Məhkəmə qərarları › İş №2-2(3-10)-35/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-35/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(3-10)-35/2026 12.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddiasına dair kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 12 fevral 2026-cı il tаrixli, 2-2(117)-1075/2025 saylı “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə qərаrdаdındаn iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1075/2025 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 28000 manat məbləğində pul və ödənilmiş 159 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1075/2025 saylı qətnaməsi 12 dekabr 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və həmin tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilərək rəsmi qaydada çatdırılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 həmin məhkəmə qətnaməsindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti və qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmədən, yəni 12 yanvar 2026-cı il tarixdə apellyasiya şikayəti verib. X2 Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun tam ödənilmədiyi üçün geri qaytarılmışdır. Həmin qərardadı əldə etdikdən sonra qalan məbləğdə dövlət rüsumunu ödəyərək apellyasiya şikayətini yenidən məhkəməyə göndərib. Ona görə də tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət üzürlü səbəbdən ötürülmüşdür. Hesab edir ki, bu hal üzürlü hesab edilərək müddət bərpa edilməlidir. Göstərilənləri nəzərə alaraq Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1075/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti bərpa edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixli, 2-2(117)-1075/2025 saylı qərardadla apellyasiya şikayətinin geri qaytarılması cavabdeh tərəfin elektron kabinetinə iş günü ərzində yüklənmişdir. Bu isə MPM-in 128.1-ci maddəsinə uyğun olaraq tərəfin məlumatlandırılması hesab olunur. MPM-də müddətin bərpası üçün tələb olunan şərtlər MPM-in 134.1-ci maddəsinə görə, prosessual müddət yalnız o halda bərpa edilə bilər ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərlə bağlı olsun və bu səbəblər məhkəmə tərəfindən əsaslı hesab edilsin. Eyni zamanda, MPM-in 134.2-ci maddəsinə əsasən, üzrlü səbəblər sübut olunmalı və tərəfin iradəsindən asılı olmayan hallar kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfin davranışı və prosessual səhlənkarlıq hazırkı halda apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad xx.xx.2026-cı il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəf xx.xx.2026-cı il tarixində, yəni 6 iş günü keçdikdən sonra müddətin bərpası barədə ərizə təqdim etmişdir. Bu müddət ərzində cavabdeh tərəfin dərhal ərizə vermək, prosessual qüsurları aradan qaldırmaq, məhkəməyə operativ müraciət etmək imkanı mövcud olmuşdur. Lakin cavabdeh tərəf bu imkanlardan istifadə etməmiş, əksinə, yalnız 6 gün keçdikdən sonra vəkil ilə müqavilə bağlamışdır. Bu isə MPM baxımından üzrlü səbəb deyil, çünki nümayəndə ilə müqavilənin sonradan bağlanması tərəfin öz iradəsindən asılı olan haldır. Hüquqi savadsızlıq və ya vəkilin sonradan cəlb edilməsi Ali Məhkəmənin formalaşmış mövqeyinə görə müddətin bərpası üçün əsas sayılmır. Prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi MPM-in 10-cu maddəsinə əsasən, tərəflər prosessual hüquqlardan vicdanla və məqsədinə uyğun istifadə etməlidirlər. Müddətin ötürülməsindən sonra əsaslı səbəb olmadan onun bərpasının tələb edilməsi prosesin süni uzadılmasına, qarşı tərəfin hüquqlarının pozulmasına, hüquqi müəyyənlik prinsipinin zədələnməsinə gətirib çıxarır. Bu isə MPM-in 9 və 10-cu maddələrində təsbit olunmuş ədalətli məhkəmə araşdırması prinsipləri ilə ziddiyyət təşkil edir. Müddətin bərpası barədə ərizəni təmin ediməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2- 2(117)-1075/2025 saylı qətnaməsindən apellyasiya şikayətini 1 aylıq müddəti ötürmədən, yəni 12 yanvar 2026-cı il tarixdə apellyasiya şikayəti ilə müraciət edib. X2 Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun tam ödənilmədiyi üçün geri qaytarılmışdır. Həmin qərardadı əldə etdikdən sonra qalan məbləğdə dövlət rüsumunu ödəyərək apellyasiya şikayətini yenidən məhkəməyə təqdim ediblər. Qeyd etmək istəyir ki, qanunla nəzərdə tutulmuş müddəti ötürməyib. Sadəcə orada hesablamalarda səhv olduğundan dövlət rüsumu düzgün öənilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Hal-hazırda apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1075/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 12 fevral 2026-cı il tаrixli, 2-2(117)-1075/2025 saylı qərardadı ilə ərizə təmin edilərək Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1075/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh1 münasibətdə bərpa edilməsi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2- 2(117)-1075/2025 saylı qərardadı qanuni qüvvəyə mindikdən sonra 7 gün müddətində Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1075/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin vəkili tərəfindən Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2-2(117)-1075/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi xahiş olunmuşdur. Məhkəmə xx.xx.2026-cı il tarixli, 2-2(117)-1075/2025 saylı qərardadla ərizəni təmin etmişdir. Həmin ərizə ilə qətiyyən razı deyildirlər və aşağıdakı hüquqi əsaslara görə müddətin bərpa edilməsinin yolverilməz olduğunu hesab edir. Apellyasiya şikayətinin geri qaytarılması və onun prosessual nəticələri Azərbaycan Respublikası MPM-in 155-ci maddəsinə əsasən, apellyasiya şikayəti prosessual tələblərə uyğun təqdim edilmədikdə məhkəmə tərəfindən geri qaytarılır və bu hal tərəf üçün müvafiq prosessual nəticələr yaradır. Məlumdur ki, xx.xx.2026-cı il tarixli, 2-2(117)-1075/2025 saylı qərardad ilə cavabdeh tərəfin apellyasiya şikayəti geri qaytarılmışdır. Sözügedən qərardad iş günü ərzində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, məhkəmə sənədinin elektron kabinetə yerləşdirilməsi tərəfin lazımi qaydada məlumatlandırılması hesab olunur. Deməli, cavabdeh tərəf xx.xx.2026-cı il tarixindən etibarən qərardaddan rəsmi şəkildə xəbərdar olmuşdur. Prosessual müddətin bərpası üçün MPM-də nəzərdə tutulan şərtlər Azərbaycan Respublikası MPM-in 134.1-ci maddəsinə görə, prosessual müddət yalnız üzrlü səbəblər olduqda və həmin səbəblər məhkəmə tərəfindən əsaslı hesab edildikdə bərpa edilə bilər. Eyni zamanda, MPM-in 134.2-ci maddəsinə əsasən üzrlü səbəblər sübut olunmalıdır. Bu səbəblər tərəfin iradəsindən asılı olmayan hallar kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh tərəf tərəfindən göstərilən hallar nə sübut edilmiş, nə də tərəfin iradəsindən kənar üzrlü səbəblər kimi qəbul edilə bilər. Cavabdeh tərəfin davranışı və açıq prosessual səhlənkarlıq iş materiallarından və təqdim edilmiş sənədlərdən göründüyü kimi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad xx.xx.2026-cı il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəf müddətin bərpası barədə ərizəni yalnız xx.xx.2026-cı il tarixində, yəni 6 iş günü keçdikdən sonra təqdim etmişdir. Bu müddət ərzində cavabdeh tərəfin dərhal məhkəməyə müraciət etmək, prosessual qüsurları aradan qaldırmaq, rüsumu düzgün ödəməklə yenidən şikayət təqdim etmək real və tam imkanı mövcud olmuşdur. Lakin cavabdeh tərəf bu imkanlardan istifadə etməmiş, yalnız vaxt keçdikdən sonra vəkil ilə müqavilə bağlamışdır. Qeyd edilməlidir ki, nümayəndə ilə müqavilənin sonradan bağlanması tərəfin öz iradəsindən asılı olan haldır, hüquqi savadsızlıq, diqqətsizlik və ya vəkilin gec cəlb edilməsi üzrlü səbəb hesab edilmir. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsində dəfələrlə təsbit edilmişdir. Üstəlik, cavabdeh tərəfin vəkili bir peşəkar hüquqşünas kimi dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarını bilməli idi. Apellyasiya şikayətinin sonuncu gün təqdim edilməsi isə müddətin bitməsinin şüurlu şəkildə gözlənildiyini göstərir. Prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi Azərbaycan Respublikası MPM-in 10-cu maddəsinə əsasən, tərəflər bu hal ədalətli məhkəmə araşdırması, çəkişmə prinsipi və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına gətirib çıxarır. Nəticə döstərilənlər bir daha təsdiq edir ki, müddətin bərpası üçün qanunla tələb olunan üzrlü səbəblər mövcud deyil, təqdim etdiyi etirazlar əsaslı və sübutlu olduğu halda, həmin etirazların rədd edilməsi lazımi hüquqi əsaslandırma olmadan həyata keçirilmişdir. Bu səbəbdən, məhkəmədən təqdim etdiyi dəlillərə hüquqi qiymət verilməsini və müddətin bərpasına dair ərizənin rədd edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 10, 128.1, 134.1, 134.2 və 155-ci maddələrini rəhbər tutaraq, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(117)-1075/2025 saylı qərardadının ləğv edilməsi və cavabdeh tərəfin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsi təmin edilməməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19 fevral 2026-cı il tаrixli, 2-2(117)-1075/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz vermiş, həmin etirazda qeyd edilmişdir ki, ... apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmə qərardadı 16 yanvar 2026-cı il tarixində məhkəmənin elektron portalındakı elektron kabinetə yerləşdirilmişdir. Yəni, həmin tarixdə cavabdehə apellyasiya şikayətinin geri qaytarıldığı rəsmi qaydada bildirilib. Yenidən şikayətvermə tarixi: Cavabdeh bu qərardaddan sonra yalnız 22 yanvar 2026-cı il tarixində apellyasiya şikayətini yenidən təqdim etmişdir. Bu, geri qaytarma qərardadının elanından təxminən 7 gün sonrakı tarixdir. Halbuki qərardad elan edildikdən dərhal sonra – 16, 17 və 18 yanvar 2026-cı il tarixlərində – cavabdehin apellyasiya şikayətini yenidən vermək imkanı var idi. Başqa sözlə, cavabdeh geri qaytarma qərardadı qoyulduğu gündən etibarən dərhal və növbəti iki iş günü ərzində şikayətini təkrar təqdim edə bilərdi. Qanunvericilikdə göstərilən geri qaytarılma halları aradan qaldırıldıqdan sonra şikayətçi yenidən ümumi qaydada apellyasiya şikayəti verə bilər. Bu norma, MPM-in 363.4-cü maddəsində təsbit edilmişdir. Yəni, əgər apellyasiya şikayətinin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırılarsa (məsələn, çatışmayan imza tamamlanarsa, dövlət rüsumu ödənilərsə və s.), həmin şəxs yenidən apellyasiya şikayəti verə bilər. Lakin bu “ümumi qaydada müraciət” etmə hüququ, şikayət müddətinin özündə qalan müddət çərçivəsində həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən, geri qaytarma haqqında qərardad elektron sistemə yerləşdirildiyi andan etibarən əvvəlki müraciətdə müddətin qalan hissəsi nə qədər idisə, yeni apellyasiya şikayətinin verilməsi üçün də məhz o qədər vaxt hesablanmalıdır. Başqa sözlə, ilkin apellyasiya şikayəti verilərkən müəyyən olunmuş müddətdən nə qədər zaman qalırdısa, şikayət geri qaytarıldıqdan sonra vətəndaşa məhz qalan o zaman kəsiyində təkrar müraciət haqqı tanınır. Bu işdə cavabdeh apellyasiya şikayətini ilkin olaraq şikayət müddətinin sonuncu günündə təqdim etmişdi. Deməli, ilk müraciət zamanı apellyasiya şikayəti vermək üçün artıq əlavə vaxt qalmamışdı (müddət sıfıra bərabər idi). Konstitusiya Məhkəməsinin Plenumunun izahına görə, əgər apellyasiya şikayəti müddətin son günündə verilmiş və nəticədə geri qaytarılmışdırsa, şikayətçinin həmin eyni gün ərzində nöqsanları aradan qaldırıb yenidən şikayət vermək imkanı olmalıdır. Bu hüquqi mövqeyə əsasən, qalan müddət “0 gün” olduğu üçün yalnız geri qaytarma qərarının elan olunduğu gün yeni şikayət təqdim edilə bilər. Əks halda, müddət bitmiş sayılır. Məhz bu səbəbdən cavabdeh 16 yanvar 2026-cı il tarixində – yəni geri qaytarma qərardadının elektron kabinetə qoyulduğu gün – apellyasiya şikayətini yenidən verməli idi. Cavabdehin apellyasiya şikayətini 22 yanvar 2026-cı ildə təqdim etməsi, yuxarıda izah edildiyi kimi, qanuni şikayət müddətinin aşkar şəkildə ötürülməsi deməkdir. O, geri qaytarma qərardadı elan olunduqdan sonra 7 gün gözləmiş və yalnız bundan sonra müraciət etmişdir. Halbuki bu halda qanun heç bir əlavə möhlət nəzərdə tutmurdu – çünki artıq şikayət müddəti bitmişdi. Buna görə də cavabdehin apellyasiya şikayətinin mövcud qanunvericiliyə zidd olaraq gecikmə ilə (müddətdən sonra) verildiyi ortadadır. Bu gecikmə prosessual baxımdan üzrsüz sayılır və apellyasiya instansiyasında şikayətin icraata qəbul olunmaması üçün əsas təşkil edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, cavabdehin şikayəti müddətindən gec verdiyi əsası ilə qarşı tərəf (iddiaçı) tərəfindən apellyasiya instansiyasında qaldırılmış etiraz və təqdim edilmiş sübutlara birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə heç bir münasibət bildirilməmişdir. Məhkəmənin bu məsələyə hüquqi qiymət vermədən qərar çıxarması prosessual hüquqların pozulması hesab olunur. Nəticə Yuxarıda sadalanan faktlar və hüquqi əsaslar kontekstində aydın olur ki, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş şikayət müddəti ötürülməklə təqdim edilmişdir. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsindən xahiş olunur ki, göstərilən prosessual pozuntunu nəzərə alaraq cavabdehin apellyasiya şikayətini müddət baxımından təminedilməz hesab etsin və birinci instansiya məhkəməsinin bu barədə hər hansı reaksiyasız qalmasının doğurduğu hüquq pozuntusunu aradan qaldırsın. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 12 fevral 2026cı il tаrixli, 2-2(117)-1075/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkili ilk dəfə qanunla nəzərdə tutulmuş müddəti ötürmədən Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1075/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin şikayət məhkəmənin xx.xx.2026-ci il tarixli qərardadı ilə qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra şikayət verən tərəf qeyd olunan dövlət rüsumunun ödənilməsini təmin etmiş və yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Nəticə etibarı ilə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət şikayət verən şəxsdən asılı olmayan səbəblərdən ötürülmüşdür. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qeyd olunan qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli və cavabdehin apellyasiya şikayəti hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 12 fevral 2026-cı il tаrixli, 2-2(117)-1075/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 12 fevral 2026-cı il tаrixli, 2-2(117)- 1075/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar