Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-42/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adınxxxx Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi qanuni nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları Iddiaçı İddiaçı Istehsalat Birliyi ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə olunmuş təbii qaza görə yaranmış 784100,67 manat məbləğində əsas borcun və 1074,1 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, AMX-****/** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusunxxxx istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Yevlax rayonu Gülövşə kəndində yerləşən Kərpic zavodunu İddiaçı IB-nin Tərtər RQII-nin Yevlax xidmət sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh Cavabdeh MMC müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmiş və nəticədə Cavabdeh MMC-nin İddiaçı Istehsalat Birliyinə 784100,67 manat məbləğində debitor borcu yaranmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı Azərbaycan Respublikası Prezidentinin ##.##.1996-cı il tarixli, *** saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** saylı Qərarına əsasən plan üzrə aylıq nəzərdə tutulmuş qazın dəyərini əvvəlcədən, yəni hər ayın 1-i, 10-u və 20-si tarixlərindən gec olmayaraq “Təchizatçı”nın hesabına və ya “Təchizatçı” göstərən ünvana ödəməlidir. Göstərilən borcun ödənilməsinin təmin edilməsi və qeyd olunan mübahisənin Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə cavabdeh Cavabdeh MMC-yə pretenziya məktubu göndərilsə də, hazırkı vaxta kimi borc ödənilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatının enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” *** saylı ## #### 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsində məhkəmə araşdırılması aparılarkən, iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən 27 yanvar 2026- cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edilməklə “iddia tələbinin azaldılması” barədə ərizə təqdim olunaraq, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə olunmuş təbii qaza görə yaranmış 781832,23 (yeddi yüz səksən bir min səkkiz yüz otuz iki manat 23 qəpik) manat məbləğində əsas borcun və 1074,1 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçı İddiaçı Istehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, hazırkı işə baxıldığı müddət ərzində cavabdeh "xxxx” MMC tərəfindən debitor borcunxxxx 2268,44 manat məbləğində ödəniş edildiyindən, cavabdehin iddia ərizəsində tələb olunan borcunun həcmi azalaraq 781832,23 (yeddi yüz səksən bir min səkkiz yüz otuz iki manat 23 qəpik) manat miqdarında olmuşdur.
2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazxxxx istifadəyə görə yaranmış 781832,23 (yeddi yüz səksən bir min səkkiz yüz otuz iki manat 23 qəpik) manat məbləğində əsas borcun və 1071,83 (min yetmiş bir manat 83 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinə ödənilməsi qət olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi onxxxx ibarət olmuşdur ki, iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh MMC-yə qarşı “təbii qazxxxx istifadəyə görə yaranmış 784100,67 manat əsas borcun və 1074,1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş olsa da, bunxxxx sonra ##.##.2026-cı il tarixdə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək “təbii qazxxxx istifadəyə görə yaranmış 781832,23 manat əsas borcun və 1074,1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı ##.##.2026-cı il tarixli ərizəsi ilə bildirmişdir ki, hazırkı işə baxıldığı müddət ərzində cavabdeh tərəfindən borcunxxxx 2268,44 manat ödəniş edildiyindən onun borcunun həcmi azalaraq 781832,23 manat olmuşdur. Iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən, hazırkı mübahisə yaranmışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixdə AMX-****/** nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, Paylayıcı istehlakçı Cavabdeh MMC-ni keyfiyyətli qazla təmin etməyi, Istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli “Abonentin saldosu”xxxx görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (abonent kodu 256609100100000) 781832,23 manat borcu mövcuddur. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktınxxxx görünür ki, cavabdehin iddiaçıya təbii qazxxxx istifadəyə görə ##.##.2025-ci il tarixə 740352,31 manat borcunun olduğu tərəflərin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. Iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən qarşı tərəf təbii qazla təchiz olunmuş, müqavilənin bəndlərinə əsasən istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə qarşı tərəf üzərinə öhdəlik götürmüş, lakin əməl etməmiş və nəticədə onun 784100,67 manat məbləğində borcu yaranmış, işin icraatda olduğu müddət ərzində borcunxxxx 2268,44 manat ödəyərək borcunun həcmini azaltmış və ümumi borcunu 781832,23 manat etmişdir. Bu məbləğdə borcun yaranmasının əsas səbəbi cavabdehin ödənişi azaltması və bəzi aylarda heç bir ödəniş etməməsidir. Ümumi qaz xəttinin üzərində başqa tikiliyə məxsus qaz xətti də mövcuddur. Bu sayğac üzrə ödənişlər ümumi sayğac üzrə ödənişlərdən çıxılaraq əsas sayğacın borcu hesablanır və akt tərtib edilir. Qarşı tikilinin onlara heç bir borcu yoxdur. Cavabdehlə aralarında debitor borcla bağlı üzləşmə aktı da imzalanmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmaxxxx baxılmasını mümkün hesab etmişdir. Iddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Məhkəmə, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğunxxxx təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazxxxx istifadə qaydaları ilə tənzimlənir. Qazxxxx istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazxxxx istifadə Qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında Yevlax rayonu Gülövşə kəndində yerləşən Cavabdeh MMC-yə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair ##.##.2023-cü il tarixdə AMX-****/** nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazxxxx istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktınxxxx görünür ki, cavabdeh ##.##.2025-ci il tarixinə iddiaçıya 740352,31 manat məbləğində borcunun olmasını imzası və möhürü ilə təsdiqləmişdir (abonent saldosu ilə də təsdiqlənir). Bunxxxx sonra abonent saldosunxxxx da müəyyən edildiyi kimi cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, təbii qazxxxx istifadə davam etdirildiyindən iddiaçıya olan borcu qeyd edilən məbləğdən artmış və hazırkı tarixə 781832.23 manat borcu yaranmışdır. Iddiaçı tərəfin izahatına və məhkəməyə təqdim edilmiş abonent saldosuna əsasən 12113,10 manat aktlar əsasında hesablanmış məbləğ cavabdehin abonent saldosunda qeyd edilmişdir. Belə ki, sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehə məxsus hazırkı sayğac quraşdırılan yerdən sonra qaz xəttinin üzərində cavabdehə məxsus digər qeyri-yaşayış sahəsinin istifadə etdiyi qaza ikinci sayğac quraşdırılmışdır. hesablanmış məbləğ ümumi sayğacın borcunxxxx çıxılaraq akt tərtib edilməklə həmin bölməyə yazılması, həmin hissədə qeyd edilən məbləğlərin cavabdehin borcu ilə əlaqəli olmaması, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin qazxxxx istifadə ilə bağlı iddiaçıya borcunun olmaması müəyyən edilmişdir. Ona görə də qeyd edilən akt müvafiq pozuntu nəticəsində tərtib edilmiş akt olaraq məhkəmə qiymətləndirməmişdir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlar, eyni zamanda iddiaçı tərəfin nümayəndəsinin izahatı qarşılıqlı təhlil edildikdə təsdiqini tapır. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə, təbii qazxxxx istifadə üzrə olan 781832,23 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Iddia təmin edildiyindən iddia tələbinə uyğun olaraq 1071,83 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 445.1, 445.2, 567 və 597.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin qismən, yəni “781832,23 manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (apellyasiya şikayətini cavabdehin nümayəndəsi (vəkil) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X3 imzalamışdır). Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən təbii qazxxxx istifadəyə görə yaranmış 781832,23 manat əsas borcun və 1071,83 manat dövlət rüsumunun tutularaq iddiaşıya ödənilməsi qət edilmişdir. Işə baxan məhkəmə iddianı təmin edərkən qətnaməsində əsasən aşağıdakı hallara: - Tərəflər arasında ##.##.2023-cü il tarixli AMX- ****/** saylı müqavilənin mövcud olması, iddiaçı tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli “Abonent saldosu”na əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin 781832,23 manat borcun mövcud olması, eyni zamanda tərəflər arasında tərtib olunmuş “Qarşılıqlı hesablamalar haqqında üzləşmə aktına” əsasən ##.##.2025-ci il tarixinə cavabdehin 740352,31 manat borcunun olmasının nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənməsinə istinad etmişdir. Bununla yanaşı, məhkəmə, qətnaməsində bütün imkanlarxxxx istifadə edilməsinə baxmayaraq, cavabdeh tərəfindən nümayəndənin iştirakının təmin edilməməsinə və işə yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında baxıldığını qeyd etmişdir. Cavabdeh tərəf hesab edir ki, məhkəmənin adı çəkilən qətnaməsi ilə iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmadığınxxxx aşağıdakı səbəblərə görə qismən ləğv olunmalıdır: Belə ki, iş materiallarınxxxx göründüyü kimi həqiqətən Cavabdeh MMC ilə İddiaçı Istehsalat Birliyi arasında ##.##.2023-cü il tarixli, AMX -****/** saylı “Qaz paylayıcısl ilə sənaye qaz qurğusunxxxx istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Eyni zamanda tərəflər arasında “Qarşılıqlı hesablamalar haqqında üzləşmə aktı” tərtib olunmuş və həmin akta əsasən ##.##.2025-ci il tarixinə cavabdeh Cavabdeh MMC-nin 740352,31 manat borcun olması qeyd olunmuşdur. Bununla bağlı bidirilir ki, tərəflər arasında qeyd olunan Üzləşmə aktında Cavabdeh MMC-nin 740352, 31 manat borcunun mövcud olması göstərilsə də, həmin məbləğin 194000 manat məbləği Cavabdeh MMC-yə deyil, həmin ərazidə 2019-cu ilə qədər fəaliyyət göstərən “xxxx” MMCyə məxsus olmuş və bu hal mövcud olan başqa bir məhkəmə qətnaməsində də öz əksini tapmışdır. Lakin bununla belə iddiaçı tərəfində qaz təhcizatının dayandırılması və bununla da müəssisəyə dəyəcək ziyanın qarşısını almaq məqsədi ilə Cavabdeh MMC qeyd olunan üzləşmə aktına imza etmək məcburiyyətində qalmışdır. Bunxxxx əlavə, bidirilir ki, ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək Cavabdeh MMC tərəfindən 115250,94 mant vəsait ödənilmiş və məhkəmə qətnaməsində göstərilən məbləğdən fərqli olaraq hazırda həmin borcun məbləğ 666581,59 manat təşkil edir. Eyni zamanda bidirilir ki, Cavabdeh MMC 2025-ci ilin iyun ayınxxxx fəaliyyətini dayandırdığınxxxx müəssisənin bütün işçiləri buraxılmış və Müəssisə faktiki fəaliyyət göstərmədiyindən, məhkəmə prosseslərində cavabdehin nümayəndəsinin iştirakı qeyrimümkün olmuşdur. Bu halın özü də iş üzrə hərtərəfli və obyektiv araşdırmanın aparılmasını şübhə altına qoymuşdur.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. Iş üzrə apellyasiya icraatı: - 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə ## ##### 2026cı il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi və apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəblərə görə ## ##### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, işin halları və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin “məhkəmə iclasının təxirə salınması” barədə həmin ərizəsi nəzərə alınaraq, iş üzrə məhkəmə iclası ## ### 2026-cı il tarixinə təxirə salınmışdır. Lakin, iş üzrə ## ### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi qanuni nümayəndə1 gəlsə də, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmaxxxx işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi qanuni nümayəndə1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – iddia ərizəsində göstərilənlərlə və eləcə də, məhkəməyə təqdim etdiyi cavabdeh Müəssisəyə aid ## ### 2026-cı ildə çap edilmiş “Abonentin saldosu”nda olan məlumatlarla və iddiaçı İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müvafiq qaydada tərtib edilərək, imzalanıb-möhürlənmiş ## ##### 2026-cı il tarixli “Təbii qazxxxx istifadəyə görə debitor borcun ödənilməsi” haqqında Razılaşma Protokolunda göstərilənlərlə əsaslandırdı.
- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bunxxxx sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin qismən, yəni “781832,23 manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi” barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcluxxxx vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicxxxxlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasınxxxx birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcaxxxx azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazxxxx istifadə Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazxxxx istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasınxxxx, qanunlarınxxxx və digər normativ hüquqi aktlarınxxxx irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qayxxxxın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarxxxx istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqxxxx sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcaxxxx müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi - işin halları və bu mübahisəni nizamlayan müvafiq qanunvericilik normaları nəzərə alınmaqla həll edilmişdir. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində cavabdeh Cavabdeh MMC-dən təbii qazxxxx istifadəyə görə yaranmış 781832,23 manat məbləğində debitor borcun tutulması qənaətinə gələrkən, ## ###### 2026-cı ildə çap edilmiş həmin MMC-yə aid “Abonentin saldosu”nda olan məlumatlara istinad etmişdir ki, həmin sənəddə də məlum qətnamə qəbul olunmamışxxxx iki gün əvvələ təbii qaz istehlakı ilə əlaqədar cavabdeh Cavabdeh MMC-nin debitor borcunun cəmi 781832,23 manat məbləğində olduğu qeyd olunmuşdur. Ona görə də, işin digər halları ilə yanaşı, həmin xüsusata görə də məlum qətnamə qəbul edildiyi vaxt tamamilə əsaslı və qanuni olmuşdur. Qətnamə qəbul edildikdən sonra həmin borcun hər hansı bir hissəsinin ödənilməsi isə - qəbul edildiyi vaxt əsaslı və qanuni olan qətnamənin tamamilə, yaxud qismən ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola bilməz. Çünki, qətnamə qəbul edildikdən sonra borc üzrə edilmiş ödənişlər icra qaydasında, yəni “Icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun nəzərə alına və bununla da, cavabdeh tərəfin də etdiyi ödənişlərlə bağlı mənafe və maraqları qoruna bilər. Bunxxxx əlavə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məlum qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildikdən və həmin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında məhkəmə prosesi başlandıqxxxx sonra iddiaçı İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müvafiq qaydada ## ##### 2026-cı il tarixli “Təbii qazxxxx istifadəyə görə debitor borcun ödənilməsi” haqqında Razılaşma Protokolu tərtib edilərək, imzalanıb-möhürlənmişdir. X4 ilə müəyyən olunur ki, hazırkı iş üzrə mübahisə predmeti olan debitor borcun məbləği azalaraq, ## ##### 2026-cı il tarixinə cəmi 654590,16 manat miqdarında olmuş və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti 2026-cı ilin aprel ayınxxxx 2027-ci ilin may ayı daxil, cəmi 14 ay üzrə Protokolda qeyd edilmiş Ödəniş Cədvəlində nəzərdə tutulan müxtəlif məbləğlərdə borc ödənişlərini etməklə, həmin borcun tam ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən ## ##### 2026-cı il tarixli “Təbii qazxxxx istifadəyə görə debitor borcun ödənilməsi” haqqında Razılaşma Protokolunun özü də Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin qəbul edildiyi vaxt əsaslılığını və qanuniliyini şübhə altına salmaxxxx, həmin qətnamə ilə cavabdehdən tutulan borcun tərəflər arasında müvafiq razılaşma əsasında ödənilməsi qaydasını müəyyən edir. Yəni, qətnamə qəbul edildikdən sonra borc üzrə ödənişlərin edilməsi və yaxud, borcun hissə-hissə ödənilməsi üçün tərəflər arasında hər hansı bir razılığın olması - qəbul edildiyi vaxt qanuni və əsaslı olan qətnamənin hər hansı bir hissədə dəyişdirilməsinə, ləğvinə və yaxud qismən ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımınxxxx şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasınxxxx irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğunxxxx, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarınxxxx irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğunxxxx, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarınxxxx irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatxxxx, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatxxxx az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.