Məhkəmə qərarları › İş №2-2(3-6)-217/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-217/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-217/2026 19.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri” Trestinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, pul öhdəliyinin icrasının gecikdirilməsi, gecikdirmə nəticəsində dəymiş zərər, əldən çıxmış fayda, iddia müddəti, dəbbə pulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və CəfərovSəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıFirmasınınnümayəndəsinümayəndə1, cavabdeh AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinin nümayəndəsi X3, nümayəndəsi(vəkili)Vəkiliştirakıilə İddiaçı Firmasının AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə qarşı “pul öhdəliyinin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin, bunun nəticəsində vurulmuş ziyanın əvəzinin və gecikmə faizinin tutulması” barədə iddia tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən İddiaçı Firmasının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. İddiaçı Firması (satıcı) ilə AR DNŞ-nin “Kompleks Qazma İşləri” Tresti (alıcı) arasında bağlanmış ##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinə görə, satıcı müqavilənin * saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları (Mallar) “İnkoterms 2010”-a əsasən DDP Bakı/Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırır, alıcıisəmüqaviləəsasındamallarındəyəriniödəyir.

2. Müqavilənin 2.2-ci bəndinə görə, müqavilənin ümumi dəyəri 18% ƏDV daxil olmaqla 25240135,21manattəşkiledir.

3. Müqavilənin 3.2-ci bəndinə görə, mallar satıcı tərəfindən alıcının ünvanına DDP Bakı Puta DY Stansiyasına müqavilə imzalandığı tarixdən 140-300 (yüz əlli-üç yüz) gün ərzində çatdırılacaqdır. Malların çatdırma müddətindən əvvəl göndərilməsinə, hissə-hissə göndərilməsinə,birnəqliyyatvasitəsindənbaşqanəqliyyatvasitəsinəyüklənməsinəicazəverilir.

4. Müqavilənin 4.1-ci bəndinə görə, mallar DDP Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, alıcı 7 (yeddi) bank günü ərzində satıcının bank hesabına aşağıdakı sənədlər təqdim olunduqdan sonra çatdırılmış malların ümumi dəyərini, yəni 18% ƏDV daxil olmaqla 25240135,21 (iyirmi beş milyon iki yüz qırx min yüz otuz beş manat, 21 qəpik) manat məbləğində ödəniş edəcək. a) Hesab-faktura (invoys); b) Müvafiq nəqliyyat qaimələri; c) istehsalçının keyfiyyət sertifikatı; d) istehsalçının ölkəsinin TSP tərəfindən təsdiq olunmuş malın mənşə sertifikatı.

5. Müqavilənin 10.1-ci bəndinə görə, malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada alıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində - gecikdirilmiş malların dəyərinin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə - gecikdirilmiş malların dəyərinin 1,5%-i (bir tam onda beşfaizi)miqdarında

6. Müqavilənin 10.2-ci bəndinə görə, alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində - gecikdirilmiş ödənişin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakımüddətdə-gecikdirilmişödənişin1,5%-i(birtamondabeşfaizi)miqdarında.

7. Müqavilənin 10.3-cü bəndinə görə, cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz. Cərimə məbləği 10%-ə (on faizə) çatdıqda tərəflər görüşüb 4 həftə ərzində malların təchiz və ödəniş şərtlərinə yenidən baxmalı və yeni təchiz və ödənişşərtlərinirazılaşdırmalıdırlar.

8. Alqı-satqı müqaviləsinə ##.##.2017-ci il tarixli * nömrəli Qoşmada müqavilə üzrə təhvil veriləcəkmallarınadları,ölçüvahidi,miqdarıvəqiymətlərirazılaşdırılmışdır.

9. ##.##.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə * saylı Əlavə imzalanmış, Əlavənin 2-ci və 3-cü bəndlərinə əsasən, müqavilənin 2.2-ci və 4.1-ci bəndləri dəyişdirilərək, malların ümumi dəyəri 18% ƏDV daxil olmaqla 24946250,57 (iyirmi dörd milyon doqquz yüz qırx altı min iki yüz əllimanat57qəpik)manatrazılaşdırılmışdır(redaktəedilmişdir).

10. ##.##.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə * saylı Əlavə imzalanmış, Əlavənin 2-ci və 3-cü bəndlərinə əsasən, müqavilənin 2.2-ci və 4.1-ci bəndləri dəyişdirilərək, malların ümumi dəyəri 18% ƏDV daxil olmaqla 27097975,67 (iyirmi yeddi milyon doxsan yeddi min doqquz yüz yetmişbeşmanat67qəpik)manatrazılaşdırılmışdır(redaktəedilmişdir).

11. ##.##.2018-ci il tarixdə alqı-satqı müqaviləsinin ##.##.2018-ci il tarixli * saylı əlavəsinə * saylı Qoşma tərtib olunmuş, həmin Qoşmada müqavilə üzrə təhvil veriləcək malların adları, ölçü vahidi,miqdarıvəqiymətlərirazılaşdırılmışdır.

12. ##.##.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə * saylı Əlavə imzalanmış, müqavilənin vaxtı təhcizat şərtləri tam yerinə yetirilmədiyi üçün 3 il müddətinə - ##.##.2021-ci il tarixinə qədər –uzadılmışdır

13. Tərəflərin nümayəndələri tərəfindən ##.##.2018-ci il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, “##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinin * saylı Spesifikasiyasına uyğun 1) 244.48 x 11.99 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ----- 461.356 tn, 2) 139.7 x 10.54 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ------ 44.191 tn, 3) 193.7 x 12.7 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü ------ 41.622 tn, 4) 273.1 x 15.11 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ------- 22.484 tn; 5) 177.8 x 12.65 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü ------ 297.524 tn, 6) 168.3 x 12.07 mm, Q-125,VAMSLIJII,API5CTölçülü------- 31.174 tn, 7) 473.1 x 12.34 mm, P-110, HDL, API 5CT ölçülü ------- 403.10 tn, 8) 339.7 x 13.06 mm, Q- 125, VAM SLIJ II, API 5CT ölçülü 635.046 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun satıcı təhvil verdi və alıcı qəbul etdi. Komissiya təsdiqləyənədək bazada saxlancaqoyulur.”.

14. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 244.48 x 11.99 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ----- 461.356 tn, 2) 139.7 x 10.54 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ------ 44.191 tn, 3) 193.7 x 12.7 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü ------ 41.622 tn, 4) 273.1 x 15.11 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ------- 22.484 tn; 5) 177.8 x 12.65 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü ------ 297.524 tn, 6) 168.3 x 12.07 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ------- 31.174 tn mallara görə ##.##.2018-ci il tarixdə EAAN ******nömrəli,6600931manatməbləğindəelektronqaimə-fakturatəqdimolunmuşdur.

15. Tərəflərin nümayəndələri tərəfindən ##.##.2018-ci il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, “##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinin * saylı Spesifikasiyasına uyğun 1) 177.8 x 12.65 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü ------ 22.0750 tn, 2) 339.7 x 13.06 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ------- 13.2140 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun satıcı təhvil verdi və alıcı qəbul etdi. Komissiyatəsdiqləyənədəkbazadasaxlancaqoyulur.”.

16. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 177.8 x 12.65 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü ------ 22.0750 tn, 2) 339.7 x 13.06 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü ------- 13.2140 tn muftasız qoruyucu borulara görə ##.##.2018-ci il tarixdə EAAO******nömrəli,227600manatməbləğindəelektronqaimə-fakturatəqdimolunmuşdur.

17. Tərəflərin nümayəndələri tərəfindən ##.##.2019-ci il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, “##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinin * saylı Spesifikasiyasına uyğun 1) 473.1x12.34 mm, P-110, HDL, API 5CT ölçülü 148.52 tn muftasız qoruyucu boruları uyğunluq və keyfiyyət sertifikatlarına uyğun satıcı təhvil verdi və alıcı qəbul etdi. Komissiyatəsdiqləyənədəkbazadasaxlancaqoyulur.”.

18. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 473.1x12.34 mm, P-110, HDL, API 5CT ölçülü 148.52 tn muftasız qoruyucu borulara görə ##.##.2019-cu il tarixdə EAAR ****** nömrəli, 1286361,42 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.

19. Tərəflərin nümayəndələri tərəfindən 2019-cu ilin yanvar ayında tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, “##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinin * saylı Spesifikasiyasına uyğun 1) 473.1 x 12.34 mm, P-110, HDL, API 5CT ölçülü - 64.839 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun satıcı təhvil verdi və alıcı qəbul etdi.Komissiyatəsdiqləyənədəkbazadasaxlancaqoyulur.”.

20. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 473.1 x 12.34 mm, P-110, HDL, API 5CT ölçülü - 64.839 tn muftasız qoruyucu borulara görə ##.##.2019-cu il tarixdə EAAP ****** nömrəli, 561583,55 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.

21. Tərəflərin nümayəndələri tərəfindən ##.##.2019-cu il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, “##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinin * saylı Spesifikasiyasına uyğun 1) 339.7 x 13.06 mm .Q-125, VAM SLIJ II, API 5CT ölçülü 241.164 tn, 2) 273.1 x 15.11 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü 20.535 tn, 3) 244.48 x 11.99 mm, Q- 125, VAM SLIJ II, API 5CT ölçülü - 385.525 tn, 4) 0 193.7 x 12.7 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü 43.044 tn, 5) 0 177.8 x 12.65 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü 253.446 tn, 6) 0 168.3 x 12.07 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü 28.712 tn, 7) 139.7 x 10.54 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü- 43.917 tn muftasız qoruyucu boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun satıcı təhvil verdi və alıcı qəbul etdi. Komissiya təsdiqləyənədək bazada saxlancaqoyulur.”.

22. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 339.7 x 13.06 mm .Q-125, VAM SLIJ II, API 5CT ölçülü 241.164 tn, 2) 273.1 x 15.11 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü 20.535 tn, 3) 244.48 x 11.99 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü - 385.525 tn, 4) 0 193.7 x 12.7 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü 43.044 tn, 5) 0 177.8 x 12.65 mm, P-110, VAM SLIJ II, API 5CT ölçülü 253.446 tn, 6) 0 168.3 x 12.07 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü 28.712 tn, 7) 139.7 x 10.54 mm, Q-125, VAM SLIJ II, API 5CT ölçülü- 43.917 tn mallara görə ##.##.2019-cu il tarixdə EAAT ****** nömrəli, 7286889,60 manat məbləğində elektron qaimə-fakturatəqdimolunmuşdur.

23. Tərəflərin nümayəndələri tərəfindən ##.##.2020-ci il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, “##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinin * saylı Spesifikasiyasına uyğun 1) 244.48 x 11.99 mm, Q-125, VAM SLIJ, API 5CT ölçülü ----- 75.451 tn, 2) 168.3x12.07 mm, Q-125, VAM SLİJ II , API 5CT ölçülü ----- 2.824 tn ölçülü boruları uyğunluq və keyfiyyət Sertifikatlarına uyğun satıcı təhvil verdi və alıcı qəbul etdi. Komissiya təsdiqləyənədək bazadasaxlancaqoyulur.”.

24. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 168.3x12.07 mm, Q-125, VAM SLİJ II , API 5CT ölçülü ----- 2.824 tn ölçülü mala görə ##.##.2019-cu il tarixdə EBAG******nömrəli,590817,55manatməbləğindəelektronqaimə-fakturatəqdimolunmuşdur.

25. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 244.48 x 11.99 mm, Q-125, VAM SLIJ, API 5CT ölçülü ----- 75.451 tn mala görə ##.##.2019-cu il tarixdə EBAG******nömrəli,22113,28manatməbləğindəelektronqaimə-fakturatəqdimolunmuşdur.

26. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 193,7 x 12,7 mm, P-110, VAM SLİJ II, APİ 5 CT ölçülü mala görə ##.##.2020-ci il tarixdə EBAF ****** nömrəli, 2779,82manatməbləğindəelektronqaimə-fakturatəqdimolunmuşdur.

27. Tərəflərin nümayəndələri tərəfindən ##.##.2020-ci il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, “##.##.2017-ci il tarixli KQ-ANN/**-**** saylı alqı-satqı müqaviləsinin * saylı Spesifikasiyasına uyğun 1) 473.1 x 12.34 mm, P-110, HDL, API5CT ölçülü ------- 316.300 tn, 2) 339.7 x 13.06 mm, Q-125, VAM SLIJ, API 5CT ölçülü ------- 407.156 tn boruları Uyğunluq və Keyfiyyət Sertifikatlarına uyğun satıcı təhvil verdi və alıcı qəbul etdi. Komissiya təsdiqləyənədək bazadasaxlancaqoyulur.”.

28. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə 473.1 x 12.34 mm, P-110, HDL, API5CT ölçülü ------- 316.300 tn, 2) 339.7 x 13.06 mm, Q-125, VAM SLIJ, API 5CT ölçülü ------- 407.156 tn mallara görə ##.##.2020-ci il tarixdə EBAL ****** nömrəli, 5417499,98manat(ƏDVdaxil)məbləğindəelektronqaimə-fakturatəqdimolunmuşdur.

29. “Kompleks Qazma İşləri” Tresti tərəfindən İddiaçı Firmasına ##.##.2019-cu il tarixdə 2500 000 manat, ##.##.2019-cu il tarixdə 9500 manat, ##.##.2019-cu il tarixdə 500000 manat, ##.##.2019-cu il tarixdə 600000 manat, ##.##.2019-cu il tarixdə 200000 manat, ##.##.2019-cu il tarixdə 138350 manat, ##.##.2019-cu il tarixdə 500000 manat, ##.##.2019-cu il tarixdə 410000 manat, ##.##.2020-ci il tarixdə 465000 manat, ##.##.2020-ci il tarixdə 852480,17 manat, ##.##.2020-ci il tarixdə 797519,83 manat, ##.##.2020-ci il tarixdə 3084226,43 manat, ##.##.2020-ci il tarixdə 50000 manat, ##.##.2020-ci il tarixdə 50000 manat, ##.##.2020-ci il tarixdə 50000 manat, ##.##.2021-ci il tarixdə 100000 manat, ##.##.2021-ci il tarixdə 50000 manat, ##.##.2021-ci il tarixdə 100000 manat, ##.##.2021-ci il tarixdə 50000 manat, ##.##.2021ci il tarixdə 250000 manat, ##.##.2021-ci il tarixdə 993378,09 manat, ## ##.2021-ci il tarixdə 1000000 manat, ##.##.2021-ci il tarixdə 747615 manat, ##.##.2021-ci il tarixdə 252 385 manat, ##.##.2021-ci il tarixdə 1000 000 manat, ##.##.2022-ci il tarixdə 900637,01 manat, ##.##.2022ci il tarixdə 99362,99 manat, ##.##.2022-ci il tarixdə 398947 manat, ##.##.2022-ci il tarixdə 500000 manat, ##.##.2022-ci il tarixdə 295000 manat, ##.##.2022-ci il tarixdə 1322781,68 manat, ##.##.2022-ci il tarixdə 192881,81 manat, ##.##.2022-ci il tarixdə 475918,26 manat, ##.##.2022-ci il tarixdə 6062,36 manat, ##.##.2022-ci il tarixdə 2365,78 manat, ##.##.2022-ci il tarixdə 1000 000 manat, ##.##.2022-ci il tarixdə 1000 000 manat, ##.##.2022-ci il tarixdə 1000 000 manat, ##.##.2022-ci il tarixdə 1000 000 manat, ##.##.2022-ci il tarixdə 1000 000 manat, ##.##.2022-ci il tarixdə 591101,67 manat, ##.##.2022-ci il tarixdə 84074,44 manat, ##.##.2022ci il tarixdə 324823,88 manat, ##.##.2022-ci il tarixdə 175868,95 manat, ##.##.2022-ci il tarixdə 18740,06manatolmaqlacəmi25139012,39manatməbləğindəödənişhəyatakeçirilmişdir.

30. İddiaçı Firması tərəfindən AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə ##.##.2025ci il tarixdə aşağıdakı məzmunda pretenziya məktubu göndərilmişdir: “Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Kompleks Qazma İşləri" Tresti (Trest) ilə “xxxx" firması (“xxxx") arasında imzalanmış KQ-ANNI**-**** saylı ##.##.2017-ci il tarixli müqaviləyə (“Müqavilə") istinad edirik. Müqavilənin 4.1-ci maddəsinə əsasən mallar DDF Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, alıcı 7 (yeddi) bank günü ərzində çatdırılmış malların dəyərini alıcının bank hesabına ödəməli idi. Göstərilən müqavilə üzrə İddiaçı tərəfindən Trestə cəmi 25139012,39 AZN (iyirmi beş milyon yüz otuz doqquz min 12 manat 39 qəpik) məbləğində müxtəlif boru məmulatı təchiz edilmişdir. Müqavilə üzrə borular (Mallar) 7 (yeddi) partiyada – ##.##.2018-ci il, ##.##.2018-ci il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2020ci il, ##.##.2020-ci il tarixlərdə təhvil-təslim aktları ilə İddiaçı tərəfindən çatdırımış və təhvil verilmiş, Trest tərəfindən qəbul edilmişdir. Həmin mallar üçün İddiaçı tərəfindən Trestə ##/##/2018 tarixli HV ****** saylı, ##/##/2018 tarixli HV ****** saylı, ##/##/2018 tarixli HW ****** saylı, ##/##/2019 tarixli HW ****** saylı, ##/##/2019 tarixli HY ****** saylı, ##/##/2019 tarixli IA ****** saylı, ##/##/2020 tarixli EBAF ****** saylı, ##/##/2020 tarixli EBAG ****** saylı, ##/##/2020 tarixli EBAG ****** saylı, ##/##/2020 tarixli EBAL ****** saylı elektron qaimələr təqdim ediliş, bütün elektron qaimələr Trest tərəfindən təsdiq edilmiş, heç bir qaimə geri qaytarılmamışdır. Lakin Trest tərəfindən çatdırılmış mallara görə ödənişlər gecikdirilmiş və son ödəniş ##.##.2022-ci il tarixində həyata keçirilmişdir, baxmayaraq ki, ödənişlərin edilməsi hər partiya təqdim edildikdən sonra 7 iş günündə, son ödəniş ##.##.2020-ci il tarixədək olmaqla tamamlanmalı idi. Müqavilənin 10.2-ci maddəsinə əsasən alıcı (Trest) təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada Satıcıya cərimə ödəməlidir: - ilk 4 (dörd) həftə ərzində - gecikdirilmiş ödənişin 0 5%-i (sıfır tam onda beş faizi) miqdarında; - daha sonrakı müddətdə - gecikdirilmiş ödənişin 1,5%-i (bir tam onda beş faizi) miqdarında. Müqavilənin 10.3cü maddəsinə görə cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz. Müqavilə üzrə təchiz edilmiş malların yalnız 1-ci partiyası üzrə, yəni ##.##.2018ci il tarixdə gerçəkləşmiş mal çatdırılması üzrə cərimə məbləği 5588430,41 AZN təşkil edir, lakin cərimə məbləği müqavilə dəyərinin 10% (on faizi) ilə məhdudlaşdığı üçün tərəfinizdən ödənilməli cərimə məbləği 2513901,24 AZN (iki milyon beş yüz on üç min doqquz yüz bir manat 24 qəpik) təşkil edir. Cərimə məbləğinin sabah iş günün sonuna qədər ödənilməsini və ya ödəniləcəyi barədə bizə məlumat verməyinizi xahiş edirik. Göstərilən müddət ərzində ödəniş həyata keçməzsə və ya ödəniş ediləcəyi barədə məlumat verilməzsə, bu, tərəfinizdən yuxarıda göstərilən ödəniş tələbinin rədd edilməsi kimi qiymətləndiriləcək. Bu halda İddiaçı tələbinin məcburi icrası üçünməhkəməyəmüraciətetməliolacaq”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

31. İddiaçı Firması (iddiaçı) AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən müqavilə öhdəliyinin vaxtında yerinə yetirilməməsi ilə bağlı 2 513901,24 manat cərimə, 4 214 926,51 manat inflyasiya zərəri və 3 593 491,27 manat faiz məbləği olmaqla cəmi 10 322318,98 manatın, habelə dövlət rüsumunun əvəzi qismində 5951,16 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. İddia tələbi belə əsaslandırılmışdır ki, Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri” Tresti (Trest) ilə İddiaçı firması (Firma) arasında ##.##.2017-ci il tarixdə KQ-ANN/**-**** saylı alqısatqı müqaviləsi bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən təchiz edilməli malların “İncoterms DDP” şərtləri əsasında Bakı Puta Stansiyasına çatdırılmasından sonra, Trestin 7 (yeddi) bank günü ərzində çatdırılmış malların dəyərini İddiaçı firmasının bank hesabına ödəməli olduğu razılaşdırılmışdır. Göstərilən müqavilə üzrə Firma tərəfindən Trestə cəmi 25 139 012.39 AZN (iyirmi beş milyon bir yüz otuz doqquz min on iki manat 39 qəpik) məbləğində müxtəlif boru məmulatı təchiz edilmiş, borular 7 (yeddi) partiyada – ##.##.2018, ##.##.2018, ##.##.2019, ##.##.2019, ##.##.2019, ##.##.2020, ##.##.2020 tarixlərdə təhvil-təslim aktları ilə İddiaçı tərəfindən çatdırımış və təhvil verilmiş, Trest tərəfindən qəbul edilmişdir. Həmin mallar üçün İddiaçı tərəfindən Trestə ##.##.2018-ci il tarixli HV ****** saylı, ##.##.2018-ci il tarixli HV ****** saylı, ##.##.2018-ci il tarixli HW ****** saylı, ##.##.2019-cu il tarixli HW ****** saylı, ##.##.2019cu il tarixli HY ****** saylı, ##.##.2019-cu tarixli IA ****** saylı, ##.##.2020-ci il tarixli EBAF ****** saylı, ##.##.2020-ci il tarixli EBAG ****** saylı, ##.##.2020-ci tarixli EBAG ****** saylı, ##.##.2020ci il tarixli EBAL ****** saylı elektron qaimələr təqdim edilmiş, bütün elektron qaimələr Trest tərəfindən təsdiq edilmiş, heç bir qaimə geri qaytarılmamışdır. Lakin trest tərəfindən çatdırılmış mallara görə ödənişlər gecikdirilmiş və son ödəniş ##.##.2022-ci il tarixində həyata keçirilmişdir, baxmayaraq ki, ödənişlərin edilməsi hər partiya təqdim edildikdən sonra 7 iş günündə, son ödəniş ##.##.2020-ci il tarixədək olmaqla tamamlanmalı idi. Müqavilənin 10.2-ci bəndinə əsasən, Trest təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada cərimə ödəməlidir: - ilk 4 (dörd) həftə ərzində – gecikdirilmiş ödənişin 0 5%-i (sıfır tam onda beş faizi) miqdarında; - daha sonrakı müddətdə – gecikdirilmiş ödənişin 1,5%-i (bir tam onda beş faizi) miqdarında. Müqavilənin 10.3-cü bəndinə görə, cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz . Müqavilə üzrə təchiz edilmiş mallar üzrə hesablanmış ümumi cərimə məbləği 6 861207,59 manat (altı milyon səkkiz yüz altmış bir min iki yüz yeddi manat 59 qəpik) təşkil edir, lakin cərimə məbləği müqavilə dəyərinin 10 %-i (on faizi) ilə məhdudlaşdığı üçün cavabdeh tərəfindən ödənilməli cərimə məbləği 2513901,24 (iki milyon beş yüz on üç min doqquz yüz bir manat 24 qəpik) manatdır. Cərimə məbləğinin ödənilməsi barədə Trestə pretenziya göndərilmiş, lakin heç bir cavab alınmamışdır. İddia ərizəsinin surəti cavabdehə ##.##.2025 tarixdə göndərilmişdir. Cavabdehin ödənişlərin gecikdirilməsi ilə əlaqədar iddiaçıya maddi ziyan yetirmişdir. Maddi ziyan iddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə zidd olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan mələğlərin ödənişinin 3 - 5 il müddətində gecikdirilməsi səbəbi ilə iddiaçıya ödənişin edilməli olduğu vaxt ilə faktiki ödəniş tarixləri arasında olan dövrdə baş vermiş inflyasiya nəticəsində ödənilməli məbləğlərin inflyasiya faizi dərəcəsində dəyərsizləşməsi səbəbilə dəymişdir. Yetirilmiş maddi ziyanın məbləği iddiaçıya ödənilməmiş məbləğə ödənişin edilmədiyi müddət ərzində (gün sayı ilə) baş vermiş inflyasiya faizlərinin tətbiqi ilə müəyyən edilən məbləğ ilə müəyyən edilir. Yetirilmiş maddi ziyanın hesablanması əlavə edilən cədvəldə əks olunmuşdur. Cədvəldən göründüyü kimi, ödənişlərin gecikdirilməsi səbəbi ilə yetirilmiş maddi ziyanın ümumi məbləği 4 214 926,51 AZN (dörd milyon iki yüz on dörd min doqquz yüz iyirmi altı manat 51 qəpik) təşkil edir. Tətbiq edilmiş inflyasiya dərəcələri Azərbaycan Respublikası Statistika Komitəsi tərəfindən öz internet saytında dərc edilmiş məlumatlardan götürülmüşdür (URL: https://www.stat.gov.az/source/price_tarif/. Həmin səhifədə 2-ci cədvəl: 1.2. İstehlak qiymətləri indeksi. (Cədvəllər əlavə edilir)). Müqavilədə göstərilən vəzifələrini yerinə yetirməyən tərəf olaraq cavabdeh öhdəliklərini pozmaqla iddiaçıya yetirilmiş ziyanı tam həcmdə ödəməlidir. İddiaçıya cavabdeh tərəfindən yetirilmiş zərər vaxtında ödənilməmiş məbləğin inflyasiya səbəbi ilə dəyərsizləşməsinin nəticəsi olaraq meydana çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14.2 və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birini təşkil edir. Baxılan halda cavabdeh tərəfindən iddiaçıya yetirilmiş zərərin ödənilməsini tələb etmək hüququ və zərərin əvəzini ödəmək vəzifəsi əmələ gəlir ki, hüquq müvafiq olaraq iddiaçıya, vəzifə isə cavabdehə aid olur. Cavabdeh tərəfindən borcunun ödəməməsi nəticəsində iddiaçının yuxarıda göstərilmiş şəkildə zərər çəkməsi, hüququ pozulmuş şəxsin (yəni iddiaçının) "əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)” olaraq MM-nin 21.2-ci maddəsi ilə nəzərədə tutulan zərər anlayışının altına düşür. MM-nin 443.1-ci maddəsinə əsasən "öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin məcəllənin 445.1-ci maddəsinə görə isə "icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün ... kreditor qarşısında məsuliyyət daşıyır”. MM-nin 445.2 və 445.2.1-ci maddələrinə əsasən "öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, cavabdeh icranı gecikdirməklə iddiaçıya zərər yetirmişdir ki, yuxarıdakılara əsasən bu zərəri tam ödəmək üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyətdən MM-nin 445.6-cı maddəsinə görə borclunu (cavabdehi) zərərin əvəzini ödəmək üçün məsuliyyətdən azad edilə biləcəyi şərtlərdən biri, öhdəliyin vaxtında icrası zamanı da zərərin əmələ gələcəyinin qaçılmaz olduğunun cavabdeh tərəfindən sübuta yetirilməsidir. Əks halda cavabdeh, göstərilən maddəyə görə, hətta, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Baxılan işdə isə, təbii ki, belə bir əsas müəyyən edilmir, belə ki, cavabdeh tərəfindən ödəniş öhdəliyinin vaxtında icra edilməsi halında inflyasiya zərərinin əmələ gəlməsi qeyri-mümkün olardı. MM-nin 448.4-cü maddəsinə görə "borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini ... sübuta yetirsin”. Ödəniş öhdəliyinin icrasını qəsdən gecikdirilməsi, heç şübhəsiz ki, cavabdehin tam nəzarətində olan bir haldır, buna görə də cavabdeh qəsdən törədilmiş bu pozuntu üçün qanunla nəzərdə tutulan və icazə verilən maksimim həddə məsuliyyət daşımalıdır. MM-ilə nəzərdə tutulan məsuliyyət formalarından biri də pul məbləğlərinin ödənişinin gecikdirilməsi üçün öhdəliyini pozmuş şəxs tərəfindən ödənişi gecikdirilmiş məbləğlər üzrə faizlərin ödənilməsidir. MM-nin 449.1-ci maddəsi nəzərdə tutur ki, pul vəsaitinin ödənilməsini gecikdirmiş şəxs buna görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir və faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. MM-nin 449.2-ci maddəsinə əsasən isə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Bu iddia ərizəsinə qoşma qismində məhkəməyə Cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi üçün Cavabdehə hesablanmış faiz məbləğlərinin hesabı təqdim edilir. Hesablanmış faizlərin cəmi məbləği 3 593 491,27 AZN (üç milyon beş yüz doxsan üç min dörd yüz doxsan bir manat 27 qəpik) təşkil edir ki, MM-ə əsasən həmin məbləğ tam həcmdə Cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. Yuxarıdakı məbləğ Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onun internet saytında dərc edilmişuçot dərəclərinin tətbiqinəəsasən hesablanmışdır. Tətbiq edilmiş uçot dərəcələri Mərkəzi Bankın internet səhifəsində dərc edilmişdir (URL:https://www.cbar.az/infoblocks/corridor_percent?year=2018;https://www.cbar.az/infoblocki /corridor_percent?year=2019;https://www.cbar.az/infoblocks/corridor_percent?year=2020;https:/ /www.cbar.az/infoblocks/corridor_percent?year=2021;https://www.cbar.az/infobl ocks/corridor_percent?year=2022). Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan cəmi məbləğ 10 322 318.98 AZN (on milyon üç yüz iyirmi iki min üç yüz on səkkiz manat 98 qəpik) təşkil edir ki, bunun da 2513 901.24 AZN (iki milyon beş yüz on üç min doqquz yüz bir manat 24 qəpik) məbləğində hissəsini cərimə, 4 214 926,51 AZN (dörd milyon iki yüz on dörd min doqquz yüz iyirmi altı manat 51 qəpik) məbləğində hissəsini inflyasiya zərəri, 3 593 491,27 AZN (üç milyon beş yüz doxsan üç min dörd yüz doxsan bir manat 27 qəpik) məbləğində hissəsini faiz məbləği təşkil edir. Qanuna görə göstərilən məbləğ yetirilmiş ziyana görə təzminat qaydasında ödənilməlidir. İddia verilməsi ilə bağlı 5951,16 AZN (beş min doqquz yüz əlli bir manat 16 qəpik) dövlət rüsumu ödənilmişdir. Ödənilmiş dövlət rüsumunun məbləği cavabdehdən İddiaçının nəfinə tutulmalıdır. Beləliklə, ümumi iddia tələbinin həcmi 10 328 270.14 AZN (on milyon üç yüz iyirmi səkkizminikiyüzyetmişmanat14qəpik)təşkiledir.

33. AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinin nümayəndəsi Firmanın iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş, ərizəsini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Tərəflər arasında ##.##.2017-ci il tarixdə KQ-ANN/02-**** №-li alqı-satqı müqaviləsi bağlanmaqla müvafiq hüquq münasibətləri yaranmış, müqavilənin 4-cü bəndində malların alıcıya təhvil verildikdən 7 bank günü ərzində ödənişin ediləcəyi təsbit olunmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən, mallar Müqavilə imzalandığı tarixdən (##.##.2017) 150-300 gün ərzində çatdırılmalı idi. Müqavilə ##.##.2018-ci il tarixə qədər qüvvədə olmuşdur. Qeyd edək ki, ##.##.2018-ci il tarixdə, yəni müqavilə qüvvədən düşdükdən sonra müqavilə 3 il müddətinə, yəni ##.##.2021-ci il tarixinə qədər uzadılmışdır. Bildiyiniz kimi Müqavilə qüvvədən düşdükdən sonra ona bu formada əlavə edilməsi etibarsızdır. Bundan əlavə malların çatdırılması ən geci ##.##.2018-ci il tarixinə qədər təmin edilməli idi. Lakin təhvil-təslim aktlarından görünür ki, malların təhvili ##.##.2020-ci il tarixdə yekunlaşmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq iddiaçı öhdəliyinin icrası müddətini 2 il lazımi qaydada icra etməməyinə, gecikdirməyinə baxmayaraq hələ dəbbə pulundan əlavə faizlər də tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. AR MM-in 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. AR MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. AR MM-in 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. AR MM-in 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərhedilməsinədairARKonstitusiyaMəhkəməsininPlenumun##.##.2022-ciiltarixliqərarı).

34. İddiaçının nümayəndəsi cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə dair yazılı münasibət təqdim edərək bildirmişdir ki, “mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2018-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi vurğulayır ki, "borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər” və "borcun etiraf olunması hallarına” digərləri ilə yanaşı "borcun qismən ödənilməsi” və "kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər”. Cavabdeh tərəfindən İddiaçının müraciətlərindən sonra borcunun qismən ödənilməsi və məktublara cavab verərək və ya cavab verməməklə (yəni borcun mövcud olmasına etiraz etməməklə) borcun etiraf edilməsi KM tərəfindən ifadə edilmiş hüquqi mövqeyə tam uyğundur. Borcluya (Cavabdeh-KQİT) borcun ödənilməsi tələbi ilə müxtəlif zamanlarda məktublar göndərilmiş və üzləşmə aktları tərtib edilmişdir. Həmin məktublara cavab verilməsi ilə və ya cavab verilməməklə KQİT tərəfindən borcun ödənişinin gecikdirilməsi etiraf edilmişdir. Bu zaman təchizatın gecikməsi ilə bağlı heç bir məsələ qaldırılmamış, tələb irəli sürülməmişdir. 2. Konstıtusıya Məhkəməsı Plenumunun # #### 2013-cü il tarixli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, "iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Baxılan iş üzrə dəbbə pulu, zərər və gecikmə faizi ödənişi tələbi ilə bağlı iddia müddəti məhz son ödəniş tarixindən, bütün öhdəliklər icra edildikdən sonra başlanmış və iddia müddəti ötürülmədən iddia məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən ödəniş edilməsi icra müddəti üzrə iddia müddətinin axımının kəsmiş və iddia müddəti, beləliklə də, son ödəniş tarixindən sonra yenidən başlamışdır. 3. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarına əsasən "müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2ci maddələri)”. Baxılan işdə göstərilən qaydada başlamış iddia müddəti əsas borcun ödənişinə aid olmuşdur. Əsas borcun ödənilməsi ilə əsas borc ödənişi üzrə iddia müddəti kəsilmişdir. Son ödəniş tarixinə qədər dəbbə pulu (cərimə) və digər ziyan növlərinin formalaşması davam etmiş, son və qəti olaraq məhz son ödəniş tarixində formalaşmışdır ki, həmin tarixdən sonra iddia müddəti ötürülmədən son ödəniş tarixində formalaşmış ziyan məbləği və cərimə ödənişi üçün iddia ərizəsi təqdim edilmişdir. 4. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına əsasən "dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir.”. 5. Vurulmuş ziyanın məbləöindən asılı olmayaraq dəbbə pulunun tərəflərin razılaşması ilə nəzərdə tutulan qaydada və həcmdə ödənilməsi öhdəlik pozuntusu nəticəsində yetirilmiş ziyanın ödənilməsini istisna etmir, əksinə Mülki Məcəllə ilə bilavasitə nəzərdə tutulur. İddiaççının dəbbə pulu və ziyanın əvəzinin ödənilməsi tələbi özlüyündə Konstitusiya ilə nəzərə tutulmuş hüquqların məhkəmə təminatı hüququnun (60-cı maddə) həyata keçirilməsi ilə bağlıdır və məhkəmələr tərəfindən təmin edilməlidir. 6. Bu hal Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarında ifadə edilmiş mövqyə uyğundur və həmin Qərardan bilavasitə irəli gəlir. Həmin Qərara əsasən "öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri)”. 7. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilən halların müəyyən edildiyi halda həmin faktın ozü borclu tərəfindən borcun ödənilməməsi ilə bağlı faydalanması halını nəzərdə tutduğunu müəyyənləşdirir. Yəni, həmin 449.1-ci maddə ilə nəzərdə tutulan hərəkətlərin edilməsi artıq həmin hərəkətləri etmiş şəxsin bu hərəkətlərin nəticəsi olaraq artıq faydalanmış olduğunu nəzərdə tutur. Bu mövqe Konstitusiya məhkəməsinin göstərilən Qərarında bu bir neçə dəfə təsbit edilir: • Qərarın 3-cü səhifəsinin 6-cı abzasında qeyd edilir ki, 449.1-ci maddənin "mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənişi digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama”. KM-nin mövqeyi aşkar şəkildə göstərir ki, MM-nin 449.1-ci maddəsinin "mənasına görə borclu şəxs aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır”, yəni faydalanma faktı artıq həmin hərəkətlərin edilməsinin nəticəsi olaraq meydana çıxır və bunun hər hansı bir şəkildə sübut edilməsi lazım gəlmir, çünki qanuna və KM-nin mövqeyinə görə, faydalanma həmin hərəkətlərin edilməsinin nəticəsidir və həmin hərəkətlərdən digər bir nəticənin hasil olunması istisna edilir. • 3cü səhifənin son abzasında KM bildirir ki, "MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən edilir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Buradan aydın olur ki KM-nin mövqeyinə görə, 449.1-ci maddədə göstərilıən əməllərin edilməsi özü-özlüyündə "gəlir, artım, bəhər və s. əldə edilməsi" mənasını daşıyır. • 4-cü səhifənin 7-ci abzası: MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. ... Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır”. Göründüyü kimi KM MM-nin 449.1-ci maddəsinin tətbiqini pul öhdəliyinin pozulmasına görə maliyyə sanksiyası qismində qiymətləndirir. Əgər öhdəlik pozuntusu varsa, maliyyə sanksiyası məsuliyyət tədbiri qismində tətbiq edilməlidir - KM-nin mövqeyi bundan ibarətdir. 8. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarına əsasən: "Kreditor müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir”. Göründüyü kimi, KM-in ifadə etdiyi hüquqi mövqeyə görə, borclu istənilən halda öhdəliyini vaxtında icra etməməklə kreditora yetirdiyi ziyanın əvəzini ödəməlidir və faiz ödənişi belə zərər ödənişinin bir formasıdır. 9. Həmin qərarında KM, həmçinin, qeyd edir ki, "icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir”. KM-nin bu mövqeyi göstərir ki, həm dəbbə pulu, həm də ziyanın ödənilməsi tələbi tam qanunidir, hüquq pozuntusu və hüquqdan sui-istifadə halı, habelə, ikiqat məsuliyyət halı yaratmır və İddiaçının Konstitusiya ilə təmin edilən hüquqların effektiv məhkəmə təminatıhüquqununtəminedilməsinəyönəlmişdir.Üstəlik,bumövqehəmdə,İddiaçıtərəfindən ən yüksək həddə məsuliyyət tədbiri görülməsi imkanını təsbit edərək göstərir ki, məhkəmə tərəfindən Cavabdehin məsuliyyətinin yalnızca dəbbə pulu və ya hər hansı növdə ziyanla tam və ya qismən məhdudlaşdırılmasına qanunla yol verilmir. 10. KM borca görə faiz ödənilməsini icranın gecikdirilməsinə görə məsuliyyət forması olduğunu bildirir: "MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır”. KMnin mövqeyi məhkəmənin borc üzrə faiz ödənilməsi tələbinin təmin edilməsi üçün birbaşa göstəriş təşkil edir. 11. KM-in mövqeyi İddiaçının İddia ərizəsində izhar edilmiş mövqeyi ilə tam üst-üstə düşür. KM-nin Qərarında deyilir: "qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”. Eyni mövqe İddia Ərizəsində ifadə edilmişdir. Yəni Cavabdeh onu məsuliyyətdən və məsuliyyət tədbirlərinin tam həcmdə tətbiq edilməsindən azad edə bilən hər hansı bir əsas təqdim etməmişdir. Onun məsuliyyətdən azad olunma üçün gətrdiyi yeganə əsas İddiaçının guya hüquqlardan sui-istifadəsi ilə bağlıdır, lakin bu bəyanını təsdiq edən hər hansı bir sübut təqdim edilmir. Cavabdehin İddiaçı tərəfindən öhdəlik pozuntusu kimi iqtibas etdiyi hal təchizatın gecikməsi ilə bağlıdır ki, bu da özlüyündə hüquqdan sui-istifadə halı yarada bilməz, belə ki, hüquqdan sui istifadə öhdəliyin icra edilməməsi halında yaranır, İddiaçı isə öhdəlikklərini tam həcmdə icra etmişdir. Təchizatın gecikməsi isə Cavabdehin rəhbərliyinin müqavilənin icrasına başlanmasının yubatması və pul ödənişlərinin gecikdirilməsi ilə əlaqədar olmuşdur. 12. KM-nin mövqeyinə görə əgər borclu onu məluliyyətini aradan qaldıra bilən qanunla (MM ilə) nəzərdə tutulan halları sübut edə bilmirsə, o zaman "MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir”. Baxılan işdə Cavabdeh onun məsuliyyətini aradan qaldıra bilən hər hansı bir halların mövcudluğunu sübut edə bilmir, ona görə də KM-nin qərarında göstərilən nəticələrin əmələ gəlməsi qanuna və KM-yə görə labüddür. 13. KM-nin sözü gedən qərarının başqa bir hissəsində KM kreditor (İddiaçı) tərəfindən ən yüksək həddə təzminat tələb edilməsi hüququnu bir daha təsbit edir, belə ki, KM bildirir ki, "müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır". Başqa sözlə, ən azı 5 % hesabından faiz tələb edilə bilər, lakin bank faizi 5%-dən çox olduqda həmin daha yuxarı faiz dərəcəsi ilə təzminat ödənilməsinin tələb olunması hüququ qanun tərəfindən KM-nin ifadə etdiyi hüquqi mövqeyə əsasən təsbit edilmişdir. 14. Eyni mövqe KM-nin başqa bir qərarında da vurğuılamr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrininəlaqəlişəkildəşərhedilməsinədair######2023-cüiltarixliqərarındaKMbildirir ki, "Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələbetməkhüququnamalikdir.”

35. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndələriisəiddiatələbininəsassızolduğunubildirmişdir.

36. Cavabdehin nümayəndələri həmçinin bildirmişlər ki, ödənişlər cavabdehin təqdim etdiyi formada olmuş, bütün ödənişlərə dair, bütün qaimələrə aid iddia müddəti ötürülmüş, iddia ərizəsi iddia müddətinin ötməsinə son 1 gün qalmış məhkəməyə verilmişdir. Tərəflər arasında olan müqaviləyə görə mallar 150-300 gün ərzində çatdırılmalı idi, lakin 2017-ci il tarixində müqavilə bağlansa da, 2020-ci il tarixində mallar təhvil verilmişdir. İddiaçı tərəf öz öhdəliklərini kobud formada pozmuşdur, hüquqdan sui-istifadə etmişdir, buna baxmayaraq dəbbə pulu tələb edir. Cavabdeh də dəbbə pulunu məhkəmə qaydasında tələb edə bilərdi, lakin iddia müddəti ötürüldüyü üçün müraciət etməyiblər. Ona görə də 1 gün üçün dəbbə pulu hesablanmasını xahiş edirlər.

37. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestindən 2695 manat dəbbə pulunun və 47 manat dövlət rüsumunun tutulub İddiaçı Firmasına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsiqətolunmuşdur.

38. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 İddia ərizəsi 3 hissədən ibarətdir: 1. 2 513 901,24 manat dəbbə pulunun ödənilməsi; 2. 4 214 926,51 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) ödənilməsi; 3. 3 593 491,27 manat gecikmə fazinin ödənilməsi.

 Məhkəmə iddia ərizəsinin birinci hissədə qismən təmin edilməli olması qənaətinə gəlir.

 Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilənin 4.1-ci bəndinin tələblərinə əsasən ödəniş edilməsi üçün müvafiq elektron qaimələr ##.##.2018-ci il - ##.##.2020-ci il tarixlərini əhatə edən dövr ərzində təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin qaimələr üzrə ödənişlər ##.##.2020-cu il tarixdən başlanmaqla müxtəlif tarixlərdə edilmiş, sonuncu ödəniş ##.##.2022-ci il tarixdə həyata keçirilmişdir.

 İddiaçı təqdim edilmiş ##.##.2018-ci il-##.##.2020-ci il tarixlərini əhatə edən dövr üzrə elektron qaimələrin 7 (yeddi) bank günü ərzində ödənilməli olduğu halda, tələb edilən həmin tarixlərdən gec - ##.##.2019-cu il tarixdən başlanmaqla ödənilmiş olmasını, bununla da hüquqlarının pozulmuş olmasını bilmişdir.

 İddiaçı hazırda ##.##.2018-ci il tarixli ilk qaimənin ödənilməsinin gecikdirildiyi ##.##.2018ci il tarixdən sonuncu ödənişin həyata keçirildiyi ##.##.2022-ci il tarixə qədər hesablanmış 2 513 901,24 manat dəbbə pulunun ödənilməsini tələb edir.

 Məhkəmə hesab edir ki, ##.##.2018-ci il tarixdən ##.##.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməli olması barədə iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.  Belə ki, iddiaçı ##.##.2018-ci il tarixdən ##.##.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməsi ilə bağlı iddianı ##.##.2025-ci il tarixdə iddia irəli sürməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməklə vermiş, hazırkı iddianı qaldırmaqla müvafiq subyektiv hüquqa malik olsa da, iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş etmiş, məhkəməyə hazırkı iddia ərizəsi verilənə qədər iddia müddətinin axımı kəsilməmiş, iddia müddəti açıqaşkar iddiaçı tərəfindən ötürülmüşdür.

 Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ##.##.2018-ci il tarixdən ##.##.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun tutulması hissəsində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

 Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia müddəti cavabdehin öhdəliyini gecikdirdiyi ##.##.2022 - ##.##.2022-ci il tarixlər üçün hesablanmış dəbbə puluna münasibətdə ötürülməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2019-cü, ##.##.2020ci, ##.##.2020-ci və ##.##.2020-ci il tarixli elektron qaimələr üzrə son ödəniş ##.##.2022-ci və ##.##.2022-ci il tarixlərində edilmişdir. Yəni ##.##.2019-cü il tarixli eqaimə üzrə 84 074,44 manatın ödənişi ##.##.2022-ci il tarixində, ##.##.2020-ci il tarixli e-qaimə üzrə 175 868,95 manatın ödənişi ##.##.2022-ci il tarixində, ##.##.2020-ci il tarixli e-qaimə üzrə 18 740,06 manatın ödənişi ##.##.2022-ci il tarixində, ##.##.2020ci il tarixli e-qaimə üzrə 591 101,67 manatın ödənişi ##.##.2022-ci il tarixində tamamlanmışdır.

 Beləliklə, cavabdeh tərəfindən sonuncu ödənişlər ##.##.2022 və ##.##.2022-ci il tarixlərdə edilmiş, həmin gün üçün iddiaçının tələb etdiyi dəbbə pulu ilə bağlı iddia ərizəsi ##.##.2025-ci il tarixdə, 3 illik iddia müddətinin bitməsinə müvafiq e-qaimələr üzrə 1 və 3 gün qalmış məhkəməyə verilmişdir.

 Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.2-ci bəndinə görə alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində - gecikdirilmiş ödənişin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə-gecikdirilmiş ödənişin 1,5%-i (bir tam onda beş faizi) miqdarında.

 Belə ki, ##.##.2019-cu il tarixli qaimə üzrə ##.##.2025-ci il tarix üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 84 074,44 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 1261,12 manat (84 074,44 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 180,16 manat (1261,12 manat / 7 gün, tam həftə) təşkil edir.

 ##.##.2020-ci il tarixli qaimə üzrə ##.##.2025-ci il tarixi üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 175 868,95 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 2638 manat (175 868,95 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 1128 manat (2638 manat / 7 gün, tam həftə x 3 gün) təşkil edir.

 ##.##.2020-ci il tarixli qaimə üzrə ##.##.2025-ci il tarixi üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 18 740,06 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 281 manat (18 740,06 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 120 manat (281 manat / 7 gün, tam həftə x 3 gün) təşkil edir.  ##.##.2020 il tarixli qaimə üzrə ##.##.2025-ci il tarix üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 591 101,67 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 8867 manat (591 101,67 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 1267 manat (8867 manat / 7 gün, tam həftə) təşkil edir.

 Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən cəmi 2695 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

 Məhkəmə iddianın 4 214 926,51 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) və 3 593 491,27 manat faiz məbləğinin ödənilməsi hissəsində təmin edilməli olmaması qənaətinə gəlir.

 Belə ki, iddia ərizəsində iddiaçı tələb edilən dəbbə pulu məbləğinə münasibətdə hesablanmış gecikmə faizlərinin və inflyasiya faizi nəzərə alınmaqla zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, dəbbə pulunun ödənilməsinin gecikdirilməsinə görə zərərin ödənilməsi tələb edilə bilməz, alqı-satqı müqaviləsi üzrə isə əsas məbləğ 2022-ci il tarixində tam ödənilmişdir, 3 il müddət keçdikdən sonra iddiaçı bu tələblər ilə məhkəməyə müraciət etmişdir.

 Mülki Məcəlləsinin 466.2.3-cü maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

 Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, "Mülki Məcəllənin 449.1-ci maddəsinin "ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan "istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in "öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada "faydalanma” və "(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.  Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

 Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, yuxarıda qeyd edilən normalarda göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

 Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz və inflyasiya zərəri hissədə əsassızdır və təmin edilməməlidir.

39. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 21.1ci, 21.2-ci, 373.2-ci, 377.2-ci, 382-ci, 386.1-ci, 449.1-ci, 446.2.3-cü, 462.1-ci, 466.2-ci, 466.2.1ci, 466.2.2-ci, 466.3-cü, 1096.1-ci, 1096.2-ci, 1099.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il ## #####tarixliQərarlarınaistinadetmişdir.

40. Həmin qətnamədən İddiaçı Firmasının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddia tələblərinin tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını yanlış tətbiq etdiyini, iddia müddəti ilə bağlı qanunvericilik normalarının tətbiqində səhvə yol verdiyini irəli sürməklə, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçının nümayəndəsinin iştirakı məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən nə elektron poçt, nə də SMS vasitəsilə baxış iclasının keçirilməsi barəsində nə iddiaçıya və nə də onun nümayəndəsinə məl8mat göndərilmişdir. Bu halı təsdiq edən skrinşotlar məhkəmənin diqqətinə təqdim edilir. Hakim, İddiaçının nümayəndəsi olmadan işə baxılmasını MPM-nin 185-ci maddəsinə isitandla əsaslandırmışdır, lakin bu zaman MPM-nin 185- ci maddəsinin hansı hissəsinə/bəndinə istinad etdiyini dəqiqləşdirməmişdir. Halbuki, MPM-nin 185.2 maddəsinə əsasən “İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır”. Bu maddənin məzmunundan göründüyü kimi, hakim İddiaçıya və onun nnümayəndəsinə məhkəmə iclasın keçirilməsi vaxtı barədə bildiriş verilib-verilməməsini araşdırmalı idi. Faktiki olaraq, son hazırlıq iclasında Günay Namazova tərəflərə bildirmişdir ki, işə baxılması vaxtı barədə tərəflərə əlavə məlumat veriləcək və bizə tarixi göstərilməmiş bildirişlərə imza edilməsi təklif edildi. Baxış iclasının keçirilməsi barədə elektron poçt və ya SMS ilə məlumatlandırılacağım gümanı ilə mən də tarixi göstərilməmiş bildirişə imza etdim. Lakin, sonradan ##.##.2025 taixə baxış iclasının təyin edilməsi barədə nə iddiaçıya, nə də mənə, yuxarıda göstərildiyi kimi, heç bir bildiriş göndərilməmişdir ki, bu da MPMnin 185.2-ci maddəsinin təsiri altına düşən hal yaradır. Yəni, bildirişin verilməsi barədə məlumatın olub-olmaması ilə maraqlanmalı və bildiriş verilmədiyi səbəbindən işə baxılmasını təxirə salmalı idi. Lakin, hakim bunu etməmiş, bununla da iddiaçının işə baxılmasında iştirak etmək hüququnu kobud şəkildə qəsdən pozmuşdur. İddiaçının və onun nümayəndəsinin məhkəmə baxışı barədə lazımi şəkildə məlumatlandırılmaması, MPM tərəfindən müəyyən edilmiş məhkəmə araşdırmasının fundamental prinsiplərinin hakim G. Namazova təfindən qəsdən pozulması ilə nəticələnmişdir. Hakim G. Namazova tərəfindən qəsədən pozulmuş fundamental prosessual prinsiplər arasında, digərləri ilə yanaşı, tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi (Maddə 8), ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi prinsipi (Maddə 9) yer alır. Hakim G. Namazova tərəfindən MPM-nin 9-cu maddəsinin pozulması xüsusilə bariz xarakter daşıyır. Belə ki, MPM-nin 9.2-ci maddəsinə görə “məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz”, 9.3-cü maddə isə nəzərdə tutur ki, “hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir”. Lakin İddiaçı və onun nümayəndəsi süni şəkildə işə baxılmasında iştirak etməkdən kənarlaşdırılıblarsa, o zaman çəkişmə prinsipinin tətbiqindən söhbət beə gedə bilməz. Daha sonra MPM-nin həmin 9.3cü maddəsinə əsasən hakim “öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır”. Lakin iddiaçının məhkəmə baxışında iştirakı təmin edilməmişdirsə və iddiaçı süni şəkildə məhkəmə baxışından kənarlaşdırılmışsa, o zaman, deməli hakim, iddiaçını məhkəmə baxışına dəvət etmədən, onu dinləmədən, onu müzakirəyə cəlb etmədən, onun dəlillərinə və təqdim etdiyi sənədlərə əhəmiyyət vermədən yalnız Cavabdehin izahatına və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslanaraq iş üzrə qərar çıxarmışdır ki, buna da MPM ilə yol verilmir. Məhkəmənin mülahizəsi nəinki hər hansı bir hüquqi müddəaya əsaslanmır və tətbiq edilməli bütün hüquqi normalara ziddir, həm də, eyni zamanda, aşkar şəkildə tam məntiqsizdir və sağlam düşüncədən kənardır. Qanuna əsaslanmayan hüquqa zidd və məntiqsiz nəticə İddiaçının təqdim etdiyi heç bir mülahizə və dəlili nəzərə almır və onlara hüquqi qiymət vermir, bu səbəbdən də həm maddi, həm də prosessual hüququn pozuntusunu əmələ gətirir. Prosessual pozuntu MPM-nin 9.3-cü maddəsinin qəsdən pozulmasında ifadə olunmuşdur, belə ki, hakim Namazova prosesin çəkişmə prinsipini təmin etməli olduğu halda qəsdən bu vəzifəsini kobud şəkildə pozaraq öz qərarını İddiaçının təqdim etdiyi dəlillərə, onun verdiyi izahatlara və sənədlərə, habelə, tətbiq edilməli hüquq normalarına məhəl qoymadan, qəsdən nəzərə almaqdan yayınaraq, nəzərə almadığınım əsaslarını və səbəbini göstərmədən və əsaslandırmadan, hətta, Cavabdeh tərəfindən belə irəli sürülməyən mülahizəyə istinadən, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. MPM-nin 9.3-cü maddəsinin pozuntusu qətnamənin faiz tələbinin rədd edilməsi hissəsində də təzahür edir, belə ki, məhkəmə prosesində Cavabdeh tərəf faiz ödənilməsi üzrə iddia tələbinə qarşı yalnız iddia müddətinin tətbiqini xahiş etmiş və hər hansı digər hüquqi əsasla faiz ödənilməsi tələbinin rədd edilməsini əsaslandırmamışdır. Hakim isə MM-nin 449.1-ci maddəsinə əsasən faiz ödənilməsi tələbini rədd etmişdir. Cavabdehin MM-nin 449.1-ci maddəsinə istinad etmədiyi və bu maddənin tətbiqinin müzakirə edilmədiyi və bu maddənin tətbiq edilə bilən maddə olmadığı bir halda (MM-nin 449.1-ci maddəsinin tətbiqi ilə əlaqədar şərh aşağıda verilir), iddia tələbinin hakim tərəfindən həmin maddəyə istinadla rədd edilməsi MPM-lə birbaşa ziddiyyət təşkil etmişdir. Məhkəmə hesab etmişdir ki, ##.##.2018-ci il tarixdən ##.##.2022ci ilə qədər olan dövr üzrə dəbbə pulunun tutulması hissəsində iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir Məhkəmənin mülahizələri qətnamənin 56 - 65-ci bəndlərində təqdim edilir. Məhkəməheç bir qanun müddəasına istinad etmədən, yəni heç bir hüquqi əsas göstərmədən, hesab etmişdir ki, guya iddiaçı ##.##.2018-ci il tarixdən ##.##.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməsi ilə bağlı iddianı ##.##.2025-ci il tarixdə irəli sürməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Daha sonra məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi verilənə qədər iddia müddətinin axımı kəsilməmişdir və bu səbəbdən ##.##.2018-ci il tarixdən ##.##.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun tutulması hissəsində iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir və yalnız ##.##.2022 - ##.##.2022-ci il tarixlər arasındakı 3 (üç) gün üçün iddia müddəti ötürülmədiyindən həmin 3 (üç) gün üçün iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilən 3 günlük müddət üçün cavabdeh tərəfindən icrasının gecikdirildiyi əsas öhdəliyi və həmin əsas öhdəlik məbləğləri üzrə ödənilməli dəbbə pulu aşağıdakılardan ibarət olmuşdur: - ##.##.2019-cu il tarixli qaimə üzrə ##.##.2025-ci il tarix üçün 84074,44 manat həcmində əsas öhdəliyin icrasının gecikdirilməsinə görə həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulu məbləği 1261,12 manat (84074,44 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 180,16 manat (1261,12 manat / 7 gün, tam həftə); - ##.##.2020-ci il tarixli qaimə üzrə ##.##.2025-ci il tarixi üçün 175868,95 manat həcmində əsas öhdəliyin icrasının gecikdirilməsinə görə həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulu məbləği 2638 manat (175 868,95 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 1128 manat (2638 manat / 7 gün, tam həftə x 3 gün); - ##.##.2020-ci il tarixli qaimə üzrə##.##.2025-ciiltarixiüçün18740,06manathəcmindəəsasöhdəliyinicrasının gecikdirilməsinə görə həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulu məbləği 281 manat (18740,06 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 120 manat (281 manat / 7 gün, tam həftə x 3 gün); - ##.##.2020 il tarixli qaimə üzrə ##.##.2025-ci il tarix üçün 591101,67 manat həcmində əsas öhdəliyin icrasının gecikdirilməsinə görə həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulu məbləği 8867 manat (591101,67 manatın 1,5 faizi), ##.##.2022-ci il tarix üçün isə 1267 manat (8867 manat / 7 gün, tam həftə təşkil etmişdir.. Məhkəmənin mülahizəsi nəinki hər hansı bir hüquqi müddəaya əsaslanmır və tətbiq edilməli bütün hüquqi normalara ziddir, həm də, eyni zamanda, aşkar şəkildə tam məntiqsizdir və sağlam düşüncədən kənardır. Qanuna əsaslanmayan, hüquqa zidd və məntiqsiz nəticə İddiaçının İddia ərizəsinin 1-ci bəndində və İddia ərizəsinə əlavə edilmiş sənədlərdə təqdim etdiyi heç bir mülahizə və dəlili nəzərə almır, bu səbəbdən də həm maddi, həm də prosessual hüququn pozuntusunu əmələ gətirir. Prosessual pozuntunun MPM-nin 9.3-cü maddəsinin qəsdən pozulmasında ifadə olunduğu (qətnamədə İddiaçının təqdim etdiyi dəlillərin nəzərə alınmaması və qiymətləndirilməməsi, tərəflərin irəli sürülmədiyi mülahizələrə və, deməli, hakimin özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanması) yuxarıda qeyd edilmişdir. Baxmayaraq ki, iddiaçının tələb hüququnun həcmi yekun olaraq Cavabdeh tərəfindən son ödəniş tarixində, yəni, ##.##.2022-ci il tarixdə formalaşmışdır və həmin gündən sonra iddiaçı həmin yekun həcmdə tələb irəli sürmək üçün qanunla müəyyən edilmiş 3 illik müddəti ötürmədən yekun olaraq formalaşmış tələb həcmində iddia qaldırmışdır, məhkəmə əsasız olaraq yekun həcmdə olan tələbi günlərə bölərək yalnız iddia tələbi verilmiş gündən 3 il əvvəlki 3 günə uyğun tələbi təmin etmişdir ki, bunun da heç bir qanuni və məntiqi əsası yoxdur. Hətta hipotetik olaraq hesab etsək ki, iddiaçı əvvəlki ödənişlər üzrə iddia müddətini ötürmüşdür, son 4 ödəniş üzrə dəbbə pulu ödənişi tələbi tam həcmdə təmin olunmalıdır, çünki iddianın iddia müddətinin son günündə və ya ilk günündə yaxud iddia müddətinin ortasında və ya hər hamnsı bir günündə verilməsi tələbin bölünməsi üçün əsas vermir, belə ki, tələb tam həcmdə ya qəbul, ya da rədd edilə bilər (əgər qanunla nəzərdə tutulmuş əsaslar buna yol verərsə) və iddia müddəti tələbin həcminin bölünməsi üçün əsas deyil. Borcun tam ödənilməsindən əvvəl cavabdehə qarşı iddia qaldırılması barədə mövqe tam bir məntiqsizlik ifadəsi hesab edilməlidir, belə ki, bu halda: (a) belə iddiaların sayı cox olardı və son nəticədə onlar vahid bir icraatda birləşdirilmiş olardı ki, hazırda da bütün ləngimələr üzrə vahid iddia icraatı açılmışdır, və (b) aydındır ki, cavabdeh ilə münasibətlərin məhkəmə müstəvisinə çıxarılması əsas borcun ödənilməsini daha da çətinləşdirmiş olardı. Göstərilənlərə əsasən aydın olur ki, müxtəlif eqaimələr üzrə ödənişlər üzrə iddia müddətinin ötürüldüyü barədə hakimin mövqeyi tamamilə qeyriməntiqidir və hər hansı bir qanun müddəasına əsaslanmır. Məhkəmə dəbbə pulunun ödənilməsi tələbini yalnız 3 gün ilə məhdudlaşdırmasını əsaslandıran hər hansı bir hüquqi müddəaya istinad etməmişdir və bu mövqe yalnızca məhkəmənin şəxsi mülahizəsinə əsaslanır ki, bu da Qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələri ilə nəzərdə tutulan tələblərə zidd olduğunu göstərir və Qətnamənin qeyri-qanuni və əsassız hesab edilməsi üçün zəsas yaradır, belə ki, hər hansı bir hüquqi müddəaya əsaslanmır və, əksinə, tələbin tam həcmdə təmin olunmasını nəzərdə tutan tətbiq edilməli hüquqi müddəalara və təşəkkül tapmış məhkəmə təcrübəsinə, xüsunsən də, iddia müddəti ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarına ziddir. KM-nin mövqeyinə əsasən iddia müddətinin axımının başlanmanası müqavilə üzrə öhdəliklərin hamısının icrasına bağlanır. İddia müddətinin başlanmasının elektron qaimələrə bağlanması üçün qanunvericilik heç bir əsas nəzərdə tutmur. x. Namazova da bu mövqeyini əsaslandırmaq üçün, buna görə də, hər hansı bir qanun müddəasına istinad edə bilməmişdir. Elektron qaimələr tərəflər arasında hüquqi münasibətlər baxımından heç bir əhəmiyyət kəsb etmir, onlar sadəcə vergi məqsədləri üçün uçot vasitəsidir. Tərəflərin qarşılıqlılı hüquqi münasibətləri isə elektron qaimələr yox, müqaviləyə söykənir və məhz buna görə də, KM-nin aşağıdakı qərarları da, haqlı olaraq iddia müddətinin başlanmasını müqavilə üzrə öhdəliklərin icrası vaxtı ilə şərtləndirir. Belə ki, Konstıtusıya Məhkəməsı Plenumunun # #### 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeydedirki,“iddiamüddətininaxımımüqavilədəmüəyyənləşdirilmişbütünöhdəliklərüzrəicra müddəti bitdikdə başlanır”. Buna görə də, iddia müddətinin axımını elektron qaimələrin verilmə vaxtına bağlanması üçün qanuni əsas yoxdur, iddia müddəti müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklərin, yalnız öhdəliklərin bir hissəsinin yox, bütün öhdəliklərin, icra vaxtına bağlıdır. Buna görə də baxılan iş üzrə iddia müddəti məhz son ödəniş tarixindən hesablanmalıdır, çünki bütün öhdəliklərin icrası məhz son ödənişin tarixində tamamlanmış olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarına əsasən “müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2ci maddələri)”. KM-nin bu mövqeyi onun yuxarıdakı qərarında ifadə edilmiş mövqeyini təsbit edərək baxılan iş üzrə Bakı Kommersiya məhkəməsinin mövqeyinin əsassızlığını aşkar şəkildə ortaya qoyur. Belə ki, öhdəliklər müqavilədən irəli gəlir və bütün öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar yaranmış borcun ödənilməsinin tələb edilməsi imkanı məhz son ödəniş tarixində yaranır və həmin tələb üzrə iddia müddəti də bu imkanın yaranması gündən sonrakı gün yaranmış olmuşdur. Bu səbəbdən də, iddia müddətinin hər hansı əvvəlki tarixdən jesablanması üçün qanuni əsas müəyyənləşdirilmir. Bu hal göstərir ki, hakim aşkar qərəzli mövqe tutmuşdur. Hakim tərəfindən bu qərəzli mövqeinin əsaslandırılması üçün heç bir qanuni əsasa istinad etməməsi də, bu halı təsdiq edir. 10.3.7. Tələb həcminin iddianın verilməsi tarixindən asılı olaraq bölünməsi ümumiyyətlə güküncdür və hüquq elmində və praktikasında bir “yenilikdir”, özü də dissertasiya müdafiəsinə layiq bir “yenilik”. Təəssüf ki, hakim məntiqsizlik və qeyri-qanuniliklə səciyyələnən bu “yeniliyin” nə hüquqi əsasını göstərə bilmiş (çünki yoxdur), nə də məntiqi cəhətdən əsaslandırmışdır (məntiqsizliyin məntiqi qaydada əsaslandırılması qeyri-mümkündür (!)). Yuxarıdakılardan aşkar şəkildə görünür ki, məhkəmənin qətnamədə ifadə edilmiş qeyriməntiqi və qeyri-qanuni mövqeyinə rəğmən, qanuna əsasən məhkəmə tərəfindən dəbbə pulunun ödənilməsi tələbi tam həcmdə təmin edilməli idi. Halbuki, məhkəmə öz qərəzli mövqeyini iş materialları təsdiq edilməyən daha bir bəyan ilə əsaslandırmaq üçün Qətnamədə bildirmişdir ki, guya iddia müddətinin kəsilməsi baş verməmişdir, halbuki, Cavabdeh tərəfindən ödənişlər gecikdirilərkən iddiaçı tərəfindən ona müxtəlif vaxtlarda ödəniş tələbləri ünvanlanmışdır, hər bir belə tələb üzrə iddiaçı cavabdehin həmin vaxt üçün borcun tam həcmdə ödənilməsini tələb etmişdir və bu sənədlər və müraciətlər iddia müddətinin axımının kəsilməsi ilə nəticələnmişdir, çünki Cavadeh ya borcu etiraf edərək onun ödəniləcəyini bildirmiş və ya cavab verməyərək və borcun mövcudluğuna etiraz etməyərək onun mövcudluğu ilə razılığını ifadə etmişdir, bu isə MMnin 380.1-ci maddəsinə əsasən borcun etiraf edilməsi etibarilə iddia müddətinin axımının kəsilməsi və onun yenidən başlanması ilə nəticələnmişdir. Bu əsasla qətnamədə iddia müddətinin kəsilməməsi barədə bəyan puç və əsasız olaraq dəyərləndirilməlidir. Belə dəyərləndirmə zərurəti bilavasitə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2018-ci il tarixli Qərarında ifadə edilmiş mövqeyondən irəli gəlir. X4 Məhkəməsi aşaağıdakıları qeyd edir: “mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi”. Konstitusiya Məhkəməsi vurğulayır ki, “borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlifformada ifadə oluna bilər ” və “borcun etiraf olunması hallarına ” digərləri ilə yanaşı “borcun qismən ödənilməsi ” və “kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər”. Cavabdeh tərəfindən İddiaçının müraciətlərindən sonra borcunun qismən ödənilməsi və məktublara cavab verərək və ya cavab verməməklə (yəni borcun mövcud olmasına etiraz etməməklə) borcun etiraf edilməsi KM tərəfindən ifadə edilmiş hüquqi mövqeyə tam uyğundur. Aşkardır ki, hakimin mövqeyi KM-nin mövqeyinə ziddir. İddiaçı tərəfindən Cavabdehə göndərilmiş və borcun ödənilməsi tələbini ehtiva edən məktublar, aktlar və müraciətlər işə əlavə edilmişdir, lakin nəzərə alınmamış və onlara heç birhüquqiqiymətverilməmişdir.Beləliklə,aydınolurki,baxılanişüzrəBakıKommersiya məhkəməsinin dəbbə pulunun ödənilməsi barədə iddia tələbinin yalnız 1 gün üçün təmin edilməsi barədə qərarı qanuna və təşəkkül tapmış məhkəmə təcrübəsinə zidd olduğu üçün MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən ləğv edilməlidir. Məhkəmə “Arzu NNN” tərəfindən verilmiş iddianın 4 214 926,51 manat məbləğində inflyasiya nəticəsində dəymiş zərərin ödənilməsi hissəsində də təmin edilməli olmaması qənaətinə gəlmişdir. Məhkəmənin bu məsələ üzrə mülahizələri (arqumentləri) qətnamənin 66, 68 - 75, 78 - 93- cü maddələrində yer alır. Qətnamənin 68-ci maddəsi ümumiyyətlə əsassız, qəribə (hətta əcaib) və fantastik müddəalar baxımından zəngin birisidir, belə ki, burada x. Namazovanın daha iki anlaşılmaz fikri ilə rastlaşırıq: x. Namazova hesab etmişdir ki, (ı) dəbbə pulunun ödənilməsinin gecikdirilməsinə görə zərərin ödənilməsi tələb edilə bilməz və (ıı) alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 2022-ci ildə tam ödənildiyi üçün 3 il müddət keçdikdən sonra iddiaçının bu tələbləri (hansı tələblər - ??) ilə məhkəməyə müraciəti əsassız olmuşdur. Bu fikrin hər ikisi səbatsız və əsasız və xəyalidir, reallıqla heç bir əlaqəsi yoxdur: 1-ci fikrin xülya səciyyəli olması oradan irəli gəlir ki, İddiaçı dəbbə pulunun gecikdirilməsinə görə zərər ödənilməsini tələb etməmişdir və tələb edə bilməzdi də, çünki qanunvericilik belə tələb üçün əsas vermir. Hakimin bu fikrə gəlməsi onu göstərir ki, o ya (a) iş materialları və iddia tələbləri ilə tanış deyil ya da (b) qərəzli şəkildə xəyali müddəalarla qeyriqanuni və əsassız qətnaməsini əsaslı kimi göstərməyə çalışmışdır. Halbuki, İddia tələbi dəbbə pulu ödənişinin deyil, əsas öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın ödənilməsi ilə əlaqədardır. Necə olur ki, hakim aylar ərzində işə baxır, amma heç iddia tələbinin nədən ibarət olduğunu aydınlaşdıra bilmir? 2-ci fikirdə hakimin hansı tələbə istinad etdiyi anlaşılmır və özünün də Qətnamədə son 4 elektron qaimə üzrə iddia müddətinin keçmədiyini təsbit etdiyi halda, bu bənddə iddia müddətinin keçməsinə istinad etməsi sadəcə məntiqsizlik ifadəsi kimi təzahür edir, habelə hakimin 2 fikri arasında ziddiyyəti əks etdirərək, hakimin iş matrialları ilə kifayət qədər, yəni iş üzrə ədalətli qərar çıxarılması üçün zəruri olan səviyyədə tanış olmadığını göstərir. Bu hal, eyni zamanda, hakimin qərəzli mövqeyini də nümayiş etdirir, belə ki, özünün də son 4 elektron qaimə üzrə iddia müddətinin keçmədiyini qəbul etdiyi bir halda, tam ödəniş günündən etibarən 3 ildən sonra məhkəməyə müraciət edildiyinin bildirilməsi bu mülahizənin xəyali və əsassızlığının bariz göstəricisidir. Aydındır ki, bu cür təzadlı və ziddiyyətli mülahizələrə söykənən bir qətanmə əsaslı ola bilməz. Məhkəmə Qətnamənin 70-ci bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466.1-ci maddəsinə istinadən bildirir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Amma, faktiki olaraq, yuxarıda göstərildiyi kimi, məhkəmə dəbbə puluunun tətbiqini təmin etməmiş və təmin etmədiyi halda tətbiq edilmiş hesab etmişdir. Bu mülahizənin məntiqi və hüquqi əsasları müəyyən deyil və məhkəmə tərəfindən izah edilmir. Bir tərəfdən dəbbə pulu yalnız 2695 manat məbləğində tətbiq edildiyi halda, onun 4 214 926,51 manat zərəri əhatə etdiyi hansı məntiqlə iddia edilir?. Gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də zərərin hesablanması Mülki Məcəllənin 466.1-ci maddəsinin tələblərinə uyğun olmadığı barədə mülahizə də əsassızdır, belə ki, məhkəmə dəbbə pulunu tətbiq etmədiyi halda tətbiq etdiyini bildirməklə və buna görə də zərər ödənişi tələbini rədd etməsi məntiqsiz, əsassız və qeyri-qaninidir. MM-in 466.1-ci maddəsi zərərin dəbbə pulu çatmayan hissəsinin ödənilməsini nəzərdə tutur, deməli əgər dəbbə pulu 2695 AZN həcmində ödənilirdisə, deməli 4 214 926,51 manat zərərin dəbbə pulu qədər azaldılmış hissəsi yəni, 4,212,231.51 manat hissəsinin ödənilməsi təmin olunmalı idi, ən azı. MM-nin 466.2-ci maddəsi də 2695 manat dəbbə pulunun ödənilməsi qarşılığında zərərin əvəzinin ödənilməsinin rədd və ya inkar edilməsini nəzərdə tutmur və buna yol da vermir və bu halda ən əzı zərərin tam həcminin ödənilməsinin təmin olunması tələb olunur. Bu, məhkəmənin qeyri-qanuni və əsassız qərarının söz- oyunu ilə pərdələməsi təəssüratını yaradır. Bu isə, özlüyündə Konstitusiya ilə nəzərə tutulmuş hüquqların məhkəmə təminatı hüququnun (60-cı maddə) kobud pozuntusunu əmələ gətirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2014 tarixli Qərarına əsasən “dəbbə pulu öhdəliyin icra edilməməsi və yalazımıncaicraedilməməsinəticəsindəkreditoradəymişzərərinmiqdarındanasılıolmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir.” Bakı Kommersiya məhəkəməsi baxılan iş üzrə Qətnaməsində KM-nin bu hüquqi mövqeyinə zidd qətnamə çıxarmışdır. Qətnamənin 71-75-ci bəndlərində isə bildirilir ki, (a) MMnin 466.2.1-ci maddəsinə görə qanunda və ya müqavilədə zərərin deyil, yalnız dəbbə pulunun tutulması, (b) MM-nin 466.2.2 maddəsinə görə dəbbə pulundan artıq olan zərər məbləğinin tam məbləğdə ödənilməsi və ya (c) MM-nin 466.2.3-cü maddəsinə görə kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərərin tutulması imkanı nəzərdə tutula bilər. Məhkəmə daha sonra qeyd edir ki, MM-nin 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan artıq olan hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. MM-nin yuxarıdakı müddəalarının baxılan işə aidiyyəti və əlaqəsi müəyən edilmir belə ki, göstərilən halların heç biri müqavilədə nəzərdə tutulmamışdır və qanunla nəzərdə tutulması ilə bağlı məhkəmə heç bir izah vermir və heç bir qanun müddəasına istinad etmir. O zaman göstərilən müddəaların nəzərdə tutlması imkanlarının sadalanması ilə hansı halın sübut edidliyi və ya bu müddəaların hansı faktiki hala tətbiq edildiyi anlaşılmır. Hakim bu müddəaları yalnız sitatlar olaraq qətnaməyə daxil etmiş və bunun iş üzrə əhəmiyyətini əsaslandırmamışdır, halbuki, əgər qətnaməyə daxil edilmişsə, onların hansı səbəb və ya əsasla tətbiq edilməli olması əsaslandırılmalı (MPM-nin 217.1-ci maddəsi: Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır) və göstərilməli idi ki, bunlar da məhkəmə tərəfindən edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarına əsasən “öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur(vurğular mənimdir - KS). Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri)”. Bakı Kommersiya məhəkəməsi baxılan iş üzrə Qətnaməsində KM-nin bu hüquqi mövqeyini nəzərə almamış, bilavasitə bu mövqeyə zidd qərar çıxarmışdır. Cavabdeh icranı gecikdirməklə iddiaçıya zərər yetirmişdir ki, yuxarıdakılara əsasən bu zərəri tam ödəmək üçün İddiaçı qarşısında məsuliyyət daşıyır. MM-nin 445.6-cı maddəsinə görə borclunu (Cavabdehi) zərərin əvəzini ödəmək üçün məsuliyyətdən azad edilə bilcəyi şərtlərdən biri, öhdəliyin vaxtında icrası zamanı da zərərin əmələ gələcəyinin qaçılmaz olduğunun cavabdeh tərəfindən sübuta yetirilməsidir. Əks halda cavabdeh, göstərilən maddəyə görə, hətta təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Baxılan işdə isə, təbii ki, belə bir əsas müəyyən edilmir, belə ki, cavabdeh tərəfindən ödəniş öhdəliyinin vaxtında icra edilməsi halında inflyasiya nəticəsində zərərin əmələ gəlməsi qeyri-mümkün olardı. MM-nin 448.4-cü maddəsinə görə “borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini ... sübuta yetirsin”. Ödəniş öhdəliyinin icrasının qəsdən gecikdirilməsi, heç şübhəsiz ki, Cavabdehin tam nəzarətində olan bir hal olmuşdur, buna görə də Cavabdeh qəsdən törədilmiş bu pozuntu üçün qanunla nəzərdə tutulan və icazə verilən maksimim həddə məsuliyyət daşımalıdı. Məhkəmə tərəfindən iddianın 3593492 manat gecikmə fazinin ödənilməsi hissəsində də rədd edilməsi digər iddia tələblərinin rədd edilməsi kimi eyni dərəcədə əsassızdır. Bu məsələyə məhkəmə qətnaməsinin 66 - 68, 76 - 77 və 93-cü bəndləri həsr edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 449.1ci maddəsi təşkil edir ki, həmin maddə də borc məbləğindən faizlər ödənilməsini özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq ilə şərtləndirir və iddiaçı Cavabdeh tərəfindən borc məbləğindən istifadə ilə bağlı faydalandığı (müəyyən gəlir, artım, bəhər və s.) əldə edilməsi barədə sübut təqdim etmədiyindən üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir, buna görə də cavabdehdənMülkiMəcəllənin449.1-cimaddəsinəəsasənbankuçotfaizidərəcəsinəuyğun hesablanmış faizlər tutula bilməz. Öz əsassız mövqeyini təsdiq etmək üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarına iqtibas etmişdir, lakin bu zaman göstərilən Qərarı voluntarist tərzdə təfsir edərək ona yarımçıq iqtibas vermiş və Qərarın mahiyyətinə və məzmununa daban-danbana zidd mövqe sərgiləmişdir. Belə ki, həmin Qərar heç də məhkəmənin izhar etdiyi mövqedə göstərildiyi kimi, tələbkardan borclunun müəyyən gəlir, artım, bəhər və s. əldə etdiyinin sübut edilməsini tələb etmir, əksinə, 449.1-ci maddə göstərilən halların müəyyən edildiyi halda həmin faktın ozünün faydalanma halını nəzərdə tutduğunu müəyyənləşdirir. Yəni həmin 449.1-ci maddə ilə nəzərdə tutulan hərəkətlərin edilməsi artıq həmin hərəkətləri etmiş şəxsin bu hərəkətlərin nəticəsi olaraq artıq faydalanmış olduğunu nəzərdə tutur. Bu mövqe Konstitusiya məhkəməsinin göstərilən Qərarında bu bir neçə dəfə təsbit edilir: Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qərarına əsasən: “Kreditor müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir ”. Qətnamədə yer alan daha bir təəccüblü və valehedici məqamlardan biri də x. Namazovanın qeyri-qanuni qərarını əsaslandırması cəhdində Mülki Məcəllənin deliktə aid müddəalarına istinad etməsidir. İş üzrə tərəflər arasındakı münasibətlərin müqaviləyə əsaslandığı və, buna görə də, məsuliyyətin müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində əmələ gəldiyi bir halda delikt məsuliyyətinin nəzərdən keçirilməsi və deliktə aid müddəalara istinad nə anlama gəlir?. Məhkəmə qərarını əsaslandırmaq məqsədilə Qətnamənin 83-92-ci bəndlərində deliktə aid olan məsuliyyət əsasları təqdim edilir ki, bunun da baxılan işə heç bir aidiyyəti yoxdur. Fikrimizcə bu yalnız 2 səbəbdən əmələ gələ bilər: ya hüquqi məlumatsızlıq, ya da qərəzli mövqe. Hakimin hüquqi məlumatsızlığı ehtimalı özü-özlüyündə səbatsız olduğu üçün istisna edilməlidir, buna görə də müqavilədən irəli gələn məsuliyyəti deliktə aid olan əsaslarla rədd etməsi hakimin qərəzli mövqeyiniacıq-aşkarortayaqoyur.

Apellyasiya şikayətinə qarşı etiraz

41. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apellyasiya baxışı, izahatlar

42. İddiaçı Firmasının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinin nümayəndələri isə iddiaya etirazın məzmununa uyğun izahat verməklə şikayətinəsassızolduğunubildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.

44. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir.

45. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqlarınvəvəzifələrinəmələgəlməsiəsaslarındandır.

46. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədəzərərinəvəzinindahaazmiqdardaödənilməsinəzərdətutulmasın.

47. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldəedəcəyigəlirlər(əldənçıxmışfayda)başadüşülür.

48. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdənçəkinməyitələbetməkhüququnamüddətşamiledilir.

49. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilətələbləriüzrəiddiamüddətiisəaltıildir.

50. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətiüçildir.

51. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraqməhkəmətərəfindənbaxılmağaqəbuledilir.

52. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçünəsasdır.

53. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yabilməliolduğugündənbaşlanır.BuqaydadanistisnalarbuMəcəlləiləmüəyyənləşdirilir.

54. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icramüddətibitdikdəbaşlanır.

55. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

56. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcuetirafetməsinigöstərənhərəkətləretdikdəiddiamüddətininaxımıkəsilir.

57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

58. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

59. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

60. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

61. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qaydaqüvvədəolmur.

62. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsi.

63. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərinmiqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbiniqərarınçıxarıldığıgünüçünbankuçotdərəcəsiniəsasgötürməklətəminedəbilər.

64. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edəbilər.

65. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyəborcludeyildir.

66. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçünməsuliyyətdaşımırsa,kreditordəbbəpulununödənilməsinitələbedəbilməz.

67. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlərvəbu,mümkünzərərdənçoxolabilər.

68. Maddə 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həminvədinetibarsızlığıtərəflərəməlumolsabelə,etibarsızdır.

69. Maddə 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdənibarətolmasın.

70. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranıqəbuledərkənbuhüququözündəsaxlamışolduğuhaldatələbedəbilər.

71. Maddə 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbəpulumüəyyənləşdirilmişsə,zərərindəbbəpuluçatmamışhissəsininəvəziödənilir.

72. Maddə 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu,yadazərərtutulabilər.

73. Maddə 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmişhəddəqədərtutulabilər.

74. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütünəsaslımənafelərinəzərəalınır.

75. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinəgötürür.

76. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

77. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427cimaddəsinəuyğunmüəyyənləşdirilmişmüddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

80. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

82. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

83. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

84. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

85. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

86. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunmaması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnamədən şikayət verməmiş, iddiaçının nümayəndəsi isə qətnamənin qeydolunanhissələrinimübahisələndirmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

87. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə “AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestindən 2695 manat dəbbə pulunun və 47 manat dövlət rüsumunun tutulması” nəticəsinə gələrkən hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyidəlillərinişinhallarınauyğunolmamasınayolaçmışdır.

88. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları vəhüquqiəsasıaraşdırılmalıdır.

89. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

90. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktlarınməcmusunaistinadənqəbuledir.

91. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

92. İşin hallarından göründüyü kimi, tərəflər ##.##.2017-ci il tarixdə bağladıqları alqı-satqı müqaviləsində malların DDP Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra alıcının 7 (yeddi) bank günü ərzində satıcının bank hesabına çatdırılmış malların ümumi dəyərini ödəmək vəzifəsini, təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda onun satıcıya müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox olmayan məbləğdə cərimə ödəməli olduğunu razılaşdırmış, satıcı tərəfindən alıcıya sonuncu partiyası ##.##.2020-ci il tarixdə olmaqla ümumi dəyəri 25139012,39 manat olan mallar təhvil verilmiş, satıcı (İddiaçı Firması) tərəfindən alıcıya (“Kompleks Qazma İşləri” Tresti) sonuncu dəfə ##.##.2020-ci il tarixdə EBAL ****** nömrəli, 5417499,98 manat məbləğində (ƏDV daxil) elektron qaimə-faktura (ƏDV-siz 4 591 101,67 manat) təqdim olunmuş, alıcı (“Kompleks Qazma İşləri” Tresti) tərəfindən satıcıya sonuncu ödənişlər ##.##.2022-ci il tarixdə 591101,67 manat, ##.##.2022-ci il tarixdə 84074,44 manat, ##.##.2022-ci il tarixdə 324823,88 manat, ##.##.2022-ci il tarixdə 175868,95 manat, ##.##.2022ci il tarixdə 18740,06 manat olmaqla cəmi 25139012,39 manat məbləğində ödəniş həyata keçirilmişdir.

93. İşin hallarından həmçinin aydın olur ki, “Kompleks Qazma İşləri” Tresti tərəfindən satıcıya ##.##.2022-ci il tarixdə ödənilmiş 84074,44 manat ##.##.2019-cu il tarixli e-qaimə üzrə, ##.##.2022-ci il tarixdə ödənilmiş 324823,88 manat ##.##.2020-ci il tarixli e-qaimə üzrə, ##.##.2022-ci il tarixdə ödənilmiş 175868,95 manat ##.##.2020-ci il tarixli e-qaimə üzrə, ##.##.2022-ci il tarixdə ödənilmiş 18740,06 manat ##.##.2020-ci il tarixli e-qaimə üzrə, ##.##.2022-ci il tarixdə ödənilmiş 591101,67 manat məhz sonuncu - ##.##.2020-ci il tarixli EBAL ****** nömrəli elektron qaimə-faktura üzrə aparılmış, həmin e-qaimə üzrə 4000000 manat isə ##.##.2022–##.##.2022-ciiltarixləriarasındaödənilmişdir.

94. Başqa sözlə, satıcının sonuncu partiya malı alıcıya təhvil verdiyi tarixdən (##.##.2020ci il) alıcının həmin partiya malın qalıq dəyəri olan 591101,67 manat borcunu ödədiyi tarixədək (##.##.2022-ci il) 2 il 4 ay 12 gün, həmin partiya mal üçün elektron qaimənin göndərildiyi tarixdən malınqalıqdəyərininödənildiyitarixədəkisə2il2ay5günmüddətkeçmişdir.

95. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı (İddiaçı Firması) təhvil verdiyi malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə “Kompleks Qazma İşləri” Trestindən alqı-satqı müqaviləsinin10.2-cibəndinəistinadlacərimətələbetməkdəhaqlıolmuşdur.

96. Kollegiya bir daha vurğulayır ki, tərəflər iddiaçının belə hüquqa sahib olduğunu bağladıqları müqavilədə təsbit etmişlər – hansı ki, dəbbə pulu (cərimə, penya)öhdəliyin icrasının təminatı üsullarından biri olmaqla, müqavilə ilə də müəyyənləşdirilə bilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditoraödəməliolduğupulməbləğidir (§ 65).

97. Bu baxımdan kollegiyanın qənaətinə görə, iddiaçının sözügedən iddia tələbi üzrə müəyyənləşdirilməli olan əsas məsələ, onun həmin tələbi irəli sürərkən iddia müddətini tam və ya qismənötürmüşolub-olmadığıdır.

98. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiəvasitəsidir (§ 48).

99. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı).

100. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).

101. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir - iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyivəyabilməli olduğugündənbaşlanır(§ 53).

102. Kollegiya bir daha qeyd edir ki, satıcının sonuncu partiya malı alıcıya təhvil verdiyi tarixdən alıcının həmin partiya malı üzrə qalıq borc olan 591101,67 manat borcunu ödədiyi tarixədək (##.##.2022-ci il) 2 il 4 ay 12 gün, həmin partiya mal üçün elektron qaimənin göndərildiyi tarixdən malın qalıq dəyərinin ödənildiyi tarixədək isə 2 il 2 ay 5 gün müddət keçdiyi işin müəyyən olunanhalıdır;iddiaçıtərəfindənisə##.##.2025-ciiltarixdəməhkəməyəmüraciətedilmişdir.

103. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcıya (iddiaçıya) ödənilməli olan dəyərin (məbləğin) vaxtaşırı ödəmə olmadığı şübhəsizdir - əksinə, müqavilədə nəzərdə tutulmuşdur ki, əşyanı təhvil almış alıcı onun dəyərini 7 (yeddi) bank günü ərzində satıcının bank hesabınaödəməlidir(§ 4).

104. Belə olan halda, satıcının sonuncu partiya malı alıcıya təhvil verdiyi tarixdən alıcının qalıq borcunu ödədiyi tarixədək ötən dövrü cərimə tələbinin irəli sürülməsi baxımından iddia müddətinin hesablanması zamanı nəzərə almaq nə iddia müddəti institutunun, nə də müqavilə üzrəmüəyyənləşdiriləndəbbəpulununmahiyyətinəuyğunsayılabilməz.

105. Xüsusilə nəzərə alınmalıdır ki, müqavilə ilə müəyyənləşdirilən dəbbə pulunun (cərimənin) ödənilməsi üçün mütləq olaraq məhkəmə qərarına zərurət yoxdur və cərimə ödənilməsini tələb etmək hüququ olan tərəf ümid etməyə haqlıdır ki, icranı gecikdirən tərəf əsas borcuödədiyizamanrazılaşdırılancərimənidəödəyəcəkdir.

106. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı ödənişin hansı müddətə qədər gecikdiriləcəyini bilə bilməzdi və gecikdirilmiş məbləğə münasibətdə cərimə tələb etmək hüququnun yaranması yalnızödənişhəyatakeçirildiyiandanetibarənmümkündür.

107. Başqa sözlə, öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi öhdəliyi icra müddəti müəyyənləşdirilməmiş öhdəlik olmaqla, belə öhdəlik üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır(§ 55).

108. Bu isə o deməkdir ki, hazırkı iş üzrə iddiaçının cərimə tələb etmək imkanına münasibətdə öz hüququnun pozulduğunu bilməli olduğu vaxt kimi sonuncu partiya malı təhvil verdiyi tarix (yaxud bu tarixdən 7 bank günü sonrakı tarix və ya müvafiq elektron qaimənin göndərildiyi tarix) deyil, alıcının (Trestin) qalıq borcunu ödədiyi ##.##.2022-ci il tarixi əsas götürülməlidir.

109. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə MM-in 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il ## #### tarixli qərarında göstərmişdir ki, “...Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (MM-in 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamışolur”.

110. Öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi öhdəliyinin icra müddəti müəyyənləşdirilən öhdəlik kimi qəbul edilməsi halında da fərqli nəticəyə gəlmək mümkündeyildir.

111. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” # #### 2013-cü il tarixli Qərarında da vurğulandığı kimi, “iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” – bu xüsusat isə o nəticəyə gəlməyə əsas verir ki, hazırkı iş üzrə alıcının müqavilədə müəyyənləşdirilmiş dəbbə pulu ödəmək öhdəliyi sonuncu partiya malın ona təhvil verildiyi tarixdə (yaxud bu tarixdən 7 bank günü sonrakı tarixdə və ya eqaimənin göndərildiyi tarixdə) yaranmışdırsa belə, o, həmin tarixdən sonra 3 il müddət keçmədən (##.##.2022-ci il tarixində) əsas öhdəliyini icra edərək iddia müddətinin axımını kəsmiş (§ 56), bununla da əsas öhdəliyə bağlı olan cərimə ödəmək öhdəliyi baxımından müddətin axımı yenidən başlamış, yenidən başlanan müddətin 3 ili tamamlanmadan iddiaçı müvafiq tələbini irəli sürmüşdür.

112. Həmçinin nəzərə alınmalıdır ki, əsas öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə ilə müəyyənləşdirilən öhdəlik müstəqil deyil, əsas öhdəliyə bağlı öhdəlikdir və iddianın iddia müddətinin son günündə və ya ilk günündə, yaxud iddia müddətinin ortasında və ya hər hansıbirgünündəverilməsitələbin(öhdəliyin)bölünməsiüçünəsasyaratmır.

113. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi “iddiaçı ##.##.2018ci il tarixdən ##.##.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməsi ilə bağlı iddianı ##.##.2025-ci il tarixdə irəli sürməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür, bu səbəbdən iddia ##.##.2018-ci il tarixdən ##.##.2022-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun tutulması hissəsində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir”, “bununla yanaşı, iddia müddəti cavabdehin öhdəliyini gecikdirdiyi ##.##.2022 - ##.##.2022-ci il tarixlər üçün hesablanmış dəbbə puluna münasibətdə ötürülməmişdir” nəticəsinə maddi hüquq normasını düzgüntətbiqetməməsisəbəbindəngəlmişdir.

114. Buna görə də kollegiya hesab edir ki, qətnamə “AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestindən 2695 manat dəbbə pulunun və 47 manat dövlət rüsumunun tutulub İddiaçı Firmasına ödənilməsi” hissəsində ləğv olunmalı, iddiaçının “cavabdeh tərəfindən müqavilə öhdəliyinin vaxtında yerinə yetirilməməsi ilə bağlı 2 513901,24 manat cərimənin, habelə dövlət rüsumunun əvəzi qismində 5951,16 manatın cavabdehdən xeyrinə tutulması” tələbi üzrə yeni qətnamə çıxarılmalıdır.

115. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının sonuncu partiya malı Trestə təhvil verdiyi tarixdən alıcının həmin partiya malın qalıq dəyəri olan 591101,67 manat borcunu ödədiyi tarixədək 2 il 4 ay 12 gün, bu partiya mal üçün elektron qaimənin göndərildiyi tarixdən malın qalıq dəyərinin ödənildiyi tarixədək 2 il 2 ay 5 gün müddət keçmişdir; tərəflərin müəyyənləşdirdikləri hesablama qaydasına (§ 6) görə isə, bu müddətin ilk 4 (dörd) həftəsi üçün 11 822 manat (591101,67 manat x 0,5% x 4 həftə), sonrakı müddət üçün 944648,5 manat (2 il 1 ay 5 gün = təxminən 109 həftə x 8666,5 manat (591101,67 x 1,5%) = 8666,5) = 944648,5)) olmaqla cəmi 956470,5manatcəriməhesablanabilər.

116. Hesablamanı yuxarıda göstərilən qaydada (591101,67 manat borca münasibətdə) apardığı zaman kollegiya nəzərə alır ki, iddiaçının Trestə təhvil verdiyi sonuncu partiya malla bağlı ##.##.2020-ci il tarixli EBAL ****** nömrəli elektron qaimə-faktura üzrə aparılmış 4000000 manat ödəniş ##.##.2022 – ##.##.2022-ci il tarixləri arasında həyata keçirildiyindən, göstərilən tarixlərə qədər (##.##.2022 – ##.##.2022-ci il tarixlərinə qədər) hesablanması mümkün olan cərimə məbləği (tələbi) üzrə iddia müddəti ötürülmüşdür (iddia ##.##.2025-ci il tarixdə irəli sürüldüyü üçün).

117. Bununla belə kollegiyanın qənaətinə görə, cavabdehdən iddiaçının xeyrinə tutulması mümkün olan 956470,5 manat cərimə məbləği mütənasib şəkildə azaldılaraq, cavabdehdən 15000(onbeşmin)manatiddiaçınınxeyrinətutulmalıdır.

118. Tənasübü müəyyənləşdirərkən kollegiya qanunvericinin təsbit etdiyi kriteriya (§ 74) ilə yanaşı, işin hallarını, iddiaçının özünün də malların təhvil-təslimini kifayət qədər uzun müddət ərzində gecikdirdiyini, cavabdehin çox böyük məbləğdə əsas borcunu gecikmə ilə olsa belə, tam şəkildəödədiyiniəsasgötürürvə“bərabərmənafelərəbərabərnisbət”prinsipininəzərəalır.

119. Xüsusilə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin müvafiq normalarının (§ 43, 59) mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbitetmişdir.

120. Gəldiyi nəticəyə uyğun olaraq kollegiya hesab edir ki, qətnamə “Kompleks Qazma İşləri” Trestindən 47 manat dövlət rüsumunun İddiaçı Firmasının xeyrinə tutulması” hissəsində də ləğv olunmalı, iddia ərizəsini verərkən ödədiyi rüsumun 135 manat hissəsi Trestdən Firmanın xeyrinətutulmalıdır.

121. Kollegiya qətnamənin mübahisələndirilən digər hissələri üzrə birinci instansiya məhkəməsiningəldiyinəticəilərazılaşır.

122. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan RespublikasıKonstitusiyasının13cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinədair” ##.##.2025-ci il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsiniborcludantələbetməkhüququnamalikdir”.

123. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inflyasiya nəticəsində yaranan zərər yalnız real zərər olduqda, gecikmə faizi ilə kompensasiya olunmayan hissədə və ayrıca sübut edildiyi halda tələb edilə bilər, həmçinin Mülki Məcəllənin 449.3-cü maddəsi yalnız “gecikməfaizləriniaşanhissədə”əlavəzərərintutulmasınaimkanverir.

124. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarında “pulun alıcılıq qabiliyyətinin azalması”ndan bəhs olunsa da bu, avtomatik indeksasiya mexanizmi yaratmır və statistika əsasındamexanikihesablamaaparılmasınaəsasvermir.

125. İnflyasiya ilə bağlı zərər tələb edən tərəf, məhz öz təsərrüfat fəaliyyətində, konkret əməliyyat üzrə, hansı əmlak itkisinə məruz qaldığını, həmin itkinin hansı sənədlərlə təsdiqləndiyini,habeləgecikməfaizininniyəkifayətetmədiyinisübutayetirməlidir.

126. Əks yanaşma hər bir pul öhdəliyinin avtomatik indeksasiyasına, müqavilə sabitliyinin pozulmasına, məhkəmələrin müqavilə şərtlərini dəyişdirməsinə gətirib çıxarar; bu isə mülki hüququnhüquqimüəyyənlik,müqaviləazadlığı,mülkidövriyyəninsabitliyiprinsiplərinəziddir.

127. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 449.3-cü maddəsinin tətbiqi üçün xüsusi sübut standartı tələb olunur: bu norma yalnız “zərər faiz məbləğini aşdığı halda” əlavə kompensasiyaya imkan verir - prezumpsiya yaratmır, avtomatik tətbiq olunmur, sadəcə hüquqiimkanmüəyyənedir.

128. Belə olan halda iddiaçı sübut etməlidir ki, faktiki zərər mövcuddur, həmin zərər realdır, həmin zərər məhz gecikmədən yaranıb, faiz həmin zərəri qarşılamır, tələb olunan məbləğ iqtisadi cəhətdənəsaslıdır.

129. Hazırkı işdə isə konkret əməliyyat itkisi göstərilməmiş, tələb yalnız statistik inflyasiya faizinəbağlanmışdır;buisəsübutetməyükününyerinəyetirilməməsideməkdir.

130. Həmçinin qeyd olunmalıdır ki, tərəflər müqavilə bağlayarkən indeksasiya mexanizmi müəyyən etməmiş, xarici valyuta şərti nəzərdə tutmamış, inflyasiya korreksiyası razılaşdırmamışlar. Məhkəmə isə tərəflərin razılaşdırmadığı iqtisadi modeli sonradan müqaviləyə əlavəedəbilməz.

131. Formalaşan məhkəmə təcrübəsi də ondan ibarətdir ki, əgər müqavilədə gecikməyə görə dəbbə pulu, faiz və ya digər məsuliyyət tədbiri nəzərdə tutulubsa, əlavə inflyasiya zərəri “ikiqatməsuliyyət”kimiqiymətləndiriləbilər.

132. Bu cür mübahisələrdə həm də nəzərə alınmalıdır ki, bazar dəyişiklikləri ümumi iqtisadi riskdir və inflyasiya bütün iqtisadi subyektlərə təsir edir; əgər müqavilə milli valyutada bağlanıbsa və tərəflər indeksasiya mexanizmi nəzərdə tutmayıblarsa, sonradan inflyasiya fərqinin tələb edilməsimüqaviləşərtlərinindəyişdirilməsideməkdir.

133. İddiaçının, “cavabdeh tərəfindən müqavilə öhdəliyinin vaxtında yerinə yetirilməməsi ilə bağlı 3 593 491,27 manat faiz məbləğinin cavabdehdən tutulması” tələbinin qanuni əsaslarını isə MülkiMəcəllənin21.1,21.2,443.1,449.1-cimaddələritəşkiledir.

134. Müqavilə öhdəliklərinin pozulmasından irəli gələn maddi zərərin əvəzinin ödənilməsi tələblərinə baxılarkən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin (real zərər və ya əldən çıxmış fayda formasında) vurulması və pozuntu ilədəymişzərərnəticəsindəsəbəbliəlaqəmüəyyənedilməlidir.

135. O da qeyd olunmalıdır ki, maddi zərərin formalarından biri olan əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədləaparılmışhazırlıqişlərinəzərəalınmalıdır.

136. İşin halları ilə “Kompleks Qazma İşləri” Tresti tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi öz təsdiqini tapsa da iddiaçı, müqavilə öhdəlikləri pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər gördüyünüvəbuməqsədləhazırlıqişləriaparmasınısübutayetirəbilməmişdir.

137. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür hallarınsübutayetirilməsiüçüntərəflərinməhkəməyədəliltəqdimetmələrizəruridir.

138. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 67,5 manat hissəsi“KompleksQazmaİşləri”TrestindəntutulubİddiaçıFirmasınaödənilməlidir.

139. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası QƏT ETDİ:

Apellyasiyaşikayətiqisməntəminedilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi “AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestindən 2695 manat dəbbə pulunun və 47 manatdövlətrüsumununtutulması”hissəsindədələğvolunsun. Həminhissədəyeniqətnaməçıxarılsın. İddiaçı Firmasının 2 513901,24 (iki milyon beş yüz on üç min doqquz yüz bir manat 24 qəpik) manat məbləğində cərimənin DNŞ-nin “Kompleks Qazma İşləri” Trestindən xeyrinə tutulması”tələbiqisməntəminedilsin. AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestindən 15 000 (on beş min) manat tutularaq İddiaçıFirmasınaödənilsin. İddiaçı Firmasının 2 513901,24 (iki milyon beş yüz on üç min doqquz yüz bir manat 24 qəpik) manat məbləğində cərimənin DNŞ-nin “Kompleks Qazma İşləri” Trestindən xeyrinə tutulması”tələbiqalanhissədətəminedilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat DNŞ-nin“KompleksQazmaİşləri”TrestindəntutulubİddiaçıFirmasınaödənilsin. Qətnaməmübahisələndiriləndigərhissələrdədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67,5 manatDNŞ-nin“KompleksQazmaİşləri”TrestindəntutulubİddiaçıFirmasınaödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar