Məhkəmə qərarları › İş №2-2(3-6)-175/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-175/2026

03.03.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-175/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai rayon İcra şöbəsi, ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyəti və “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin, hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-172/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında, 0,0540 ha torpaq sahəsində yerləşən 502,1 m2 sahədən ibarət əmlak kompleksinin 400 000 manat məbləğində qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı, həmin qiymətləndirmə əsasında keçirilmiş hərracın yekunları üzrə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və 141 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-172/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(3-6)-175/2026 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2026-cı il tarixli sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək üçüncü şəxs “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması üçün iş materiallarının Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 üçüncü şəxs “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə əlaqədar işin baxışdan çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsindən daxil olmuş məktubu nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, üçüncü şəxs “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı isə tərəflərindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə əlaqədar işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmiş, digər proses iştirakçıları isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

8. “Elektron Məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Bakı Kommersiya Məhkəməsinə xx.xx.2026-cı il tarixdə məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 172/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə daxil olmuşdur.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

10. Qeyd edilən normaya uyğun olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-172/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.

11. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 fevral 2026-cı il tarixli, 2-2(3-6)-175/2026 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri Xətai rayon İcra şöbəsi, ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyəti və “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin, hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş apellyasiya baxışından çıxarılsın. Kommersiya işi Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar