Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-198/2026 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Kiçik Müəssəsinə qarşı kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Kiçik Müəssəsinə qarşı xx.xx.2012-ci il tarixli 07-LA/12 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1266/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli lizinq müqavilələrindən görünür ki, "xxxx" ASC cavabdehə texnoloji avadanlığı satış dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
3. xx.xx.2012-ci il tarixli 07-LA/12 saylı lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2012-cı ilin İ rübündən başlayaraq 2026-cı ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 174427,76 manat məbləğində cərimə ödənişləri edilməli idi.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2012-ci il tarixli 07-LA/12 saylı lizinq müqaviləsi üzrə lizinq alan Beyləqan-Q” Kiçik Müəssisəsinin gecikdirilmiş borcu 26668 manat, cərimə borcu 29977.71 manat olmaqla cəmi borc 56645.71 manat təşkil edir.
5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən 5 saylı vəkil bürosunun hesabına 500 manat köçürülmüşdür.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3705/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 257.332 manat əsas borc, 10.000 manat cərimə borcu olmaqla, cəmi 267.332 manat məbləğində pul Beyləqan-Q kiçik müəssisəsindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh Kiçik Müəssəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 26668 manat gecikdirilmiş borcun və hesablanmış 29977,71 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi: 57145,71 manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texnoloji avadanlığı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə 26668 manat gecikdirilmiş borcu və hesablanmış 29977,71 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1266/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən xx.xx.2012-ci il tarixli 07- LA/12 nömrəli müqavilə üzrə 26668 manat məbləğində əsas borcun, 1000 manat məbləğində cərimə borcunun,500 manat məbləğində hüquqi xidmətlərə görə ödənilmiş haqqın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 174.50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə cavabdeh Beyləqan-Q” Kiçik Müəssisəsi arasında xx.xx.2012-ci il tarixli 07-LA/12 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh alan Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə alan Cavabdeh lizinq müqavilələri üzrə gecikdirilmiş borcu yaranmışdır. Cavabdeh və iddiaçı arasında lizinq münasibətlərinin mövcud olması, qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3705/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, həmçinin iş materiallarında olan tərəflər arasında mövcud müqavilə və digər sənədlərlə təsdiqini tapır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh lizinq ödənişləri üzrə 26668 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edib ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq 1000 manat məbləğində müəyyən edilməlidir Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, Cavabdehndən xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə 26668 (iyirmi altı min altı yüz altmış səkkiz) manat məbləğində əsas borc, 1000 (min manat məbləğində cərimə borcu. 500 (beş yüz) manat məbləğində hüquqi xidmətlərə görə ödənişmiş haqq Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. 25.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 174.50 manat təşkil edir. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174.50 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir
13. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 747.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır
14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilmiş normaları pozmuş, ekspertizanın rəyi olmadan yalnız iddiaçının təqdim etdiyi və mötəbərliyi qeyrimüəyyən olan sənədlərə əsaslanaraq qətnamə qəbuletmişdir. Belə ki, hazırkı iş üzrə xüsusi bilik tələb edən maliyyə-mühasibat məsələləri üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməməsi iş üzrə mövcud real olan əsas borc məbləğininin və cavabdeh tərəfindən ödənilmiş məbləğinin obyektiv şəkildə müəyyən edilməsini mümkünsüz etmişdir. Yalnız iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş və mötəbərliyi sübuta yetirilməmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına istinad olunması məhkəmə icraatının həqiqətin müəyyən edilməsinə xidmət etməsi prinsipinə ziddir və iş üzrə faktiki halların təhrif olunmasına gətirib çıxarmışdır. Tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətdə də göstərdiyi kimi, iş üzrə obyektiv qərar qəbul edilməsi, həmçinin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi məqsədilə lizinq müqaviləsi üzrə hesablanmış əsas və cərimə borcunun müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri idi. Ekspertiza prosesində aşağıdakı halların tədqiq edilməsi vacib idi: 1) "xxxx" ASC (“Aqroservis ASC”) ilə Beyləqan-Q kiçik müəssisəsiarasında bağlanmış xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli Lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş əsas borc və ona hesablanmış faiz borcunun məbləği nə qədərdir? 2) "xxxx" ASC (“Aqroservis ASC”) ilə Beyləqan-Q kiçik müəssisəsi arasında bağlanmış xx.xx.2012ci il tarixli 07-LA/12 nömrəli Lizinq müqaviləsinə əsasən müqavilənin müddətinin bitdiyi 22 fevral 2022-ci il tarixə əsas borc məbləği və əsas borca hesablanmış faiz borcunun məbləği nə qədərdir? 3) Qeyd olunan lizinq müqaviləsinin borcun hesablanması və ödənilməsi ilə bağlı olan şərtləriAzərbaycan Respublikası Mərkəzi Bankının müvafiq normativ sənədlərinin tələblərinə uyğundur mu? Lakin Məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması aparılmadan, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmadan, yalnız iddiaçı tərəfindən təqdim edilmiş birtərəfli sənəd olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışında göstərilmiş məbləğ əsas götürülərək cavabdeh Beyləqan-Q kiçik müəssisəsinə qarşı iddianın qismən təmin edilməsi barədə əsassız qətnamə qəbuledilmişdir. Ona görə də hesab edirlər ki, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə ekspertiza təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadını qəbul edərkən kobud səhvlər etmiş, bunun nəticəsində də Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2025-ci il tarixli məlumat məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. İmtinanın əsası olaraq isə iş materialları və təqdim edilmiş əlavə sənədlər ilə tanışlıq zamanı ekspert qarşısına qoyulmuş suallarda qeyd edilən müqavilə(12-LA/24 saylımüqavilə) ilə təqdim edilmiş sənədlərdə öz əksini tapmış müqavilələrin (07-LA/12 saylımüqavilə) eynilik təşkil etməməsi səbəbindən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə xüsusi bilik tələb edən hallarla bağlı ekspertiza rəyi olmadan, yalnız iddiaçı tərəfindən təqdim edilmiş və mötəbərliyi sübuta yetirilməmiş sənədlərə istinad etməklə qətnamə qəbul etmişdir ki, bu da sübutların qiymətləndirilməsi prinsiplərinin pozulmasına səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İşin materiallarından da görünür ki, iş materiallarından aydın olduğu üzrə, "xxxx" ASC ("xxxx" ASC) ilə“Beyləqan-Q" kiçik müəssisəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texnoloji avadanlığı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 15.11,2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə 26668 manat gecikdirilmiş borcu və hesablanmış 29977,71 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə xüsusi bilik tələb edən maliyyəmühasibat məsələləri üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməməsi iş üzrə mövcud real olan əsas borc məbləğininin və cavabdeh tərəfindən ödənilmiş məbləğinin obyektiv şəkildə müəyyən edilməsini mümkünsüz etmişdir. Yalnız iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş və mötəbərliyi sübuta yetirilməmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına istinad olunması məhkəmə icraatının həqiqətin müəyyən edilməsinə xidmət etməsi prinsipinə ziddir və iş üzrə faktiki halların təhrif olunmasına gətirib çıxarmışdır. Bildirir ki, Agentliyin iddiası konkret sübutlara əsaslanır. Belə ki, iş materialarından da görünür ki, borcun hüquqi əsası kimi müqavilə, ödəniş olunmadığının göstəricisi olaraq maliyyə arayışı iddiaçı tərəfindən məhkəməyə təqdim edilib. Cavabdehin təqdim edilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 26668 (iyirmialtı min altı yüz altmış səkkiz) manat gecikdirilmiş borc və 29977,71 (iyirmi doqquz min doqquz yüz yetmiş yeddi manat 71 qəpik) manat cərimə borcu, hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi: 57145.71 (əlli yeddi min bir yüz qırx beş manat 71 qəpik) manat borcu var. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh uzun müddət ərzində öhdəliklərini icra etməmiş, lizinq predmetinə görə ödənişləri vaxtında həyata keçirməmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Əgər bir tərəf digər tərəfə qarşı öhdəlik irəli sürürsə və bunu sübut edirsə, qarşı tərəf bu öhdəliyin yerinə yetirildiyini sübut etməlidir. Agentlik borcun yarandığı və ödənilmədiyini təqdim etdiyi müqavilə və maliyyə arayışı ilə sübut etmişdir. Cavabdeh isə müqavilə üzrə olan borcundan ödədiyi məbləğləri təsdiq edəcək hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir Bu səbəbdən cavabdehin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə tələbi əsassızdır. Ekspertiza ancaq o halda təyin oluna bilər ki, işdə təqdim olunmuş sübutlarda (məsələn, maliyyə arayışı ilə ödəniş qəbzləri arasında) ziddiyyət və ya uyğunsuzluq olsun. Cavabdeh isə heç bir ödəniş sənədi təqdim etməyib, yəni maliyyə arayışını təkzib edən sənəd yoxdur. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər işin mahiyyəti üzrə yeni hüquqi və ya faktiki əsaslara söykənmir, birinci instansiya məhkəməsində araşdırılmış halların yenidən mübahiseləndirilməsinə yönəlmişdir. Xüsusilə məhkəmə- mühasibat ekspertizasının təyin edilməsi barədə arqument hər hansı konkret ziddiyyətə və ya yeni sübuta əsaslanmadığından, bu tələb işin apellyasiya mərhələsində əsassız olaraq uzadılmasına xidmət edir. Cavabdehin belə prosessual mövqeyi Mülki Prosessual Məcəllənin məqsəd və prinsiplərinə, o cümlədən işlərin ağlabatan müddətdə baxılması prinsipinə zidd olmaqla, məhkəmə icraatının süründürülməsi xarakteri daşıyır. Buna görə də apellyasiya şikayətində göstərilən həmin dəlillər əsassız hesab edilməli və təmin edilməməlidir. Onu da qeyd edir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı cavabdeh tərəfindən vəsatət verilmiş, məhkəmə qərardadı ilə ekspertiza təyin edilmişdir. Lakin, ekspert ekspertizanın keçirilməsindən imtina etmişdir. Belə olan halda məhkəmə icraatın təzələnməsi barədə qərardad qəbul etmiş və nəticədə yekun məhkəmə aktını çıxarmıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə təqdim olunmuş sübutların hərtərəfli araşdırılması və düzgün hüquqi qiymətləndirilməsi əsasında qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi "bütün faktların aydınlaşdırılmamasf və “ödənilmiş məbləğin obyektiv şəkildə müəyyən edilməsinin mümkünsüzlüyü” barədə arqumentləri sübuta yetirilmir. Məhkəmə mövcud sübutlar əsasında cavabdehin öhdəliklərini yerinə yetirmədiyini tam şəkildə müəyyən etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsinin, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Cavabdehə məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh Kiçik Müəssəsi arasında texnoloji avadanlığın lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 07-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış və "xxxx" ASC həmin müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun həyata keçirməmiş və nəticədə lizinq müqavilələri üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (mübahisəli hüquq münasibətində "xxxx" ASC-nin hüquqi varisi) 26668 manat məbləğində borcu yaranmışdır. Bununla yanaşı mübahisəli lizinq müqaviləsində cavabdehin lizinq ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu ödəmək öhdəliyi nəzərdə tutulmuşdur.
25. Odur ki, iddiaçı Mülki Məcəllənin 747.1 və 462-ci maddələrinə əsasən mübahisəli müqavilə üzrə əsas borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli lizinq müqaviləsi üzrə iddiaçıya olan əsas borcun məbləğini mübahisələndirsə də, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə borcun düzgün hesablanmamasına dair əsaslı şübhə yaradan (məs, etdiyi ödənişlərin iddiaçı tərəfindən nəzərə alınmaması ilə bağlı və s.) sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının həyata keçirilməli olması barədə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, lizinq müqaviləsi üzrə borcun məbləğini ödəniş qrafiki və cavabdehin ödənişləri barədə hesabdan çıxarış məlumatları nəzərə alınmaqla adi riyazi hesablama ilə müəyyən etmək mümkündür. Yəni sözügedən halın araşdırılması mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir.
27. Belə ki, iş materiallarına əlavə edilmiş mübahisəli lizinq müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, lizinq obyekti olan 60 min baş broyler avadanlığına görə lizinq ödənişlərinin ümumi məbləği 257.672 manat, inkubator avadanlığına görə lizinq ödənişlərinin ümumi məbləği 78028 manat, ilkin ödəniş 25.000 olmaqla lizinq alan tərəfindən ümumilikdə ödənilməli olan məbləğ 360.700 (257.672+78028+25.000) manat təşkil etmişdir. Hesabdan çıxarışa əsasən həmin məbləğdən hazırkı iddia qaldırılanadək olan dövrdə 76.700 manat məbləğində ödəniş edilmiş, 284.000 hissəsi isə ödənilməmiş qalmışdır. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə lizinq müqaviləsi üzrə borcun 2021-ci ilinin İ rübünədək olan müddət üçün hesablanmış 257.332 manat məbləğində hissəsinin tutulması qət edilmişdir. Odur ki, iddiaçının mübahisəli lizinq müqaviləsi üzrə 2021-ci ilin 2-4-cü rübləri üçün hesablanmış qalıq 26.668 (284.000-257.332) manat borcunun tələb etmək hüququna malik olması açıqaşkardır.
28. Məhkəmə həmçinin onu da qeyd edir ki, hazırkı iddia qaldırılandan sonra cavabdeh tərəfindən ödənilmiş 1500 manat məbləğində pul vəsaiti lizinq verən tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə daha əvvəl yaranmış borca, yəni Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə borca silindiyindən həmin məbləğ hazırkı borc məbləği müəyyənləşdirilərkən nəzərə alınmır.
29. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddianı təmin etməkdə haqlı olmuşdur.
30. İddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi lizinq ödənişlərinin edilməsi öhdəliyinin gecikdirilməsinə görə mübahisəli müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu məbləğini 1000 manat məbləğində müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Kiçik Müəssəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1266/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov