Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-9/2026 31.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsı İddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Xəlilov Asif Məmməd oğluna qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Kərimov Əyyub Vaqif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Xəlilov Asif Məmməd oğlu və onun nümayəndəsi Xəlilov Xəlil Məmməd oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Xəlilov Asif Məmməd oğluna qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2025ci il tarixli, e-2-2(117)-125/2025 saylı qətnaməsindən cavabdeh Xəlilov Asif Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılmış və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür.
2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə Xəlilov Asif Məmməd oğlu arasında 19.12.2015-ci il tarixli 2993-GL/15 nömrəli, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli, 07.06.2018-ci il tarixli 730-L/18, 25.07.2018-ci il tarixli 961-L/16 nömrəli və 25.06.2015-ci il tarixli 1082-GL/15 nömrəli “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikalarını lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən lizinq verən kənd təssərüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinq verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın tələb edilən məbləğin bir hissəsini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verir. 2.2.2-ci bəndinə əsasən isə lizinq alan ödənişləri tam həcmdə və vaxtında ödəyir. 4.2-ci bəndinə əsasən isə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Qeyd olunan müqavilələr tərəflərin öz imza və möhürləri ilə təsdiqlənmiş, imzalanmış və etibarsız olmamışdır.
3. Tərəflər arasında bağlanmış 19.12.2015-ci il tarixli, 19.01.2016-cı il tarixli, 07.06.2018-ci il tarixli, 25.07.2018-ci il tarixli və 25.06.2015-ci il tarixli müqavilələrin 4.1-ci bəndinə uyğun olaraq ödəniş qarfikləri müəyyən edilmişdir. Həmin ödəniş qarfikləri də iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
4. İş materiallarında olan 25.06.2015-ci il tarixli, 26.07.2018-ci il tarixli, 19.06.2018-ci il tarixli, 27.11.2015-ci il tarixli, 23.11.2015-ci il tarixli, 28.12.2015-ci il tarixli, 28.12.2015-ci il tarixli aktlardan görünür ki, iddiaçı müqavilələrin 2.1.1-ci bəndinə əsasən lizinq predmenti olan texnikaları cavadehə təhvil vermişdir. Aktlar iddiaçı və cavabdehin imzaları ilə təsdiqlənmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 05.12.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Xəlilov Asif Məmməd oğlu tərəfindən 25.06.2015-ci il tarixli 1082-GL/15 nömrəli müqavilə üzrə 26999 manat pul ödənilmiş, 23770 manat gecikdirilmiş borc və hesablanmış 9131,68 manat cərimə borcu, 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilə üzrə isə 15765 manat ödənilmiş, 13297 manat gecikdirilmiş borc və hesablanmış 5740,98 manat cərimə borcu, 07.06.2018-ci il tarixli 730-L/18 nömrəli müqavilə üzrə isə 5993 manat ödənilmiş, 3169 manat gecikdirilmiş borc və hesablanmış 3414,65 manat cərimə borcu, 19.12.2015-ci il tarixli 2993- GL/18 nömrəli müqavilə üzrə isə 1816 manat ödənilmiş, 1126 manat gecikdirilmiş borc və hesablanmış 1494,87 manat cərimə borcu, 19.01.2016-ci il tarixli 354-GL/18 nömrəli müqavilə üzrə isə 6575 manat ödənilmiş, 4792 manat gecikdirilmiş borc və hesablanmış 4593,75 manat cərimə borcu yaranmışdır.
6. İş materiallarında olan 25.06.2015-ci il tarixli, 28.12.2017-ci il tarixli, 31.05.2017-ci il tarixli, 28.12.2016-cı il tarixli, 19.05.2016-cı il tarixli, 18.11.2015-ci il tarixli, 04.06.2018-ci il tarixli, 10.11.2015-ci il tarixli, 28.12.2015-ci il tarixli, 04.07.2016-cı il tarixli, 07.06.2018-ci il tarixli, 26.12.2018-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Xəlilov Asif Məmməd oğlu tərəfindən iddiaçıya aralarında bağlanan müqavilələr üzrə ödənişlər edilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh Xəlilov Asif Məmməd oğluna qarşı, 25.06.2015-ci il tarixli 1082-L/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 05.12.2024-cü il tarixə hesablanmış 23770 manat gecikdirilmiş borcun və hesablanmış 9131,68 manat cərimə borcunun, 19.12.2015-ci il tarixli 2993-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 05.12.2024-cü il tarixə hesablanmış 1126 manat gecikdirilmiş borcun və hesablanmış 1494,87 manat cərimə borcunun, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 05.12.2024-cü il tarixə hesablanmış 4792 manat gecikdirilmiş borcun və hesablanmış 4593,75 manat cərimə borcunun, 07.06.2018-ci il tarixli 730-L/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 05.12.2024-cü il tarixə hesablanmış 3169 manat gecikdirilmiş borcun və hesablanmış 3414,65 manat cərimə borcunun, 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 05.12.2024-cü il tarixə hesablanmış 13297 manat gecikdirilmiş borcun və hesablanmış 5740,98 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, cəmi 71029,93 manat pul vəsaitinin cavabdeh Xəlilov Asif Məmməd oğlundan tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Aqrolizinq” ASC (“Aqroservis” ASC) ilə Xəlilov Asif Məmməd oğlu arasında bağlanmış 25.06.2015-ci il tarixli 1082-L/15 nömrəli, 19.12.2015ci il tarixli 2993-GL/15 nömrəli, 19 yanvar 2016-cı il tarixli 354-GL/16 nömrəli, 07 iyun 2018-ci il tarixli 730-L/18 nömrəli və 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilələrə əsasən kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 05.12.2024-cü il tarixə 25.06.2015-ci il tarixli 1082-L/15 nömrəli müqavilə üzrə 23770 manat gecikdirilmiş borcu və hesablanmış 9131,68 manat cərimə borcu, 19.12.2015-ci il tarixli 2993- GL/15 nömrəli müqavilə üzrə 1126 manat gecikdirilmiş borcu və hesablanmış 1494,87 manat cərimə borcu, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli müqavilə üzrə 4792 manat gecikdirilmiş borcu və hesablanmış 4593,75 manat cərimə borcu, 07.06.2018-ci il tarixli 730- L/18 nömrəli müqavilə üzrə 3169 manat gecikdirilmiş borcu və hesablanmış 3414,65 manat cərimə borcu, 25 iyul 2018-ci il tarixli 961-L/18 nömrəli müqavilə üzrə isə 13297 manat gecikdirilmiş borcu və hesablanmış 5740,98 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
9. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır.
10. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə HüseynovaHH) 02 dekabr 2025-ci il tarixli, e-2-2(117)-125/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Xəlilov Asif Məmməd oğlundan 25.06.2015-ci il tarixli, 1082-L/15 nömrəli müqavilə üzrə 23770 manat əsas borc və 1188,5 manat cərimə borcu, 19.12.2015-ci il tarixli 2993-GL/15 nömrəli müqavilə üzrə 1126 manat əsas borc və 56,3 manat cərimə borcu, 19.01.2016-cı il tarixli 354- GL/16 nömrəli müqavilə üzrə 4792 manat əsas borc və 239,6 manat cərimə borcu, 07.06.2018ci il tarixli 730-L/18 nömrəli müqavilə üzrə 3169 manat əsas borc və 158,45 manat cərimə borcu, 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilə üzrə 13297 manat əsas borc və 664,85 manat cərimə borcu olmaqla cəmi 48461,7 manat məbləğdə pul vəsaiti və hüquqi yardımla bağlı ödənilmiş 400 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 235,38 manat dövlət rüsumuna görə pul cavabdeh Xəlilov Asif Məmməd oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 manat məbləğdə pul cavabdeh Xəlilov Asif Məmməd oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqavilələrindən irəli gəlir. Həmin müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2025-ci il tarixli, 9/1461 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
12. Məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan cavabdehdən 25.06.2015-ci il tarixli, 1082-GL/15 nömrəli müqavilə üzrə 23770 manat, 25.07.2018-ci il tarixli, 961-L/18 nömrəli müqavilə üzrə 13297 manat, 07.06.2018-ci il tarixli, 730-L/18 nömrəli müqavilə üzrə 3169 manat, 19.12.2015-ci il tarixli, 2993-GL/18 nömrəli müqavilə üzrə 1126 manat, 19.01.2016-ci il tarixli, 354-GL/18 nömrəli müqavilə üzrə isə 4792 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdehdən 25.06.2015-ci il tarixli 1082-L/15 nömrəli müqavilə üzrə 1188,5 manat, 19.12.2015-ci il tarixli 2993-GL/15 nömrəli müqavilə üzrə 56,3 manat, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli müqavilə üzrə 239,6 manat, 07.06.2018-ci il tarixli 730-L/18 nömrəli müqavilə üzrə 158,45 manat borcu və 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilə üzrə 664,85 manat cərimə borcunun tutulması ağlabatan və ədalətlidir.
16. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab etmişdir ki, tələbdə olunduğu kimi 500 manat deyil, 400 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.2, 462.1, 467, 747.1, 747.3, 748-1.12, 748- 1.12.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 119.2, 121.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cаvаbdeh Xəlilov Asif Məmməd oğlu həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində qanunsuz və əsassız hesab edir. Belə ki, həmin hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İlk öncə bildirmək istəyir ki, hazırkı iddia ərizəsi 16.12.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 10.01.2025-ci il tarixdə yəni ilk məhkəmə iclasından da öncə o, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə və digər Aqrolizinq tərəfindən ona yaradılan çoxsaylı problemləri araşdırmaq üçün vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin ərizədə də qeyd etmişdir ki, iddiaçı ondan 25.06.2015-ci il tarixli 1082-L/15 nömrəli, 19.12.2015-ci il tarixli 2993-GL/15 nömrəli, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli, 07.06.2018-ci il tarixli 730-L/18 nömrəli, 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilələr üzrə ödənilməmiş borcu tələb edir. Buradan da göründüyü kimi iddiaçı Mülki Məcəllənin 372.2ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürmüşdür. Göründüyü kimi 2018-ci il tarixdən hazırkı müddətə kimi 6 ildən artıq müddət ötmüşdür. Lakin işə baxan birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının iddia müddətini ötürüb-ötürmədiyini, həmin müqavilələr üzrə sonuncu ödənişin nə zaman ödənildiyini, sonuncü ödənişdən nə qədər müddət keçməsini aydınlaşdırmamış, öz qanunsuz və əsassız qətnaməsində mənim tərəfimdən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə heç bir münasibət bildirməmiş, həmin ərizəni görməməzlikdən gəlmişdir. Vəsatətimdə mənə yaradılan problemlərin araşdırılmasıyla bağlı heç bir tərəfimdən təqdim edilmiş təsdiq edici məsələləri araşdırma aparmadan görməməzikdən gəlmişdir. Hansı ki, həmin səbəblər ödənişlərimin gecikməsinə gətirib çıxarmışdır. Bütün bunları birinci instansiya məhkəməsi nəzərə alaraq iddiaçı tərəfindən qanunsuz hesablanmış cərimə borclarını tamamilə silməli idi. Beləliklə işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual normaları kobud şəkildə pozmuşdur. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə Xəlilov Asif Məmməd oğlu arasında 19.12.2015 ci il tarixli 2993-GL/15 nömrəli, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli, 07.06.2018-ci il tarixli 730-L/18, 25.07.2018ci il tarixli 961-L/16 nömrəli və 25.06.2015-ci il tarixli 1082 GL/15 nömrəli “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikalarını lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2025-ci il tarixli 9/1461 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır.” Halbuki, işə baxan birinci instansiya məhkəməsinin qeyd etdiyi “iş materiallarına əlavə edilmiş sübutlar” sadəcə olaraq iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışlarıdır ki, həmin maliyyə arayışları ancaq iddiaçının marağına uyğun tərtib edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər isə onun tərəfindən tərtib edilən birtərəfli, qərəzli və saxta sənədlərdir. Lakin iddiaçı ilə onun arasında mövcud kredit müqaviləsi üzrə borcun nə qədər olduğunu yalnız iş üzrə “qərəzsiz olaraq hesablama aparan” ekspert tərəfindən müəyyən edilə bilər. Ona görə də mülki mülki iş üzrə məhkəmə-muhasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etdi və işə baxan birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də həmin ekspertizanın aparılması “qərəzsiz olaraq hesablama aparan” ekspertə həvalə edilmədi və nəticədə həmin ekspert iddiaçının dediklərini təsdiq etməklə kifayətlənmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilməməlidir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər saldıqda görürük ki, işə baxan məhkəməsinin iddia tələbini təmin edərkən istinad etdiyi sübutlar sadəcə olaraq iddiaçı tərəfindən tərtib edilmiş təqdim edilmiş birtərəfli sübutlar və həmin saxta sübutlar əsasında tərtib edilmiş saxta ekspert rəyidir. İddiaçı tərəfindən iddia tələbində tələb edilən əsas borc və cərimə düzgün hesablanmamış və buna görə də iddiaçı məndən həddən artıq pul tələb edir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər isə onun tərəfindən tərtib edilən birtərəfli, qərəzli və saxta sənədlərdir. İddiaçı ilə mənim aramda mövcud kredit müqaviləsi üzrə borcun nə qədər olduğunu yalnız iş üzrə qərəzsiz olaraq hesablama aparan ekspert tərəfindən müəyyən edilə bilər. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən saxta sübutların və həmin saxta sübutlar əsasında formal olaraq tərtib edilmiş saxta ekspert rəyinin saxta olub olmamasını və işin faktiki hallarını araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bunada əlavə işə baxan birinci instansiya məhkəməsinin iddia tələbinin cərimə hissənin təmin edilən hissəsində də tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, həmin müqavilələr üzrə borcları iddiaçının özünün təqsiri ucbatından ödəyə bilməmişdir və bu iş materialları ilə tam təsdiqini tapır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəməsinin iddia tələbini təmin edərkən istinad etdiyi sübutlar sadəcə olaraq iddiaçı tərəfindən tərtib edilmiş təqdim edilmiş birtərəfli sübutlar və həmin saxta sübutları araşdırmadan saxta verilmiş ekspert rəyidir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamış, sadəcə olaraq iddiaçı tərəfindən təqdim edilmiş saxta sənədlər əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həminin işə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia müddətinin keçməsini də aydınlaşdırmamışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, e-2- 2(117)-125/2025 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında cavabdeh Xəlilov Asif Məmməd oğlu və onun nümayəndəsi Xəlilov Xəlil Məmməd oğlu hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və cərimə borclarının tam və əsas borcların yarısının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.
22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Maddə 747. Lizinq müqaviləsi - 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. (...). - 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.
35. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: (...). - 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, e-2-2(117)- 125/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
50. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
51. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir.
52. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
53. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
54. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.
55. Müəyyən edilmişdir ki, lizinqverən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə Xəlilov Asif Məmməd oğlu arasında 19.12.2015ci il tarixli 2993-GL/15 nömrəli, 19.01.2016-cı il tarixli, 354- GL/16 nömrəli, 07.06.2018-ci il tarixli, 730-L/18, 25.07.2018-ci il tarixli, 961-L/16 nömrəli və 25.06.2015-ci il tarixli, 1082GL/15 nömrəli “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikalarını lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır.
56. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İddia tələbləri qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
57. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan cavabdehdən 25.06.2015-ci il tarixli, 1082-GL/15 nömrəli müqavilə üzrə 23770 manat, 25.07.2018-ci il tarixli, 961-L/18 nömrəli müqavilə üzrə 13297 manat, 07.06.2018-ci il tarixli, 730-L/18 nömrəli müqavilə üzrə 3169 manat, 19.12.2015-ci il tarixli, 2993-GL/18 nömrəli müqavilə üzrə 1126 manat, 19.01.2016-ci il tarixli, 354-GL/18 nömrəli müqavilə üzrə isə 4792 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
58. Apellyasiya şikayətinin başlıca tələbi iddiaçı tərəfindən iddia tələbində tələb edilən əsas borc, faiz borcu və cərimə düzgün hesablanmaması ilə bağlıdır.
59. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2025-ci il tarixli, 9/1461 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Xəlilov Asif Məmməd oğlunun iddiaçıya 25.06.2015-ci il tarixli 1082-GL/15 nömrəli müqavilə üzrə 23770 manat gecikdirilmiş borc və hesablanmış 9131,68 manat cərimə borcu, 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilə üzrə 13297 manat gecikdirilmiş borc və hesablanmış 5740,98 manat cərimə borcu, 07.06.2018-ci il tarixli 730-L/18 nömrəli müqavilə üzrə 3169 manat gecikdirilmiş borc və hesablanmış 3414,65 manat cərimə borcu, 19.12.2015-ci il tarixli 2993-GL/18 nömrəli müqavilə üzrə 1126 manat gecikdirilmiş borc və hesablanmış 1494,87 manat cərimə borcu, 19.01.2016ci il tarixli 354-GL/18 nömrəli müqavilə üzrə 4792 manat gecikdirilmiş borc və hesablanmış 4593,75 manat cərimə borcu vardır.
60. Şəki Kommersiya Məhkəməsi tərəfindən iş üzrə verilmiş ekspert rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin doğru olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.
61. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir.
62. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
63. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə alınmış ekspert rəyləri sübut kimi qəbul edilməlidir.
65. “Yevgeniya Lazar Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
66. Göstərilənlərə əsasən, kollegiya apellyasiya şikayətinin formal olaraq tərtib edilmiş ekspert rəyinin saxta olması və rəyi vermiş ekspertin qərəzli hesablama aparması barədə dəlillərini əsassız sayır.
67. Birinci instansiya məhkəməsi cavabdehdən 25.06.2015-ci il tarixli, 1082-L/15 nömrəli müqavilə üzrə 1188,5 manat, 19.12.2015-ci il tarixli 2993-GL/15 nömrəli müqavilə üzrə 56,3 manat, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli müqavilə üzrə 239,6 manat, 07.06.2018-ci il tarixli 730-L/18 nömrəli müqavilə üzrə 158,45 manat borcu və 25.07.2018-ci il tarixli 961-L/18 nömrəli müqavilə üzrə 664,85 manat cərimə borcunun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.
68. Kollegiya tərəflərin davranışı, iddiaçının vaxtında tələbləri irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulan cərimə borcunun məbləği qanuni, əsaslı, həm də ədalətlidir
69. Birinci instansiya məhkəməsinin lizinq müqavilələri üzrə qət etdiyi cərimənin həcmi təmin olunan əsas borcun 5%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tərəflərin əmlak mənafelərinə uyğun hesab edilməlidir.
70. Kollegiya apellyasiya şikayətinin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməli olması barədə dəlilləri ilə əlaqədar aşağıdakıları bildirir.
71. Cavabdeh lizinq müqavilələri üzrə son ödənişləri 2018-ci ildə etdiyini bildirərək həmin vaxtdan 6 ildən artıq müddət ötdüyünü bildirir.
72. İş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış 25.06.2015-ci il tarixli 1082-GL/15 nömrəli müqavilə 10 il müddətinə, 19.12.2015-ci il tarixli 2993-GL/15 nömrəli müqavilə 6 il müddətinə, 19.01.2016-cı il tarixli 354-GL/16 nömrəli müqavilə 10 il müddətinə, 07.06.2018-ci il tarixli 730-L/18 nömrəli müqavilə 4 il müddətinə, 25.07.2018-ci il tarixli 961-L/16 nömrəli müqavilə isə 10 il müddətinə bağlanmışdır.
73. Göründüyü kimi sözü gedən müqavilələrin qüvvədə olma müddətləri müvafiq olaraq 25.06.2025, 19.12.2021, 19.01.2026, 07.06.2022 və 25.07.2028-ci il tarixlərini əhatə edir.
74. İddiaçı hazırkı iddia tələbləri ilə 16.12.2024-cü ildə məhkəməyə müraciət etmişdir.
75. Kollegiya ilk öncə bildirir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
76. Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış heç bir müqavilənin müddətinin bitməsindən üç il keçməmiş hazırkı iddianı qaldırmışdır.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
79. Kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyi lizinq müqavilələri üçün də keçərlidi.
80. Digər tərəfdən, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin müqavilənin müddətindən bəhs edən 9-cu bəndində göstərilmişdir ki, bu müqavilə bağklandığı andan qüvvəyə minir vəmüqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.
81. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamış, sadəcə olaraq iddiaçı tərəfindən təqdim edilmiş saxta sənədlər əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin (sübutların) saxta və birtərfliyinin nədən ibarət olması əsaslandırılmamışdır.
82. Nəhayət, kollegiya apellyasiya şikayətinin keçmiş "Aqrolizinq" ASC-də ciddi qanun pozuntularının və külli miqdarda yeyinti faktlarının baş verməsi, dövlət büdcəsinə külli miqdarda ödənilməmiş borcluların adları olan siyahıların gizlədilməsinə dair dəlilləri baxılan işin predmeti olmadığını vurğulayır.
83. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
84. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
85. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
86. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
87. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
88. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
89. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
90. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, e-2-2(117)-125/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cаvаbdeh Xəlilov Asif Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, e-2-2(117)-125/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov