Məhkəmə qərarları › İş №2-2(3-6)-246/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-246/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-246/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı (göndərmə) müqaviləsi, öhdəliyin icrası, pulun tutulması, apellyasiya baxışının hədləri) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-2-2(113)-8240/2025 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Satıcı”) ilə Cavabdeh (“xxxx”) arasında bağlanmış ##.##.2022-ci il tarixli, KBT-AGH/TM-**/** nömrəli alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” Tərtər rayonu, Suqovuşan qəsəbəsində turizm parkı layihəsi üçün malları “xxxx”ya təqdim etməyi, “xxxx” isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən malların təhvili elektron qaimə-faktura ilə təsdiqlənməli və ödənişlər təqdim olunan hesab-faktura əsasında həyata keçirilməlidir.

2. Müqavilənin ##.##.2022 və ##.##.2023-cü il tarixli əlavələrinə əsasən, malların təsnifatı, ölçü vahidi, miqdarı, qiyməti və ödəniş şərtləri müəyyən edilmiş, hər mal üzrə əvvəlcə təhvil-təslim aktının tərtib olunması və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanması, daha sonra həmin aktlara əsasən elektron qaimə-fakturaların təqdim edilməsi və məbləğin 7 iş günü ərzində “xxxx” tərəfindən “Satıcı”nın bank hesabına ödənilməsi razılaşdırılmışdır.

3. “xxxx” MMC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş 2022-2023-cü illər üzrə 14 ədəd təhvil-təslim aktına əsasən ümumilikdə dəyəri ƏDV xaric 166 208,10 manat olan müxtəlif markalı beton məhsulları Cavabdeh MMC-yə təhvil verilmişdir.

4. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2022-2023-cü illər üzrə (##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək) ümumi məbləği 196 125,56 manat olan 14 ədəd elektron qaimə-faktura göndərilmişdir.

5. Kontragentlərlə qarşılıqlı hesablaşmalar üzrə cədvələ əsasən ##.##.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən ümumilikdə məbləği 196 125,56 manat olan borcdan 169 632,46 manat ödəniş edilmişdir. Ödənilməli olan qalıq borcun məbləği 26 493,10 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 493,10 manat əsas borc, borcun gecikdirilməsinə görə 2 991 manat faiz borcu, hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 179,89 manat olmaqla, ümumilikdə 29 963,99 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmiş, lakin cavabdeh malların dəyərini ödəməmişdir. 2022-2023-cü illər üzrə aralıq ödəniş sertifikatları və elektron qaimə-fakturalara əsasən qalıq borc 26 493,10 manat təşkil edir və cavabdeh xəbərdarlıqlara baxmayaraq ödənişləri vaxtında həyata keçirməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 493,10 manat əsas borc, borcun gecikdirilməsinə görə 2 870 manat faiz borcu, həmçinin hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 178 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə malların cavabdehə təhvil verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İş materialları ilə iddiaçının müxtəlif təhvil-təslim aktları və elektron qaimə-fakturalar əsasında malları cavabdehə təhvil verdiyi təsdiq olunur. Cavabdeh elektron qaimə-fakturalara qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində etiraz etməmiş və ödənişlər etmişdir. Bu hallar malların qəbul edildiyini göstərir. Buna görə də cavabdehdən 26 493,10 manat əsas borcun tutulması əsaslı hesab edilmişdir. Həmçinin, məhkəmə əsas borc məbləği üzrə 26 ay gecikmə müddəti nəzərə alınaraq əsas borca illik 5% hesablanmaqla 2 870 manat faiz borcunun da cavabdehdən tutulması tələbini əsaslı hesab etmişdir.

10. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə sübut kimi əlavə edilmiş * nömrəli təhvil-təslim aktı üzrə tələbə münasibətdə iddia müddəti ötürülmüşdür. Bundan əlavə, tərəflər arasında formal olaraq alqı-satqı müqaviləsi bağlansa da, hüquqi münasibətlərin mahiyyəti etibarilə podrat xarakterli olduğu göstərilmişdir. Həmçinin, məhkəmənin işi hərtərəfli və obyektiv araşdırmadığı, iddiaçı tərəfindən təqdim olunmuş təhvil-təslim aktına düzgün hüquqi qiymət vermədiyi qeyd edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və heç bir maddi və ya prosessual hüquq pozuntusuna əsaslanmır. Şikayətin məqsədi məhkəmə qərarının icrasını gecikdirməkdir. Cavabdeh birinci instansiyada məhkəmə iclaslarında iştirak etməmiş, etiraz və sübut təqdim etməmiş, lakin əvvəl irəli sürmədiyi dəlilləri apellyasiya instansiyasında təqdim etmişdir. Bu da qanunvericiliyə ziddir və hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir. Tərəflər arasında imzalanmış sənədlər (təhvil-təslim aktları və elektron qaimə-fakturalar) alqı-satqı münasibətlərini və borcun mövcudluğunu təsdiq edir. Təhvil-təslim aktlarından göründüyü kimi iddia müddəti ötürülməyib, həmçinin cavabdeh birinci instansiya məhkəməsində müddətin ötürülməsinə dair ərizə də təqdim etməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, cavabdeh tərəf isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

15. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 373. İddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ... Maddə 375. İddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı xxxxnın mülkiyyətinə verməyi, xxxx isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, xxxx əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ... Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə xxxxya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. xxxx göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. ...

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında hazır beton məhsulları, eləcə də qara qum, qırma daş və digər tikinti materiallarının alqı-satqısına dair müqavilə bağlanmış və bu müqavilədən irəli gələn qarşılıqlı öhdəliklər yaranmışdır. Tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti subyekti olması və müqavilə predmetinin cavabdehin sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə təqdim edilməsi nəzərə alındıqda, həmin münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra edərək təhviltəslim23. aktları əsasında malları cavabdehə təqdim etmiş, təqdim olunmuş malların dəyərinin ödənilməsi üçün elektron qaimə-fakturalar tərtib edib cavabdehə göndərmişdir. Cavabdeh tərəfindən də müqavilə üzrə ödənişlərin böyük hissəsinin həyata keçirildiyi iş materialları ilə təsdiqlənir və bu hallar tərəflər arasında mübahisə doğurmur.

24. Birinci instansiya məhkəməsi elektron qaimə-fakturalara etiraz edilməməsini malların cavabdehə verilməsinin təsdiqi kimi qəbul etsə də, hazırkı işdə həmin hal həlledici əhəmiyyət kəsb etmir. Belə ki, malların təhvil verilməsi həqiqiliyi mübahisələndirilməyən təhvil-təslim aktları ilə təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində bildirir ki, tərəflər arasında formal olaraq alqısatqı 25. müqaviləsi bağlanmasına baxmayaraq, faktiki münasibətlər podrat xarakterli olmuş, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda cavabdeh iddia edir ki, sübut qismində təqdim olunmuş * nömrəli təhvil-təslim aktı üzrə irəli sürülmüş tələbə münasibətdə iddia müddəti ötürülmüşdür.

26. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində tərəflər arasında bağlanmış müqavilənin mahiyyətcə podrat münasibətləri kimi qiymətləndirilməsinə dair dəlilləri hüquqi baxımdan əsassızdır.

27. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin hüquqi təbiəti onun adından deyil, faktiki məzmunundan və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakterindən müəyyən edilir.

28. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti hazır beton, məhlul beton, habelə otsep, qara qum, qırma daş kimi əvəz edilə bilən tikinti materiallarının alqı-satqısı olmuşdur. Müqavilənin şərti kimi həmin malların xxxxya çatdırılması nəzərdə tutulmuşdur. Bu cür əşyalar fərdi əlamətləri ilə seçilən məmulat deyil, kütləvi istehsal olunan və eyni növdən olan digər əşyalarla əvəz edilə bilən mallardır.

29. Cavabdehin şikayətində istinad etdiyi Mülki Məcəllənin 752.2-ci maddəsinin hazırkı münasibətlərlə qarşılıqlı şərhinə əsasən, yalnız sifarişçinin tapşırığı əsasında fərdi qaydada hazırlanmış məmulatın yaradılması və işin görülməsi əsas öhdəlik təşkil etdikdə münasibətlər podrat kimi qiymətləndirilə bilər. Halbuki, mövcud halda tərəflər arasında münasibətlərin predmeti konkret işin görülməsi və maddiləşmiş nəticənin əldə edilməsi deyil, malların razılaşdırılmış qiymətlə cavabdehin mülkiyyətinə verilməsi olmuşdur. Bu isə hüquqi mahiyyət etibarilə alqı-satqı münasibətlərini xarakterizə edir.

30. İddia müddətinin keçməsi ilə bağlı irəli sürülmüş dəlilə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə tərəfindən qərar qəbul edilənədək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verilmədiyindən bu məsələ üzrə hüquqi qiymətləndirmə aparılmır. Bununla belə, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən ##.##.2022-ci il tarixli * nömrəli təhvil-təslim aktına əsasən iddia müddətinin ötürülməsi iddia edilir. İddiaçı öhdəlik üzrə ümumi balansın müəyyən edilməsi üçün müqavilə üzrə bütün təhvil-təslim aktlarını iş materiallarına əlavə etsə də, faktiki olaraq tələb edilən borc məbləği 26-04.2023-##.##.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən *-** nömrəli təhvil-təslim aktlarına əsaslanır.

31. Kollegiya apellyasiya şikayətinin gecikdirmə faizinə dair hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin, yəni əsas borc məbləğinin elektron qaimə-fakturaların verildiyi vaxtdan 7 iş günü müddətində ödənilmədiyi iş materialları ilə təsdiq olunur. İddiaçı belə olan halda gecikdirilmiş borcun ən azı illik 5 faizinin ödənilməsini tələb etməyə haqlıdır.

32. Birinci instansiya məhkəməsi sonuncu elektron qaimə-fakturanın verildiyi tarixdən etibarən faizlərin hesablanmasını apararaq iddianı həmin hissədə qismən təmin etmişdir. Gecikmə müddətlərinin və faizlərin hər bir elektron qaimə-faktura üzrə ayrıca hesablanmasının daha dəqiq və müqavilə şərtlərinə uyğun olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən seçilmiş üsul cavabdehin vəziyyətini ağırlaşdırmadığından və iddiaçı tərəfindən bu hissə mübahisələndirilmədiyindən kollegiya həmin hesablamaya müdaxilə etməyi zəruri hesab etmir.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakterli olmaqla həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

35. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-2-2(113)-8240/2025 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar