Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-232/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müqavilə üzrə borcun və öhdəliyin icrasının gecikdirilməsinə görə faizin tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi MÜƏYYƏN ETDİ: Safenet” MMC (iddiaçı) Azərbaycan Respublikası Gömrük Komitəsinin Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası DGK Cavabdeh1 tərəfindən 230 582,50 (ƏDV daxil) manat məbləğində ödənilməmiş borc məbləğinin, 25.248, 78 manat dəymiş ziyanın və 521 manat məbləğində dövlət rüsumunun, həmçinin vəkillə müqavilə bağlanılması üçün ödənilmiş 500 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 194 851,24 (yüz doxsan dörd min səkkiz yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 35 073,22 (otuz beş min yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 229 924,46 (iki yüz iyirmi doqquz min doqquz yüz iyirmi dörd manat qırx altı qəpik) manat məbləğində borcun, illik 5%-lə hesablanmış 11 496,22 (on bir min dörd yüz doxsan altı manat iyirmi iki qəpik) manat məbləğində faiz borcunun, 532 (beş yüz otuz iki) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 500 (beş yüz) manatın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq “X1” bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinin verdiyi apellyasiya şikayəti, şikayətin elektron qaydada verilmədiyi və qanunla müəyyənləşdirilmiş formaya uyğun tərtib edilmədiyi əsas göstərilməklə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsinə qərar verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş həmin şikayətin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyri-mümkünlük qərarı qəbul olunduqdan sonra – xx.xx.2025ci il tarixdə - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi yeni apellyasiya şikayətini elektron sistemə yükləmiş, xx.xx.2026-cı il tarixdə isə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə 25 sentyabr 2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddətin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh dövlət orqanıdır, həmin orqanın nəzdində peşəkar Hüquq İdarəsi (və ya şöbəsi) fəaliyyət göstərir, dövlət orqanı şikayətin verilməsi qaydasını və formasını qanunvericiliklə müəyyən edilmiş qaydada bilməyə borcludur. Şikayətin qanunvericiliyin tələbləri pozulmaqla verilməsi və sonradan bu xətanın düzəldilməsi cəhdi prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə onun nümayəndəsi apellyasiya şikayəti vermiş, yuxarıda qeyd olunduğu kimi, bu şikayət apellyasiya instansiyası tərəfindən qeyri-mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətini ilk dəfə vaxtında verdiyi nəzərə alınaraq, onun sonradan verdiyi şikayət üzrə müddətin bərpa edilməsi məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün məqsədəuyğun sayılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2780/2025 saylı iş üzrə 28 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2-2(3-6)-232/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-232/2026
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver