Məhkəmə qərarları › İş №2-2(3-1)-13/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(3-1)-13/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-2(3-1)-13/2026 03.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Kommersiya kollegiyası İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun ödənilməsi tələbi (Açar sözlər: nümayəndəlik səlahiyyətləri, hüquqi şəxsin nümayəndəsi, iddia ərizəsinin imzalanması, mütləq prosessual pozuntu, iddianın baxılmamış saxlanılması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və iddia tələbinin əsasları.

1. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndə qismində nümayəndə2 vasitəsilə ## ###### 2024-cü il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək, mal-material haqqına görə yaranmış 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat, on dörd qəpik) manat əsas borc məbləğinin və 465 (dörd yüz altmış beş) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir (kommersiya işi İ cild, iş vərəqə 01-03).

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında razılaşma əsasında malın, işlərin və xidmətin göstərilməsi barədə razılıq əldə edildiyini, müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişçini mal-materialla təmin etdiyini, sifarişçinin isə həmin xidmətləri qəbul etdiyini və bu razılaşdırılmış qaydada mal-material haqqını ödədiyini, lakin cavabdeh tərəfindən razılaşma üzrə yaranmış öhdəliklərin yerinə yetirilmədiyini, mal-materialın haqqının tam şəkildə ödənmədiyini və bunun nəticəsində ## ##### 2023-cü il tarixinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat, on dörd qəpik) manat məbləğində borc yarandığını, qeyd olunan mübahisənin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən dəfələrlə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilatdan heç bir cavab alınmadığını, məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağının bildirildiyini, həmin tərəfə xəbərdarlıq edilməsinə baxmayaraq 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat, on dörd qəpik) manat pulun ödənilməmiş qaldığını, borcun tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunduğunu bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1 və 442-ci maddələrinə istinad etmişdir.

b) Birinci instansiya məhkəməsinin qətnaməsi.

3. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (sədrlik edən hakim Qabil Məmmədov) ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat, on dörd qəpik) manat əsas borc məbləğinin və 465 (dörd yüz altmış beş) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir (kommersiya işi İ cild, iş vərəqə 95-100).

II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.

4. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi ## #### 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına müraciət edərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (kommersiya işi İ cild, iş vərəqə 109-114).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

5. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana - iddiaçıya ödənilmişdir. Iddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur.

6. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsirinin olması qeyd edilə bilməz.

7. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron - qaimə sənədləri göstərilir. Halbuki həmin elektron - qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün onun mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz. Iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac var idi.

8. Şikayət edən tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097-ci maddələrinə, prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinin əsası kimi isə Mülki- Prosessual Məcəllənin 14-cü maddəsinə istinad etmişdi.

9. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının icraatına “02” aprel 2025-ci ildə daxil olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Apellyasiya instansiyası məhkəməsinin ilkin qətnaməsi.

11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakimlər Sənan Qarayev (sədrlik edən, məruzəçi) Səxavət Bəylərli və Fərman Abbasov) apellyasiya şikayəti təmin edilməyərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 60 (altmış) manatın cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsindən tutularaq X5 Muxtar Respublikası Idarəsindəki (kodu-502906, VÖEN 9900071001, müxbir hesabı AZ88NABZ01451700000000012944, SWIFT BIK-NAXCAZ21), Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi (VÖEN 0200003621, hesab AZ21NABZ12360100000000005944), (büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesabına ödənilməsi, ## #### 2025-ci il tarixli, * nömrəli ödəniş tapşırığı ilə X1 Səhmdar Cəmiyyətinə ödənilmiş 232 (iki yüz otuz iki) manatın Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qaytarılması qət edilmişdir (kommersiya işi II cild, iş vərəqə 172-181).

IV. Kassasiya icraatı. a) Kassasiya şikayətinin predmeti.

12. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə də razılaşmayan cavabdeh tərəf ## ######## 2025-ci il tarixdə kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (kommersiya işi II cild, iş vərəqə 199-204).

b) Kassasiya instansiyası məhkəməsinin qərarı.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının "16" yanvar 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilərək, işə təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə qaytarılması qərara alınmışdı (kommersiya işi II cild, iş vərəqə 242-253).

V. Apellyasiya şikayətinə yenidən baxılması. a) Işin yenidən apellyasiya icraatına qəbulu.

Yenidən baxılması üçün kommersiya işi apellyasiya şikayəti ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının icraatına “03” mart 2026cı 14. ildə daxil olmuşdur (kommersiya işi III cild, iş vərəqə 01).

b) Izahatlar və prosesin gedişi.

15. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

16. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

VI. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr).

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsini cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

20. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğvinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır.

VII. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. - 5.1-ci maddəsinə görə istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər;

22. - 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir;

23. - 43.1-cü maddəsi ilə müəyyən edilir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır;

24. - 44.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir;

25. - 48.1-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir;

26. - 53-cü maddəsində göstərilir ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.

b) Azərbaycan Respublikası Vergilər Məcəlləsinin:

27. 33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman X9 nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir;

28. - 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan X9 nömrəsi (VÖEN) verilir.

c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

29. - 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

30. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

31. - 50.1-ci maddəsində qeyd edilir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər;

32. - 69.1-ci maddəsinin tələbinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir;

33. - 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir;

34. -259.0 və 259.0.3-cü maddələrinin mahiyyətinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

ç) “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli, ** nömrəli qərarının:

35. - 6.2-ci bəndində qeyd edilir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrə izah edilir ki, qanunda nəzərdə tutulmuş hallardan başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizələrinə əsasən iş başlanıldıqda həmin şəxslərin ərizələri həmin Məcəllənin 259.0.3-cü maddəsi qaydasında baxılmamış saxlanıla bilməz;

36. - 6.3-cü bəndində göstərilir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında Mülki- Prosessual Məcəllənin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

37. Kollegiya mülki iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını müəyyən etdiyindən, ilkin olaraq mübahisə predmeti olan məhkəmə aktının bu meyar əsasında yoxlanılması həyata keçirilməli, müsbət nəticə əldə edildiyi halda apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onun maddi hüquq normalarına uyğunluğu yoxlanılmalıdır.

38. Buna müvafiq olaraq kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.

39. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

40. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Sonuncu qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.

42. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə icraatın başlanmasına əsas olan iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

43. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.

44. Iddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda isə bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, onun səlahiyyətli şəxs tərəfindən imzalanması, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.

45. Iddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsi üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).

46. Qeyd edilənlərin mahiyyətindən aydın olur ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır.

47. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini prosessual qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, icraatın başlanmasına səbəb olan prosessual sənədin məzmunu nümayəndəlik səlahiyyətləri baxımından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2, 149 və 151-ci maddələrinin tələblərinə cavab vermir.

48. Belə ki, iş materiallarının araşdırılmasından görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti adından ## ###### 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi nümayəndə nümayəndə2 tərəfindən imzalanmışdır. Iddia ərizəsinə hüquqi şəxs adından verilmiş etibarnamə əlavə edilsə də, həmin nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə nümayəndəlik etmək hüququnun və iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmaması kollegiya tərəfindən ilkin olaraq yoxlanılmalı idi.

49. Burada ilk növbədə o hüquqi məsələyə aydınlıq gətirilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı ilə əvvəlki apellyasiya qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün geri qaytarılması və iş üzrə müəyyən göstərişlərin verilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mütləq və qeyd-şərtsiz prosessual əsaslarının yoxlanılmasına maneə törətmir. Belə ki, kassasiya instansiyası məhkəməsinin qeyd olunan qərarındakı göstərişlər mahiyyət baxımından sırf maddi-hüquqi xarakter daşımaqla, tərəflər arasındakı müqavilənin dövlət satınalmaları qanunvericiliyi baxımından etibarlılığının və əsassız varlanma normaları çərçivəsində vicdanlılıq meyarının araşdırılmasına yönəlmişdir. Lakin maddi hüquq normalarının tətbiqi və bu barədə kassasiya göstərişlərinin icrası yalnız o halda mümkündür ki, məhkəmənin icraatında qanunvericiliyin tələblərinə uyğun olaraq qaldırılmış və səlahiyyətli şəxs tərəfindən imzalanmış qanuni bir iddia ərizəsi mövcud olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinin imperativ tələbi, şikayətin dəlillərindən və işin əvvəlki maddi-hüquqi mübahisə tarixindən asılı olmayaraq, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edilib-edilməməsini yoxlamaq barədə kollegiyanın üzərinə mütləq vəzifə qoyur. Iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması isə məhkəmə icraatının qanuniliyini şərtləndirən fundamental və ilkin prosessual şərt olduğundan, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu prosessual qüsuru sərbəst şəkildə qiymətləndirmək və müvafiq nəticəyə gəlmək hüququndadır.

50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinin imperativ tələbinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri (rəhbəri), yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bu baxımdan, vəkil statusu olmayan bir şəxsin hüquqi şəxsin nümayəndəsi qismində çıxış etməsi və onun adından prosessual sənədləri imzalaması üçün həmin şəxsin iddia ərizəsinin verildiyi tarixdə (## ###### 2024-cü il) həmin müəssisədə rəsmi əmək müqaviləsi ilə çalışan işçi olması mütləq hüquqi şərtdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli, ** nömrəli qərarının 6.2-ci bəndinə müvafiq olaraq, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə ilə yanaşı, onun hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd əlavə edilməlidir.

51. Kollegiya müəyyən edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən nümayəndə nümayəndə2 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində işləməsini təsdiq edən hər hansı iş yerinə dair rəsmi arayış və ya əmək müqaviləsi bildirişi iş materiallarına əlavə edilməmişdir.

52. Işin bu faktiki halının yoxlanılması məqsədilə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə nümayəndə2 əmək müqaviləsi bildirişləri nəzərdən keçirilmiş və müəyyən edilmişdi ki, nümayəndə2 rəsmi qeydiyyatda olan aktiv 3 (üç) iş yeri mövcuddur:

53. “CAHAN HOLDINQ” X10 (VÖEN: 0200375181) - vəzifəsi şöbə müdiri;

54. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0200880641) - vəzifəsi hüquqşünas;

55. “xxxx” Mənzil Tikinti Kooperativi (VÖEN: 0201087131) - vəzifəsi hüquqşünas / baş hüquqşünas.

56. Göründüyü kimi, nümayəndə nümayəndə2 aktiv əmək münasibətlərində olduğu hüquqi şəxslərin siyahısında iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud deyil.

57. Iş materiallarında mövcud olan, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti adından verilmiş etibarnamədə nümayəndə nümayəndə2 vəzifəsi "hüquqşünas" olaraq göstərilsə də, bu qeyd özlüyündə şəxsin həmin hüquqi şəxslə Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələb etdiyi mənada birbaşa əmək münasibətlərində olmasını təsdiq edən hüquqi sübut rolunda çıxış edə bilməz.

58. Iddiaçı tərəfindən bu təmsilçiliyin qanuniliyini əsaslandırmaq məqsədilə təqdim edilmiş ## ### 2025-ci il tarixli arayışda İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “Cahan Holdinq” X8 tabeliyində fəaliyyət göstərdiyi qeyd olunsa da, bu hal da prosessual nümayəndəlik qüsurunu aradan qaldırmır. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə edilmiş reyestr məlumatlarından görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil olaraq ********** VÖEN ilə, “Cahan Holdinq” X8 isə 0200375181 VÖEN ilə tam fərqli vergi uçotuna malik, ayrıca mülki hüquq subyektləridir. Mülki Məcəllənin hüquqi şəxslərin müstəqilliyi prinsiplərinə və Mülki- Prosessual Məcəllənin imperativ normalarına əsasən, fərqli VÖEN-ə malik bir hüquqi şəxsin (“Cahan Holdinq” KŞI) ştatlı işçisi (şöbə müdiri) olan şəxsin, digər müstəqil hüquqi şəxs olan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birbaşa əmək müqaviləsi və aktiv əmək münasibətləri qeydiyyatı olmadığı təqdirdə, etibarnamədə sadəcə "hüquqşünas" yazılması və ya holdinq tabeliyi barədə arayış təqdim edilməsi ona hüquqi şəxs adından məhkəmə sənədlərini imzalamaq və iddia qaldırmaq səlahiyyəti vermir.

59. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron portalının məlumatlarından isə açıq-aydın görünür ki, “Cahan Holdinq” X10 (qeyrikommersiya təşkilatlarının birliyi qismində) və iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (kommersiya qurumu qismində) tamamilə ayrı-ayrı dövlət qeydiyyatı olan, fərqli VÖEN-lərə malik olan müstəqil hüquqi şəxslərdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə və Vergi Məcəlləsinin 33.1 və 34.6-cı maddələrinə əsasən, hər bir hüquqi şəxs müstəqil olaraq vergi orqanlarında uçota alınır və ona vahid olan X9 Nömrəsi (VÖEN) verilir.

61. Mülki Məcəllənin 53-cü maddəsinin mənasına görə, holdinq tərkibində təsisçi və ya iştirakçı olmaq həmin şirkətlərin hüquq subyektliyini birləşdirmir. Bir müstəqil hüquqi şəxsin (“Cahan Holdinq”in) işçisi olan şəxs, digər müstəqil hüquqi şəxslə (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə) Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun birbaşa əmək münasibətlərinə malik olmadıqda, onun adından məhkəməyə müraciət edə və prosessual sənədləri imzalaya bilməz.

62. Beləliklə, iddia ərizəsinin verildiyi və imzalandığı ## ###### 2024-cü il tarixdə nümayəndə2 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olması, qanunla və ya təsis sənədləri ilə təşkilatı nümayəndəliksiz təmsil etmək hüququnun (direktor statusunun) olması və vəkil statusuna malik olması sübuta yetirilmir. Bu isə o deməkdir ki, iddia ərizəsi qanunla səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və təqdim edilmişdir.

63. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.3-cü maddələrinin imperativ tələbinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının 6.2-ci bəndində də göstərilmişdir ki, nümayəndənin hüquqi şəxsin işçisi olmasını təsdiq edən qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Həmin qərarın 6.3cü bəndinə görə, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə, məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının (hüquqi şəxsin rəhbərinin) gəlib iddianı müdafiə etməsi belə, ərizənin baxılmamış saxlanılması zərurətini istisna etmir.

64. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

65. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

66. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.

67. Iş materiallarını qanunvericiliyin yuxarıda qeyd olunan prosessual normalarının tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya bildirir ki, məhkəmə baxışı iclaslarında iddiaçının nümayəndəsinin hüquqi şəxsi təmsil etmək və onun adından prosessual sənədləri imzalamaq səlahiyyətinin qanunvericiliyin tələblərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsinin bu qüsuru diqqətdən qaçıraraq işə mahiyyəti üzrə baxması və qətnamə qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə köklü şəkildə ziddir. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmalı olmadığı halda, yəni iddianın baxılmamış saxlanılması üçün mütləq əsaslar mövcud olduğu üçün baxıb qətnamə çıxardığına görə prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Hazırda işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, hələ ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnamə qəbul etdiyi dövrdə mövcud olan faktiki və hüquqi şərait, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun imperativ təmsilçilik statusunun olmaması səbəbindən, iddia ərizəsinin baxılmamış saxlanılması üçün birbaşa və qeyd-şərtsiz əsas idi.

68. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

69. - 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1–259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;

70. - 385.1 and 385.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir;

71. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun;

72. - 387.2 və 387.2.8-ci maddələrindən müəyyən edilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

73. Qeyd edilənlərin ümumi nəticəsi olaraq kollegiya cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinin səlahiyyətli nümayəndəsi nümayəndə3 Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən, yəni məhkəmə aktının ləğv edilməsinə dair hissədə əsaslı hesab edir.

74. Apellyasiya şikayətinin qalan hissəsinə, yəni iddianın rədd edilməsi və yaxud Azərbaycan Respublikası Ali Məhkəmənin kassasiya qərarındakı dövlət satınalmaları müqaviləsinin etibarsızlığı və əsassız varlanma normalarına uyğun qiymətləndirilməsinə münasibətdə kollegiya bildirir ki, apellyasiya məhkəməsi prosessual normanın pozuntusunu əsas tutaraq qətnamənin ləğv olunması, eyni zamanda iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlir, yəni işə mahiyyəti üzrə baxmır. Iddianın rədd edilməsi və ya maddi-hüquqi xarakterli digər nəticələr mahiyyət üzrə həll sayıldığından, kollegiya hazırda iddianın maddi hüquq cəhətdən əsaslı olub-olmaması (borcun ƏDV daxil və ya xaric hesablanması, satınalma prosedurları və vicdanlılıq meyarları) barədə hər hansı yekun qərar qəbul edə bilməz.

75. Kollegiya İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun tutulması tələbinin baxılmamış saxlanılması nəticəsinə gəldiyindən bildirir ki, Mülki- Prosessual Məcəllənin 260.2-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına dair qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların, yəni hüquqi şəxs adından iddia ərizəsini imzalayan nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun olaraq müəssisə ilə birbaşa əmək münasibətlərini təsdiq edən əmək müqaviləsi bildirişinin və ya vəkillik statusunun necə aradan qaldırılması göstərilməlidir.

76. Həmçinin həmin Məcəllənin 260.4-cü maddəsinə görə isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

77. Bu prosessual normalar iddianın baxılmamış saxlanılmasından sonra iddiaçının yenidən iddia ərizəsi ilə birinci instansiya məhkəməsinin icraatına müraciət etmək hüququnu itirməməsini ifadə edir. Yəni İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti bu qərardadda göstərilən prosessual halları aradan qaldıraraq (müvafiq qaydada vəkil cəlb etməklə və ya iddia ərizəsini müəssisənin qanuni rəhbəri tərəfindən imzalamaqla) təkrar məhkəməyə müraciət edə bilər.

78. Məhkəmə xərclərinin bölgüsü məsələsinə gəldikdə kollegiya bildirir ki, iş materiallarına görə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilərkən ## ####### 2024-cü il tarixli, ********** nömrəli qəbzlə 464,30 (dörd yüz altmış dörd manat, otuz qəpik) manat dövlət rüsumu ödənilmişdir.

79. Bununla yanaşı, apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir.

80. Həmçinin iş materiallarının və apellyasiya şikayətinin elektron qeydiyyat məlumatlarının yoxlanılması zamanı müəyyən edilir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən apellyasiya şikayəti verilərkən iki dəfə dövlət rüsumu ödənilmişdir. Belə ki, cavabdeh tərəfindən həm ## #### 2025-ci il tarixli, * nömrəli ödəniş tapşırığı ilə X1 Səhmdar Cəmiyyəti vasitəsilə 232 (iki yüz otuz iki) manat, həm də ## #### 2025-ci il tarixdə X4 vasitəsilə ********** nömrəli qəbzlə daha bir 232 (iki yüz otuz iki) manat dövlət rüsumu ödənişi həyata keçirilmişdir.

81. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə müvafiq olaraq, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırkı iş üzrə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün baxılmamış saxlanıldığından, məhkəmə xərclərinin (həm dövlət rüsumunun, həm də işə baxılması ilə əlaqədar məsrəflərin) rəsmiləşdirilməsi sözügedən Məcəllənin 114, 115 və 119-cu maddələrinin tələblərinə uyğun olaraq həll edilməlidir.

82. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin imperativ tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 464,30 (dörd yüz altmış dörd manat, otuz qəpik) manat dövlət rüsumunun iddiaçıya tam həcmdə geri qaytarılması qərara alınmalıdır.

83. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual əsaslarla təmin edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və cavabdeh tərəfindən ikiqat rüsum ödənildiyi faktı rəsmi təsdiqini tapdığından, hər iki rüsum məbləği cavabdehə geri qaytarılmalıdır.

84. Belə ki, Mülki-Prosessual Məcəllənin 114.1.1-ci maddəsinə (qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə) və 114.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən həm ## #### 2025-ci il tarixli, * nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 232 (iki yüz otuz iki) manat dövlət rüsumu, həm də ## #### 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 232 (iki yüz otuz iki) manat dövlət rüsumu tam həcmdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə geri qaytarılmalıdır.

85. Iş üzrə çəkilmiş və Mülki-Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aid edilən 60 (altmış) manat məbləğində məhkəməmühasibatlıq ekspertizası xərci isə iddiaçının nümayəndəsinin qanunsuz (səlahiyyətsiz) nümayəndəlik fəaliyyəti və prosessual xətası nəticəsində işin baxılmamış saxlanılmasına səbəb olduğu üçün, həmin Məcəllənin 119.1-ci maddəsinin mənasına (məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilir) uyğun olaraq bütövlükdə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır.

86. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

87. - cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinin apellyasiya şikayəti (qətnamənin ləğv edilməsinə dair hissədə) qismən təmin edilməli;

88. - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli;

89. - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat, on dörd qəpik) manat məbləğində borcun ödənilməsinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı;

90. - iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə iddianın baxılmamış saxlanılmasına səbəb olmuş şərait aradan qaldırıldıqdan sonra (iddia ərizəsini imzalayan nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun olaraq müəssisə ilə birbaşa əmək münasibətlərini təsdiq edən sənədlər təqdim edildikdə və ya iddia qanuni vəkil vasitəsilə, yaxud müəssisə rəhbəri tərəfindən imzalanmaqla) ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olması izah edilməli;

91. - iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsi verilərkən ## ####### 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 464,30 (dörd yüz altmış dörd manat, otuz qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalı;

92. - cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən apellyasiya şikayəti verilərkən ## #### 2025ci il tarixli, * nömrəli ödəniş tapşırığı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə ödənilmiş 232 (iki yüz otuz iki) manat və ## #### 2025-ci il tarixdə ********** nömrəli qəbzlə X4 vasitəsilə ödənilmiş 232 (iki yüz otuz iki) manat dövlət rüsumları ona geri qaytarılmalı;

93. - iş üzrə çəkilmiş və işə baxılması ilə əlaqədar məsrəflərə aid edilən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 60 (altmış) manat iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X5 MR Idarəsindəki (kodu- 502906, VÖEN 9900071001, müxbir hesabı AZ88NABZ01451700000000012944, SWIFT BIK-NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN 0200003621, hesab AZ21NABZ12360100000000005944), (büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilməlidir.

94. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

95. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.

XI. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 260, 263, 264, 365, və 402.2-ci maddələrini rəhbər tutaraq

q ə r a r v e r d i:

Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinin apellyasiya şikayəti (qətnamənin ləğv edilməsinə dair hissədə) qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat, on dörd qəpik) manat məbləğində borcun ödənilməsinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılsın. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, iddianın baxılmamış saxlanılmasına səbəb olmuş şərait aradan qaldırıldıqdan sonra (iddia ərizəsini imzalayan nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun olaraq müəssisə ilə birbaşa əmək münasibətlərini təsdiq edən sənədlər təqdim edildikdə və ya iddia qanuni vəkil vasitəsilə, yaxud müəssisə rəhbəri tərəfindən imzalanmaqla) ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsi verilərkən ## ####### 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 464,30 (dörd yüz altmış dörd manat, otuz qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən apellyasiya şikayəti verilərkən ## #### 2025-ci il tarixli, * nömrəli ödəniş tapşırığı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə ödənilmiş 232 (iki yüz otuz iki) manat və ## #### 2025-ci il tarixdə ********** nömrəli qəbzlə X4 vasitəsilə ödənilmiş 232 (iki yüz otuz iki) manat dövlət rüsumları ona geri qaytarılsın. Iş üzrə çəkilmiş və işə baxılması ilə əlaqədar məsrəflərə aid edilən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 60 (altmış) manat iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X5 MR Idarəsindəki (kodu- 502906, VÖEN 9900071001, müxbir hesabı AZ88NABZ01451700000000012944, SWIFT BIK-NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN 0200003621, hesab AZ21NABZ12360100000000005944), (büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Müşfiq Həsənov və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar