Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(3-10)-26/2026 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “27 fevral 2025-ci il il tarixli, AİS- STM-2502-002734 nömrəli alqı-satqı haqqında müqavilənin ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 57966,88 manat əsas borcun, 31 iyul 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış 730,54 manat faiz borcu və 5332,95 manat hesablanmış dəbbə pulunun, eləcə də 282,09 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, cəmi 64312,46 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 19 yanvar 2026-cı il tаrixli, e-2-2(117)-1664/2025 saylı “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərаrdаdındаn Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “27 fevral 2025-ci il il tarixli, AİS-STM-2502-002734 nömrəli alqı-satqı haqqında müqavilənin ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 57966,88 manat əsas borcun, 31 iyul 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış 730,54 manat faiz borcu və 5332,95 manat hesablanmış dəbbə pulunun, eləcə də 282,09 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, cəmi 64312,46 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş. Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1664/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasından bağlanmış 27 fevral 2025-ci il il tarixli, AİS-STM-2502-002734 nömrəli müqavilənin xx.xx.2025-ci il tarixdən ləğv olunmuş hesab edilməsi, Cavabdeh 57966,88 manat əsas borc, 1738.98 manat dəbbə pulu, cəmi 59 705,86 manat və 263.04 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, e-2- 2(117)1664/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Kоmmersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 19 yanvar 2026-cı il tаrixli, e-2-2(117)-1664/2025 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1664/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ödənilmiş 142 manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsindən qaytarılması qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən o, yalnız 20 dekabr 2025-ci il tarixində xəbərdar olmuş, icra və probasiya şöbəsindən başqa işlə bağlı ona ünvanlanmış məktub çatdırıldığı zaman elektron məhkəmə sistemində şəxsi kabineti olmasına baxmayaraq istifadə etmədiyi üçün vəkil bürosuna yaxınlaşaraq hüquqi yardım almışdır. Həmin zaman, yəni xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemində şəxsi kabinetə giriş edildikdən sonra qətnamənin şəxsi kabinetə yükləndiyini öyrənmişdir. Daha sonra hüquqi savadı olmaması səbəbindən elə hesab etdi ki, qətnamədə qeyd edilən bir ay müddət həmin tarixdən hesablanacaq. Belə olan zaman isə sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsinin son günü 20 yanvar 2026-cı ilə təsadüf edirdi. Şəxsi işləri ilə məşğul olduğu üçün fəaliyyət sahəsi ilə işləri həddindən artıq sıx olması isə qətnamədən apellyasiya şikayətinin verilməsini ləngitdi. Beləliklə xx.xx.2026 tarixdə vəkil yarıdımından istifadə edərək elektron kabinet vasitəsilə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Hüquqi savadı olmaması və elektron məhkəmə sistemindən istifadəni ümumiyyətlə bacarmadığı üçün qətnamənin xx.xx.2025 tarixdə elektron kabinetə yerləşdirilməsindən xəbərdar olmamışdır. Şəki Kоmmersiyа Məhkəməsinin 28 yanvar 2026-cı il tаrixli, e-2-2(117)-1664/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 19 yanvar 2026-cı il tаrixli, e-2-2(117)-1664/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1664/2025 saylı qətnaməsi cavabdehin elektron kabinetinə yerləşdirilmiş, qətnamədən şikayət verilməsi üçün son müddət xx.xx.2026-cı il tarixdə bitsə də (həmin günü qeyri-iş gününə təsadüf etmir), cavabdeh tərəfindən müddət keçdikdən sonra, yəni xx.xx.2026-cı il tarixdə şikayət verilmişdir ki, göründüyü kimi cavabdeh tərəfindən qeyd edilən qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür. Eyni zamanda, qeyd edilən qətnamə yerləşdirilərkən müvafiq elektron poçtla ((e-mail) Elektron ünvan ) qeydiyyatdan keçdiyindən həmin elektron poçta da qətnamə göndərilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən və eyni zamanda ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə hər hansı sənəd (ərizə) təqdim edilmədiyindən Şəki Kommersiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1664/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Kоmmersiyа Məhkəməsi 19 yanvar 2026-cı il tаrixli, e-2-2(117)-1664/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və cavabdehin həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də Cavabdeh Şəki Kоmmersiyа Məhkəməsinin 19 yanvar 2026-cı il tаrixli, e-2-2(117)-1664/2025 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 19 yanvar 2026-cı il tаrixli, e-2-2(117)- 1664/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(3-10)-26/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-26/2026
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver