Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-2(3-10)-46/2026 02.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından QƏRARDAD Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 40493.84 manat məbləğində əsas borcun və 211.48 manat manat ödənilmiş rüsum xərcləri məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İstehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi”, iddiaçı Cavabdeh cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması, rüsum) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 36930.32 manat məbləğində əsas borcun və 200.79 manat manat ödənilmiş rüsum xərcləri, 37131.11 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İstehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qax rayonunda yerləşən və f/ş Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi (VÖEN:4300150422) müvafiq qaydada qazlaşdırılmaqla 25461********** saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə ##.##.2023cü il tarixli AMX-****/** saylı“Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh Cavabdeh istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının 25461********** saylı saylı qaz hesabında 57701.02 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc qeyri yaşayış sahəsində istismarda olan G250 markalı ****** nömrəli sayğacın 531257 m mexaniki və 556087 m elektron göstəricisi ilə yaranmışdır. Bildirir ki, bundan əvvəl də Şəki Kommersiya Məhkəməsi Cavabdeh 25870.70 manat əsas borcun və rüsum xərclərinin ödənilməsinə dair ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** saylı qətnamə çıxarmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə cavabdeh tərəfindən qismən 5100 manat ödəniş edilmiş və icra sənədi üzrə 20770.70 manat qalıq borc mövcuddur. Ona görə də hazırda cavabdehin qaz hesabında yaranmış 57701.02 manat borcun 20770.70 manat hissəsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan həmin icra sənədinin təsir dairəsinə düşməyən 36930.32 manat borcun tutulmasına dair yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Bundan əlavə tərəflər arasında bir neçə dəfə debitor borcun hissəhissə ödənilməsi haqqında razılaşma protkolları imzalansa da cavabdeh buna əməl etməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı, sonuncu dəfə isə ##.##.2025-ci il tarixli ** nömrəli xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh tələbi icra etməmişdir. Bununla əlaqədar olaraq Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qaz təminatı borcun ödənilməməsi səbəbli ##.##.2025-ci il tarixdə qaynaq vasitəsilə dayandırılmışdır. Lakin bununla belə təkrar həmin ünvana baxış keçirərkən Cavabdeh qaz paylayıcısının qanuni tələblərinə əməl etməyərək özbaşına olaraq qazın verilişini bərpa etdiyi aşkar olunmuş və bununla bağlı müvafiq ##.##.2025-ci il tarixli akt tərtib edilmişdir. Bundan əlavə cavabdeh Cavabdeh sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında **************** saylı ##.##.2025-ci il tarixli məktub göndərilsə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi ##.##.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 40493.84 manat məbləğində əsas borcun və 211.48 manat ödənilmiş rüsum xərcləri, 40705.32 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı İstehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB tərəfindən Cavabdeh hesablanmış 58251,82 manat məbləğində borcun 25461********** nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 264,76 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 25461********** saylı abonent kodu olan özünə məxsus qeyri-yaşayış sahəsi (tütün qurutma sexi) fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi İddiaçı İstehsalat birliyi tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri daim tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. 2024-cü ilin sonunadək istifadə etdiyi təbii qazın dəyərinin hesablanmasında qüsurların olmasını görməyib. Cavabdeh təşkilat tərəfindən 2023-cü ildən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində ümumilikdə 58251,82 manat borc hesablanmışdır. 2024-cü ilin dekabr ayından tərəfindən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsədə bizə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və bu azmış kimi ##.##.2025-ci il tarixdə təbii qazın verilməsi dayandırılmışdır. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırda özünə məxsus qaz kəmərinin üzərində Elster G250 markalı, ****** nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2022-ci il ərzində orta hesabla ay ərzində 5514,96 manat təbii qazdan istifadə edilir. Lakin növbəti illərdə, yəni 2023 və 2024-cü illərdə aylıq sərfiyyat iki dəfədən də artıq olmuşdur. Nümunə kimi bildirir ki, 2023-cü ilin avqust ayında 14574,94 manat, sentyabr ayında isə 13979,02 manat qaz sərfinin dəyəri hesablanmışdır. Çoxsaylı müraciətlərinə baxmayaraq qaz paylayıcısı məsələnin obyektiv araşdırılması əvəzinə ##.##.2025-ci il tarixdə qaz təchizatını dayandırmışdır. Bundan sonra 2025-ci ilin iyul ayında, yəni qaz təchizatı kəsili olduğu halda özünə 550,80 manat məbləğində borc hesablanmışdır. Bu axı tam absurtdur. Təbii qaz verilmədiyi halda necə borc hesablana bilər. Bu hal özlüyündə cavabdehin qanunsuz hərəkətlərinin sübutudur. Məlum olduğu kimi, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər, habelə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (bundan sonra - Qaydalar) və qazın alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) ilə tənzimlənir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq müvafiq qaz sayğacları quraşdırılmalıdır. Müqavilənin 2.1.11-ci yarımbəndilə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək paylayıcının vəzifələrinə və 2.4.7- ci yarımbəndilə paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini paylayıcıdan tələb etmək istehlaçının hüquqlarına aid edilmişdir. Məhkəmənin diqqətini daha bir vacib məqama çəkmək istəyir ki, Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qanunverici qaz sayğacına görə məsuliyyəti fiziki şəxsə münasibətdə bütövlükdə cavabdeh təşkilatın üzərinə qoymuşdur. Hesab edir ki, 25461********** saylı abonent saldosu üzrə qazdan istifadəyə görə İddiaçı İB-yə yaranmış 58251,82 manat borc əsassız hesablanmış borcdur və yuxarıda qeyd olunan səbəblərdən həmin borc silinməlidir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, ilkin iddia təmin edilərək, cavabdeh Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 40493,84 manat məbləğində borc və ödənilmiş 211,48 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinin xeyrinə ödənilməsi və iddiaçı Cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiasının isə təmin edilməməsi qət edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qeyd edilən qətnamədən ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh-iddiaçı Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konvensiyanın 6-cı maddəsində Razılığa gələn dövlətlərin apellyasiya və ya kassasiya instansiyaları məhkəmələri yaratmaları təkid edilmir. Lakin belə məhkəmələr mövcuddursa, Konvensiyanın 6-cı maddəsinin təminatlarına əməl edilməsi tələb edilir. (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), §80, Platakov Yunanıstana qarşı, ##.##.2001, No.38460/97, §38). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə ##.##.2003, No.32190/96). Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, cavabdeh-iddiaçı Cavabdeh Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verən zaman hər iki iddia tələbi mübahisələndirildiyindən, hər bir tələb üzrə iddianın qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi təmin edilməli olduğu halda 105,60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə. 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdehiddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə tam olaraq ödənilməmişdir Belə ki, hazırki iş üzrə ilk iddia və qarşı tərəfində iddia tələbləri öz əksini tapır. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən hazırki apellyasiya şikayətində hər iki iddia tələbi mübahisələndirildiyindən, hər bir tələb üzrə iddianın qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi təmin edilməlidir. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ilkin iddiaya uyğun şikayətin verilməsinə görə dövlət rüsumunun ödənilməsi təmin edilsə də, özünün verdiyi iddiaya münasibətdə təmin edilməmişdir. Belə ki, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən isə dövlət rüsumu yalnız ilk iddia tələbinə (40493,84 manat pul) hissəsinə münasibətdə 105.60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilməmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, hazırki iş üzrə ilk iddia borc tələbi, digər iddia üzrə isə borcun silinməs tələblərini özündə əks etdirmişdir. Halbuki, cavabdeh-iddiaçı Cavabdeh ərizəsində 40493,84 manat məbləğində borcun tutulması, digər iddia ərizəsində isə 58251,82 manat məbləğində borcun silinməsi tələbləri irəli sürülmüşdür. Həmin tələb üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan normasına əsasən apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi təmin edilməli olsa da, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən dövlət rüsumunun tam olaraq ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində dövlət rüsumu ödənilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Kollegiya eyni zamanda qeyd edir ki, göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), ##.##.2018, No.40160/12, §77- 78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## #### tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Mülki Prosessuаl Məcəllənin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Cavabdeh-iddiaçı Cavabdeh şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-10)-46/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-46/2026
02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver