Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(3-1)-15/2026 15.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh X1rşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul (əsas borc və dəbbə pulu) tələbi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X6 (sədrlik edən və məruzəçi), X7və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə Işin halları
1. “xxxx” MMC (satıcı) və Cavabdeh X1 (alıcı) arasında bağlanmış **-**** saylı ##.##.2024-cü il tarixli fotoaparat, kompüter və avadanlıqların satınalınmasına dair mallar üzrə satınalma müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; İ fəsil. Təklifin akseptinə dair bildiriş - ##.##.2024-cü il tarixdə fotoaparat, kompüter və avadanlıqları mallarının satın alınması üçün keçirilən satınalmada satıcının təqdim etdiyi 25027,80 manat məbləğindəki ##.##.2024-cü il tarixli təklif alıcı tərəfindən qəbul olunur. II fəsil Müqavilənin ümumi şərtləri 1.1. Mallar üzrə satınalma müqaviləsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.15-ci maddəsinə uyğun olaraq satınalan təşkilatlar tərəfindən malların və əlaqədar xidmətlərin (tətbiq olunduğu halda) qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına satın alınmasının təmin edilməsi üçün tərtib olunur. 11.1. Təchizatçı malların göndərilməsini və əlaqədar xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları və əlaqədar xidmətləri satınalan təşkilata müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 12.1. Satınalan təşkilat müqavilə üzrə göndərilmiş malların və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 13.1. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) müqavilənin xüsusi şərtlərinin 11-ci hissəsi ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 15 iş günündən gec olmayaraq aparılır. 13.3. Müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 iş günü ərzində satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ təchizatçıya ödənilir. 13.5. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) müqavilənin ümumi şərtlərinin 13.1-ci bəndi ilə müəyyən olunmuş müddətdə ödənilmədikdə, ödənilməsi gecikdirilmiş məbləğə görə hər gün üçün müqavilənin xüsusi şərtlərinin 12-ci hissəsi ilə müəyyən olunmuş faizdə dəbbə pulu hesablanır. 23.4. Satınalan təşkilat müqavilə ilə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, təchizatçı ödənilməsi gecikdirilmiş məbləğlərə görə müqavilənin xüsusi şərtlərinin 22-ci hissəsində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. III fəsil Müqavilənin xüsusi şərtləri Müqavilənin xüsusi şərtləri müqavilənin ümumi şərtlərinə əlavələr və (və yaxud) düzəlişlər edir. Ziddiyyət olduqda, buradakı müddəalar müqavilənin ümumi şərtlərindəki müddəalardan üstün olacaqdır. 13.1. Ödəniş alınacaq malların dəyərinə uyğun olaraq göndərilmiş elektron qaimə əsasında (ƏDV daxil) köçürmə yolu ilə həyata keçirilir. 23.4. Gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizi 0.01% təşkil edir.
2. Iddiaçının tələbinə görə alıcı müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
3. “xxxx” MMC (bundan sonra “iddiaçı”) 2025-ci il ## ###### tarixdə Cavabdeh X1 (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.027,80 manat əsas borc, 800 manat dəbbə pulu, cəmi 25.827,80 manat məbləğində pul və 167,48 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış **- **** saylı ##.##.2024-cü il tarixli mallar üzrə satınalma müqaviləsinə əsasən ofis avadanlıqları satıcı - iddiaçı tərəfindən alıcı - cavabdehə satılmışdır. Satıcı malları vaxtında - ##.##.2024-cü il tarixdə təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 25.027,8 manat (ƏDV daxil) borcu ödəməmişdir.
5. Tərəflər arasında bağlanmış müqavilənin 23.4-cü bəndinə əsasən, satınalan təşkilat (alıcı) müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, təchizatçı (satıcı) ödənilməsi gecikdirilmiş məbləğlərə görə cərimə sanksiyaları tətbiq edə bilər. Həmin hissədə isə gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizi 0,01 faiz qeyd edilmişdir. Alıcı malın təhvil verildiyi ##.##.2024-cü il tarixdən (320 gün) etibarən göndərilmiş elektron qaimə üzrə heç bir pul məbləği ödəməmiş, ona görə də ##.##.2025-ci il tarixə təxminən 800 manat dəbbə pulu borcu yaranmışdır.
6. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 442, 445.1, 445.2-445.2.2 və 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 119.1-ci maddələrinə istinad etmişdir.
7. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2026-cı il # ###### tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 25.027,80 manat əsas borc, 800 manat dəbbə pulu, ümumilikdə 25.827,80 manat və 167,48 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Qabil Məmmədov).
8. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında **-**** saylı ##.##.2024cü il tarixli mallar üzrə satınalma müqaviləsi bağlanmış və iddiaçı müvafiq avadanlıqları cavabdehə verməyi, cavabdeh isə göstərilən xidmət qarşılığında müvafiq ödənişlər etməyi öz öhdəliyinə götürmüşdür. Hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında müqavilənin bağlanması təsdiq olunmuşdur.
9. Müqavilə razılaşmasının birinci bölməsini təşkil edən təklifin akseptinə dair bildirişdən məlum olur ki, ##.##.2024-cü il tarixdə fotoaparat, kompüter və avadanlıqları mallarının satın alınması üçün keçirilən satınalmada iddiaçının təqdim etdiyi 25.027,80 AZN məbləğindəki ##.##.2024-cü il tarixli təklif cavabdeh tərəfindən qəbul edilmişdir.
10. Iş materiallarına əlavə edilmiş yekun təhvil-təslim aktı və MT2411 seriyalı ******** saylı ##.##.2024-cü il tarixli elektron qaimə-daktura ilə iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdeh tərəfindən 25.027,80 manat dəyəri olan malların ##.##.2024-cü il tarixdə təhvil alındığı sübut olunmaqla təsdiqini tapır.
11. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatından iddianı qismən etiraf etdikləri məlum olur. Cavabdehin “etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir.
12. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatında borclarının olduğunu təsdiq edən etirafı (“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunmalı, iddiaçının əsas borca münasibətdə pul tələbi əsaslı olduğundan təmin edilməlidir.
13. Iddia tələbində qeyd olunan 800 manat dəbbə pulunun təmin edilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, cavabdehin nümayəndəsi əsas borca münasibətdə iddianı qəbul etdiklərini bildirsə də, ödənişlərin onlardan asılı olmayan səbəblərdən həyata keçirilmədiyini, buna görə gecikmə ilə bağlı təqsirli olmadıqlarını və cəriməni qəbul etmədiklərini bildirmişdir.
14. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış mallar üzrə satınalma müqavilə razılaşmasının "Müqavilənin xüsusi şərtləri” adlanan 3-cü fəslinin 23.4-cü bəndinə əsasən gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizi 0,01 faiz təşkil edir. Öhdəliyini icra etməyən borclu isə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Məhkəmə cavabdehin öhdəliyi lazımınca icra etmədiyini və iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə razılaşmasına əsasən gündəlik 0,01 faiz cərimə borcu nəzərdə tutulduğunu əsas götürməklə tənasübsüz surətdə artıq olmayan cərimənin müqavilədə müəyyən edilmiş qaydada və faizlə hesablandığını nəzərə alaraq öhdəliyin icra edilməməsi üçün müəyyən edilmiş 800 manat cərimənin təmin olunması qənaətindədir.
16. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan 167,48 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsinə, Mülki Məcəllənin 6.2, 14.2-14.2.1, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.2-445.2.1, 448.1, 460.1, 462.1, 465.2-ci, Mülki Prosessual Məcəllənin 52.5, 76.1, 76.2, 77.1, 106.3, 191.3, 81,88, 107, 108.1-108.1.1, 108.2, 112.1-112.1.1, 119.1, 222.2, 218.1 və 220.4-cü, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## ####, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## ###### və “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il # ####### tarixli Qərarlarına, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır.
18. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək e-*-*(***)-***/**** saylı 2026-cı il # ###### tarixli qətnamənin 800 manat dəbbə pulu hissəsində ləğv olunması və bu hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini, əsas borc hissəsində isə ödənişin icrasının büdcə vəsaitlərinin ayrılmasına mütənasib olaraq təxirə salınmasının nəzərə alınmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Mülki Məcəllənin 462.2-ci maddəsi üzrə - borclu öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulu tələb edə bilməz. Iş üzrə gecikmə cavabdehin subyektiv hərəkətləri deyil, dövlət büdcə prosedurları ilə bağlı olduğundan, cavabdeh gecikmədə təqsirli deyil və dəbbə pulu ödəməməlidir.
20. Mülki Məcəllənin 465.2-ci maddəsi üzrə - kreditor icranı qəbul etdikdə cəriməni yalnız qəbul anında bu hüququ saxladığını bildirdikdə tələb edə bilər. Iddiaçı malları ##.##.2024-cü ildə cavabdehə təhvil vermiş və akt imzalanmışdır. Aktda cəriməyə dair heç bir qeyd-şərt qoyulmadığı üçün iddiaçı cərimə tələb edə bilməz.
21. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən iş materiallarında olan təhvil-təslim aktının məzmununa tam hüquqi qiymət verilməmişdir. Belə ki, həmin akta Mülki Məcəllənin 465.2-ci maddəsi prizmasından yanaşılmamış, iddiaçının icranı (malları) qeyd-şərtsiz qəbul etməsi faktı nəzərə alınmamışdır.
22. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - iddiaçı ödənişin gecikməsində cavabdehin birbaşa təqsirini və bu gecikmənin cavabdehin subyektiv hərəkətsizliyi nəticəsində baş verdiyini sübuta yetirməmişdir. Məhkəmə isə bu sübutu tələb etmədən cərimə barədə qərar vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
24. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsi ilə göndərilmiş ##.##.2026-cı il tarixli müraciətində iddia ərizəsində göstərilənlərə əsaslanmaqla işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. (bax § 5). Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.
25. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
26. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
Apellyasiya baxışının hədləri
27. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin qismən ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını mübahisələndirilən hissədə - həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Tətbiq edilən hüquq
28. Mülki Məcəllə; Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
29. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il ## #### tarixli Qərarı (bax § 36). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı (bax § 35).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
32. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri və cavabdehin nümayəndəsinin izahatı ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin mübahisələndirilən hissədə həlli ilə bağlı aşağıdakıları qeyd edir.
33. Hazırkı işdə iddia üzrə mübahisə iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağıanmış **-**** saylı ##.##.2024-cü il tarixli mallar üzrə satınalma müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə fotoaparat, kompüter və avadanlıqları satılması, yekun təhvil-təslim aktına müvafiq olaraq həmin malların cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə təhvil alınması və malların təqdim edilməsi barədə iddiaçı tərəfindən portal vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş elektron qaimə-fakturada göstərilən 25.027,80 manat əsas borcun və 800 manat dəbbə pulunun tələb olunması ilə bağlıdır.
34. Iş materiallarından məlum olur ki, müqavilə Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanuna əsasən bağlanmışdır. Iddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 567 və 600.1-ci maddələri təşkil edir. Müqavilənin istinad olunan bəndləri işin hallarında göstərilmişdir (bax §1).
35. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında göstərildiyi kimi, “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir... Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. MM-in 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində”.
36. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2014-cü il tarixli Qərarı). Lakin apellyasiya şikayətində bu hala istinad olunmamaqla yanaşı, iş materiallarında da tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olması müəyyən edilməmişdir.
37. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
38. Kollegiya qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsas götürülür. Hazırkı mübahisədə mallar üzrə satınalma müqaviləsinin xüsusi şərtlərinin 23.4-cü bəndinə görə, cavabdehə münasibətdə gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizi 0.01% təşkil edir. Cavabdeh isə müqavilənin həm ümumi, həm də xüsusi şərtlərinin 13.1-ci bəndinin tələblərinə əməl etməyərək heç bir ödəniş etməmişdir. (bax §1).
39. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Iddia tələbi isə dəbbə pulu üzrə qeyd edilənlərə müvafiq olaraq ödənişin gecikdirilməsinə görə tələb olunan 800 manatdan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən də həmin məbləğ təmin olunmuşdur. Göstərilənlərə müvafiq olaraq kollegiya birinci instansiya məhkəməsinin “800 manat dəbbə pulunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə gəldiyi nəticəni düzgün hesab etməklə onunla razılaşır (bax §13-15).
40. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətində qətnamənin əsas borc hissəsində ödənişin icrasının büdcə vəsaitlərinin ayrılmasına mütənasib olaraq təxirə salınmasının nəzərə alınması” xahişi ilə bağlı kollegiya qeyd edir ki, dövlət büdcəsindən vəsaitin ayrılması, limitlərin müəyyən edilməsi və xəzinə əməliyyatları qanunvericiliklə tənzimlənən, proqnozlaşdırılan və mütəmadi xarakter daşıyan inzibati proseslərdir. Dövlət qurumlarının büdcə planlaşdırması onların daxili riskidir.
41. Cavabdeh müqavilə bağlayarkən öz öhdəliklərini maliyyə imkanları ilə uzlaşdırmalıdır. Vəsaitin çatışmazlığı daxili təşkilati və idarəetmə problemidir. Dövlət orqanının və ya cavabdehin daxili büdcə prosedurları, vəsaitin yuxarı instansiya tərəfindən gecikdirilməsi borclunu kreditor qarşısında məsuliyyətdən azad etmir.
42. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Əgər qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində belə bir zərurət yaranarsa, cavabdeh (borclu) bu barədə birinci instansiya məhkəməsinə müraciət edə bilər.
43. Kollegiya tərəfindən apellyasiya şikayətində və cavabdehin nümayəndəsinin izahatında göstərilən digər dəlillər subyektiv mülahizələr kimi dəyərləndirilir.
44. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində maddi və prosessual hüquq normalarına riayət etmiş və həmin hissədə iddiaçının cavabdehə qarşı tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki; - cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı; - e-*-*(***)-***/**** saylı 2026-cı il # ###### tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, - cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 84,39 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
Nəticəvi hissə
46. Mülki-Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2026-cı il # ###### tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 84,39 (səksən dörd manat otuz doqquz qəpik) manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.