Məhkəmə qərarları › İş №2(3-8)-381/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-381/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-381/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və ünvan 1 Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X14 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və ünvan 1 Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “xxxx” MMC tərəfindən X9 ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, ona tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə ##.##.2024-cü il tarixli * №-li əmrlə birtərəfli qaydada ləğv olunması barədə xəbərdar edilmişdir.

2. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, * nömrəli əmrindən görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə əhəmiyyətsiz və etibarsız müqavilə olduğundan birtərəfli qaydada ləğv edilməsi qərara alınmışdır. Əmrə əsas ləğv olunmuş ##.##.2024-cü il tarixli müqavilənin bağlanmasına əsas İddiaçı tərəfindən müqavilədə qeyd olunan ünvan 2 ünvanında yerləşən 18 kv.m.-dən ibarət yaşayış sahəsinin ona məxsus olduğunu göstərən ##.##.1994-cü il tarixli Bakı-Komvol Kombinatının verilmiş *** №-li order olmuşdur. Bir müddət sonra müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim olunmuş order həqiqi olmayan sənəddir və arxiv arayışı da mövcud deyildir. Həmin mənzilin əslində başqa şəxsə məxsus olduğu məlum olmuşdur.

3. Bakı-Kombol Kombinatı və Həmkarlar İttifaqı Komitəsinin ##.##.1994-cü il tarixli iclasının * nömrəli protokolundan çıxarışdan görünür ki, F.X.Xoyski keçəsi 128-də yerləşən yataqxananın ** №-li mənzil kombinatın işçisi X9 verilməsi qərara alınmışdır.

4. ##.##.2024-cü il tarixli aktından görünür ki, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Nərimanov Rayon sektorunun müdiri X5, Bakı şəhər İcra Hakimiyyəti mənzil kommunal Təsərrufat departamentinin * saylı MKTB-nin *** saylı MKİS-nin rəisi Əkbərov Samir İsa, icraçı direktor X6, X10, polis sahə İnspektoru R X7 aktın tərtib edərək təsdiq etmişdirlər ki, Bakı şəhər İcra Hakimiyyətinin ## ###### 2024-cü il tarixli ** saylı sərəncamı əsasında ünvan 4 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası ilə bağlı, 128-ci binanın ** saylı, 16 kv.m sahəsi olan mənzildə məskunlaşmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (Qubadlı) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin X9 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, X9 ##.##.1988-ci il tarixdən ##.##.2014-cü il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128-də, ##.##.2014-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

6. ##.##.2024-cü il tarixli müqavilənin 1.1.1-ci maddəsindən görünür ki, əmlak mülkiyyətçisi bu müqaviləyə ##.##.1994-cü il Bakı-Komvol Kominatı tərəfindən verilmiş *** nömrəli order ilə öz mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən 18 kv.m dan ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasında onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.3-cü bəndinə əsasən X11 bəyan edir ki, həqiqətəndə F.Xoyski prospekti 128, mənzil 99 ünvanda olan mənzil onun özünə məxsusdur. Üçüncü şəxslərin qarşısında hər hansı öhdəliyi yoxdur. Gələcəkdə özünün və üçüncü şəxslərin həmin mənzilə dair hər hansı bir iddia və tələbləri olmayacaqdır. Olduğu təqdirdə müqavilə etibarsız hesab edilir, müqavilədə qeyd olunan mənzil və ödənilmiş məbləğlər geri tələb olunacaqdır.

7. İddiaçı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, ona oktyabr 2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının hesablanılıb verilməsini xahiş etmiş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən ##.##.2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının, cəmi 4400 manat, müqavilə öhdəliyinin mənzilinin təhvil verilənədək hər ay 400 manat hesablanıb verilməsi və ödədiyi 68 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı Bakı-Kamvol Kombinatı tərəfindən verilmiş ##.##.1994-cü il tarixli orderə əsasən ona məxsusdur. ##.##.2024-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli ** nömrəli sərəncamını əsas tutaraq “xxxx” MMC-nin sədri İsazadə Anar Sabir oğlu ilə onun arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.1. bəndinə əsasən o, ##.##.1994-cü il Bakı-Komvol Kombinatının vermiş olduğu ** nömrəli orderlə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 18 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün “xxxx” MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti Şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 1.1.2. bəndinə əsasən “Tikinti Şirkəti” “xxxx” MMC ünvan 2 ünvanında yerləşən əmlak mülkiyyətçilərinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 18 kv.m. təmirli mənzili onun mülkiyyətinə verməli idi. Lakin “xxxx” MMC mənzil mülkiyyətçisinin yaşayış sahəsinin yaxşılaşdırılması məqsədi ilə ona veriləcək 1 otaqlı ümumi sahəsi 18 kv.m. olan mənzilin əvəzinə yaşayışın beşinci mərtəbəsində 1 otaqlı daxili sahəsi 30 kv.m. olan təmirli mənzili onun adıma rəsmiləşdirilir. Həmin müqavilənin 2.1.4-cü maddəsinə əsasən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayışını təmin etmək məqsədi bu müqavilənin 1.2. bəndində göstərilən kirayə haqqını “Tikinti Şirkəti”ndən tələb edə bilər. Artıq bir il olar ki, müqavilə bağlamışdırlar. Yaşadığı mənzil sökülmüşdür. Lakin “Tikinti Şirkəti” “xxxx” MMC müvəqqəti yaşayışını təmin etmir, hər ay ən aşağı qiymətə, yəni aylıq 400 manat kirayə qaldığı evin kirayə haqqını ödəmək istəmir, bununla da müqavilənin şərtinə əməl etmir. O, hazırda qeyd olunan ünvana yaxın ərazidə kirayədə yaşayır. Bir ilə yaxındır ki, hər ay 400 manat məbləğində kirayə haqqı ödəyir. “xxxx” MMC-nin direktoru A.S.İsazadəyə rəsmi ərizə ilə müraciət edərək müqavilə öhdəliklərinin yerinə yetirmədiklərini, ona ##.##.2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının hesablanıb verilməsini, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh rəsmi ərizəsinə hazıradək cavab belə verilməmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili vəkil2 ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli * №-li əmrinin ləğv edilməsi, cavabdeh “xxxx” MMC-dən ##.##.2024-cü il tarixdən verilməli olan aylıq 400 manat kirayə haqqının cəmi 4400 manat, müqavilə öhdəliyinin mənzilinin təhvil verilənədək hər ay 400 manat hesablanıb verilməsi və ödədiyi 68 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, digər tələblərin geri götürüldüyünü, konkret olaraq cavabdeh “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli * №-li əmrin ləğv edilməsi hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının istinad edərək tələb etdiyi kirayə haqqı barədə ##.##.2024-cü il tarixli müqavilənin 1.2-ci bəndi ümumiyyətlə mövcud deyildir. Sadəcə adıçəkilən müqavilənin 2.1.4-cü bəndində texniki səhv olaraq “yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayışını təmin etmək məqsədi bu müqavilənin 1.2. bəndində göstərilən kirayə haqqını “Tikinti Şirkəti”dən tələb etmək” barədə müddəa daxil olmuşdur. Lakin ##.##.2024-cü il tarixli müqaviləyə nəzər salsaq həmin müqavilədə 1.2-ci bəndin olmadığı müşahidə edilə bilər. Belə ki, müqavilədə qeyd olunan ünvan 2-a İddiaçı tərəfindən həmin mənzilin guya ona məxsus olduğunu təsdiqləyən order MMC-yə təqdim olunmuş, onunla müqavilə bağlanmış və kirayə haqqının verilməsi nəzərdə tutulmamışdır. Bir müddət sonra müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim olunmuş order həqiqi olmayan sənəddir və arxiv arayışı da mövcud deyildir. Həmin mənzilin əslində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olduğu məlum olmuşdur. Belə ki, adıçəkilən müqavilənin 2.1.2-ci bəndinə əsasən əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsinin yüklü olmaması barədə arayışı təqdim etmək şərti ilə “Tikinti Şirkəti”-nə təhvil vermək öhdəliyi daşıyır. Həmçinin həmin müqavilənin 6.1-ci bəndinə əsasən əmlak mülkiyyətçisi “Tikinti Şirkəti”-nin əvvəlcədən yazılı razılığını almadan bu müqavilədən irəli gələn hüquqlarını, vəzifələrini və digər öhdəliklərini üçüncü şəxslərə keçirə (ötürə) bilməz. Göründüyü kimi İddiaçı öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda dərhal İddiaçı xəbərdarlıq edilmiş və aralarında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə yuxarıda qeyd etdiyi müvafiq bəndə əsasən birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də hesab edilir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və rədd olunmalıdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim olunmuş ##.##.1994-cü il Bakı-Komvol Kombinatının vermiş olduğu ** nömrəli order həqiqi olmayan sənəd olduğundan, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə etibarsızdır və əhəmiyyətsiz əqd hesab olunmalıdır. Çünki müqavilə bağlandıqdan sonra onun ləğv olunması və müqavilədə qeyd olunan mənzilin başqa şəxsə məxsus olduğu ilə bağlı iddiaçıya müraciət olunmuş və o, bundan xəbərdar olmuşdur.

13. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili vəkil2 Novruz oğlu izahatında bildirmişdir ki, yalnız əmrin ləğv edilməsini xahiş edir. Kirayə haqqı ilə bağlı məsələlər meydana gəldiyindən tələbin həcmi azaldılmışdır. Nə qədər ki, əqdlər tərəfin iradə ifadəsidir və müqavilə də tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır. Əmrin ləğv olunmasından xəbərləri olmamışdır. Mülki Məcəllənin tələblərinə uyğun olaraq müqavilənin ləğvi birtərəfli qaydada nəzərdə tutulmamışdır. Birtərəfli qaydada əmrin ləğv edilməsi qanunla nəzərdə tutulmamışdır. Əmrin mövcud olub-olmaması barədə bildiriş məktubla göndərilmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X9 izahatında bildirmişdir ki, evi nə vaxt təhvil verdiyi dəqiq yadında deyil. Biləcəridə qalır və 300 manat kirayə haqqı ödəyir. Onunla bərabər digər sakinlər də köçmüşdür. Digər qonşulara kirayə üçün ödəniş edilib-edilmədiyi barədə məlumatlı deyil. Mənzili 1994-cü ildə qaçqınlar zəbt edib və illərlə başqa mənzillərdə yaşamışdır. Müqavilə qarşılıqlı razılıq əsasında bağlanmışdır.

15. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili vəkil1 izahatında qeyd etmişdir ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmış, lakin onlar aldanmışdırlar. Müqavilədə 1.2-ci bənd yazılsa da əslində həmin bənd olmayıb. Həmçinin mənzil 3-cü şəxslərin istifadəsində olarsa müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Qeyd edir ki, iddiaçı həmin ünvanda yaşamışdır və onun istifadəsinə verilmişdir. Bu məlumat yalan məlumatdır. 12 və *** saylı binalar qəzalı vəziyyətdə olmuşdur. İcra Hakimiyyəti tərəfindən sərəncam verilir, sərəncama əsasən onlar tərəfindən köçürülmələrə başlanılır. Binanın qəzalı olması barədə rəy verilmişdir ki, binada və ətrafda yaşayan sakinlər üçün təhlükə yaranmasın deyə təcili şəkildə köçürülməsi bildirilmişdir. MMC tərəfindən elanlar verilir, təcili şəkildə binada yaşayan sakinlərlə müqavilələr bağlanılmağa başlanılır. Müqavilələr bağlanılan zaman onların hesablamalarına görə 120 mənzil olmalıdır. 150 müqavilə bağlanılmışdır. Amma mənzillərin sayı bitməmişdir. Biri elə iddiaçının özüdür. İlk növbədə tərəflər qarşılıqlı razılıq əsasında bu müqaviləni imzalamışdırlar. Onlar bu müqaviləni ona görə imzalamışdırlar ki, Bakı-Kamvol Kombinatında İşlədiyinə görə orderin əslini onlara təqdim etmişdi ki, mənzil onun istifadəsindədir. Müqaviləni imzalamış, üzərinə öhdəlik götürmüşdür ki, 3 gün müddətində mənzili boşaldıb təhvil verəcək. Eyni zamanda da onlara Forma 2 arayışı təqdim etməli idi ki, bu müqavilədə öz təsdiqini tapmışdır. Müqavilənin 2.1.1-ci bəndində qeyd olunmuşdur ki, mənzildə yaşayanların hər birininin razılıq ərzələrini təqdim edilməlidir. Onlar müqaviləni bağlayır, daha sonra müqavilələri imzalamış şəxslər tərəfindən artıq açarlar təhvil verilir. Sonra məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi order üzrə mənzildə başqa şəxs yaşayır, istifadəsindədir, mobil nömrə qoymuşdur. Tərəflər belə razılaşmışdır ki, 1 kv.metr mənzilinin əvəzinə 35 kv.metr mənzil veriləcək ona görə də ona kirayə haqqı verilməyəcək. Tərəflər arasında qarşılıqlı razılaşma bu qaydada olmuşdur. Düzdür müqavilə şifahi və yazılı formada bağlanılır. Amma tərəflərin arasında razılıq olmuşdur. Bu gün onları məhkəməyə verməkdə iddiaçının niyyəti odur ki, kirayə haqqı ödənilməmişdir. Söhbət 4 min manatın ödənilməsindən getmir. MTK üzərinə elə bir öhdəlik götürsəydi, ödəyəcəkdi. Sadəcə standart müqavilələrdir. Məsələ ondan ibarətdir ki, müqaviləni imzalayanda öhdəlik hissəsində 1.2-ci bəndində qeyd olunan kirayə pulunu tələb edə bilər sözü yaddan çıxaraq qalmasıdır. Göründüyü kimi müqavilədə 1.2-ci bənd yoxdur. Sadəcə olaraq yaddan çıxıb müqavilədə qalmışdır. Müqavilədə 1.1.2-ci bənd var, orda da mənzilin verilməsi nəzərdə tutulmuşdur. Əmrin mövcud olubolmaması barədə bildiriş göndərilməmişdir. Əmrin ləğv edilməsi hissəsində iddianl qəbul etmir. Çünki əmr pretenziya qaydalarına uyğun ləğv edilmişdir. Müqavilənin 1.1.3-cü bəndində də qeyd olunmuşdur ki, mübahisə olduqda müqavilə etibarsız sayılacaqdır.

16. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin ləğv edilməsi barədə ##.##.2024-cü il tarixli əmr iddiaçıya təqdim edilməmişdir və yalnız məhkəmə iclası zamanı belə bir əmrin olduğu iddiaçıya məlum olmuşdur. Qeyd edilən əmrin göndərilməsi barədə bildirişdən də məlum olur ki, həmin əmr ünvan 5 ünvanına göndərilmişdir. Halbuki həmin ünvan artıq cavabdeh tərəfindən sökülmək üçün qəbul edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunun normasına əsasən hazırkı halda tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətli dərəcədə pozulmalı idi. Lakin hazırkı iş üzrə belə bir pozuntu aşkar edilməmişdir. Belə ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə mənzilə dair orderin əslini təqdim etmişdir. Qeyd edilən mənzilə dair həmin orderdən başqa digər bir order yoxdur. Eyni zamanda da cavabdehin ona təqdim edilmiş orderin saxta olub-olmamasına qiymət vermək səlahiyyəti yoxdur. Qeyd edilən mənzildə başqa bir şəxsin yaşaması orderin saxta olması demək deyildir. Həmçinin orderin arxiv arayışının olmaması da həmin orderin saxtalığına dəlalət etmir. Belə ki, həmin binada verilimiş heç bir orderin arxiv arayışı yoxdur. Belə ki, həmin orderlər X22 Qərarı ilə verilmiş və Kombinatın arxivində saxlanılmışdır. Həmçinin iddiaçı ##.##.1984-cü ildən Bakı Komvol Kombinatında əmək fəaliyyətinə başlamış və ##.##.2008-ci ilədək həmin kombinatda işləmişdir. İşlədiyi müddətdə, yəni 1994-cü ildə ona orderdə qeyd edilən mənzil verilmişdir. Lakin sonradan həmin mənzilə məcburi köçkünlər yerləşmişlər. Həmin müddət ərzində iddiaçı Kombinatda işlədiyi üçün ona bildirilmişdir ki, məcburi köçkünlər müvəqqqəti məskunlaşmışdırlar və qısa müddət ərzində həmin mənzili tərk edəcəklər. Nəhayət ##.##.1998ci il tarixli Sərəncamla məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı həmin şəxsləri mənzildən necə çıxara bilərdi? Həmçinin məhkəmə nəzərə almamışdır ki, həmin Kombinat 2008-ci ildə ləğv edilmişdir. Köhnə Mənzil Məcəlləsinin 105-ci maddəsinin 4-cü bəndinə əsasən müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar işdən çıxmış şəxslərə digər yaşayış sahəsi verilmədən xidməti mənzildən çıxarılmasına yol verilmir. Eyni zamanda həmin maddənin 2-ci bəndinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisə, idarə, təşkilatda azı on il işləmiş şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti mənzildən çıxarılmasına yol verilmir. Beləliklə məhkəmə bu qənaətə gələrkən nəzərə almamışdır ki, həmin binada orderi olan bütün mənzil sahibləri hazırda mənzilə görə order verən təşkilatda çaılışmırlar. Ona görə ki, orderi verən təşkilat 2008-ci ildə ləğv edilmişdir. Eyni zamanda iddiaçı da həmin təşkilatda 24 il işləmişdir ki, bu da köhnə Mənzil Məcəələsinin 105-ci maddəsinin 2-ci bəndinin təsiri altına düşür. Məhkəmə gəldiyi qənaətə görə guya məhkəməyə həmin mənzilin orderi müvəqqəti yaşayış üçün verildiyinə görə artıq öz hüquqi qüvvəsini itirmişdir. Həmin məntiqlə gedilsə hazırda sökülmüş binadan ona verilməli olan mənzil artıq verilməyəcəkdir. Həmçinin həmin mənzilə dair başqa bir order də yoxdur. Deməli məhkəmənin gəldiyi absurd yanaşmaya əsasən həmin mənzil hazırkı halda cavabdeh, yəni Cavabdeh qalmalıdır. İllərlə evinin boşaldılmasını gözləyən, həmin mənzildə qeydiyyatda olan, mənzili verən təşkilatda 24 illik əmək fəaliyyətində olan iddiaçı bir kənarda qalacaq, lakin cavabdeh heç nə etmədən mənzilə sahib çıxacaq? Binada yüzdən artıq order sahibi ilə cavabdeh müqavilə bağlamışdır. Onların orderi də onunla eyni hüquqi statusdadır. Belə olan halda iddaçıya verilmiş orderin aqibəti həmin binada orderi olan digər şəxslərlə eyni olmalı idi. Yəni binada orderlə mənzili olan digər şəxslərin orderi qanuni hesab olunduğu halda iddiaçının orderinin qanunsuz hesab edilməsi absurd yanaşmadır və mülki hüquqda subyekt bərabərliyi prinsipinin ciddi pozuntusu hesab edilməlidir. Eyni zamanda məhkəmə hansı səbəbdən qeyd edilən ünvanda qeydiyyatda olmağını formal hesab etdiyini də əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

24. Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. (...)

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. (...)

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (##.##.2009-cu il tarixədək qüvvədə olan):

26. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

27. Maddə 51. Yaşayış sahəsinin icarə müqaviləsi Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

28. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

29. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

30. Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və II qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və II qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.

31. Maddə 106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər.

32. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

41. İşdən görünür ki, iddiaçı ilkin olaraq iddia ərizəsində cavabdehdən kirayə haqqının hesablanıb verilməsini, sonra iddia tələbinin həcmini artıraraq cavabdehin ##.##.2024-cü il tarixli * №-li əmrinin ləğv edilməsini və cavabdehdən kirayə haqqının tutulmasını tələb etsə də, daha sonra iddia tələbinin həcmini azaldaraq digər tələbləri geri götürdüyünü, konkret olaraq cavabdehin ##.##.2024-cü il tarixli * №-li əmrin ləğv edilməsini tələb etmişdir.

42. Birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq əmrin ləğvi ilə yanaşı iddiaçının geri götürdüyü tələblərə də baxaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

43. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

44. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

45. Digər tərəfdən işdən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin tərəfi olmuş və mövcud mübahisə həmin müqavilənin ləğv edilməsinə dair cavabdehin əmrinin əsaslılığı ilə bağlıdır.

46. İş materiallarında olan ##.##.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, ** saylı sərəncamı əsasında ünvan 4 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.

47. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən ##.##.2024-cü il tarixli müqavilədə qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, ** saylı mənzilin ona verildiyini təsdiqləyən order “xxxx” MMC-yə təqdim olunmuş və onunla müqavilə bağlanmışdır. Daha sonra müəyyən olunmuşdur ki, İddiaçı həmin mənzildə yaşamır, arxiv arayışı mövcud deyil, o, mənzilin yaşayış sahəsindən istifadə etmir, mənzildə məcburi köçkünlər yaşayır. Cavabdeh tərəfindən İddiaçı xəbərdarlıq göndərilmiş və ##.##.2024-cü il tarixli müqavilənin ləğv edilməsi haqqında ##.##.2024-cü il tarixli * №-li əmr verilmişdir.

48. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 Kommunal Təsərrüfatı Departamenti məhkəməyə ünvanladığı müraciətində göstərmişdir ki, əvvəllər Bakı Komvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X2 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** saylı sərəncamı ilə balansa verilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqa * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı ** saylı mənzildə 1993-cü ildən Qubadlı rayonu məcburi köçkünü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 4 nəfər ailə üzvü ilə (özü, 2 qızı və oğlu) məckunlaşmışdır. ## ####### 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1980-ci il tarixli, *** nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi Əsasnamə”nin 2-ci bəndinin III hissəsinə əsasən “Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrıayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) dövürdə orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il ## ######## tarixli, *** nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamına görə qanuni əsaslarla məcburi köçkünlərin məskunlaşdırıldığı mənzilə verilmiş orderin hüquqi qüvvəsi dayandırıldığı halda, faktiki olaraq məcburi köçkün ailəsinin istifadə və sahibliyində olduğu vaxtda onların yaşadıqları mənzillərə digər şəxslərin adına order verilməklə sənədləşdirilməsinin heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər.

49. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Bakı Komvol Kombinatında ##.##.2008-ci ilədək işləmişdir. Mübahisəli yataqxana otağında işlədiyi müddətdə yaşamasına dair ona 1994-cü ildə order verilmişdir. İddiaçı həmin yaşayış sahəsi üzrə ##.##.2014-cü il tarixdə qeydiyyata alınsa da, lakin həmin otaqda heç vaxt yaşamamış, otaqda məcburi köçkünlər məskunlaşmışlar. Bu müddət ərzində iddiaçı həmin şəxslərin mübahisəli yaşayış sahəsindən çıxarılması barədə heç bir iddia irəli sürməmişdir. Yataqxana dövlət mənzil fonduna aid olmaqa * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdeh əvvəlcə həmin yaşayış sahəsinin iddiaçıya aid olduğunu zənn edərək ##.##.2024-cü il tarixli müqaviləni bağlasa da, 12 gün sonra həmin müqavilənin ləğv edilməsinə dair mübahisələndirilən əmri vermişdir. Daha sonra, ##.##.2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin ## ###### 2024-cü il tarixli ** saylı sərəncamının icrası ilə bağlı, 128-ci binanın ** saylı, 16 kv.m sahəsi olan mənzildə məskunlaşmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Nərimanov Rayon sektorunun müdiri X5, Bakı şəhər İcra Hakimiyyəti mənzil kommunal Təsərrufat departamentinin * saylı MKTB-nin *** saylı MKİS-nin rəisi Əkbərov Samir İsa, icraçı direktor X6, X10, polis sahə İnspektoru R X7 müvafiq aktı tərtib edərək təsdiq etmişlər.

50. Kollegiya qeyd edir ki, iddiaçıya yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 93-cü maddəsində də öz əksini tapmışdır.

51. Qeyd olunan qanunvercilik normalarının məzmunundan göründüyü kimi, müəssisənin balansında olan yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilən yaşayış sahələridir.

52. Cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən olunur ki, tərəflər arasındakı müqavilənin ləğv edilməsinə dair əmrin verilməsinə əsas yataqxanadakı ** nömrəli otağın iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verilməsi və iddiaçının əmək münasibətlərinə xitam verildiyindən onun adına verilmiş orderin öz hüquqi əhəmiyyətini itirməsi, arxiv arayışının olmaması, müqavilə bağlanan zaman mənzilin iddiaçının istifadəsində olmaması, mənzilin boşaldılmaması, belə ki, ötən müddət ərzində mənzildə yalnız məcburi köçkünlərin məskunlaşdığı, bu barədə iddiaçının cavabdehə məlumat verməməsi və nəticədə cavabdehin əhəmiyyətli zərərlə qarşılaşmasının qarşısının alınması olmuşdur.

53. Tərəflər arasındakı Müqavilənin 1.1.3-cü bəndində göstərilmişdir ki, X11 bəyan edir ki, həqiqətəndə F.Xoyski prospekti 128, mənzil 99 ünvanda olan mənzil onun özünə məxsusdur. Üçüncü şəxslərin qarşısında hər hansı öhdəliyi yoxdur. Gələcəkdə özünün və üçüncü şəxslərin həmin mənzilə dair hər hansı bir iddia və tələbləri olmayacaqdır. Olduğu təqdirdə müqavilə etibarsız hesab edilir, müqavilədə qeyd olunan mənzil və ödənilmiş məbləğlər geri tələb olunacaqdır.

54. Kollegiya qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

55. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir.

56. Sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq və işin yuxarıda qeyd olunan hallarını, məhkəmə iclasında tədqiq olunan sübutları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən əmrin verilməsi əsaslı olmuşdur. Odur ki, iddiaçının mövcud tələbi təmin edilməməlidir.

57. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış halarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar