Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-7/2020 21.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin sədri Salmanov Elşən Fizuli oğlu, İddiaçı-nin Cavabdeh X1rşı abunə və xidmət haqqı borcunun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq müəyyə n etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 144 (yüz qırx dörd) manat 72 (yetmiş iki) qəpik abunə və xidmət haqqı və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 164 (yüz altmış dörd) manat 72 (yetmiş iki) qəpik vəsaitin İddiaçı-nin xeyrinə məcburi tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh X4 İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli, ********* saylı “Abunə müqaviləsi”nə əsasən ********** №li mobil nömrə ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 144 (bir yüz qırx dörd) manat 72 (yetmiş iki) qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, “Azercell” Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi xx.xx.2018-ci il müəyyən olunsa da, o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki iş materiallarında olan: - İddiaçı (Azercell) ilə Cavabdeh X4 (Abunəçi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Abunə müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, bu müqavilənin predmetini “Azercell” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “Abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin müddəaları SİM-kart vasitəsilə təchiz edilən “Azercell” xidmətlərinə və ya SİM-kart paketi satışına şamil edilir. Nömrə: 50-295-24-24 - xx.xx.2018-ci il tarixli hesab-fakturanın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehdən 147,69 manat borcun son ödəmə tarixi olan xx.xx.2018-ci il tarixinədək ödənilməsi xahiş olunmuşdur. Nömrə: 50-295-24-24 - xx.xx.2018-ci il tarixli hesab-fakturanın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehdən 1,03 manat borcun son ödəmə tarixi olan xx.xx.2018-ci il tarixinədək ödənilməsi xahiş olunmuşdur. Nömrə: 50-295-24-24 - xx.xx.2018-ci il tarixli hesab-fakturanın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehdən 1,00 manat borcun son ödəmə tarixi olan xx.xx.2018-ci il tarixinədək ödənilməsi xahiş olunmuşdur. Nömrə: 50-295-24-24 - xx.xx.2019-cu il tarixli cari hesab arayışının təsdiq olunmuş surətindən görünür ki, ********* mobil nömrəsinə görə cavabdehin ödənilməmiş faktura məbləği 144,72 manat təşkil edir. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən, fakturalı xətt sistemində Abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr “Azercell”in müvafiq ödəmə məntəqələrində və vasitələri ilə (o cümlədən, bank və poçtlarda, ATM bankomatları, müvafiq ödəmə kartları, internet ilə və s.) həyata keçirilir. “Azercell” öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər. 4.5-ci bəndinə əsasən fakturalı xətt sistemində “Azercell” öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir. 8.1-ci bəndinə əsasən fakturalı xətt sistemində Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitini aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, “Azercell” Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Bu zaman Abunəçi ona gələn zəngləri qəbul edə bilir, lakin özü heç kəslə bağlantı qura bilmir. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avans məbləği “Azercell”ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır. Bu qayda “Azercell” tərəfindən birtərəfli surətdə və sərbəst olaraq dəyişdirilə bilər. 8.2-ci bəndinə əsasən fakturalı xətt sistemində Hesab-faktura kəsildiyi tarixdən sonrakı 45 (qırx beş) təqvim günü keçdikdən sonra da borc məbləği və gecikmə faizi ödənilməzsə, həmçinin kredit limitini aşma halı olarsa, “Azercell” Abunəçinin nömrəsini ikitərəfli bağlaya bilər. Bu, Abunəçiyə xidmət göstərilməsinin dayandırılması deməkdir. “Azercell” tərəfindən xidmət göstərilməsinin dayandırılması gecikmə faizinin hesablanmasını dayandırmır və Abunəçi tərəfindən borcun (gecikmə faizi də daxil olmaqla) hər hansı bir hissəsinin ödənilməsi onu borcun qalan hissəsinin ödənilməsi öhdəliyindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli abunə müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən abunəçi ona göstərilən rabitə xidmətlərinə görə abunə və xidmət haqqını İddiaçı-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməli olduğu halda, cavabdeh müqavilələrin bu şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmiş və nəticədə iddiaçıya ********* mobil nömrəsi üzrə 144 (yüz qırx dörd) manat 72 (yetmiş iki) qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənləri və qanunvericiliyin göstərilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2017-ci il tarixli “Abunə müqaviləsi” üzrə Cavabdeh X2 144 (yüz qırx dörd) manat 72 (yetmiş iki) qəpik abunə və xidmət haqqı və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 164 (yüz altmış dörd) manat 72 (yetmiş iki) qəpik tutularaq İddiaçı-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2017-ci il tarixli “Abunə müqaviləsi” üzrə Cavabdeh X2 144 (yüz qırx dörd) manat 72 (yetmiş iki) qəpik abunə və xidmət haqqı və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəm olaraq 164 (yüz altmış dörd) manat 72 (yetmiş iki) qəpik tutularaq İddiaçı-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: imza Elşən Salmanov
Məhkəmə qərarları › İş №2-2(123)-7/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-7/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver