Məhkəmə qərarları › İş №2-2(3-6)-24/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-24/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-24/2026 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İsamyılova Elnarə Məyiş qızının katibliyi, Cavabdehin direktoru X3 iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMCyə qarşı pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-829/2023 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtərəfindən ödənilməmiş 6727.80 (altı min iyirmi yeddi manat, səksən qəpik) (ƏDV daxil) manat məbləği və 88.0 (səksən səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 6815.80 (altı min səkkiz yüz on beş manat, səksən qəpik) vəsaitin Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli 11 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdehnə 2025-cü ilin may və iyul ayları üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ümumilikdə 6727.80 (altı min iyirmi yeddi manat, səksən qəpik) (ƏDV daxil) manat məbləğindəalüminium cəbhə sistemləri quraşdırılmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq bu günədək Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7716/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 411 (dörd yüz on bir) manat məbləğində əsas borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi,qalan hissədə iddia rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC-apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin; 2. İddiaçı MMC-nin iddia tələbi tamrədd edilsin və yaalternativ olaraq iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş etmişdir. Apellyasiya icraatında “DƏNİZ" MMC-nin direktoru Nofəl Əhmədov iddiadan imtina barədə ərizə ilə (elektron kabinet vasitəsilə) məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslanıdırılmışdır ki, cavabdeh adlandırılan və borclu olan qarşı tərəf yəni Cavabdeh İddia ərzəsində qeyd edilən borclu tam olaraq ödəniş etdiyi üçün yuxarıda qeyd olunan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə kommersiya mübahisəsi üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 119.1-ci və 122-ci maddələrinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7716 2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar