd səhmə malik (səsli səhmlərin 95.51 %) 2 nəfər etibarnamə əsasında olmaqla 4 nəfər səhmdar iştirak etmişdir. Yığıncaqda gündəlikdə duran məsələlər – 1. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi. 2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması. 3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi. 4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi. 5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla həmin məsələlərlə bağlı irəli sürülən bütün təkliflər qəbul edilmişdir (i/v: Vİİİ cild, səhifə 115). İş materiallarına əlavə olunmuş Milli Depozit Mərkəzinin "xxxx" ASC-nin qiymətli kağızlarının ləğv edilməsinə dair 11 yanvar 2023-cü il tarixli Aktından görünür ki, "xxxx" ASC-nin ləğv olunması haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022ci il tarixli arayışını və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC-nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv edilmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkəmənin 29 sentyabr 2023-cü il tarixli 2- 2(121)-9/2023 nömrəli qərardadına əsasən iş üzrə keçirilən audit yoxlaması zamanı hazırkı işin bütün mövcud materiallarını və sənədlərini, habelə işdə olan əvvəlki ekspert rəylərini və audit sənədlərini əhatə edən audit yoxlaması nəticəsində 07 dekabr 2023-cü il tarixli SDO/01 nömrəli müstəqil auditor rəyi verilmişdir. 1-ci sual üzrə "xxxx" ASC-nin 2011- 2022-ci illər üzrə maliyyə fəaliyyəti ilə bağlı tərtib edilmiş mühasibat uçotu sənədləri müvafiq qanunvericiliyə və qaydalara uyğun tərtib edilmişdir. 2-ci sual üzrə LPO "xxxx" ASC-nin 2011-2022-ci illər üzrə cəmi gəlirləri 564.283,28 manat, cəmi xərcləri isə 488.098,68 manat olmuşdur. 3-cü sual üzrə 2011-2022-ci illər üzrə xalis mənfəət ümumilikdə 81.862,98 manat olmuşdur. 4-cü sual üzrə "xxxx" ASC-nin 2011-2022-ci illər üzrə elan edilməli olan dividendləri hər ilə dair ümumilikdə 59.241,22 manat olmuşdur. 2022-ci ildə müəssisə ləğv edildiyindən dividend hesablanılmamışdır. 5-ci sual üzrə 2011ci ildən 2022-ci ilədək "xxxx" ASC-nin xalis mənfəəti nəzərə alınaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 ASC-dəki paylarına uyğun olaraq 2011-2022-ci illər ərzində İddiaçı1 ödənilməli olan dividend məbləğinin 31.669,92 manat, İddiaçı2 ödənilməli olan dividend məbləğinin 1.203,44 manat və İddiaçı3 ödənilməli olan dividend məbləğinin 1.203,44 manat olması barədə hesablama aparılmışdır. 6-cı sual üzrə 2011-ci ildən 2022-ci ilədək "xxxx" ASC tərəfindən İddiaçı1 ümumilikdə 27.753,67 manat, İddiaçı2 ümumilikdə 1.036,38 manat və İddiaçı3 ümumilikdə 1.218,62 manat dividend ödənilmişdir. Həmin rəyin “Nəticə” hissəsində göstərilmişdir ki, İddiaçı1 əmlak bölgüsü də daxil olmaqla 31.669,92 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 27.753,67 manat ödəniş edilmişdir. Qalıq 3.916,25 manat cəmiyyətin İddiaçı1 borcu qalmışdır. İddiaçı2 əmlak bölgüsü də daxil olmaqla 1.203,44 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 1.036,38 manat ödəniş edilmişdir. Qalıq 167,06 manat cəmiyyətin İddiaçı2 borcu qalmışdır. İddiaçı3 əmlak bölgüsü də daxil olmaqla 1.203,44 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 1.218,62 manat ödəniş edilmişdir. Qalıq 15,18 manat İddiaçı3 cəmiyyətə borcu qalmışdır. Məhkəmə, ilk iddia üzrə tələblərdən biri olan “cavabdehin son 10 il, yəni 2011-2020ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Ümumi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi” hissəsini araşdıraraq müəyyən etdi ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh LPO "xxxx" ASC-nin səhmdarıdırlar. İddiaçı1 həmin ASC-də 4158 ədəd, İddiaçı2 158 ədəd və İddiaçı3 158 ədəd adi adlı səhmi vardır. Hazırki işdə də ilk iddia üzrə iddiaçılar ASC-nin səhmdarı kimi iddia ərizəsində sadalanan və ASC-nin fəaliyyətinə dair sənədlərin onlara təqdim edilməsini xahiş etmiş, lakin həmin sənədlər onlara təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. - 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. - 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. - 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır. - 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. - 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. - 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Məhkəmə, qanunvericliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, ilk iddia üzrə iddiaçılar iddia ərizəsində qeyd olunan yalnız ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2011-2022-ci illər üzrə keçirilmiş ASC-nin ümumi yığıncaqlarının protokollarının surətlərinin və həmin dövrə dair maliyyə hesabatlarının onlara təqdim edilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən digər sənədlərin iddiaçılara verilməsi ilə bağlı mülki qanunvericilikdə birbaşa norma göstərilmədiyindən qeyd olunan sənədlərin təqdim edilməsi hissəsində ilk iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, səhmdarların qanunvericiliklə tənzimlənmiş hüquqlarından hər hansı kənarlaşma məqbul hesab edilməməlidir. Belə ki, Mülki Məcəllənin 106-cı maddəsində səhmdarın ASC-nin fəaliyyətinə dair məlumatlar almaq hüququ qanunvericiliklə müəyyən edilmiş qayda ilə məhdudlaşdırılmışdır. Bu baxımdan səhmdarların səlahiyyətinin həcminin geniş mənada təfsiri elə həmin bu normanın özü ilə ziddiyyətin yaranmasına gətirib çıxara bilər. Məhkəmə, ilk iddia üzrə “iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı tam və hərtəfəli yoxlanılması” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin 29 sentyabr 2023-cü il tarixli 2-2(121)- 9/2023 nömrəli qərardadına əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı ilə audit yoxlaması təyin edilmiş və audit yoxlamasının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına tapşırılmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli, 1/59 SDO saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən audit yoxlaması keçirilmiş və müstəqil auditor rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəy tərəflərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə, ilk iddia üzrə tələblərdən olan “audit yoxlamasının nəticələri nəzərə alınmaqla cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69,350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155,606 manat, ümumilikdə 294,306 manat məbləğində dividentin iddiaçılara ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, mübahisə üzrə həqiqətə nail olmaq üçün iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları, o cümlədən audit yoxlaması təyin olunmuş, müvafiq ekspertiza və audit rəyi məhkəməyə təqdim olunmuşdur. Audit rəyinin “Nəticə” hissəsində göstərilmişdir ki, İddiaçı1 əmlak bölgüsü də daxil olmaqla 31.669,92 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 27.753,67 manat ödəniş edilmişdir. Qalıq 3.916,25 manat cəmiyyətin İddiaçı1 borcu qalmışdır. İddiaçı2 əmlak bölgüsü də daxil olmaqla 1.203,44 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 1.036,38 manat ödəniş edilmişdir. Qalıq 167,06 manat cəmiyyətin İddiaçı2 borcu qalmışdır. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ilk iddia üzrə iddiaçıların tələbi məhz audit yoxlamasının nəticələri nəzərə alınmaqla dividendin ödənilməsi olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərinə və 07 dekabr 2023-cü il tarixli, SDO/01 nömrəli audit rəyinə əsaslanaraq hesab edir ki, 2011-2022-ci illər üzrə "xxxx" ASC tərəfindən keçirilən səhmdarlarının ümumi yığıncaqlarında dividendlərin ödənilməsi barədə qərarlar qəbul edilsə də və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarından olan İddiaçı1 payına uyğun dividend məbləği 3.916,25 manat, İddiaçı2 payına uyğun dividend məbləği 167,06 manat təşkil etsə də həmin dividend məbləğləri ASC tərəfindən qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanaraq, rəsmi qaydada onlara təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. - 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. - 106-1.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. - 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. - 106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. - 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Məhkəmə, eyni zamadan qeyd edir ki, ilk iddia üzrə iddiaçılar 2011-2022-ci illər üzrə onlara çatası dividendin rəsmi maliyyə-mühasibatlıq sənədləri ilə deyil, iddiaçı tərəfin öz təxmini hesablaması əsasında tələb olunur. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçıların “audit yoxlamasının nəticələri nəzərə alınmaqla cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69,350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155,606 manat, ümumilikdə 294,306 manat məbləğində dividentin iddiaçılara ödənilməsi” barədə verilmiş iddia tələbləri qismən təmin olunaraq Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli, 1/59 SDO saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən keçirilmiş audit yoxlamasının nəticələri nəzərə alınmaqla ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı1 xeyrinə 3.916,25 manat, İddiaçı2 xeyrinə 167,06 manat məbləğində dividend tutulmalıdır. Məhkəmə, ilk iddia üzrə iddiaçıların "xxxx" ASC tərəfindən keçirilmiş 17 iyun 2022-ci il tarixli və 29 noyabr 2022-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin tələb əsassızdır və təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həm 17 iyun 2022-ci il tarixində, həm də 29 noyabr 2022-ci il tarixində "xxxx" ASC tərəfindən keçirilən səhmdarların ümumi yığıncaqları barədə “Vergilər” qəzetində müvafiq məlumat dərc olunmuşdur. Daha sonra 17 iyun 2022-ci il tarixdə Salyan şəhərində "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda gündəlikdə duran məsələlər - 1). Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və əleyhinə 4158 s/s (13.12 %) olmaqla cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı qənaətbəxş hesab edilməsi və cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına görə əldə olunmuş 2144 manat xalis mənfəətin səhmdarlar arasında onların malik olduqları səhmlərin sayına mütənasib olaraq divindend şəklində bölüşdürülməsi qərara alınmışdır. 2). Cəmiyyətin ləğv olunması məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "xxxx" ASC-nin ləğv edilməsi qərara alınmışdır. 3). Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "xxxx" ASCnin ləğv edilməsi ilə əlaqədar X22 təsviyəçi təyin edilərək ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, təsviyəçi "xxxx" ASC-nin AZ********** qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 manat olan 31689 ədəd sənədsiz, adi, adlı səhmi geri alınaraq dövriyyədən çıxarılması qərara alınmışdır. Həmin yığıncaqda 4158 ədəd səhmə malik olan İddiaçı1 adından etibarnamə əsasında X21, 25909 ədəd səhmə malik olan X9, 100 ədəd səhmə malik olan X10 və 100 ədəd səhmə malik olan X11 adından etibarnamə əsasında “X.Məmmədov” adlı şəxs iştirak etmiş və siyahını imzalamışdırlar. Bundan əlavə, 29 iyun 2022-ci il tarixdə Salyan şəhərində "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda 30267 ədəd səhmə malik (səsli səhmlərin 95.51 %) 2 nəfər etibarnamə əsasında olmaqla 4 nəfər səhmdar iştirak etmişdir. Yığıncaqda gündəlikdə duran məsələlər – 1. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi. 2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması. 3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi. 4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi. 5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla həmin məsələlərlə bağlı irəli sürülən bütün təkliflər qəbul edilmişdir (i/v: Vİİİ cild, səhifə 115). Həmin yığıncaqda İddiaçı1 adından etibarnamə əsasında X21 iştirak etmiş və qərarlarla bağlı bitərəf olduğuna dair siyahıda müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Həmin Məcəllənin 107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir Qeyd olunan Məcəllənin 107-2.1-ci maddəsinə görə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Qeyd olunan Məcəllənin 107-3.1-ci maddəsinə əsasən səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Həmin Məcəllənin 107-3.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir.” Həmin Məcəllənin 107-5.1-ci maddəsinə görə səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Qeyd olunan Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Yenə həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, "xxxx" ASC tərəfindən 17 iyun 2022-ci il tarixində və 29 noyabr 2022-ci il tarixində səhmdarların ümumi yığıncağı keçirilərkən Mülki Məcəllənin 107-2.1, 107-3.5 və 107-5.1ci maddələrinin tələbləri pozulmamışdır. Həmin normalara əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm – bir səsdir" prinsipi əsasında həyata keçirilir. Səhmdarların ümumi yığıncağının qərarı, MM və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən 17 iyun 2022-ci il tarixli və 29 noyabr 2022-ci il tarixli ümumi yığıncaqların iclasında iştirak edən səsli səhmlərin sayı 30267 səhm, yəni 95.51 faiz olmuşdur. Göründüyü kimi, həm 17 iyun 2022-ci il tarixli, həm də 29 noyabr 2022-ci il tarixli ümumi yığıncaqlarda sözügedən qərarların qəbul olunması üçün qanunla nəzərdə tutulmuş yetərsay mövcud olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçılar səhmdarlarının 17 iyun 2022-ci il tarixli və 29 noyabr 2022-ci il tarixli ümumi yığıncaqlarında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi hissəsində iddia tələblərinin əsaslılığını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri). Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, ekspert rəyləri və s. aiddir. Məhkəmə, ilk iddia tələbinin "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli 01 saylı icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin Cavabdeh1 MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 24 dekabr 2019-cu il tarixində "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda 26267 ədəd səhmə malik olan 2 səhmdarın iştirakı ilə (82.89%) ASC-nin bütün əmlakı ilə birlikdə icarəyə verilməsi zərurətinin yarandığı, belə olan halda ASC-də mühasib və sədr vəzifəsinin saxlanılması, ASC-nin digər işçilərinin isə icarəyə götürən qurumun tərkibinə keçməsi şərtilə icarə olaraq idarəetməyə verilməsi məqsədə uyğun hesab edilmiş, eyni zamanda, mətbuatda ASC-nin icarəyə verilməsi ilə bağlı elan verilməsinin vacibliyi bildirilmiş, ASC-nin icarəyə verilməsi ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyətlərinə aid edilməsi məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Bundan sonra "xxxx" ASC (“icarəyə verən”) ilə Cavabdeh1 MMC (“icarədar”) arasında 25 yanvar 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən icarə obyektinin aylıq icarə haqqı 1.800 manat olmaqla Azərbaycan Respublikası, Salyan şəhəri, Y.Qasımov-1 ünvanında yerləşən, "xxxx" ASC-yə məxsus bütün fəaliyyət növləri və 1173,3 kv.m (**********-70002 kodları) əmlakı ilə birlikdə icarədarın istifadəsinə verilmişdir. Göründüyü kimi, 24 dekabr 2019-cu il tarixli ümumi yığıncaqda sözügedən qərarların qəbul olunması üçün qanunla nəzərdə tutulmuş yetərsay mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin baglanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, 24 dekabr 2019-cu il tarixində "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş qərar əsasında bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında ASC-nin Cavabdeh1 MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması hissəsində iddia tələblərinin əsaslılığı sübuta yetirilmir. Odur ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli 01 saylı icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASCnin Cavabdeh1 MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması” hissəsi təmin edilməməlidir. Məhkəmə, eyni zamanda ilk iddia tələbinin “ləğv prosesində olan “Salyan- Avtovağzal" ASC-nin əmlakın səhmdar X4 "xxxx" dair ASC-in xx.xx.2022-ci il tarixli X2 qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli “Təhvil Akt”ında göstərilənlərin: a) "xxxx" ASC-nin bütün mübahisəli balansında olan əmlak, əsas vəsaitlər, az qiymətli əmlakı onun varisi X4 təhvil verilməsi; b) "xxxx" ASC-yə məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları varisi X1; e) "xxxx" ASC-nin ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığı gündən X8 "xxxx" ASCnin hüquq və vəzifələri üzrə hüquqi varisinin hesab edilməsi; d) "xxxx" ASC-nin ləğv edilməsi barədə məlumatın mətbuatda dərc edilməsi və kreditorların nəzərinə çatdırılması barədə bildirişin etibarsız hesab edilməsi; Salyan rayonu, ünvan 1 ünvanında olan qeyriyaşayış sahəsinin X19 ogluııa təhvil verilməsinə dair Ləğv prosesində olan "xxxx" ASC-nin təvsiyyəçisinin xx.xx.2022-ci il tarixli “Təhvil-Təslim Akt”ının ləğv edilməsi, xx.xx.2022-ci il tarixli X5 qərarına və həmin tarixli “Təhvil-Təslim Akt”ına əsasən Ləğv prosesində olan "xxxx" ASC-nin X4 verilmiş əmlakının ( o cümlədən ünvan 2 ünvanında olan qeyri-yaşayış sahəsinin ASC-nə qaytarılmasının təmin edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan tələb əsassızdır. Buna görə də həmin tələb təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli “Təhvil Akt”ı “Salyan-Avtovağzal" ASCnin xx.xx.2022-ci il tarixli X2 nəticəsində tərtib edilmişdir. Həmin qərarın etibarsızlığı məhkəmə tərəfindən müəyyən edilmədiyindən həmin qərarda müzakirə olunan məsələlərin yekunu olaraq tərtib edilmiş təhvil aktı da qanunidir və həmin aktda göstərilənlərin ləğvi üçün hüquqi əsas yoxdur. Məhkəmə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Salyan-Avtovağzal" ASC-nin ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş 42.500 manatın alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qarşılıqlı iddiası ilə bağlı qeyd edir ki, həmin iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarında olan sənədlərlə "xxxx" ASC-nin İddiaçı1 42.500 manat artıq dividendin ödənildiyi sübuta yetirilmir. Halbuki, işdə olan 07 dekabr 2023-cü il tarixli SDO/01 nömrəli audit rəyinə əsasən məhz "xxxx" ASC-nin İddiaçı1 3.916,25 manat borcunun qaldığı müəyyən olunur. Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, həmçinin bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən mövcud iddia tələbləri əsassızdır. Buna görə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 manatı ilkin iddia üzrə iddiaçılardan, 75 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2011-2022-ci illər üzrə ASC-nin ümumi yığıncaqlarının protokollarının surətləri və həmin dövrə dair maliyyə hesabatları ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 təqdim edilsin. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli, 1/59 SDO saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən keçirilmiş audit yoxlamasının nəticələri nəzərə alınmaqla ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı1 xeyrinə 3.916,25 manat, İddiaçı2 xeyrinə 167,06 manat məbləğində dividend tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin qarşılıqlı iddia ərizəsi rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 manatı ilkin iddia üzrə iddiaçılardan, 75 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elşən Abdullayev