Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-2(3-1)-38/2026 19.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: nümayəndəlik səlahiyyətləri, hüquqi şəxsin nümayəndəsi, iddia ərizəsinin imzalanması, mütləq prosessual pozuntu, iddianın baxılmamış saxlanılması) iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: I. Işin halları
1. “xxxx” MMC tərəfindən Cavabdeh üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyərinin 2022-ci il ## ######## tarixli, EBCG seriyalı, ****** nömrəli elektron qaimə-fakturada 871778,30 manat məbləğində, 2022-ci il ## ####### tarixli, EBCI seriyalı, ****** nömrəli elektron qaimə-fakturada isə 530123,86 manat məbləğində olması qeyd olunmuşdur.
2. 2023-cü il ## #### tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, bu üzləşmə aktı bir tərəfdən Cavabdeh mühasibi nümayəndə3 və digər tərəfdən “xxxx” MMC-nin mühasibi (nümayəndəsi) arasında bağlanmış, nəticədə tərəflər 2023-cü il # #### tarixinə Cavabdeh “xxxx” MMC-yə borcunun ƏDV-li məbləğinin 246377,31 manat, “xxxx” MMC-nin isə Cavabdeh olan borcunun ƏDV-li məbləğinin 84991,21 manat məbləğində olduğunu imzaları ilə təsdiq edirlər. II. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. “xxxx” MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra -“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mal material haqqına görə yaranmış 246377,31 manat əsas borc məbləğinin və 345 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi belə əsaslandırılmışdır ki, müqaviləyə əsasən iddiaçı sifarişçini malmaterialla təmin edir, sifarişçi isə həmin xidmətləri qəbul edir və razılaşdırılmış qaydada malmaterial haqqı ödəyir. Lakin cavabdeh tərəfindən razılaşma üzrə yaranmış öhdəliklər yerinə yetirilməmiş, mal-material haqqı tam şəkildə ödənməmiş və bunun nəticəsində 2023-cü il ## #### tarixinə 246377,31 məbləğində borc yaranmışdır. Dəfələrlə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunmuşdur. Cavabdeh iddiaya etiraz ünvanlayaraq, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktının iş üzrə materiallarla təsdiq olunmadığını, belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normalarının müəyyən edilmədiyini, həmin borcun yaranmasının idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməli olduğunu və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənildiyini, həmin vəsaitlərin də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənildiyini, iddia edilən borcun yaranması səbəbinin isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməklə hesablanmalı olduğunu nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.
3. Iddiaçı tərəfindən 2025-ci il ## #### tarixdə barışıq sazişi təqdim olunmuş, həmin barışıq sazişi əsasında Naxçıvan MR Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e- *-*(***)-**/**** nömrəli qərardadı ilə 2025-ci il ## #### tarixli “Barışıq sazişi”nin aşağıda göstərilmiş mətin mövzusunda təsdiq edilməsi, bu Sazişin mövzusunu Cavabdeh ilə “xxxx” MMC arasında 2023-cü il ## #### tarixinə olan borcun üzləşmə aktında Cavabdeh “xxxx” MMCyə 246377.31 manat borcu olmaqla, “xxxx” MMC-nin Cavabdeh olan 84991.21 manat borcundan azaldılaraq, yerdə qalan cəmi 161386.10 manatın olmasının təsdiq edilməsi, sözügedən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən, borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə üzrə icraata xitam verilməsi qərara alınmışdır.
4. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı ləğv edilərək, “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Naxçıvan MR Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli, e-2- 2(123)- **/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 246377,31 manatın, həmçinin ödənilmiş 191.6 manat və 344.78 manat məbləğində dövlət rüsumlarının alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Salmanov).
6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71.1, Mülki Prosessual Məcəllənin ( bundan sonra – “MPM”) 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 106.3, 107, 108, 119.1, 217.5-ci maddələrinə istinad etmişdir.
III. Apellyasiya və kassasiya şikayətləri, ona etirazın dəlilləri
7. Məhkəmə qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh qismində göstərilən idarənin mülki məsuliyyətinin yaranması üçün Azərbaycan Respublikasının MM-nin 1097-ci maddəsində nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktının iş materialları ilə təsdiq olunmadığı, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normalarının müəyyən edilmədiyi, həmin borcun yaranmasının idarənin hərəkət və hərəkətsizliyi nəticəsində olmadığı, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənildiyi, həmin vəsaitlərin də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənildiyi, iddia edilən borcun yaranması səbəbinin isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanmalı olduğu müəyyən olunur. Qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğunun müəyyən edildiyi, qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirlərinin də doğru olduğu, cavabdehin nümayəndəsinin həmin borcun olduğunu etiraf etsə də, bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərdiyini və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranmasının müəyyən edilməsinin nəzərə alınmalı olduğunu, burada da cavabdehin hər hansı təqsirinin olmamasını, eyni zamanda qətnamənin nəticə hissəsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində özünü maliyyələşdirmə prinsipi ilə işləmiş Naxçıvan Şəhər Idarəsi arasında bağlanmış ## #### 2025-ci il tarixli “Barışıq sazişi”nin nəzərə alınmadığını bildirən cavabdehin nümayəndəsi həmin sazişə əsasən tərəflər arasında qarşılıqlı razılaşmaya görə aparılmış borcların əvəzləşdirilməsi ilə idarənin cəmiyyətə qalan borcunun cəmi 161.386,10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, 10 qəpik) manat olmasının müəyyən edildiyini qeyd etmişdir. Belə ki, qətnamənin qərar hissəsində ilkin iddia tələbinin olduğu kimi, yəni 246.377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat, 31 qəpik) manat məbləğində əsas borc və cəmi 536,38 manat məbləğində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları olmaqla, ümumilikdə 246.913,69 (iki yüz qırx altı min doqquz yüz on üç manat, 69 qəpik) manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinin müəyyən edildiyini, halbuki, tərəflər arasındakı sazişə əsasən bu məbləğin cəmi 161.922,48 (bir yüz altmış) bir min üç yüz səksən altımanat, 10 qəpik) manat olduğunu, hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektronqaimə sənədlərinin göstərildiyini, halbuki həmin elektron - qaimə sənədlərinin hazırlanmasında malların qiymətlərinin mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablandığını, bu halın da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməyəcəyini, iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsinin yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola biləcəyini, eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac olduğunu bildirmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: V.Kuimova – sədrlik edən və məruzəçi, S.Qarayev və S.Bəylərli).
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, borclunun üzləşmə aktını imzalamaqla yazılı şəkildə borcunun 246377,31 manat məbləğində təşkil etməsini təsdiq etməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. c) Kassasiya instansiyası məhkəməsində icraat
11. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-in 6.1, 1096, 1097-ci maddələri üzrə - iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. Iddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Məhkəmənin üzləşmə aktının mövcud olmasını müqavilənin şifahi bağlanılması kimi qiymətləndirməsi hissəsi ilə də qəti şəkildə razılaşmırıq. Belə ki hər iki tərəf (mübahisə tərəfi) hüquqi şəxsdir və hər bir halda hər iki hüquqi şəxs arasında mütləq şəkildə yazılı müqavilə bağlanılmalı və eyni zamanda tərəflərin imza və möhürləri ilə təsdiq edilməli idi. Hazırki işdə isə belə bir müqavilə mövcud deyildir. Vergi Məcəlləsinin 153, 154-cü maddələri üzrə - işə baxan apellyasiya instansiya məhkəməsi ticari münasibətlərdə olan iddiaçı təşkilat ilə cavabdeh təşkilat arasındakı münasibətlərə Vergi Məcəlləsi baxımından düzgün hüquqi qiymət verməmiş, qətnamədə yalnız müvafiq Məcəllədə nəzərdə tutulmuş ƏDV–nin hüquqi anlayışını verməklə kifayətlənmişdir. Məhkəməyə dəvət olunmuş vergi qurumunun nümayəndəsi də məsələyə düzgün rəy verməmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)-**/**** nömrəli, 2025ci il # ###### tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Kassasiya instansiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, iddiaçının əsaslandığı müqavilənin etibarlılığına qiymət verilməlidir. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə dövlət orqanıdır və o, həmin müqavilə üzrə dövlət vəsaiti hesabına mal-materialın alıcısı qismində çıxış etmişdir. Bu baxımdan, kollegiya qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilə hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməlidir və həmin münasibətlərə MM-in 404-1-ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir. Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2022-ci ildə yarandığı üçün MPMin 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Qanun tətbiq edilməlidir. Lakin hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən şifahi formada bağlanmışdır. Kollegiya hesab etmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçının həmin şifahi müqaviləyə əsaslanmaqla irəli sürdüyü iddia tələbləri hüquqi cəhətdən əsassızdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin istinad etdiyi hüquqi əsaslardan asılı deyil və ona görə də, iddia tələblərinin mümkün olan bütün qanuni əsaslarını yoxlamalıdır. Bu baxımdan kollegiya qeyd etmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələrə əsasən iddia irəli sürüldüyü hallarda həmin müqavilələrin tam və ya qismən icra olunub-olunmaması araşdırılmalı, belə icra olunma müəyyən olunduğu hallarda isə iddia tələblərinin mümkün olan qanuni əsasları üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə dəyərləndirmə zamanı nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə müqavilədən irəli gələn tələblər istisna edildiyi üçün, iddia tələblərinin qanundan irəli digər əsasları, yəni əşya hüququ, deliktlər, özgə işlərinin tapşırıqsız aparma və əsassız varlanmadan irəli gələn tələblər üzrə yoxlama aparılmalıdır. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında olan hüquq münasibətləri mülki hüquqda təsbit edilən əşya hüququ, deliktlər və özgə işlərinin tapşırıqsız aparma ilə bağlı münasibətlərin mahiyyətinə və onlara aid MM-in müvafiq maddələrinin (“Əmlak və əşya hüququ” adlı üçüncü bölmədə olan maddələr, “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” adlı doqquzuncu bölmədə olan maddələr və özgə işlərini tapşırıqsız aparma ilə bağlı 1087- 1090-cı maddələr) nizamlama qaydalarına uyğun olmadığına görə qanunvericiliyin həmin əsaslara aid müddəaları hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi çıxış edə bilməz. Beləliklə, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr tam və ya qismən icra olunduğu hallarda kimin məhrum olan və kimin varlanmış şəxs olmasına qiymət verilməlidir. Kollegiya qeyd etmişdir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi birbaşa göstərilməsə də, bu prinsip MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MM-in 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya qeyd etmişdir ki, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr üzrə işi icra edən şəxslərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət verilməlidir. Bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, fiziki şəxsin özünün və ya işçisinin, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən məlumatlı olub-olmamaları və müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanuna zidd olmasının dərk edibetməmələri nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində onların vicdanlı hərəkət edibetməmələri və məhz bu kriteriyadan asılı olaraq müqavilənin icrası ilə bağlı xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri müəyyən edilməlidir. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Göstərilənlərə əsasən kollegiya qeyd etmişdir ki, hazırkı iddia üzrə işin araşdırılması və hüquqi dəyərləndirməsi yuxarıda qeyd olunan şəkildə aparılmalıdır. IV. Apellyasiya şikayətinə yenidən baxılması.
15. Kommersiya işi yenidən baxılması üçün apellyasiya şikayəti ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatına “24” iyul 2026-cı ildə daxil olmuşdur.
16. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. V. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. 5.1-ci maddəsinə görə istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər;
18. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir;
19. 43.1-cü maddəsi ilə müəyyən edilir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır;
20. 44.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir;
21. 48.1-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir;
22. 53-cü maddəsində göstərilir ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. b) Azərbaycan Respublikası Vergilər Məcəlləsi 23.
24. 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan X6 nömrəsi (VÖEN) verilir.
c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
25. 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
26. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
27. 50.1-ci maddəsində qeyd edilir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər;
28. 69.1-ci maddəsinin tələbinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir;
29. 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir;
30. 259.0 və 259.0.3-cü maddələrinin mahiyyətinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
d) “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli, ** nömrəli qərarı
31. 6.2-ci bəndində qeyd edilir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır.
32. 6.3-cü bəndində göstərilir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında Mülki- Prosessual Məcəllənin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. VI. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsini cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.
36. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğvinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır.
VII. Məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya mülki iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını müəyyən etdiyindən, ilkin olaraq mübahisə predmeti olan məhkəmə aktının bu meyar əsasında yoxlanılması həyata keçirilməli, müsbət nəticə əldə edildiyi halda apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onun maddi hüquq normalarına uyğunluğu yoxlanılmalıdır.
38. Buna müvafiq olaraq kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki- Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
40. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Sonuncu qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.
42. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə icraatın başlanmasına əsas olan iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
43. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.
44. Iddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda isə bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, onun səlahiyyətli şəxs tərəfindən imzalanması, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.
45. Iddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsi üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).
46. Qeyd edilənlərin mahiyyətindən aydın olur ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır.
47. Iddiaçı “xxxx” MMC-nin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini prosessual qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, icraatın başlanmasına səbəb olan prosessual sənədin məzmunu nümayəndəlik səlahiyyətləri baxımından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2, 149 və 151-ci maddələrinin tələblərinə cavab vermir.
48. Belə ki, iş materiallarının araşdırılmasından görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adından ## ###### 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi nümayəndə nümayəndə5 tərəfindən imzalanmışdır. Iddia ərizəsinə hüquqi şəxs adından verilmiş etibarnamə əlavə edilsə də, həmin nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə nümayəndəlik etmək hüququnun və iddia ərizəsini imzalamaq səlahiyyətinin olubolmaması kollegiya tərəfindən ilkin olaraq yoxlanılmalı idi.
49. Burada ilk növbədə o hüquqi məsələyə aydınlıq gətirilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərarı ilə əvvəlki apellyasiya qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün geri qaytarılması və iş üzrə müəyyən göstərişlərin verilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mütləq və qeyd-şərtsiz prosessual əsaslarının yoxlanılmasına maneə törətmir. Belə ki, kassasiya instansiyası məhkəməsinin qeyd olunan qərarındakı göstərişlər mahiyyət etibarı ilə sırf maddi-hüquqi xarakter daşımaqla, tərəflər arasındakı müqavilənin dövlət satınalmaları qanunvericiliyi baxımından etibarlılığının və əsassız varlanma normaları çərçivəsində vicdanlılıq meyarının araşdırılmasına yönəlmişdir. Lakin maddi hüquq normalarının tətbiqi və bu barədə kassasiya göstərişlərinin icrası yalnız o halda mümkündür ki, məhkəmənin icraatında qanunvericiliyin tələblərinə uyğun olaraq qaldırılmış və səlahiyyətli şəxs tərəfindən imzalanmış qanuni bir iddia ərizəsi mövcud olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinin imperativ tələbi, şikayətin dəlillərindən və işin əvvəlki maddi-hüquqi mübahisə tarixindən asılı olmayaraq, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət edilib-edilməməsini yoxlamaq barədə kollegiyanın üzərinə mütləq vəzifə qoyur. Iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması isə məhkəmə icraatının qanuniliyini şərtləndirən fundamental və ilkin prosessual şərt olduğundan, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu prosessual qüsuru sərbəst şəkildə qiymətləndirmək və müvafiq nəticəyə gəlmək hüququndadır.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinin imperativ tələbinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri (rəhbəri), yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bu baxımdan, vəkil statusu olmayan bir şəxsin hüquqi şəxsin nümayəndəsi qismində çıxış etməsi və onun adından prosessual sənədləri imzalaması üçün həmin şəxsin iddia ərizəsinin verildiyi tarixdə (## ###### 2024-cü il) həmin müəssisədə rəsmi əmək müqaviləsi ilə çalışan işçi olması mütləq hüquqi şərtdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli, ** nömrəli qərarının 6.2-ci bəndinə müvafiq olaraq, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə ilə yanaşı, onun hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd əlavə edilməlidir.
51. Kollegiya müəyyən edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən nümayəndə nümayəndə5 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində işləməsini təsdiq edən hər hansı iş yerinə dair rəsmi arayış və ya əmək müqaviləsi bildirişi iş materiallarına əlavə edilməmişdir.
52. Işin bu faktiki halının yoxlanılması məqsədilə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə nümayəndə5 əmək müqaviləsi bildirişləri nəzərdən keçirilmiş və müəyyən edilmişdi ki, nümayəndə5 rəsmi qeydiyyatda olan aktiv 3 (üç) iş yeri mövcuddur: - “CAHAN HOLDINQ” X4 (VÖEN: **********) - vəzifəsi şöbə müdiri; - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - vəzifəsi hüquqşünas; - “xxxx” Mənzil Tikinti Kooperativi (VÖEN: **********) - vəzifəsi hüquqşünas/baş hüquqşünas.
53. Göründüyü kimi, nümayəndə nümayəndə5 aktiv əmək münasibətlərində olduğu hüquqi şəxslərin siyahısında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud deyil.
54. Iş materiallarında mövcud olan, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adından verilmiş etibarnamədə nümayəndə nümayəndə5 vəzifəsi həmin MMC-nin "hüquqşünas"ı olaraq göstərilsə də, bu qeydlər özlüyündə şəxsin həmin hüquqi şəxslə Mülki- Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələb etdiyi mənada birbaşa əmək münasibətlərində olmasını təsdiq edən hüquqi sübut rolunda çıxış edə bilməz.
55. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edilmiş reyestr məlumatlarından görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil olaraq ********** VÖEN ilə, “Cahan Holdinq” X4 isə 0200375181 VÖEN ilə tam fərqli vergi uçotuna malik, ayrıca mülki hüquq subyektləridir. Mülki Məcəllənin hüquqi şəxslərin müstəqilliyi prinsiplərinə və Mülki-Prosessual Məcəllənin imperativ normalarına əsasən, fərqli VÖEN-ə malik bir hüquqi şəxsin (“Cahan Holdinq” KŞI) ştatlı işçisi (şöbə müdiri) olan şəxsin, digər müstəqil hüquqi şəxs olan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birbaşa əmək müqaviləsi və aktiv əmək münasibətləri qeydiyyatı olmadığı təqdirdə, etibarnamədə sadəcə "hüquqşünas" yazılması və ya holdinq tabeliyi barədə arayış təqdim edilməsi ona hüquqi şəxs adından məhkəmə sənədlərini imzalamaq və iddia qaldırmaq səlahiyyəti vermir.
56. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron portalının məlumatlarından isə açıq-aydın görünür ki, “Cahan Holdinq” X7 (qeyri-kommersiya təşkilatlarının birliyi qismində) və iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (kommersiya qurumu qismində) tamamilə ayrı-ayrı dövlət qeydiyyatı olan, fərqli VÖEN-lərə malik olan müstəqil hüquqi şəxslərdir.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə və Vergilər Məcəlləsinin 33.1 və 34.6-cı maddələrinə əsasən, hər bir hüquqi şəxs müstəqil olaraq vergi orqanlarında uçota alınır və ona vahid olan X6 Nömrəsi (VÖEN) verilir.
58. Mülki Məcəllənin 53-cü maddəsinin mənasına görə, holdinq tərkibində təsisçi və ya iştirakçı olmaq həmin şirkətlərin hüquq subyektliyini birləşdirmir. Bir müstəqil hüquqi şəxsin (“Cahan Holdinq”in) işçisi olan şəxs, digər müstəqil hüquqi şəxslə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə) Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun birbaşa əmək münasibətlərinə malik olmadıqda, onun adından məhkəməyə müraciət edə və prosessual sənədləri imzalaya bilməz.
59. Beləliklə, iddia ərizəsinin verildiyi və imzalandığı ## ###### 2024-cü il tarixdə nümayəndə5 iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olması, qanunla və ya təsis sənədləri ilə təşkilatı nümayəndəliksiz təmsil etmək hüququnun (direktor statusunun) olması və vəkil statusuna malik olması sübuta yetirilmir. Bu isə o deməkdir ki, iddia ərizəsi qanunla səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və təqdim edilmişdir.
60. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.3-cü maddələrinin imperativ tələbinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının 6.2-ci bəndində də göstərilmişdir ki, nümayəndənin hüquqi şəxsin işçisi olmasını təsdiq edən qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Həmin qərarın 6.3cü bəndinə görə, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə, məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının (hüquqi şəxsin rəhbərinin) gəlib iddianı müdafiə etməsi belə, ərizənin baxılmamış saxlanılması zərurətini istisna etmir. Buna baxmayaraq hazırkı vəziyyətdə bu hal belə mövcud deyil(hüquqi şəxsin rəhbəri prosesdə iştirak etməmişdir).
61. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
62. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
63. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.
64. Iş materiallarını qanunvericiliyin yuxarıda qeyd olunan prosessual normalarının tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya bildirir ki, məhkəmə baxışı iclaslarında iddiaçının nümayəndəsinin hüquqi şəxsi təmsil etmək və onun adından prosessual sənədləri imzalamaq səlahiyyətinin qanunvericiliyin tələblərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsinin bu qüsuru diqqətdən qaçıraraq işə mahiyyəti üzrə baxması və qətnamə qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə köklü şəkildə ziddir. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmalı olmadığı halda, yəni iddianın baxılmamış saxlanılması üçün mütləq əsaslar mövcud olduğu üçün baxıb qətnamə çıxardığına görə prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Hazırda işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, hələ ## ######## 2025-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnamə qəbul etdiyi dövrdə mövcud olan faktiki və hüquqi şərait, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə5 Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun imperativ təmsilçilik statusunun olmaması səbəbindən, iddia ərizəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun tutulmasına dair iş üzrə qəti olaraq baxılmamış saxlanılması üçün birbaşa və qeyd-şərtsiz əsas idi.
65. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)- **/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1–259.0.5ci və 259.0.8–259.0.12-ci maddələrini müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; - 385.1 and 385.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir; - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun; - 387.2 və 387.2.8-ci maddələrindən müəyyən edilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
66. Qeyd edilənlərin ümumi nəticəsi olaraq kollegiya cavabdeh təşkilatın Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)- **/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən, yəni məhkəmə aktının ləğv edilməsinə dair hissədə əsaslı hesab edir.
67. Apellyasiya şikayətinin qalan hissəsinə, yəni iddianın rədd edilməsi və yaxud Azərbaycan Respublikası Ali Məhkəmənin kassasiya qərarındakı mövqeyinə münasibətdə kollegiya bildirir ki, apellyasiya məhkəməsi prosessual normanın pozuntusunu əsas tutaraq qətnamənin ləğv olunması, eyni zamanda iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlir, yəni işə mahiyyəti üzrə baxmır. Iddianın rədd edilməsi və ya maddi-hüquqi xarakterli digər nəticələr mahiyyət üzrə həll sayıldığından, kollegiya hazırda iddianın maddi hüquq cəhətdən əsaslı olub-olmaması barədə hər hansı yekun qərar qəbul edə bilməz.
68. Kollegiya “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı borcun tutulması tələbinin baxılmamış saxlanılması nəticəsinə gəldiyindən bildirir ki, Mülki- Prosessual Məcəllənin 260.2-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına dair qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların, yəni hüquqi şəxs adından iddia ərizəsini imzalayan nümayəndənin Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə uyğun olaraq müəssisə ilə birbaşa əmək münasibətlərini təsdiq edən əmək müqaviləsi bildirişinin və ya vəkillik statusunun necə aradan qaldırılması göstərilməlidir.
69. Həmçinin həmin Məcəllənin 260.4-cü maddəsinə görə isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
70. Bu prosessual normalar iddianın baxılmamış saxlanılmasından sonra iddiaçının yenidən iddia ərizəsi ilə birinci instansiya məhkəməsinin icraatına müraciət etmək hüququnu itirməməsini ifadə edir. Yəni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu qərardadda göstərilən prosessual halları aradan qaldıraraq (müvafiq qaydada vəkil cəlb etməklə və ya iddia ərizəsini müəssisənin qanuni rəhbəri tərəfindən imzalamaqla) təkrar məhkəməyə müraciət edə bilər.
71. Məhkəmə xərclərinin bölgüsü məsələsinə gəldikdə kollegiya bildirir ki, iş materiallarına görə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilərkən ##.##.2024-cü il tarixli, ********** saylı qəbzlə 191.6 AZN, eyni zamanda ##.##.2025-ci il tarixli, ************ saylı qəbzlə 344.78 AZN məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 536.38 (beş yüz otuz altı manat, otuz səkkiz qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.
72. Həmçinin iş materiallarının və apellyasiya şikayətinin elektron qeydiyyat məlumatlarının yoxlanılması zamanı müəyyən edilir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən apellyasiya şikayəti verilərkən ********** nömrəli qəbzlə 268.5 AZN, həmçinin kassasiya şikayəti verilərkən ********** nömrəli qəbzlə 269 AZN olmaqla ümumilikdə 537.5 AZN (beş yüz otuz yeddi manat, əlli qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.
73. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin imperativ tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilərkən ##.##.2024-cü il tarixli, ********** saylı qəbzlə ödənilmiş 191.6 AZN və ##.##.2025-ci il tarixli, ************ saylı qəbzlə ödənilmiş 344.78 AZN məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 536.38 (beş yüz otuz altı manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçıya tam həcmdə geri qaytarılması qərara alınmalıdır.
74. Eyni zamanda cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən apellyasiya şikayəti verilərkən ********** nömrəli qəbzlə ödənilmiş 268.5 AZN, həmçinin kassasiya şikayəti verilərkən ********** nömrəli qəbzlə ödənilmiş 269 AZN olmaqla ümumilikdə 537.5 AZN (beş yüz otuz yeddi manat, əlli qəpik) məbləğində dövlət rüsumunun cavabdehə tam həcmdə geri qaytarılması qərara alınmalıdır.
75. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
76. Beləliklə,yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 260, 263, 264, 365, və 402.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Apellyasiya şikayəti (qətnamənin ləğv edilməsinə dair hissədə) qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı mal material haqqına görə yaranmış 246377,31 manat əsas borc məbləğinin və 345 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılsın. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, iddianın baxılmamış saxlanılmasına səbəb olmuş şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilərkən ##.##.2024-cü il tarixli, ********** saylı qəbzlə ödənilmiş 191.6 AZN və ##.##.2025-ci il tarixli, ************ saylı qəbzlə ödənilmiş 344.78 AZN məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 536.38 (beş yüz otuz altı manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya tam həcmdə geri qaytarılsın. Eyni zamanda cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən apellyasiya şikayəti verilərkən ********** nömrəli ## ######## 2025-ci il tarixli qəbzlə ödənilmiş 268.5 AZN, həmçinin kassasiya şikayəti verilərkən ********** nömrəli ## ###### 2025-ci il tarixli qəbzlə ödənilmiş 269 AZN olmaqla ümumilikdə 537.5 AZN (beş yüz otuz yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə tam həcmdə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.