Məhkəmə qərarları › İş №2-2(3-1)-7/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(3-1)-7/2026

30.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(3-1)-7/2026 30.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı İsmayılov Ərəstun Məmmədəli oğlunun cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, real zərər və əldən çıxmış fayda” tələbləri, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğluna qarşı “əldən çıxmış fayda, əsassız varlanma üzrə pul tələbi, çıxarışın ləğv edilməsi, əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbləri barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: real zərər və əldən çıxmış fayda, əsassız varlanma üzrə pul tələbi, çıxarışın ləğv edilməsi, əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, iddiaçı-cavabdehin vəkil və nümayəndəsi vəkil3 və cavabdeh-iddiaçının vəkilinümayəndəsi vəkil1 iştirakı ilə, İddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun cavabdeh-iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, real zərər və əldən çıxmış fayda” tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğluna qarşı “əldən çıxmış fayda, əsassız varlanma üzrə pul tələbi, çıxarışın ləğv edilməsi, əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun vəkili və nümayəndəsi vəkil3 və cavabdeh-iddiaçı Cavabdeh vəkili-nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Naxçıvan Şəhər Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehlər Cavabdeh və Naxçıvan şəhər * saylı Notariat Ofisinə qarşı ## ######## 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir.

2. ## ###### 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqaviləyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan şəhəri 21/2-ci məhəllə döngə 7 ev 57-də 0.1989 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin həyətyanı torpaq sahəsindən ünvanında yerləşən ümumi sahəsi 306.28 kv.m olan torpaq sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəni İsmayılov Ərəstun Məmmədəli oğluna bağışlamış, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin çıxarışına əsasən 0.0306 ha torpaq sahəsi və 498.94 kv.m fərdi yaşayış evi ## #### 2022-ci il tarixdə İsmayılov Ərəstun Məmmədəli oğlunun adına qeydiyyata alınmışdır.

3. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli ** nömrəli sərəncamı ilə İsmayılov Ərəstun Məmmədəli oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ona məxsus həmin ünvanında yerləşən evin təyinatı dəyişdirilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmiş, iaşə sahəsi-kafe, mağaza, anbar, avtoyuma və avtotəmir kimi istifadəsinə icazə verilməsi qərara alınmışdır.

4. Naxçıvan MR DƏTMDX-nin ## ####### 2022-ci il tarixli 20805 inventar nömrəli daşınmaz əmlakın qeyri-yaşayış binasının texniki pasportu ilə daşınmaz əmlak qeyri yaşayış binası ilə birgə İsmayılov Ərəstun Məmmədəli oğlunun adına qeydiyyata alınmış, dövlət reyestrindən çıxarışa əsasən həmin ünvanında yerləşən 0.0306 ha torpaq sahəsi və 505.39 kv.m qeyri-yaşayış binası ## ###### 2022-ci il tarixdə 122012344 qeydiyyat nömrəsi ilə İsmayılov Ərəstun Məmmədəli oğlunun adına qeydiyyata alınmışdır.

5. İsmayılov Ərəstun Məmmədəli oğlu tərəfindən ## #### 2023-cü il tarixdə həmin qeyriyaşayış binasının 30 kv.m olan hissəsini fərdi sahibkar şahid9, 200 kv.m olan hissəsini isə fərdi sahibkar Abdullayev İbrahim Əbülfəz oğluna öz aralarında bağlanmış icarə müqavilələri əsasında icarəyə verilmişdir.

6. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2023-cü il tarixli *(***)**/**** nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehlər Cavabdeh və Naxçıvan şəhər * saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qərarı ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

8. Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnamənin izahına dair qərardadına əsasən ünvan 2 ünvanında yerləşən əmlakın yerləşdiyi 312 m² torpaq sahəsi üzrə İsmayılov Ərəstun Məmədəli oğlunun adına aparılan hüququn qeydiyyatı ##.##.2024-cü il tarixdə ləğv olunmuş, torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Torpaq üzərindəki 505.39 m² qeyri-yaşayış binası isə İsmayılov Ərəstun Məmədəli oğlunun adında saxlanılmışdır. Yəni, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi cavabeh-iddiaçı Cavabdeh adına, üzərindəki qeyri-yaşayış binası isə iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmədəli oğlunun adına qeydiyyata alınmışdır. (cild 6, səh. 237) II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İsmayılov Ərəstun Məmmədəli oğlunun vəkili və nümayəndəsi nümayəndə1 Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyəri olan 500000 (beş yüz min) manat pulun real zərər hesab edilməklə və həmin qeyri-yaşayış sahəsinin istifadəsindən əldə edilməli olan 100000 (yüz min) manat pulun əldən çıxmış fayda hesab edilməklə, ümumilikdə 600000 (altı yüz min) manat pulun, həmçinin ödənilmiş 890 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İsmayılov Ərəstun Məmmədəli oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən daşınmaz əmlakı mülkiyyətçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə bağlanan ##.##.2022-ci il tarixli 4Ə-** reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanma Müqaviləsi"nə əsasən, əldə etmiş, müqaviləni rəsmiləşdirdikdən sonra daşınmaz əmlak üzərində mülkiyyət hüquqları Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən reyestrdə qeydə alınmış və ona ##.##.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Daşınmaz əmlakı əldə edərkən iddiaçının əsas məqsədi orada qeyri-yaşayış sahəsinin inşasını həyata keçirmək və bu əmlak vasitəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olduğundan, o dərhal qeyd edilən daşınmaz əmlakı yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsinə dair ərizə ilə Naxçıvan şəhər İcra Hakimiyyətinə müraciət etmiş, hazırkı ərizəsinə əlavə edilən Naxçıvan ŞİHB-nın ##.##.2022-ci il tarixli ** nömrəli Sərəncamından da göründüyü kimi onun ərizəsi təmin edilmiş və Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən 2 mərtəbəli evin təyinatı dəyişdirilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bu Sərəncamdan sonra iddiaçı qeyd edilən sahədə qeyri-yaşayış sahəsinin inşasına başlamış və böyük məbləğdə vəsait sərf edərək qeyd edilən sahənin inşasına nail olmuşdur. Qeyri-yaşayış sahəsinin inşası başa çatdıqdan və istifadəyə yararlı hala gəldikdən sonra o yenidən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş və həmin xidmətdən ona verilən ##.##.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla daşınmaz əmlak qeyri-yaşayış sahəsi kimi rəsmi reyestrdə qeydə alınmışdır. Hazırkı ərizəsinə əlavə edilən texniki pasportda bu dediklərini tam olaraq təsdiq edir. Bina istismara hazır olandan sonra iddiaçıya məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi mübahisəli torpaq sahəsi olmaqla əvvəlki mülkiyyətçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla, hazırkı cavabdeh Cavabdeh arasında məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə qərarları ilə cavabdeh Cavabdeh daşınmaz əmlak üzərində hüquqları bərpa edildiyindən onun mülkiyyət hüquqları ləğv edilmişdir. Artıq iddiaçı Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının olduğunu nəzərə alaraq, bura külli miqdarda maddi vəsait və əmək sərf etmiş, hazırda isə bu şəxslər arasında olan mübahisə səbəbindən o nəinki öz əmlakından məhrum olunur, hətta, onun əldən çıxmış faydası da yaranır. İddiaçı qeyd edilən daşınmaz əmlakın vicdanlı sahibi olduğunu nəzərə alaraq, çıxarılan məhkəmə qərarları ilə onun hüquqları nəzərə alınmamış və o bu pozulan hüquqlarının məhkəmələr vasitəsi ilə bərpasına nail olmaq niyyətindədir. Bina onlar tərəfindən tikilib hazır vəziyyətə gətirildiyi üçün, iddiaçı tərəf olaraq hazırda binanın dəyəri olan 500.000 manatın onlara dəyən real zərər olduğu qənaətindədirlər. Bundan əlavə, əgər hazırkı iş üzrə cavabdeh tərəfindən qeyd edilən məhkəmə icraatları başlanmasaydı bu günədək təxminən 100.000 manat gəlir əldə edə bilərdilər ki, bu məbləği isə onlar əldən çıxmış fayda hesab edirlər.

11. Cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi vəkil1 məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət etmiş, məhkəmənin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qərardadı ilə onun ərizəsi nəzərə alınaraq qarşılıqlı iddia tələbinə “Cavabdeh-iddiaçı Cavabdeh əlindən çıxmış fayda olan 300 000 (üç yüz min) manat və iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun əsassız olaraq əldə etdiyi gəlir olan 370 150 (üç yüz yetmiş min yüz əlli) manat olmaqla, 670 150 (altı yüz yetmiş min yüz əlli) manat vəsaitin və ödənilmiş 961 (doqquz yüz altmış bir) manat dövlət rüsumunun iddiaçıcavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlundan tutularaq cavabdeh-iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun ünvan 3 ünvanında 1020.0 kv.m torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindəki ümumi sahəsi 312.14 kv.m olan torpaq sahəsindən və üzərində yerləşən Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən daşınmaz əmlakdan çıxarılması, daşınmaz əmlakın və torpaq sahəsinin cavabdeh-iddiaçı Cavabdeh təhvil verilməsi tələbi” çərçivəsində baxılmışdır.

12. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi vəkil1 məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş, məhkəmənin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qərardadı ilə onun ərizəsi təmin olunaraq iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun cavabdeh-iddiaçı Cavabdeh qarşı zərər və əldən çıxmış fayda və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğluna qarşı əldən çıxmış fayda tələbinə və İsmayılov Ərəstun Məmmədəli oğlunun ünvan 4 ünvanında 1020.0 kv.m torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindəki ümumi sahəsi 312.14 kv.m olan torpaq sahəsindən və Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən daşınmaz əmlakdan çıxarılması, daşınmaz əmlakın və torpaq sahəsinin Cavabdeh təhvil verilməsi" tələbi çərçivəsində baxılmışdır.

13. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun cavabdeh-iddiaçı Cavabdeh qarşı zərər və əldən çıxmış fayda tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğluna qarşı əldən çıxmış fayda və əmlakdan çıxarılma, əmlakın təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

14. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun vəkili-nümayəndəsi vəkil3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi vəkil1 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili-nümayəndəsi vəkil1 vəsatəti təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, İsmayılov Ərəstun Məmmədəli oğlunun Cavabdeh qarşı zərərin ödənilməsinə dair ilkin, Cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğluna qarşı zərərin ödənilməsi, əmlakdan çıxarılma və onun təhvil verilməsinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş, bu qərardaddan şikayət vermə müddəti bitdikdən sonra məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilmişdir.

15. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə ## #### 2025-ci il tarixdə cavabdeh-iddiaçının vəkili və nümayəndəsi vəkil1 tərəfindən elektron qaydada “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlanmış, məhkəmənin ## ###### 2025ci il tarixdə keçirilmiş hazırlıq iclasında bundan sonra qarşılıqlı iddia tələbinə “Cavabdeh əlindən çıxmış fayda olan 300 000 manat və İsmayılov Ərəstun Məmmədəli oğlunun əsassız olaraq əldə etdiyi gəlir olan 370 150 manat olmaqla, ümumilikdə 670 150 (altı yüz yetmiş min yüz əlli) manat vəsaitin və ödənilmiş 961 manat dövlət rüsumunun İsmayılov Ərəstun Məmmədəli oğlundan tutularaq Cavabdeh ödənilməsi, Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A olan fərdi yaşayış evinin 1222003111 qeydiyyat nömrə ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmış İsmayılov Ərəstun Məmmədəli oğlunun adına olan çıxarışın ləğv edilməsi, İsmayılov Ərəstun Məmmədəli oğlunun ünvan 4 ünvanında 1020.0 kv.m torpaq sahəsində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsindəki ümumi sahəsi 312.14 kv.m olan torpaq sahəsindən və üzərində yerləşən Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən daşınmaz əmlakdan çıxarılması, daşınmaz əmlakın və torpaq sahəsinin Cavabdeh təhvil verilməsi” həcmində baxılması qərara alınmışdır.

16. Həmçinin iddiaçı-cavabdehin vəkili və nümayəndəsi X1 tərəfindən ## ###### 2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddia tələbinin həcminin artırılması məzmununda ərizə ünvanlanmış, məhkəmənin ## ###### 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında bundan sonra ilkin iddia tələbinə “Naxçıvan şəhər * saylı Notariat Ofisində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə Cavabdeh arasında ## ######## 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin dəyəri olan 500.000 (beş yüz min) manat pul real zərər hesab edilməklə və həmin qeyri-yaşayış sahəsinin istifadəsindən əldə edilməli olan 100.000 (bir yüz min) manat pul əldən çıxmış fayda hesab edilməklə ümumilikdə 600.000 (altı yüz min) manat pulun, həmçinin ödənilmiş 890 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İsmayılov Ərəstun Məmmədəli oğluna ödənilməsi” həcmində baxılması qərara alınmışdır.

17. Naxçıvan MR Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakim E.Salmanov) ilkin iddia üzrə iddia tələbinin qismən əsaslı olduğundan qismən təmin edilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə Cavabdeh arasında ## ######## 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iddianın təmin olunmuş hissəsinə münasibətdə 100 manat məbləğində dövlət rüsumunun, habelə kəsir olaraq ödənilmiş ümumilikdə 490 manat məbləğində dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh tutularaq dövlət gəlirlərinə ödənilməsi, iddiaçıcavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlu tərəfindən ödənilmiş 890 manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan özünə aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində müəyyən edilmiş 50 manat məbləğində ekspertiza xərcinin bu barədə vəsatət vermiş iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlundan alınaraq X2 MR İdarəsində olan hesabına ödənilməsi, ilkin iddia üzrə iddia tələbinin qalan hissələrdə, qarşılıqlı iddia tələblərinin isə tam rədd edilməsi, cavabdehiddiaçı Cavabdeh tərəfindən ümumilikdə ödənilmiş 960,15 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddia tələbi rədd edildiyindən cavabdeh-iddiaçının özünə aid edilməsi, cavabdeh-iddiaçı tərəfindən artıq ödənilmiş 0,85 qəpik manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən cavabdeh-iddiaçı Cavabdeh geri qaytarılması qət edilmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76.1, 76.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 241.3, 243.1, 243.2, 243.3, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 372, 373.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. III. Apellyasiya şikayətləri və onlara etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətlərinin dəlilləri

19. Cavabdeh-iddiaçı Cavabdeh vəkili-nümayəndəsi vəkil1 Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı işi üzrə çıxarılmış ## ###### 2025-ci il tarixli qətnaməsinin qismən - ilk iddianın təmin edilən hissəsində ləğv edilməsi, ilk iddianın təmin edilən hissəsində rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən qeyri-yaşayış sahəsinin həqiqi mülkiyyətçisini Ə.İsmayılov hesab etmiş, məhkəmə o halı araşdırmamışdır ki, Ə.İsmayılov qeyri-yaşayış sahəsini topaq sahəsinə dair bağışlama müqaviləsinin bağlanması nəticəsində əldə etmiş, daha sonra üzərindəki əmlaka dair fərdi yaşayış evi kimi çıxarış əldə etmiş, qeyri-yaşayışa çevirmək üçün sərəncam almış və sonda qeyri-yaşayış sahəsinə çevirmişdir. Əvvəlki məhkəmə mübahisələri və icrada dönüş qərardadları ilə müəyyən olunur ki, Ə.İsmayılovun əmlaka mülkiyyət hüququnun yaranması torpağa bağışlama müqaviləsinin bağlanması ilə əlaqədardır. Məhkəmə bu mübahisəni araşdırarkən və qiymətləndirərkən bu səbəbli əlaqəni görməzdən gəlmişdir. Məhkəmə MM-in 241, 243-cü maddələrini mübahisəyə tətbiq edərkən səhvə yol vermişdir. İşdə o hal müəyyən edilmir ki, Ərəstunun əmlakın istifadəsinə dair Nəzər ilə hər hansı razılaşması olmuşdur. Bu o deməkdir ki, Ərəstun bu əmlakdan qanunsuz istifadə edir. Məhkəmədə şahid ifadələri də sübut edir ki, bu əmlakı Ərəstun tikməyib. O bir hala əsasən mülkiyyət hüququ əldə edib ki, bu halın da qanunsuz olduğu məhkəmədə sübuta yetib. Bu hal ondan ibarətdir ki, qanunsuz məhkəmə qətnaməsi əsasında verilən icra vərəqəsi ilə Salmanın mülkiyyət hüququ bərpa edilib, həmin torpaq sahəsi ilə Ərəstuna bağışlanıb. Hansı ki, o bağışlama müqaviləsi isə qanunsuz olduğu üçün məhkəmənin qərardadı ilə ləğv edilib. Belə olan halda Ərəstunun bu əmlaka dair mülkiyyət hüququnun mövcudluğuna dair dəlilləri qanun özü özlüyündə əsassız hesab edir. Digər dəlil ondan ibarətdir ki, Salmanın kassasiya şikayəti Ali Məhkəmədə təmin edilməyəndə Ərəstun bu torpaq sahəsinin ona məxsus olmadığı, üzərində tikinti aparmadığını dərk etmişdir. Lakin o, əsassız şəkildə bu halı mübahisələndirmişdir. Ərəstun Naxçıvan MR Ali Məhkəməsində Salman ilə Nəzər arasında bu əqd mübahisələndirilən zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmuşdur. Həmin qətnamədən 2 ay müddətdin Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququ olduğu halda bu hüququndan istifadə etməmiş, illər sonra eyni əqdi ayrıca iddia ilə mübahisələndirmişdir. Ərəstunun bu prosessual davranışı qanuna və məhkəmə praktikasına ziddir. Məhkəmə bu mübahisəyə baxarkən çəkişmə prinsipini pozmuşdur. Bundan əlavə məhkəmə mübahisəyə baxarkən sübutların bölüşdürülməsini də düzgün etməmişdir. İddiaçının iddia etdiyi hər dəlil də bu halları iddiaçının sübut etmədiyi üçün əsassız olduğu qənaətinə gəlsə də, cavabdehə qeyd olunanların əksini sübut etməsi ilə bağlı sübutları təqdim etməsi təklif etməmiş, hətta cavabdehin izahatında iddiaçının halını pisləşdirən faktları əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayaraq, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsini özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə cavabdehin hazırkı mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini məhkəmə iclaslarında sübutların tam təmin edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə almalı idi. Əqdin etibarsızlığı ilə bağlı məhkəmə tərəfindən müəyyən edilən hallar sübut edilmir, məhkəmənin qanuna əsaslanmayan mülahizələridir. Məhkəmə qətnaməsində Ərəstunun qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasına dair hallar, nəticə işin hallarına uyğun gəlmir. hazırkı iş üzrə qarşılıqlı iddia üzrə əsasların mövcud olmadığı qənaətinə gəlsə də, hansı dəlillər və hüquqi faktlar əsasında bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Məhkəmə Nəzərin torpaq sahəsinin mülkiyyətçisi olduğu halda onun üzərində başqa şəxsin adına əmlakın olmasının qanuni əsası olmadığını araşdırmamış, bu hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.

21. İddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun vəkili və nümayəndəsi vəkil3 Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ***/**** saylı qətnaməsini qismən, ilkin iddia ərizəsinin təmin olunmayan əldən çıxmış fayda və real zərərə aid olan hissədə ləğv edərək, iddianı bu hissədə işdə olan və əlavə sübutlarla tam və hər tərəfli araşdıraraq iddialarının tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi vəkil3 apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddiaçının real zərərin ödənilməsi tələbinə baxarkən Mülki Məcəllənin 21.1-ci maddəsini yanlış şərh və tətbiq etmiş, nəticədə real zərərin hüquqi anlayışı məhdudlaşdırılmışdır. Qətnamədə məhkəmə real zərəri yalnız mülkiyyət hüququnun tanınması ilə bilavasitə bağlı olan zərərlə eyniləşdirmiş, iddiaçının faktiki olaraq çəkdiyi inşaat, abadlıq, təyinat dəyişikliyi və digər xərcləri real zərər anlayışından kənarda saxlamışdır. Bu yanaşma MM-nin 21-ci maddəsinin məzmununa və məqsədinə ziddir. Çünki, iddiaçı həmin xərcləri çəkərək qeyri-yaşayış sahəsini inşa edərkən burada sahibkarlıq fəaliyyəti göstərəcəyinə ümid etmiş, lakin, cavabdehin hərəkətləri nəticəsində bu istəklərinə nail ola bilməmişdir. Məhkəmə faktiki olaraq belə bir mövqe tutmuşdur ki, guya, əgər mülkiyyət hüququ sonradan mübahisəlidirsə və ya tanınmırsa, həmin şəxs tərəfindən çəkilmiş xərclər real zərər hesab edilə bilməz. Halbuki MM-nin sistemli şərhinə görə hüquqi əsasın sonradan aradan qalxması real zərərin mövcudluğunu istisna etmir, əksinə, bu halda çəkilmiş xərclər geri qaytarılmalı real zərər təşkil edir. Məhkəmə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya real zərər dəyməsi faktını düzgün qiymətləndirməmiş, yuxarıda qeyd edilən maddi hüquqi prinsiplər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi əldən çıxmış fayda tələbinə və deliktə münasibətdə Mülki Məcəllənin 21.2-ci maddəsini və 1096-cı maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Qətnamədə məhkəmə əldən çıxmış faydanı yalnız “dəqiq və mütləq gəlir” kimi qiymətləndirmiş, ehtimallı, lakin iqtisadi cəhətdən əsaslandırılmış gəlir imkanlarını tamamilə inkar etmişdir. Bu isə maddi hüququn yanlış şərhidir. Məhkəmə əldən çıxmış faydanı rədd edərkən obyektin qeyri-yaşayış sahəsi olmasını, kommersiya təyinatını, bazar şəraitində gəlir əldə etmək potensialını maddi hüquqi əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirməmişdir. Halbuki MM-nin yuxarıda qeyd edilən maddələrinin tətbiqi üçün gəlirin mütləq əldə olunması deyil, real və ağlabatan imkanının mövcudluğu kifayətdir. Bu maddi hüquqi meyar məhkəmə tərəfindən tətbiq edilməmişdir. Qətnamədə məhkəmə hüquq pozuntusu (mübahisənin yaradılması, istifadə imkanlarının məhdudlaşdırılması, bilərəkdən həqiqətə uyğun olmayan informasiya yayaraq və hədə yolu ilə gəlir əldə edilməyə maneə yaradılması), bunun nəticəsində gəlirin əldə edilməsinin mümkünsüzlüyü arasında mövcud olan maddi-hüquqi səbəbli əlaqəni nəzərə almamışdır. Bu isə əldən çıxmış faydanın mövcudluğunu istisna edən deyil, əksinə, onu təsdiq edən hüquqi haldır. Prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi iş üzrə iddia tələblərinin əsaslılığını yoxlamaq məhkəmə tərəfindən ədalətli qətnamə çıxarılması üçün əhəmiyyətlidir. Məhz buna görə də məhkəmə iş üzrə sübutlarla yanaşı şahidlərin də ifadələrinin alınmasını vacib bilmiş, lakin, həmin şahid ifadələri ilə təsdiq edilən hissələrə hüquqi qiymət verməmiş, məhkəmə iş üzrə sübutetmə predmetini daraltmış, yalnız mülkiyyət mübahisəsinə fokuslanaraq, maddi zərər və əldən çıxmış fayda tələbləri üçün mühüm olan iqtisadi və faktiki halları sübutetmə predmetindən kənarda saxlamışdır. Birinci instansiya məhkəməsi maddi zərər və əldən çıxmış fayda ilə bağlı qərarın qanuniliyinə və əsaslandırılmışlığına birbaşa təsir edən mühüm faktiki halları aydınlaşdırsa da onlara düzgün qiymət vermədən iddia tələblərini rədd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1.4 və 372.1.2-ci maddələrinin tələblərinə zidd olaraq, maddi zərər və əldən çıxmış fayda hissəsində iş üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların tam, hərtərəfli və obyektiv aydınlaşdırılmadan qəbul edilmişdir. Belə ki, məhkəmə əldən çıxmış fayda tələbinə münasibətdə qeyri-yaşayış sahəsinin istifadəyə yararlı olmamasını, obyektin kommersiya təyinatını, bazar şəraitində həmin əmlakdan gəlir əldə etməyin real və ağlabatan imkanlarını araşdırmamış, yalnız formal olaraq “sübut olunmaması nəticəsinə gəlmişdir. Bununla belə, məhkəmə obyektin faktiki mövcudluğunu, istifadəyə verildiyini, gəlir əldə etmək üçün hüquqi və faktiki maneələrin məhz ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz hərəkətləri səbəbindən yarandığını aydınlaşdırmamışdır. Bu hallar müəyyən edilmədən əldən çıxmış faydanın mövcudluğunu inkar etmək MPM-in sübutların araşdırılması prinsiplərinə ziddir. Qətnamədən göründüyü kimi, məhkəmə cavabdehin hüquqa zidd hərəkətləri (iddiaçıya məxsus sahələri icarəyə götürən və götürmək niyyətində olan şəxslərə yaxınlaşaraq, obyektin ona məxsus olduğunu bildirib icarəçiləri oradan kənarlaşdırması), bunun nəticəsində iddiaçının əmlakdan sərbəst istifadə imkanlarının məhdudlaşdırılması, nəticə etibarilə maddi zərər və gəlir itkisi arasında səbəbli əlaqəni araşdırmamışdır. Halbuki, maddi zərər və əldən çıxmış fayda tələbləri üzrə səbəbli əlaqə əsas faktiki haldır və onun müəyyən edilməməsi məhkəmənin gəldiyi nəticənin əsaslandırılmamış olduğunu göstərir. Baxmayaraq ki, iş üzrə şahidlər dinlənilərək, Cavabdeh tərəfindən onlara maneə yaradıldığı və bu qeyri-yaşayış sahəsində sahibkarlıqla məşğul olacaqları təqdirdə onların əmlaklarını "müsadirə edərək" kənarlaşdıracağını bildirməsi məhkəmə tərəfindən sübuta yetirilmişdir, təəssüf ki, məhkəmə bu halları öz qətnaməsində əsaslandırmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdehin vəkil və nümayəndəsi vəkil3 izahatında şikayətlərinin əsasını əldən çıxmış fayda və real zərərlə bağlı olduğunu, istər Naxçıvan Şəhər Məhkəməsində, istərsə də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində icraat zamanı şahidlərin dinlənildiyini, həmin ifadələrlə qarşı tərəfin onların sahibkarlıq fəaliyyətinə maneə törətdiyinin göründüyünü, onun icarəçilərə yaxınlaşaraq obyektin ona məxsus olduğunu, obyekti geri aldığı təqdirdə onları oradan çıxaracağı ilə bağlı mədəni şəkildə hədələdiyini, nəticə etibarilə icarəçilərin çoxunun icarə müqaviləsi bağlamadığını, bağlayan şəxslərin isə öz fəaliyyətlərini tam olaraq təmin edə bilmədiklərini, bunun da yekunda onlara ziyanın dəyməsinə səbəb olduğunu, iş materiallarında zərərlə bağlı digər sübutların da olduğunu, şahidlərin sahibkarlıq subyekti olub-olmamalarının da həm Naxçıvan Şəhər Məhkəməsində, həm də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində yoxlanıldığını, lakin bu yoxlamaların nəticəsində əldən çıxmış fayda və real zərərlə bağlı iddialarının təmin edilmədiyini, iş materiallarında İsmayılov Ərəstunun mülkiyyət hüququnu təsdiq edən çıxarışın mövcud olduğunu, qarşı tərəfin icrada dönüş yaradaraq həmin çıxarışın yalnız torpağa dair hissəsinin ləğvinə nail olduğunu, ona görə də şikayətin həmin hissəsini əsaslı hesab etmədiklərini, eləcə də torpaq sahəsinə bağışlama müqaviləsinin sonradan əldə edilməsinə münasibətdə isə hər iki tərəfin torpaq sahəsinə mülkiyyət hüquqlarını bağışlama müqaviləsi ilə əldə etdiyini, əqdin etibarsızlığı üçün kommersiya məhkəməsində bildirdikləri əsasın qarşı tərəfin bağışlama müqaviləsində subyekt tərkibi ilə bağlı etibarsızlıq üçün əsasların olduğunu, çünki qarşı tərəfin bağışlama müqaviləsini bağlayan zaman 15 yaşında olduğunu, emansipant olmadığını, fəaliyyət qabiliyyəti olmayan şəxsin özünün müqavilə bağlamağı nə qədər düzgündür?, bütün bunların əqdin etibarsız hesab edildiyini göstərdiyini, onlara aid hissədə isə artıq Ərəstun müəllimin də, digər şəxsin də yetkinlik yaşına çatan şəxs olduğunu, müqavilə bağlaya bildiklərini, bağışlama müqaviləsi bağlanan zaman torpaq sahəsinin əvvəlki mülkiyyətçinin adında olduğunu, İsmayılov Ərəstunun bunu bilməyə heç cür imkanının olmadığını, onun vicdanlı əldə edən olduğunu, əvvəl başqa əsasla əqdin etibarsız hesab edildiyini, sonradan Ali Məhkəmənin qüvvədə saxladığını, onlara aid hissədə tamamilə başqa tərəflərin, yəni İsmayılov Ərəstun və Babayev Nəzərin olduğunu, həmçinin fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən əqdin bağlandığını, torpaq sahəsinin üzərində olan əvvəlki tikilinin Əhməd Əhmədovun olduğu bilinən kimi həmin tikilini sökən şəxslərdən birinin elə Nəzərin özü olduğunu, “Əmimi tutublar, bura da əlimizdən çıxacaq” deyə düşündüyünü, tam söküb yararsız hala salıb getdiklərini, yenidən tikilən tikilinin əvvəlki ilə eyni formada olması məsələsinə gəldikdə isə o vaxt tikintiyə sərəncam alınan zaman “şəhərin baş planının olduğunu, orada necə tikili olubsa ona uyğun tik” deyildiyini bildirərək verdikləri apellyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında Nəzərin atası ilə Salmanın dost olduqlarını, Nəzərin atası rəhmətə getdiyi üçün müqavilənin Nəzərlə bağlandığını, İsmayılov Ərəstunun Babayev Nəzərin digər məhkəmə mübahisəsində üçüncü şəxs qismində cəlb edildiyini, İsmayılov Ərəstunun öz hüququnu ayrıca iddia qaldıraraq təmin etmək istədiyini, hüququnun pozulduğunu bilmədiyini, onun hüququna toxunulan anın məhz özünün çıxarışının ləğv edildiyi an olduğunu, yəni həmin qətnamələr çıxarılsa belə onun əlindəki çıxarışların ləğv edilmədiyini, onun hüququna toxunulan andan iddia qaldıraraq öz hüququnu tələb etdiyini, icrada dönüş olduqdan sonra çıxarışın dəyişdirildiyini, İsmayılov Ərəstunun hüquqlarına toxunulduğunu, dərhal da iddia qaldırıldığını, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi məhkəmə icraatına apellyasiya icraatı zamanı cəlb edildiklərini, iddia qaldıra bilmədikləri üçün yeni iddia qaldırdıqlarını, 15 yaşındakı uşağın müqavilə bağlaya bilməməsi nüansını ümumiyyətlə məhkəmənin araşdırmadığını, bildirdi.

25. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçının vəkili-nümayəndəsi vəkil1 izahatında tələblərinin əldən çıxmış fayda və əsassız olaraq əldə edilmiş gəlirlə, həmçinin 670150 manat pulun və dövlət rüsumunun ödənilməsi, bundan əlavə həmin torpaq sahəsində olan tikiliyə münasibətdə çıxarışın ləğvi və fərdi-yaşayış evindən İsmayılov Ərəstun Məmmədəli oğlunun çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh təhvil verilməsi ilə bağlı olduğunu, Azərbaycan Respublikası Ali Məhkəməsində də əqdin etibarsızlığı məsələsinə baxıldığını, iddia tələbinin rədd edildiyini, icrada dönüşlə bağlı məhkəməyə müraciət edildiyini, icrada dönüşlə bağlı şikayət verilməyən, qanuni qüvvəsini almış məhkəmə qərardadının mövcud olduğunu, həmin qərardadla əmlak komitəsinin müvafiq qurumuna müraciət edərək tikiliyə çıxarışın ləğv edilərək, onların adına çıxarış verilməsini xahiş etdiklərini, bunun yalnız məhkəmə qaydasında ola biləcəyinin bildirildiyini, bununla yanaşı torpaq sahəsinə çıxarış əldə etdiklərini, hazırda torpaq sahəsinin Cavabdeh adına olduğunu, torpaq sahəsinin üzərində yerləşən tikiliyə verilmiş çıxarışın legitim olmadığını hesab etdiklərini və mübahisələndirdiklərini, çıxarışın ləğvi ilə bağlı əsasın həmin torpaq sahəsində yerləşən tikilinin onların vaxtında tikilməsi olduğunu, tikili ilə bağlı işlərin aparıldığını, bununla bağlı “Google Earth” proqramından sübutları təqdim etdiyini, işə əvvəl sədrlik edən hakimin həmin sübutların sübut əhəmiyyəti olmadığını bildirdiyini, fevral ayında torpaq sahəsinin bağışlama müqaviləsinin bağlandığını, mart ayında isə tikintiyə çıxarış alındığını, 1 ay ərzində o qədər böyüklükdə evin tikilməsinin qeyri-mümkün olduğunu, noyabr ayında da qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı çıxarışın alındığını, həmçinin şahid ifadələrinin də üst-üstə düşmədiyini, birinin “mən həmin vaxt orada işləmişəm kafel-metlaxı vururdum”, digərinin isə “həmin vaxt tavanı vururdum” dediyini, bir çox işlərdə ekspertlərin həmin sübutlara istinad edərək tikilinin nə vaxt tikildiyini müəyyən etdiklərini gördüyünü, həmin tikilinin Cavabdeh vaxtında tikildiyini, qaz, su, elektriklə bağlı müvafiq sayğacların mövcud olması ilə bağlı məhkəməyə müvafiq sübutlar təqdim etdiklərini, həmin tikili olmasaydı sayğacların verilməyəcəyini, apellyasiya instansiyası məhkəməsində həmin qətnaməni ləğv etdirərək, iddia tələbinin rəddinə nail olmuşlar ki, bununla da icrada dönüş edildiyini, Cavabdeh hər hansı formada mülkiyyət hüququnun pozulması üçün əsasların müəyyən edilmədiyini, vicdanlı alıcılıq məsələsinə gəldikdə isə bununla bağlı Ali Məhkəmənin yeni Plenum qərarının mövcud olduğunu, bağışlama ilə bağlı ümumiyyətlə vicdanlılıqdan söhbətin gedə bilmədiyini, hər hansı vicdanlılıqdan söhbət getməsi üçün bu əqdin alqı-satqı formasında mövcud olmalı olduğunu, bağışlama müqaviləsi icrada dönüşlə ləğv edildiyi üçün torpaq sahəsinin əvvəlki mülkiyyətçinin mülkiyyətinə qaytarılması üçün üzərindəki tikiliyə dair çıxarışın da ləğv edilməli olduğunu, əqdin etibarsızlığına dair hissədə icraata xitam verilməli olduğunu hesab etdiyini, çünki eyni tərəflər arasında, eyni mübahisə üzrə, eyni predmetlə bağlı mübahisənin olduğunu, Ali Məhkəmədədə qüvvədə qaldığını, həmin vaxt Ərəstun İsmayılovun həmin işdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyini, əgər həmin qətnamə onun hüquqlarına toxunursa onun, həmin qətnamədən apellyasiya şikayətinin verməli olduğunu, şikayət verməmişdirsə, artıq ayrılıqda mübahisələndirmək hüququnun da itirdiyini, Ərəstun İsmayılovun özünün də məhkəmə qətnaməsi elan edilən zaman da məhkəmə iclasında iştirak etdiyini, çıxarılan qətnamədən xəbərinin olduğunu, həmin qətnaməni isə qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirmədiyini, müddətin bərpası üçün müraciət etmədiyini, ## ####### 2021-ci il tarixli qətnamədə Salmanın ifadəsində “hazırda isə onlar tərəfindən ikimərtəbəli obyekt inşa edilib, həmin obyektdə moyka, anbar və digər şeylər mövcuddur” qeyd etdiyini, şəxsin özünün də iddia ərizəsində orada ikimərtəbəli obyekt mövcud olmasını qeyd etdiyini, bunun iddia ərizəsinin əsasları olduğunu, qətnamə ləğv edilsə belə bunun şəxsin iradə ifadəsi olduğunu, tikilinin qeydiyyatı ilə bağlı mübahisənin olduğunu, mövcudluğu ilə bağlı mübahisənin olmadığını bildirərək ilkin iddiaya münasibətdə əqdin etibarsızlığına dair hissədə icraata xitam verilməsini, qalan hissədə iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında tikiliyə mülkiyyət hüququnu qeydə aldırmasa da, torpaq sahəsi ilə tikilinin sıx bağlılığı olduğu üçün şəxsin istədiyi vaxt qeydə aldıra biləcəyini, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyətin olmadığını, çıxarışın alınmadığını, ancaq sayğacların mövcud olduğunu, bütün məhkəmə iclaslarında Ərəstun İsmayılovun həmin torpaq sahəsində tikinti işi aparmadığını qeyd etdiklərini, şəxsə sual verdiyini, cavabında “mən orada yaxşılaşdırma işləri aparmışam, tikinti işləri aparmamışam” dediyini, tikintinin 2022-ci ildə aparılmadığını, tikiliyə texniki pasport və çıxarışın 2022-ci ildə alındığını, texniki pasport nə vaxt alınırsa tikilən tarixin həmin vaxt qeyd olunduğunu, əqdin etibarsızlığı mübahisələndirilən zaman Ərəstun İsmayılova “bu tikilini siz tikmisiniz?” deyə sual verdiyini, onun isə “xeyr, mən tikməmişəm, mən orada yaxşılaşdırma işləri aparmışam” dediyini, əldən çıxmış faydaya münasibətdə 2022-ci il, 2023-cü il və 2024-cü il üçün həmin ərazini icrarəyə versəydi əldə edəcəyi gəlirləri hesabladıqlarını, icrada dönüş edilən zaman Ərəstunla Salman arasında olan torpağa münasibətdə bağışlama müqaviləsinin ləğv edildiyini, bağışlama müqaviləsi ləğv edilibsə, torpaq sahəsinin üzərində olan tikiliyə verilmiş çıxarışın da ləğv edilməli olduğunu, çünki həmin çıxarışın bağışlama müqaviləsi əsasında verildiyini, torpağa mülkiyyət hüququ olmasaydı, tikiliyə çıxarışın da alına bilinməyəcəyini, tikiliyə çıxarışı torpağı aldığı üçün aldığını, bağışlama müqaviləsi əsasında həmin çıxarışın verildiyini, həmin bağışlama müqaviləsinin də Naxçıvan MR Ali Məhkəməsinin qərarı ilə ləğv edildiyini, icrada dönüş nəticəsində torpaq sahəsinə çıxarışın Nəzərin adına olmalı, torpaq sahəsinin üzərindəki tikiliyə isə çıxarışın mövcud olmamalı olduğunu, prosessual qənaət prinsipi baxımından torpaq sahəsinə əqd ləğv edildikdə üzərindəki tikiliyə çıxarışların da ləğv edilməsi qənaətinə gəldiklərini, torpaq sahəsinə bağışlama müqaviləsi ləğv edilmişdirsə, notariat qeydiyyatı ləğv edilmişdirsə, həmin torpaq sahəsinin üzərində yerləşən tikililərə aparılmış qeydiyyatların da hamısının ləğv edilməli olduğunu bildirdi.

26. İddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlu, iddiaçı-cavabdehin nümayəndəsi İsmayılov Elnur Ərəstun oğlu, cavabdeh-iddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və nümayəndə3 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçı, cavabdeh, üçüncü şəxs və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

29. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.

30. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

31. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

32. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətlərində cavabdeh-iddiaçının vəkili-nümayəndəsi vəkil1 Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı qətnaməsinin qismən - ilk iddianın təmin edilən hissəsində ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi vəkil3 Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı qətnaməsini qismən, ilkin iddia ərizəsinin təmin olunmayan əldən çıxmış fayda və real zərərə aid olan hissədə ləğv edərək iddialarının tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdiklərindən qətnamə apellyasiya şikayətləri həddində yoxlanılır.

44. Kollegiya tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbi üzrə “bağışlama müqaviləsinin etibarsız sayılması” hissəsində ləğv edildiyindən və həmin hissədə iş üzrə icraata xitam verildiyindən məhkəmə qətnaməni digər tələblər (real zərər və əldən çıxmış fayda, çıxarışın ləğvi, əmlakın təhvil verilməsi) üzrə verilmiş apellyasiya şikayətlərinin hüdudlarında yoxlayır. VI. Məhkəmə kollegiyasının mövqeyi

45. Məhkəmə kollegiyası iddiaçı-cavabdehin vəkili və nümayəndəsi vəkil3 və cavabdehiddiaçının vəkili-nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları, birinci instansiya məhkəməsinin qətnaməsini, tərəflərin izahatlarını, habelə tətbiq edilməli maddi və prosessual hüquq normalarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

46. Kollegiya iddiaçı-cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən qeyri-yaşayış binasının mülkiyyətçisi İsmayılov Ərəstun Məmmədəli oğludur. Bu halda iddiaçı-cavabdeh İsmayılov Ərəstun Məmmədəli oğlunun da 500000 manat məbləğində real zərəri və 100000 manat məbləğində əldən çıxmış faydanı cavabdeh-iddiaçıdan tələb etməsi mülki hüququn zərərin ödənilməsi institutunun mahiyyəti ilə uzlaşmır. Belə ki, real zərər şəxsin malik olduğu əmlakın itirilməsi, məhv edilməsi, zədələnməsi və ya hüququnun pozulması nəticəsində yaranan əmlak itkisini ifadə edir. Hazırda isə qeri-yaşayış binası İsmayılov Ərəstun Məmmədəli oğluna məxsusdur. Belə olan halda həmin binanın dəyəri və təmirinə çəkilmiş xərcin cavabdehdən tələb olunmasının hüquqi əsası yoxdur. Digər tərəfdən, iddiaçı-cavabdeh tərəfindən 100.000 manat məbləğində əldən çıxmış faydanın hansı iqtisadi hesablamalara əsaslandığı, hansı konkret müqavilələrin bağlanmadığı, həmin müqavilələrin bağlanmamasının məhz cavabdeh-iddiaçının davranışı ilə səbəbli əlaqədə olduğu mötəbər sübutlarla təsdiq edilməmişdir. İş üzrə iddiaçı-cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın (qeyri-yaşayış binasının) dəyərinin başqa şəxsdən real zərər və əldən çıxmış fayda kimi tələb etməsi hüquqi cəhətdən mümkün deyildir.

47. İş üzrə cavabdeh-iddiaçının əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsinə dair bağışlama müqaviləsi sonradan hüquqi qüvvəsini itirdiyindən həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair dövlət qeydiyyatı da avtomatik olaraq etibarsız hesab edilməlidir. Kollegiya hesab edir ki, bu dəlil hüquqi baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Naxçıvan şəhəri, 21(2)-ci məhəllə, döngə 7, ev 57A ünvanında yerləşən ümumi sahəsi 505,39 kv.m olan qeyri-yaşayış binası Naxçıvan Şəhər İcra Hakimiyyətinin qərarı əsasında ## ###### 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İsmayılov Ərəstun Məmmədəli oğlunun adına dövlət qeydiyyatına alınmış, bu hüquq dövlət reyestrindən verilmiş çıxarış və texniki pasportla təsdiq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ### 2026-cı il tarixli məktubundan (cild 6, səh 237) da görünür ki, torpaq sahəsinə dair dövlət qeydiyyatı sonradan Cavabdeh adına aparılmış olsa da, həmin torpaq sahəsində yerləşən 505,36 kvadratmetr sahəyə malik daşınmaz əmlak (qeyriyaşayış binası) hazırda da İsmayılov Ərəstun Məmmədəli oğlunun adına dövlət qeydiyyatında qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu baxımdan kollegiya qeyd edir ki, sözügedən qeyri-yaşayış binasına dair çıxarış ayrıca hüquqmüəyyənedici sənəd olmaqla müstəqil hüquqi nəticələr doğurur və onun hüquqi qüvvəsi yalnız qanunla müəyyən edilmiş qaydada mübahisələndirilərək ləğv edilə bilər.

48. Kollegiya hesab edir ki, cavabdeh-iddiaçının 670.150 manat məbləğində əldən çıxmış fayda və 370.150 manat məbləğində əsassız olaraq əldə edilmiş gəlirin tutulmasına dair tələbi də əsaslı sayıla bilməz. Belə ki, cavabdeh-iddiaçı həmin tələbi irəli sürərkən mübahisəli qeyriyaşayış binasının ona məxsus olduğunu göstərmişdir. Halbuki iş materialları ilə müəyyən olunur ki, həmin qeyri-yaşayış binası üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ cavabdeh-iddiaçıya deyil, İsmayılov Ərəstun Məmmədəli oğluna məxsusdur. Bu halda cavabdeh-iddiaçının öz mülkiyyətində olmayan daşınmaz əmlakın istifadəsindən əldə edilə biləcək gəliri tələb etməsi hüquqi baxımdan mümkün deyildir. Eyni zamanda tikilinin ona məxsus olması, həmin tikili üzərində hüququnun yaranması və ya həmin hüququn pozulması iş üzrə mötəbər sübutlarla təsdiq edilməmişdir.

49. Kollegiya belə hesab edir ki, hər iki tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar