Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-3/2023 11.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-nin Cavabdeh qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 xx.xx.2016-cı il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, TTD 1605/12xxxx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 4650.11 (dörd min altı yüz əlli dollar on bir sent) ABŞ dollarının və faiz məbləği üzrə 2872.00 (iki min səkkiz yüz yetmiş iki) ABŞ dollarının, ümumilikdə 7522.11 (yeddi min beş yüz iyirmi iki dollar on bir sent) ABŞ dollarının və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, TTD 1605/12xxxx/2011-9 saylı daxili lizinq müqaviləsi bağlanıldığını, müqaviləyə əsasən onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “Dong Feng DFL3310A14” markalı, şassi nömrəsi: LZAX5DF52B3804597, buraxılış ili 2011-ci il olan avtomobilin İddiaçı1-nin öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verdiyini, cavabdehin isə öz növbəsində 33788,09 (otuz üç min yeddi yüz səksən səkkiz dollar doqquz sent) ABŞ dolları məbləğində borcu illik 21 % olmaqla, 36 ay müddətində İddiaçı1-yə ödəməyi öz öhdəsinə götürdüyünü, cavabdehin daxili maliyyə lizinq müqaviləsində göstərilmiş illik 21 % olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəmədiyini və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyini, cavabdehin öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən xəbərdarlıq edildikdən sonra lizinq obyektini geri qaytardığını, cavabdehin qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəmədiyini və bununla da müqavilə şərtlərini pozduğunu, cavabdehə dəfələrlə xəbərdarlıq edilərək, borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə bildirilsə də cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəmədiyini, İddiaçı1 tərəfindən tərtib olunmuş borca dair arayışından cavabdehin xx.xx.2014-cü il tarixli, TTD 1605/12xxxx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən hesablanmış gecikən əsas məbləğ üzrə 4650.11 (dörd min altı yüz əlli dollar on bir sent) ABŞ dolları və faiz məbləği üzrə 2872.00 (iki min səkkiz yüz yetmiş iki) ABŞ dolları, ümumilikdə 7522.11 (yeddi min beş yüz iyirmi iki dollar on bir sent) ABŞ dolları borcu olduğunun göründüyünü bildirib Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.2.1, 449, 449.4, 747.1, 748-1.8, 748-1.12.4, 748-1.8, 748-2.1 və 748-2.3-cü maddələrinə və daxili lizinq müqaviləsinin 13.1.4, 13.5 və 14.1-ci maddələrinə istinad edərək İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 4650.11 (dörd min altı yüz əlli dollar, on bir sent) ABŞ dollarının və faiz məbləği üzrə 2872.00 (iki min səkkiz yüz yetmiş iki) ABŞ dollarının, ümumilikdə 7522.11 (yeddi min beş yüz iyirmi iki dollar, on bir sent) ABŞ dollarının və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(005)-55/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(005)-55/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)-3440/2022 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(005)-55/2018 nömrəli qətnaməsi ləğv edilərək iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmişdir. İş 07 iyun 2022-ci il tarixdə tarixdə Naxçıvan MR Kommersiya məhkəməsinin icraatına qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi daxil olmuşdur. Cavabdeh etiraz ərizəsində İddiaçı1-nin xx.xx.2016-cı il tarixdə iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsi ilə müraciət edərək onunla arasında xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsi bağlandığını, müqaviləyə əsasən onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “Dong Feng DFL3310A14” markalı, şassi nömrəsi: LZAX5DF52B3804597, buraxılış ili 2011-ci il olan avtomobili İddiaçı1 öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verildiyini, onun isə öz növbəsində 33788,09 (otuz üç min yeddi yüz səksən səkkiz dollar doqquz sent) ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində İddiaçı1-yə ödəməyi öz üzərinə götürdüyünü qeyd edərək, ondan gecikən əsas məbləğ üzrə 4650.11 (dörd min altı yüz əlli dollar on bir sent) ABŞ dolları və faiz məbləği üzrə 2872.00 (iki min səkkiz yüz yetmiş iki) ABŞ dolları, ümumilikdə 7522.11 (yeddi min beş yüz iyirmi iki dollar on bir sent) ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(005)-55/2018 nömrəli qətnaməsi ilə ondan xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 4650.11 (dörd min altı yüz əlli dollar on bir sent) ABŞ dolları və faiz məbləği üzrə 2872.00 (iki min səkkiz yüz yetmiş iki) ABŞ dolları, ümumilikdə 7522.11 (yeddi min beş yüz iyirmi iki dollar on bir sent) ABŞ dolları və 30 manat dövlət rüsumu İddiaçı1 Lizinq Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və aparılmış ekspertizanın dəyəri olan 145 (bir yüz qırx beş) manat ondan tutularaq “SAP (XİİS) hesabı-X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN**********, Hesab 34CTRE********************” hesabına keçirilməsinin qət edildiyini, 2022-ci ilin fevral ayında Naxçıvan MR polis əməkdaşlarının qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndinə gedərək, dayısına onun axtarıldığını bildirdiklərini, o, onu axtaran polis əməkdaşları ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayanda onu axtaranın Şərur rayon İcra Şöbəsi olduğundan xəbər tutduğunu, "xxxx" QSC onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyinin və məhkəmənin onun iştirakı olmadan 27 iyul 2018-ci il tarixli, 2(005)-55/2018 nömrəli qətnamə qəbul etdiyinin işi araşdırdığı zaman ona məlum olduğunu, onun rəsmi ərizə ilə məhkəməyə müraciət etdiyini, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən rəsmi qaydada qətnaməsini aldığını, qətnamədə qeyd edilən fikirlərlə razı olmadığı üçün ona verilən qanuni hüquqdan istifadə edərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-55/2018 saylı qətnaməsini qanunsuz və əsassız saydığı üçün iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verdiyini, hakim tərəfindən qətnamə qəbul edilərkən işə onun iştirakı olmadan baxıldığını, onu dindirmədən, izahatını almadan, iddiaçı lizinqin nümayəndəsinin məhkəməyə verdiyi ifadələrinə istinad etdiyini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3440/2022 saylı, xx.xx.2022-i il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edildiyini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 55/2018 saylı işi üzrə 27 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edildiyini və iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsinin qərara alındığını, 2-2(123)-53/2022 nömrəli mülki iş üzrə, 28 iyun 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmiş İddiaçı1-nin ona qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə etirazının olduğunu, iddiaçı “Unileasing" Lizinq Şirkəti QSC ilə heç bir rəsmi müqavilə bağlamadığını məhkəmənin nəzərinə çatdırmaq istədiyini, onun əmisi oğlu X5 İddiaçı1-nin rəhbərliyi ilə razılaşaraq, onlardan qətnamədə adı gedən “Dong Feng DFL3310A14” markalı, şassi nömrəsi: LZAX5DF52B3804597, buraxılış ili 2011-ci il olan avtomobili götürərək vaxtı-vaxtında ona təqdim edilmiş ödəniş cədvəli üzrə ödənişlərin aparılmasını öz üzərinə götürdüyünü, eyni zamanda, onun fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, əmisi oğlunun avtomobili onun adına (lizinqin təkidi ilə, onun xəbəri və heç bir rəsmi sənədlərdə imzası olmadan) rəsimləşdirdiyini, əmisi oğlunun lizinqə ilkin olaraq 6000 (altı min) ABŞ dolları ödəniş etdiyini, növbəti 3 ay müddətində 3672.04 (üç min altı yüz yetmiş iki dollar dörd sent) ABŞ dolları ödənişi həyata keçirdiyini, sonradan işi olmadığından ödənişləri edə bilmədiyini, lizinq tərəfindən avtomobilin idarə olunması üçün etibarnamə verilmədiyindən, əmisi oğlunun xx.xx.2015-ci il tarixdə avtomobili şirkətin əməkdaşlarına təhvil verdiyini, bütün bu baş verənlərin heç birindən onun xəbəri olmadığını, İddiaçı1-nin ona qarşı qaldırdığı iddia ərizəsinin qeyri-qanuni və əsassız olduğunun buradan göründüyünü, eyni zamanda, 6 il müddətində lizinq tərəfindən ona heç bir xəbərdarlıq edilmədiyini və iddia müddəti bitdiyini, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu bildirib, İddiaçı1-nin ona qarşı qaldırdığı “Daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmadan rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-2(123)-53/2022 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmış, 05 avqust 2022-ci il tarixdə İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC tərəfindən 08 iyul 2022-ci il tarixli, 2-2(123)-53/2022 saylı qərardaddan şikayət verilmiş, 22 avqust 2022-ci il tarixli, 2-2(123)-53/2022 saylı qərardadla 08 iyul 2022-ci il tarixli, 2-2(123)-53/2022 saylı qərardad ləğv edilərək iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Cavabdeh 08 iyul 2022-ci il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etməyərək iddiaçı tərəfin əsaslı iddia qaldırdığını, onların sənədlərinin qeyri-qanuni olduğunu, onların saxta işlər gördüklərini qeyd etmişdir. X1 izahında ekspertin qarşısına qoyulan suallar əsasında tədqiqat obyektlərinə baxıldığını, bu zaman 2014-cü ildə lizinq şirkətindən lizinq obyekti götürüldüyünün, 26 yanvar 2015-ci il tarixdə isə lizinq obyektinin geri qaytarıldığının müəyyən olunduğunu, lizinq obyektinin geri qaytaılrması zamanı lizinq obyektinin qiymətləndirmə aktının olmalı olduğunu, lizinq şirkətinin qiymətləndirmə aktını iş materiallarının içərisində görmədiklərini, həmin tarixə qiymətləndirmə aktının olmadığını, həmin tarixə maliyyə arayışında cavabdehin qalan borcu əsasında iyirmi altı min ödəniş olduğunun göstərildiyini, tam dəqiq deyə bilməyəcəyini, çünki iş materiallarının məhkəmədə olduğunu, həmin tarixə iyirmi altı min borcu olduğunu, əsas borcun qalmalı olduğunu, ancaq cavabdehin 29177 (iyirmi doqquz min yüz yetmiş yeddi) manat borcu qaldığını, həmin məbləği də 29176 (iyirmi doqquz min yüz yetmiş altı) manat məbləğdən çıxdıqdan sonra 2015-ci ildə 2589 manat, 48 qəpik borcu qaldığını, sonra 3000 ABŞ dolları ödənildiyini, maliyyə arayışında 3000 ABŞ dolları məbləğində vəsaitin əsas borca silindiyinin göstərildiyini, cavabdehin borcunun 3000 ABŞ dollarından az olduğu üçün 2589 dollar, 48 sent məbləği əsas borca silindiyini, 410 dollar 52 sent mükafat məbləğindən silindiyini, 2589 manat 48 qəpikdən sonra cavabdehin əsas borcu qalmadığını, mükafat borcu üzrə isə 2393 dollar 2 sent məbləğində borcu qaldığını, işin içində qiymətləndirmə aktını görmədiklərinə görə lizinq obyektini verdiyi tarixə cavabdehin qalıq borcunu müəyyənləşdirdiklərini, lizinq obyektinin geri qaytarıldığı həmin tarixə cavabdehin nə qədər borcu qalmalıydısa onu müəyyənləşdirdiklərini, qalan məbləği də çıxdıqlarını, maliyyə arayışında borc şişirdildiyinə görə ondan əvvəldə ekspertiza keçirildiyini, ekspert rəyi mövcud olduğunu, ekspert rəyini Rövşən Cəlilov yazdığını, həmin rəydə də hesablamaların eyni qaydada aparıldığını, sadəcə lizinq obyektinin qaytarılması və 3000 dollar məbləğin nəzərə alınmadığını, fərqin ondan ibarət olduğunu, həmin tarixə məbləğlər də onlarla eynilik təşkil etdiyini, bunun da hesablamalarda göründüyünü, mükafatın faiz borcu olduğunu, lizinq müqavilələrində faiz borcu adlandırılmadığını, mükafat borcu adlandırıldığını, müqavilədə də mükafat göstərildiyini, 21% faiz mükafat verilməli olduğunu, tədqiqat xx.xx.2022-ci il tarixli maliyyə arayışı əsasında aparılmasının səbəbinin xx.xx.2022-ci il tarixli maliyyə arayışı sonuncu verilən maliyyə arayışı olduğunu, ümumi əsas məbləğin dəyişmədiyini, silinməsinin də o əsasla aparıldığını, ümumi əsas məbləğin orada götürülən krediti göstərdiyini, sonra qalıq olaraq yeddi mini göstərdiyini, əsas məbləğin gecikməsini yeddi min göstərdiyini, gecikmənin tarixə görə arta biləcəyini, faizdə silinmə apardıqlarını, yəqin ki, faizin hamısını əsas məbləğin üstünə gəldiklərini, burada müəyyənləşdirməyin mümkün olmadığını, birbaşa çıxarışları olmadığından müəyyənləşdirməyin mümkün olmadığını, çıxarışın deyil, məlumatın olduğunu, onun verəcəyi mükafatın lizinq müqavilələrinin verdiyi məlumatlar həmin çərçivədə olduğunu, sənədin içində çıxarışlar olduğunu, çıxarışda ödənişləri də gördüklərini, çıxarışda hər şeyi gördüklərini, sadəcə olaraq lizinq şirkətinin borcu çıxarış əsasında hesablamadıqlarını, maliyyə arayışının bir tərəfli sənəd olduğunu, maliyyə arayışında iddiaçının istədiyini göstərə bildiyini, maliyyə arayışında iddiaçı tərəfin imzasının olduğunu amma qarşı tərəfin imzasının olmadığını, onlara əsas hesabdan çıxarışın lazım olduğunu, onların hesabdan çıxarış əsasında hesabladıqlarını, çıxarışlarda onlar ümumi lizinq ödənişlərin adlarını yazdıqlarını, Cavabdeh Fərux oğluna məxsus olan ödəniş hissəsinin üzərinə qara kölgə vurulan olduğunu, onlara ödənişlərin lazım olduğunu, onlarında çıxarışda birbaşa göstərildiyini, bir də üç mini göstərdiyini, cavabdeh dörd min beş yüz yetmiş bir min ödədiyini, burada da qalıq olaraq bunu göstərdiyini, AZN hesabı ilə göstərildiyini, o biri məbləğlərin dollarla göstərildiyini, bunun elə bil dolların qarşılığı kimi göstərildiyini, ümumi əsas məbləği artırmadığını, orada obyekti aldığı ümumi məbləğ olduğunu, əsas məbləğ göstərildiyini, ümumi əsas məbləğin bankdan götürülən olduğunu, əsas məbləğin həmin tarixə qalan borc olduğunu, 2015-ci ildə lizinq obyekti qaytarıldığını, lizinq obyekti qaytarıldıqdan sonra faizi dayandırdıqlarını, məsələn “Yeddi min gətir əsasdan ödə, 2000-də buradan, qalan məbləği də qaytar” dediklərini, burada onsuz məbləğlər şişirtmədi deyə digər bir ekspertində rəyinin olduğunu, silinmələrin hamısının mükafatdan aparıldığını, mükafatdan aparılan hissəni öz hesabında saxladığını, belə bir şeyin olmadığını, kimsənin öz hesabında şəxsi pulu saxlaya bilməyəcəyini, bu gün on min ödənilibsə, onun beş mini həmin faiz üçün ödənişə, beş mində əsas məbləğdən çıxılmalı olduğunu, çıxa bilməyəcəyini amma şirkət çıxdığını, pulu saxlayıb gələn ay çıxdıqlarını, lizinq müqavilələrində güzəşt müddəti olduğunu, güzəştə görə faizləri sildiklərini, qalan məbləği də saxlayıb o biri ay çıxdıqlarını, 26 yanvar 2015-ci ildə lizinq obyekti qaytarıldığını, lizinq obyekti qaytarılanda lizinq şirkəti tərəfindən qiymətləndirilməsi aparılmalı olduğunu, bunun da mülki məcəllədə birbaşa göstərildiyini, qiymətləndirmə aparılmadığı halda onların apardığı tədqiqatın həmin tarixdə malı qaytarıbsa, bu malın həmin tarixə qalan əsas borcu iyirmi altı min məbləğində olmalı olduğunu, cavabdehində iyirmi doqquz min məbləğdə borcu olduğunu, cavabdehin əslində iyirmi altı min borcu qalmalı olduğunu, faizdən və mükafatdan borcu qalmamalı olduğunu, bu tarixə qədər ödəyib qaytarırsa, demək ki, həmin məbləği qaytarmalı olduğunu, əgər həmin məbləği qaytarmış hesab etsə lizinq obyektini qaytardığına görə cavabdehin iyirmi altı min borcu qalmalı olduğunu, cavabdehin iyirmi doqquz mində borcu olduğuna görə həmin iyirmi altı mini çıxdıqdan sonra qalan məbləğin 2589 manat 48 qəpik olduğunu, qiymətləndirmənin onun işi olduğunu, qiymətləndirmə aktı tərtib edilib göndərildiyini, onun da hesabladığını, qiymətləndirmə aktı olmadığından obyekti qaytaranda əsas borcdan nə qədər borc qalması üçün həmin məbləği çıxdıqlarını, çünki həmin vaxta iyirmi altı min borcu qaldığını, 6 ay ərzində bir avadanlığın qiymətinin maxsimum beş və ya altı min aşağı düşə biləcəyini, otuz bir min iki yüz nə qədərsə pul götürdüyünü, iyirmi altı minə düşəndə beş min aşağısına düşmüş olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh 10 iyul 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq cavabdeh tərəf olduğu iiş üzrə, 11 iyul 2023-cü il tarixə, saat 09:15 təyin edilmiş “Unileasing" Lizinq Şirkəti QSCnin hüquqi varisi İddiaçı2 MMC-nin ona qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbi barədə işə, Bakı şəhərindən Naxçıvan MR-na aviabilet olmadığı üçün məhkəmə prosesində iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh 10 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq 11 iyul 2023-cü il tarixə, saata 09:15 təyin edilmiş İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-nin ona qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat sənədini, həmçinin 23 iyun 2022-ci il tarixdə Naxçıvan MR-nın Kommersiya Məhkəməsinin hakimi cənab Elnur Hüseynova yazılmış etiraz ərizəsini (İddiaçı1-nin ona qarşı qaldırdığı iddia ərizəsinin qeyri-qanuni, əsasız olduğunu və iddia müddətinin bitdiyini) nəzərə alaraq, İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-nin ona qarşı qaldırdığı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-nin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında əlavə edilmiş: 20 iyun 2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əlavədən (Öhdəliyin ödənilməsi haqqında razılaşmadan) görünür ki, öhdəlik ötürən (fiziki şəxs X9) lizinq verənin razılığı ilə TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə (fiziki şəxs Cavabdeh) verir, öhdəlik götürən (fiziki şəxs Cavabdeh) isə qəbul edir. Razılaşma imzalandığı an TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəlik ötürənin qalıq borcu 26500.00 AZN təşkil edir və öhdəlik götürən həmin məbləği müəyyən şərtlərlə (Avans ödənişi-2000 AZN, Lizinq müddəti-36 ay, lizinq verənin mükafatı-maliyyələşdirmə məbləğinin illik 21%, servis haqqı 0 AZN) ödəməyi öhdəsinə götürür. 20 iyun 2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, öhdəlik ötürən TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəlik və hüquqlarını ötürməklə yanaşı TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsini, ona əlavə olunmuş əlavə və qoşmaları və həmin müqavilə üzrə olan lizinq obyektini ( “Dong Feng” markalı özüboşaldan, LZAX5DF52B3804597 seriya nömrəli, buraxılış ili 2011ci il olan tikintisi teknikası) öhdəlik götürənə təhvil verir, öhdəlik götürən (fiziki şəxs Cavabdeh) isə qəbul edir. Həmçinin öhdəlik götürən əmlakın onun nümayəndələri tərəfindən lazımi qaydada yoxlanıldığını və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilmədiyini təsdiq edir. Lizinq ödənişləri cədvəlindən (Lizinq müqaviləsinə əlavə №1) görünür ki, ilkin ödəniş tarixi xx.xx.2014-cü il, son ödəniş tarixi isə xx.xx.2017-ci ildir. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Lizinq obyekti xx.xx.2015-ci il tarixdə Cavabdeh istifadəsindən geri qaytarılmışdır. xx.xx.2016-cı il tarixdə isə 3000 ABŞ dolları ödəniş etdikdən sonra cavabdehin İddiaçı1-yə olan borcu gecikən əsas məbləğ üzrə 4650.11 ABŞ dolları və faiz məbləği üzrə 2872.00 ABŞ dolları təşkil edir. xx.xx.2022-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı1-yə əsas məbləğdən gecikməyə görə 4650.11 ABŞ dolları, lizinq mükafatı üzrə isə 2872 ABŞ dolları olmaqda cəmi 7522.11 ABŞ dolları borcu vardır. xx.xx.2015-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı1 tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə gecikən əsas məbləğ üzrə 4650.11 ABŞ dolları, faiz üzrə 3349.00 ABŞ dolları, cərimə üzrə 2523.00 ABŞ dolları olmaqla cəmi 10.522,11 ABŞ dolları məbləğində İddiaçı1-yə borcunun olduğu bildirilərək borcunun 10 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 260 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya göndərilmiş 2-2(123)-53/2022 saylı kommersiya işinin 1-ci cildinin 09-cu vərəqəsində olan, TTD 1605/12xx-xx/2011-9 saylı, 20 iyun 2014-cü il tarixli (Öhdəliyin ötürülməsi haqqında) daxili maliyyə lizinqi müqaviləsinə əlavə razılaşmanın aşağısında “Öhdəlik götürən” qrafasıda “Cavabdeh” yazılarının önündəki imza və həmin imzanın aşağısındakı əlyazma, 10-cu vərəqəsində olan, TTD 1605/12xx-xx/2011-9 saylı, 20 iyun 2014-cü il tarixli lizinq ödənişləri cədvəli Lizinq müqaviləsinə 1 №-li əlavənin sonunda “LİZİNQ ALAN” qrafasında “(imza)” sözünün önündəki əlyazma və “(imza)” sözünün yuxarısındakı imza, 11-ci vərəqəsində olan, TTD 1605/12xx-xx/2011-9 saylı, 20 iyun 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əlavə təhvil-təslim aktının aşağısında “Öhdəlik götürən” qrafasında “Cavabdeh” yazılarının önündəki imza və həmin imzanın aşağısındaki əlyazma Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə ekspertizasının 28 iyun 2018-ci il tarixli, 9792 saylı rəyinin, ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş manat) təşkil edir. Məhkəmə ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 330 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh Unileasing” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı2 MMC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, Unileasing” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı2 MMC-yə 26 yanvar 2015-ci il tarixində lizinq obyekti geri qaytarılmışdır. Həmin tarixə cavabdehin iddiaçıya 2589,48 ABŞ dolları əsas borcu qalmışdır ki, 01 aprel 2016-cı il tarixdə ödənilən 3000,00 ABŞ dolları pul vəsaiti maliyyə arayışı məlumatlarında da qeyd edildiyi kimi 2589,48 ABŞ dolları əsas borcdan, 410,52 ABŞ dolları mükafatdan silinmişdir. Cavabdeh Unileasing” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı2 MMC-yə xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) daxili maliyyə lizinq müqaviləsi üzrə gecikən əsas borcun olmaması müəyyən edilir, mükafat borcu isə 2393,02 (iki min üç yüz doxsan üç dollar iki sent) ABŞ dolları təşkil edir. Məhkəmə ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 26 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-yə gecikən əsas məbləğ üzrə 4650.11 (dörd min altı yüz əlli dollar on bir sent) ABŞ dolları və faiz məbləği üzrə 2872.00 (iki min səkkiz yüz yetmiş iki) ABŞ dolları olmaqla, ümumilikdə 7522.11 (yeddi min beş yüz iyirmi iki dollar on bir sent) ABŞ dolları məbləğində borcu İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC tərəfindən düzgün hesablanmamışdır. xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən Cavabdeh İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-yə daxili maliyyə lizinq müqaviləsi üzrə gecikən əsas borcun olmaması müəyyən edilir, mükafat borcu isə 2393.02 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliy yaranmış və bu öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır. 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizin ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən liiznq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən Lizin ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu məcəllənin müdəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə məhkəmə-xətşünaslıq ekspertizası, məhkəmə-mühasibatlıq ekspertizası, həmçinin əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirmiş, ekspert qarşısındakı sualları həmin tələbə uyğun olaraq tərtib etmiş və müvafiq rəy almışdır. Məhkəmə bildirir ki, mötəbər sübut kimi qəbul edilən məhkəmə ekspertizasının 04 oktyabr 2022ci il tarixli, 260 saylı rəyi əsasında müəyyən edilmişdir ki, TTD 1605/12xx-xx/2011-9 saylı, 20 iyun 2014-cü il tarixli (Öhdəliyin ötürülməsi haqqında) daxili maliyyə lizinqi müqaviləsinə əlavə razılaşmadakı, TTD 1605/12xx-xx/2011-9 saylı, 20 iyun 2014-cü il tarixli lizinq ödənişləri cədvəli Lizinq müqaviləsinə 1 №-li əlavədəki və TTD 1605/12xx-xx/2011-9 saylı, 20 iyun 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əlavə təhvil-təslim aktındakı əlyazma və imzalar həqiqətən də Cavabdeh məxsusdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılşmayaraq məhkəməyə əlavə ekspertizanın təyin edilməsinə dair vəsatət ünvanlamış, məhkəmə həmin vəsatət əsasında əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. Lakin iddiaçı tərəf əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə də razılaşmayaraq təkrar ekpertizanın təyin edilməsi barədə məhkəməyə vəsatət ünvanlamış məhkəmə həmin vəsatəti nəzərə alaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və iş ekspertizaya göndərilmişdir. Lakin 27 aprel 2023cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə “Əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə” ekspert vəsatəti daxil olmuşdur. Ekspert vəsatətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə tərtib edilmiş cari hesabdan çıxarışın (müqavilə bağlanan tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən (ödənişləri, təyinatları, silinmələri (avans məbləği, sığorta haqqı, dəbbə pulu və.s) göstərilməklə)), ssuda hesabından çıxarışın, faizin hesablanmasına dair hesabdan çıxarışın, dəbbə pulunun hesablanmasına dair hesabdan çıxarışın, ilkin ödəniş qəbzinin (avans), ödəniş qəbzlərinin təqdim edilməsi tələb edildiyindən məhkəmə tərəfindən həmin sənədlərin ekspertə təqdim edilməsi məqsədilə məhkəməyə göndərilməsi barədə iddiaçı tərəfə elektron qaydada məktub ünvanlanmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində ekspert vəsatətində qeyd edilən sənədlərin təqdim edilməsi üçün iddiaçı tərəfə təkrarən elektron qaydada məktub ünvanlanmışdır. Belə ki, iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının aparılması üçün ekspert vəsatətində göstərilən sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən ayrı-ayrı vaxtlarda 3 dəfə məktub ünvanlanmasına baxmayaraq iddiaçı tərəfindən məhkəmənin qeyd edilən məktublarına cavab verilməmiş və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertə lazım olan sənədlər məhkəməyə göndərilməmişdir. 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-ci il tarixli, “Məhkəmə ekspertizasının aparılmasından imtina haqqında” məlumatı 2-2(123)-03/2023 saylı iş materialları ilə birlikdə Naxçıvan MR Kommersiya Məhkəməsinə daxil olmuşdur. Belə ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının Kommersiya Məhkəməsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edərsə və ya onun keçirilməsinə mane olarsa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və.s) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilə bilər. Bununla da məhkəmə hesab edir ki, iddiaçı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün ekspert tərəfindən tələb edilən ekspert vəsatətində göstərilmiş sənədləri təqdim etmədiyindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi mümkün olmamışdır. Bu da məhkəmə tərəfindən ekspertizanın keçirilməsinə mane olan hal kimi (zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir) qiymətləndirilmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı təkrar ekspertizanın keçirilməsi üçün özünün vəsatət verməsinə baxmayaraq müvafiq sənədləri təqdim etməyərək ekspertizanın keçirilməsinə mane olmuşdur. Beləlikdə ekspertiza təyin edilən faktı müəyyənləşdirilərkən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi və əlavə məhkəmə mühasibatlıq-ekspertizası üzrə ekspert rəyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəylərini tədqiq edərək rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 330 saylı və 31 yanvar 2023-cü il tarixli, 26 saylı məhkəmə eksperizasının rəyləri (məhkəmə-mühasibatlıq və əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi) mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh Unileasing” Lizinq Şirkəti QSCnin hüquqi varisi İddiaçı2 MMC-yə xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) daxili maliyyə lizinq müqaviləsi üzrə gecikən əsas borcun olmaması, mükafat borcunun isə 2393,02 (iki min üç yüz doxsan üç dollar iki sent) ABŞ dolları olması göstərilmişdir. Həmçinin keçirilən əlavə məhkəməmühasibatlıq ekspertizasının rəyində də bu hal öz təsdiqini taparaq xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-9 saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən Cavabdeh İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-yə daxili maliyyə lizinq müqaviləsi üzrə gecikən əsas borcun olmaması, mükafat borcunun isə 2393.02 ABŞ dolları olması müəyyən edilmişdir. Həmçinin X1 məhkəməyə verdiyi izahında cavabdehin əsas borcu qalmadığını, mükafat borcu üzrə 2393 dollar 2 sent məbləğində borcu qaldığını bildirərək ekspert rəyində olan halı təsdiq etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Ona görə də məhkəmə qeyd olunan rəyləri sübut növü kimi qəbul edib həmin rəylərlə razılaşaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbi gecikən əsas məbləğ üzrə 4650.11 (dörd min altı yüz əlli dollar, on bir sent) ABŞ dollarının ödənilməsi tələbinə dair hissədə təmin edilməməsi, faiz məbləği üzrə ödənilməsi tələb edilən 2872.00 (iki min səkkiz yüz yetmiş iki) ABŞ dollarına dair hissədə isə tələb 2393,02 (iki min üç yüz doxsan üç dollar iki sent) ABŞ dolları məbləğində təmin edilməsi və Məhkəmə ekspertizasının 28 iyun 2018-ci il tarixli, 9792 saylı rəyinin, ekspertiza xərclərinə dair bildirişində qeyd edilmiş aparılmış tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş manat) AZN-nin, tələbin təmin edilmiş hissəsinə münasib olaraq tərəflər arasında bölüşdürülməsi qənaətindədir. Məhkəmə Cavabdeh 10 iyul 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində iddia müddətinin keçməsi ilə əlaqədar fikirlərini, iş materialları vasitəsilə dəqiqləşdirərək, bu iş üzrə iddia müddətinin keçməməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun manat məzənnəsi nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianının təmin olunmuş hissəsinə münasibətdə 9.54 (doqquz manat əlli dörd qəpik) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılmalı, iddianın təmin olunmamış hissəsinə münasibətdə isə 20,46 (iyirmi manat qırx altı qəpik) manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə uyğun olaraq təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pulun 98,88 (doxsan səkkiz manat səksən səkkiz qəpik) manatı İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-dən, 46,12 (qırx altı manat on iki qəpik) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-nin Cavabdeh qarşı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2393,02 (iki min üç yüz doxsan üç dollar iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianının təmin olunmuş hissəsinə münasibətdə 9.54 ( doqquz manat əlli dörd qəpik) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılmalı, iddianın təmin olunmamış hissəsinə münasibətdə isə 20,46 (iyirmi manat qırx altı qəpik) manatı iddiaçıya aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pulun 98,88 (doxsan səkkiz manat, səksən səkkiz qəpik) manatı İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-dən, 46,12 (qırx altı manat, on iki qəpik) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2393,02 (iki min üç yüz doxsan üç dollar iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMCyə ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianının təmin olunmuş hissəsinə münasibətdə 9.54 (doqquz manat əlli dörd qəpik) manatı Cavabdeh tutularaq iddiaçı İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-yə ödənilsin, iddianın təmin olunmamış hissəsinə münasibətdə isə 20,46 (iyirmi manat qırx altı qəpik) manatı iddiaçıya aid edilsin. Təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pulun 98,88 (doxsan səkkiz manat, səksən səkkiz qəpik) manatı İddiaçı1-nin hüquqi varisi İddiaçı2 MMC-dən, 46,12 (qırx altı manat, on iki qəpik) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №2-2(123)-3/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-3/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver